Yalnız Oktyabr çevrilişindən sonra ABŞ hökuməti özünün Qafqaz
siyasətini açıqladı və praktik fəaliyyətə keçdi.
Bakıdakı İran konsulunun “qənd əməliyyatı”
Müharibə başladıqdan sonra çar hökuməti Azərbaycandan xarici
ölkələrin təbəələrini çıxartmağa başladı. Bakıda olan Türkiyə, İran- Güney
Azərbaycan türkləri ciddi təqiblərə məruz qaldılar. İran təbəələrinin
Azərbaycandan çıxarılması barədə xəbərlər İran konsulunu rahatsız etdi.
Bakıdakı konsul Davud xan Nüsrət ül Vezare 1915-ci ilin yanvarında
Rusiya Xarici İşlər nazirliyinə bəyanat verdi. Bəyanatda deyilirdi ki, yayılan
şayiələrə görə. Bakıdakı İran təbəələrinin həyatı təhlükə qarşısındadır və
onlar Azərbaycanı tərk etməlidirlər. Bəyanatda iranlıların dəstə-dəstə öz
ölkələrinə döndükləri, Bakıda isə onların evlərinin və əmlaklarının
qaldıqları yazılırdı. Konsul bildirirdi ki, İran hökuməti müharibədə tərəfsiz
qalacağını rəsmi şəkildə bəyan etmişdir. Türklər bir sıra İran ərazilərini
tutsalar da, diplomatik danışıqlar gedir və ərazilərin boşaldılması üçün
səylər göstərilir. Konsul İran təbəələri üçün Bakıda normal iş və yaşayış
şəraiti yaradılmasını xahiş edirdi^*'*.
Bakıda balıq sənayesində çalışan iranlıların sıxışdırılmasına və məcburi
əməyə cəlb edilməsinə İranın Qafqazdakı baş konsulu M. Həsən xan Səed ül
Mülk 1915-ci ilin fevralında etiraz ctdi”^
İran konsulu Astrabaddakı rus konsuluna 1915-ci il 4 mart tarixli
teleqramı ilə İran ehtiyacları üçün Skobelevdən və Maçaretdən aldığı 16
vaqon qəndin adları çəkilən tacirlər tərəfindən ondan xəbərsiz şəxsi
mənafeləri üçün satdıqlarını bildirdi. Konsul vəziyyəti aydınlaşdıra- nadək
malların buraxılmaması barədə sərəncam verməyi rus konsulundan xahiş
etdi“‘.
İrana qənd daşınması Azərbaycan bazarında qıtlıq yaradırdı. Bu isə
əhali arasında gərginliyə və narazılığa səbəb olurdu. “Kaspiy” qəzeti İrana
qənd ixracına son qoymağı tələb etdi. Qəzetin yazdığına görə, hər il İrana
5.500.000 pud qənd aparılması Azərbaycanda ağır vəziyyət yaradırdı“’.
Rusiya Xarici İşlər nazirliyi III siyasi şöbəsinin məsləhətçisi V. fon
Klemm 1915-ci il 7 mart tarixli 1787 №-li teleqramında göstərirdi ki, İran
nümayəndəsi malların aparılması üçün qadağanın
ləğv edilməsini və hər ay
öz hökuməti üçün 200 tay un aparılmasına icazə verilməsini xahiş edir. Bu
dövrdə qəndin pudu Rusiyanın daxili bazarında 6 rubl
114
50 qəpiyə, Bakıda isə 7 rubl 50 qəpiyə satılırdı. Mükafatla birlikdə ak- sizdə
2 Ribl 50 qəpik geri qaytarılırdd^*. İran nümayəndəsi buna görə də Bakıda
ticarət etməyi sərfəsiz sayırdı. Rusiya Xarici İşlər nazirliyi
1915-
ci il 17 noyabr tarixli 5919№-li teleqramla İran hökumətini Pet-
rovskdan (Maxaçqala) və Bakıdan 200.000 pud qənd alıb aparmasına icazə
verdi“’. Lakin Rusiya tərəfi bu malların müharibədə düşməni olan
Türkiyəyə ötürülməsindən rahatsız idi. Buna görə də çarizm hakimiyyət
orqanları malların çıxarılmasına müxtəlif vasitələrlə mane olurdular.
1915-ci ilin noyabrın 26-da Bakıda yaşayan İran təbəələri olan tacirlər
Qafqaz hərbi dairəsi rəisinə anonim məktub yazdılar. Məktubda deyilirdi ki,
Davud xan vətənpərvərlik adı altında bizdən aldığı pulları rus əsirliyindən
qaçan türk zabitləri üçün toplayır. Konsul türklərə və almanlara saxta İran
pasportunu 2.000 rubla verir. Konsul indiyədək 20 türk əsirini Bakıdan yola
salmışdır. Davud xan Bakıdakı İran məktəbinin direktoru Mirzəli
Məhəmmədxan Tərbiyətlə əlaqəlidir. O, Türkiyə ilə müharibə başlayan kimi
İstanbula gedərək, oradan İran konsulluğuna antirus siyasəti aparmaq üçün
adamlar göndərmişdir. Konsul vətənpərvər deyildir, onun şəxsi mənfəətləri
vardır. O, maklerdir. Konsul pul tələb edərək bildirir ki, verməsək bizi
Rusiyaya düşmən element kimi qələmə verəcəkdir. İran konsulu öz müavini
Əsədulla xanla birlikdə konsulluqda ticarət edir və İran təbəələrinə
konsulluqdan mal alıb aparmağı təklif edir. Məktubda İran hökumətini 2000
tay un istəmədiyi və tacirlərin qorxularından bu məktuba imza atmadıqları
yazılırdı. Həmçinin məktubda İran konsulunun hərəkətlərinə son qoymaq
tələb olunurdu“".
Məktubun araşdırılması onun İran təbəələri tərəfindən deyil, Rusiya
xüsusi xidmət orqanları tərəfindən hazırlandığını söyləməyə əsas verir. Bu
məktub təhqiqat üçün müvafiq orqanlara göndərildi.
Bakı şəhər polis idarəsinin rəisi 1915-ci il 3 dekabr tarixli 7480 №li tam
məxfi və təcili teleqramında Qafqaz hərbi dəirəsi rəisinə yazırdı ki,
Yelizavctpol qubernatorundan alman teleqrama görə, İran vitse- konsulu
guya Bakıdan və Şimali Qafqazdan külli miqdarda taxıl alaraq
Xəzər dənizi
limanları vasitəsilə İrana, oradan da Türkiyəyə göndərir. Lakin təhqiqat
nəticəsində taxılın Türkiyəyə aparılmasını müəyyənləşdirmək hələ mümkün
deyildir. Görünür konsul, bu işdə maddi cəhəddən maraqlıdır və alverçilərlə
birlikdə mənfəət götürüfPolis rəisi İrana taxıl və qəndin satılmasını
müvəqqəti dayandırmağı xahiş etdi. Eyni zamanda, məxfi arayışın
hazırlandığını və yaxın
vaxtlar
115