Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   26   27   28   29   30   31   32   33   ...   99

əməliyyatların  yükünü  azaltmalı  idi.  Lakin  bu  istək  yerinə  yetirilmədi. 
Sanqamış  fəlakətindən  sonra  ruslar  Osmanlı  imperiyası  ilə  savaşa 
başlamazdan  öncə  Qafqazda  saxladıqları  hərbi  birliklərin  bir  hissəsini 
ayırıb,  Almaniya  və  Avstriya-Macarıstan  cəbhələrinə göndərdilər.  İkinci, 
Osmanlı  imperatorluğunun  hərbi  qüvvələri  Süveyş  kanalında  su  yolunu 
tutmalı  və  ya  heç  olmazsa  bu  bölgədə  ingilis  qüvvələrinə  mane  olmalı 
idilər"\  Almanlar  və  müttəfiqləri,  ingilis  tarixçisi  A.  C.  Teylorun  yazdığı 
kimi,  alman  imperatoru  II  Vilhelmin  Atilla  kimi  dünya  fatehi  obrazını 
yaratmaq istəyirdilər"^ 
Almaniyanın  Qafqazdakı  ümidlərinin  başqa  mənbələri  də  var  idi. 
Almaniya  imperatorlıığu  Qafqazda  Rusiya  əleyhinə  üsyanların  qaldı- 
nlmasına çalışırdı. Alman hökuməti antirusiya fəaliyyətində müsəlmanlara 
daha çox ümid bəsləyirdi. Almaniya ordusunun baş qərargah rəisi, general 
Moltke  yazırdı:  “...  Həmçinin  Qafqazda  üsyanın  möhtəşəm  əhəmiyyəti 
vardır. Türkiyə ilə müqavilə əsasında Xarici İşlər nazirliyi bu ideyanı həyata 
keçirtməyə qadirdir”. 
Xristian Almaniyası müsəlmanları müharibəyə qoşmaq üçün 1914- cü 
il noyabrın 10-da Türkiyo ilə imzaladığı müqavilə ilə Osmanlı hökumətinə 
5  milyon  qızıl  verdi”"’.  Müsəlmanların  xəlifəsi  olan  Osmanlı  sultanı 
xristian Almaniyasından aldığı bu qızılın müqabilində yer üzərindəki bütün 
müsəlmanları  xristian  Almaniyasının  komandanlığı  altına  vermək  üçün 
böyük cihada qoşmalı idi. Bunun əvəzində almanlar Mərkəzi Asiya, Qafqaz 
və  Krım  türklərini  Osmanlı  imperatorluğunun  himayəsinə  verməli  idilər. 
Fransız  tarixçisi,  professor  P.  Re-  nouvin  yazır  ki,  Türkiyo  müharibəyə 
daxil  olan  kimi  Berlində  baron  Oppenheymin  başçılığı  ilə  müsəlmanları 
planlı  şəkildə  Antanta  ölkələrinə  qarşı  qaldırmağı  təşkil  edən  komissiya 
yaradıldı.  Rusiyanın  müxtəlif  yerlərindən  Berlinə  gələn  müsəlmanlara 
mühazirələr oxunurdu və müsəlmanların siyasi müstəqillik əldə etmələrində 
Almaniya imperatorluğunun kömək göstərməsi xahişi edilirdi. Bu məqsədlə 
1914-cü ildə Berlinə əvvəllər Rusiya vətəndaşları olmuş, sonra Türkiyədə 
yaşayan  Əbdülrəşid  əfəndi  İbrahimov  və  Əhməd  bəy  Ağaoğlu  gəldilər. 
Onlar türk əhalisinin milli hisslərini qaldıran məruzələr oxuyurdular"“. 
Müharibə başlayanda alman qəzetləri yazırdı ki, bütün Qafqazı üsyan 
odu  bürüyüb,  Bakıda  üsyan  başlayıb"’.  Beləliklə,  Almaniya  və  onun 
müttəfiqləri rəqibləri üzərində qələbə qazanmaqdan ötrü Qafqazda yaşayan 
türklərin və digər müsəlman xalqlarının milli-azadlıq 
89 


hərəkatının  başlayacağına,  onun  uğurlar  gətirəcəyinə  ümid  edirdilər  və 
buna görə müvafiq səylər göstərirdilər. 
Altı  rəhbər  təşkilat  1915-ci  ildə  Almaniyanın  müharibəyə  dair 
proqramını  belə  təqdim  etdi;  “Berlin  -  Odessa  yolu  Berlin-İstanbul 
yolundan  qısadır.  İran  körfəzinə  və  Hind  okeanına  birbaşa  dəmir  yoiu 
Varşavadan, Kiyevdən, Rostov-Dondan, Qafqaz dağlarından, Tiflisdən və 
Təbrizdən gedir”'-“. 
Beləliklə,  Almaniya  imperatorluğunun  planlarına  görə,  bu  dövlətin 
müstəmləkəçilik niyyətlərini həyata keçirmək üçün İran körfəzinə və Hind 
okeanına gedən yol Azərbaycandan gedirdi. 
Azərbaycanlılar arasında alman imperatoru II Vilhelmin nüfuzu böyük 
idi.  Bakı  quberniya  jandarm  idarəsinin  axtarış  üzrə  rəisi  polkovnik 
Leontyev  1915-ci  il  yanvarın  14-də  340  №li  tam  məxfi  raportunda 
Almaniya  imperatorunun  şəxsiyyətinin  yerli  müsəlmanlar  arasında  xeyli 
məşhur olduğunu və onu hətta “Hacı” adlandırdıqlarını yazırdı'^'. İmperator 
Vilhelmin müsəlmanlığı qəbul etməsi barədə də şayiələr yayılırdı'”. 
Rus tarixçisi, professor L. N. Milyukov Moskvada oxuduğu “Müharibə 
və Avropa ziyalıları” adlı məruzəsində Almaniyanın Türkiyə ilə müqavilə 
bağlayaraq  ona  Qafqazı,  Krımı,  İranı,  Misiri  və  Əfqanıstanı  vəd  etdiyini 
göstərirdi.  Onun  dediyinə  görə,  türklər  Vilhcimi”  Hacı  Vilum” 
adlandırırdılar'”. 
“Daily Mail” qəzetinin xüsusi müxbiri Biç Tomas müharibədə alman 
blokunun itkilərini 1915-ci il iyunun 30-dən belə verirdi: Alma- niya-əsirlər 
490.000, ölənlər 1.636.000, yaralananlar 1.880.000. Bütövlükdə 4.006.000. 
Avstriya - əsirlər 810.000, ölənlər 1.710.000, yaralananlar 1.885.000. Cəmi 
4.375.000. Türkiyə - əsirlər 95.000 ölənlər 110.000, yaralananlar 140.000. 
Cəmi 345.000'”. 
Rusiyada fevral inqilabının baş verməsi ilə çarizm devrildikdən sonra 
da  müvəqqəti  hökumətin  müharibəni  davam  etdirməsinə  baxmayaraq 
inqilab  Almaniya  imperatorluğunun  və  müttəfiqlərinin  vəziyyətinə 
bütövlükdə  müsbət  təsir  etdi.  İnqilabdan  sonra  Rusiya  impe-  ratorluğu 
ərazisində  milli-  azadlıq  hərəkatının  güclənməsi  Almaniyanın  və 
müttəfiqlərinin fəal hərbi əməliyyatlar aparmasına kömək etdi. 
Bununla  belə,  inqilab  almanlar  tərəfindən  həyacanla  qarşılandı. 
Almaniya  rəhbərliyi  inqilabın  Almaniyaya  və  Avstriya-Maearıstana 
yayılacağından  və  imperatorluqlarm  milli  ərazilərə  parçalanacağından 
qorxurdu. Bir sıra alman qəzetləri bunu ingilis intriqası kimi qələmə 
90 


verirdi'”.  Belo  şəraitdo  Almaniya  müvəqqoti  hökumətlə  barışıq  və  sülh 
müqaviləsi  imzalayıb  Rusiyanı  müharibədən  kənarlaşdırmaqla  ingilislər 
üçün  çətinliklər  yaratmaq  istəyirdi.  Almaniyanın  1917-ci  ilin  martında 
Rusiyaya sülh müqaviləsi bağlamaq üçün edilmiş müraciətində deyilirdi ki
azad, yeniləşmiş Rusiya xristian bayramı günlərində bizimlə danışıqlarına 
girəcokmi?  Almaniya  nə  qədər  güclü  olsa  da  Şərq  cəbhəsində  hücuma 
keçmək üçün sizin daxili mübarizənizdən heç vaxt istifadə etməyəcəkdir'”. 
Antanta dövlətlərinin planları 
Müharibə  başlayanda  Antanta  ölkələri  aşağıdakıları  özlərinin  başlıca 
hərbi məqsədləri elan etdilər: 1. Beynəlxalq hüququ ədalət silahından deyil, 
təkəbbürlük,  hiyləgərlik  və  milli  zülm  aləti  olan  tirançı-  hqdan  mühafizə 
etmək. 2. Belçika və Serbistanın tam  milli müstəqilliyini və bütövlüyünü 
qorumaq;  3.  Ümumi  sülh  üçün  təhlükə  olan  pruss  militarizmini  məhv  və 
darmadağın etmək; 4. Beynəlxalq hüquq prinsiplərini clo möhkəm əsasda 
təsdiq etməli ki, kiçik və daha zəif millətlər güclülərin təcavüzkarlığından 
və  qəddarlığından  qorunmaqda  təminat  qazansınlar.  5.  İtirilmiş  Elzas  və 
Lotaringiyanı Fransaya qaytarmaq. Bu məqsədləri 1908-ci ilin aprelindən 
1916-cı ilin dekabrınadək Böyük Britaniyanın baş naziri olan H. H. Askvit 
və Fransanın baş naziri Rcne Viviani (1863-1925) formalaşdırdılar'”. 
Rusiyanın planları 
Müharibədə  Rusiyanın  ümumi  planları  hərbi  əməliyyatlar  başlan- 
mazdan  xeyli  əvvəl  hazırlanmışdı.  Hələ  müharibəyə  girməmişdən  əvvəl 
Rusiya  hakimiyyət  orqanları  müstəmləkə  zülmü  altında  olan  Quzey 
Azərbaycan  türklərinə  və  digər  müsəlmanlara  inanmadıqlarından  onların 
üzərində  ciddi  nəzarət  qoydular.  Bu  nəzarət  Rusiyanın  Azərbaycanda 
yeritdiyi ümumi siyasətinin tərkib hissəsi idi. 
Rusiya Azərbaycana müharibənin gedişində xammal mənbəyi, iqtisadi 
baza  və  Türkiyəyə  hücum  üçün  hərbi-strateji  məntəqə  kimi  baxırdı. 
Rusiyanın Azərbaycan siyasəti başlıca olaraq iqtisadi, hərbi-siyasi, dini və 
mədəni-ideoloji motivlərlə bağlı idi. 
1914-cü il iyulun 28-də Qafqaz gömrük inspektorluğu idarəsi 64 Nüli 
məxfi və sirkulyar məktubu ilə gömrük müəssisələrinə aşağıdakı məsələlər 
haqqında  məlumat  toplamaq  barədə  göstəriş  verdi:  1).  Türkiyə  və  İranla 
sərhəddə yaşayan əhalinin əhval-ruhiyyəsi; 2). Türkiyə 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə