etdikdən sonra türklər onlara yad olan ərəblərlə nisbətən az maraqlandılar və
müharibənin davam etdiyi bütün müddətdə özlərinin başlıca səylərini
Qafqaza tərəf yönəltdilər’k Artıq 1914-1915-ci ilin qışında Ənvər paşa 150
min nəfərlik ordu toplayıb Qafqazdakı ruslar üzərinə hücuma keçdi™.
Lakin Azərbaycan xalqının vəziyyəti müstəmləkə zülmü altında
yaşayan digor xalqlara nisbətən daha çətin idi. Çünki Azərbaycan türkləri
tərkibində olduqları Rusiyaya münasibətdə loyal olsalar da, etnik və dini
cəhətdən bir olduqları Türkiyəyə qarşı hər hansı kütləvi hərəkətlərdən də
imtina edirdilər.
Türkiyəyə rəğbət bəsləyənlər təkcə Azərbaycan türkləri və digər
müsəlman xalqları deyildi. Çarizmin müstəmləkəçilik zülmündən əzab
çəkən başqa xalqlar, o cümlədən, bəzi xristian xalqları da Türkiyəyə meyl
edirdilər. Onlar türk hakimiyyəti altında ədalətə inanırdılar. Bununla
əlaqədar olaraq, Gürcüstan tarxçisi Ş. İ. Basilaya yazır ki;
1914-
cü ildə türklərin uğurları artdıqca xristian olmalarına baxmayaraq
hətta gürcülərin sosial-federalist partiyası daxilində bir qrup Türkiyə
protektoratlığı altında Gürcüstanın müxtariyyətinin qurulmasına ümid
edirdilor’’’. Gürcülərin nümayəndələri hətta türklər tərəfə keçərək onlarla
əlaqələr qururdular. Gürcülərin türklər tərəfmə keçərək mslara qarşı
vuruşmasını türk tarixçisi Sadık Sarısaman da arxiv materialları əsasında
apardığı araşdırma ilə təsdiq edir*“. Bu faktı erməni mətbuatı da hoyacanla
boyan edirdi. Ermənilərin “Orizon” qəzeti gürcü millətçilərinin
müsəlmanlarla separat ittifaq bağlamaq üçün ciddi cəhdlər etdiklərini
yazırdı. Qəzetin fikrincə, gürcülər bu ittifaqın ermənilərə qarşı yönələcəyini
gizlətmirdilər.
Müharibə yenicə başlamışdı ki, ermənilər Tiflis yığıncağında türklərdən
müdafiə olunmaqdan ötrü “xalq milisi” yaratmaq təklifini irəli sürdülər.
Lakin Azərbaycan türklərinin nümayəndələri bu məseiə ilə əlaqədar heç bir
öhdəlik götürmədiklərini bəyan etdilər. Azərbaycan türklərinin belə
mövqeyi əslində Türkiyənin Qafqazda hərbi uğurlar qazanmasının
arzulanması demək idi.
Müharibə davam etdikcə Osmanlı xadimləri Azərbaycan haqqında daha
aydın düşünməyə başladılar. Osmanlı dövləti xadimlərində müstəqil
Azərbaycan dövləti haqqında fikirlərin formalaşmasının bir sıra etnik, dini
və strateji səbəbləri var idi:
Birincisi, Azərbaycan türk ölkəsi idi.
İkincisi,
Azərbaycan əhalisinin etiqadı islam idi.
Üçüncüsü, Azərbaycan əlverişli
coğrafi-siyasi mövqedə yerləşmişdi.
Onun mü
81
hüm hərbi-strateji əhəmiyyəti var idi. Dördüncüsü, Azərbaycan zəngin təbii
sərvətlər diyarı idi. Bu sərvətlər Azərbaycan türklərinin mənfəəti üçün
deyil, Rusiya imperatorluğu tərəfindən
düşmənlərinə, 0 cümlədən, Osmanlı
türklərinə qarşı istifadə edilirdi. Qafqaz cəbhəsində rus ordusunu neftlə
Bakı neft rayonu təmin edirdi. Azərbaycan müharibədə iqtisadi baza rolunu
oynayırdı. Beşincisi, müstəqil Azərbaycanın Türkiyə ilə yaxşı əlaqələr
qurması və ya onun təsiri altında olması Osmanlı dövlətini daha da qüvvətli
edərdi. Sonralar M. Ə. Rəsulzadə yazırdı: “Turançılıq, türkçülük ədəbi
məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ,
mətanətli bir ip idi”“'.
Azərbaycan dövləti yaratmaq ideyası yalnız Türkiyə türklərinin deyil,
Azərbaycan türklərinin də ictimai və siyasi xadimləri tərəfindən irəli
sürüldü. Azərbaycanın müstəqil dövlət olması ideyası başlıca olaraq daxili
proseslərin və millətin müstəmləkəçilik zülmündən azad olması istəyinin və
apardığı mübarizənin nəticəsi idi.
Azərbaycan türkləri birinci dünya müharibəsinə böyük ümidlər
bəsləyirdilər. Bu barədə M. Ə. Rəsulzadə yazırdı: “Bu dövrdəki Azərbaycan
cəmiyyətinin birinci dünya savaşının sonuna bağlanmış ümidləri vardır”“k
“Açıq söz” qəzetinin baş məqaləsində o deyirdi: “Dəhşətlərinə şahid
olduğumuz böyük müharibə, böyük bir həqiqəti, əsrimizin milliyyət əsri
olduğunu isbat etdi. Dünyanın xəritəsi qəribə dəyişəcək - deyə heyrətlə
qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin
alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilati və
ordularının əzəməti ilə bərabər heç şübhə yoxdur ki, aşkarlıq və möhkəmlik
peyda etmiş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır.
Özünü lüzumunca bilib də istiqlal üçün müəyyən bir ideal (məfkurə)
bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət təşkil edər... Hər hansı qalib
tərəf az-çox uzun bir dinclik vücuda gətirmək istərsə, əsrin vicdanları
üzərində ən çox təsir icra edən qüvvəti - milliyyət məfkurəsinə göz yuma
bilməz... Təbii haqqları pa- yimal olmuş tək bir millət daima qaldıqca
Avropa dövlətlərinin tarazlığı həqiqi və uzun çəkən bir sülh üzü görmədən
məhrum qalacağı kimi, öz vətəndaşları arasında ögey-doğmaltq
(özgəlik-özlük) göstərən bir dövlət də həqiqi bir qüvvətə dayanmayacaq,
mütərəqqi və qüvvətli bir təşkilata malik olmayacaqdır. Demək ki, müəyyən
bir məfkurəyə və əksər fərdlərincə tanınmış bir qazeyi-əmələ malik olan
millot-
82