“Yeni İqbal” qəzetində qazılara müraciət etdi. Müraciətdə müsəlmanların
müdafiə işlərindən azad edildikdən sonra döyüşə hazır olduqları bildirildi-'h
Rus hakimiyyət orqanları bu məsələni nəzarətə götürdülər.
Qafqaz cəbhəsində əsas fəaliyyət 1916-cı ilin aprcl-scntyabr aylarında
oldu. Ruslar ilin əvvəlindən hücuma geçərək fevralda Ərzurumu, aprel
ayında Trapezundu (Trabzonu) işğal etdilər. Ruslar Trabzonu işğal etdikdən
sonra 3-cü türk ordusu rus qüvvələrini darmadağın etmək üçün may və iyun
aylarında hücuma keçdilər. Lakin ruslar üstün çıxaraq iyun ayında
Gumuşxanə, Kelkit və Ərzincanı da ələ keçirdilər. Sentyabr ayından hər iki
tərəf hazırlaşmaq məqsədi ilə hərəkətlərini durdurdular.
1916-cı ilin sonuna qədər Rusiya müharibədə 6-8 mln. nəfər itirdi^“.
Tərəflər qüvvələri cəmləşdirmək üçün fəaliyyətlərini genişləndirdilər.
Çarizm Bakıdakı hərbi zavodlara xüsusi diqqət yetirirdi. Lakin bu
zavodlarda azərbaycanlılar demək olar ki, işləmirdilər. 1916-cı il noyabrın
2-dən 1917-ci il noyabrın 2-dək Bakı vilayəti hərbi-sonayc komitəsi mərmi
zavodunda çalışanların əksəriyyəti ruslar idi’"''.
Rusiya agentura və əks-kəşfiyyat işini də gücləndirdi. Qafqaz ordusu
qərargahı 1917-ci ildə əhaliyə müraciət edərək əks-kəşfiyyat agentlərinə
kömək etməyə çağırdf“^ Burada məqsəd türk kəşfiyyatının qarşısını kəsmək
və rus hökuməti üçün törədilə biləcək əlverişsiz nəticələri aradan qaldırmaq
idi.
Lakin fevral inqilabı bütün imperiyada olduğu kimi Azərbaycan da
vəziyyətə əsaslı təsir etdi. İnqilabdan sonra Güney Qafqaz Şeyxülislamı
Axund Molla Məhəmməd Pişnamazzadə və müfti Əliəddin Süb- hanqulov
və Tiflis şəhər müsəlman komitəsinin sədri Heydər Başma- tov müsəlman
milli təşkilatlarına çağırışla müraciət edərək Rusiyanın digər xalqları ilə bir
olmağa və müvəqqəti hökumətin sərəncamlarına əməl etməyə, Qafqazda
sülhü və sabitliyi qorumağa səslədiləf"‘.
Lakin ermənilərin istəkləri tamam başqa idi. Onlar rus
ordusunun işğal
etdikləri ərazilərə yiyələnmək istəyirdilər. Erməni qəzeti olan “Orizon”
fevral inqilabından sonra yazırdı ki, Qafqaz cəbhəsində rus demokratiyası
erməniləri qorumalıdır və bu ərazi rus ordusunun əlində qalmalıdıf
Fevral inqilabının baş verməsi cəbhədəki vəziyyətə də ciddi təsir
göstərdi. İnqilab rusların Qafqazda vəziyyətini pisləşdirərək mövqe
104