Rusiya baş qərargahının hesablamalarına görə, Türkiyə müharibədə
bütövlükdə, 1 milyon 300 min nəfər yığa bilərdi. Bunun 750 min nəfəri
hərbi hissələrdə, 40 min nəfəri jandarmada, 70 min nəfəri ida- irəçilikdə və
arxa müəssisələrdə çalışa bilərdi“
Hərbi əməliyyatlar başlayan kimi türk ordusunun 40 piyada diviziyası,
57 ehtiyat diviziyası, 40 nizami polku və 24 qeyri-nizami polku var idi.
500-600 min nəfər səfərbər edildi. Nətieədə, ordunun sayı 780 min nəfərə
çatdı” Ordunun ali baş komandanı nominal olaraq 1909- 1918-ei illərdə
padşahlıq edən V Mehmed Reşad olsa da, əslində orduya komandanlığı
hərbi nazir Ənvər paşa həyata keçirirdi. Baş qərargah rəisi isə alman
Bronzart fon Şelendorf idi. 1914-eü il sentyabrın 8- də Vyanadakı türk
səfirliyi Vyanada olan türk səlahiyyətli naziri Hüseyn Həlmi paşaya
Rusiyanın Qafqazdakı və Azərbaycandakı hərbi qüvvələrinin türk
qüvvələrini ötüb keçdiyini yazırdı“.
Müharibə müddətində Osmanlı qüvvələri 7 ayrı cəbhədə savaşmalı
oldular: Qafqaz, İraq-İran, Misir-Fələstin, Suriya, Qalisiya, Rumıniya,
Makedoniya və Çanakkala cəbhələri”. İsmət Görgülü isə bu cəbhələrin
sayının 8 olduğunu göstərir: Qafqaz (Şərq), İraq, Fələstin-Suriya,
Çanakkala, Avropa (Qalisiya, Makedoniya, Rumıniya), Yəmən və Hicaz
İran, Liviya”.
Almanlar türkləri Rusiyaya qarşı hərəkətə keçmək, İngiltərə və
Fransanın müstəmləkələrindəki müsəlmanları ayağa qaldırmaq iqtidarında
olan güclü müttəfiq kimi görürdüləf.
General Bronzart fon Şelendorfun 19l4-cü il 26 avqust tarixdə
hazırladığı plana görə, ruslar savaşa girərdisə padşah müqəddəs müharibə
olan cihad elan etməli idi. Xüsusi olaraq Osmanidı qüvvələrinin Rusiya və
İngiltərə ordularına qarşı vuruşması nəzərdə tutulurdu. Türk qüvvələri
Qafqazda rus ordusunun hücumunun qarşısını almalı idi.
Türk tarixçisi Şerafettin Turanın yazdığına görə, alman baş qərargahı
ilə birlikdə hazırlanan savaş planında nəzərdə tutulan Qafqaz cəbhəsində
rusların qarşısını almaq əvəzinə Ənvər paşa çox irəli getməyi düşündü.
Amma Ənvər paşa umduğunun tam tərsinə olaraq məğlubiyyətlə
qarşılaşdı”.
Ruslar Qara dəniz limanlarmdakı donanmanın bombardman
edilməsindən sonra Anadoluda sərhəddi keçdilər və beləliklə, açılan ilk
cəbhə Qafqaz cəbhəsi oldu”.
1914-cü il 30 oktyabr tarixli çıxışında sədrəzəm bildirdi ki, onların
Qafqazda gözü yoxdur və Qafqaz kimi mütərəqqi bir məmləkət idarə
74
yə möhtac deyildir''''. Bununla belə, onun yazdığına görə, türklərin bir
qismi, xüsusən, Ənvər paşa bahardan əvvəl Qafqazda hərbi əməliyyatlara
başlamağın mümkünsüzlüyünü bildirdi■‘^
Qafqaz cəbhəsində türk ordusunun qarşısında aşağıdakı vəzifələr
qoyuldu: qalib türk ordulaıı bütün Güney Qafqazı tutmalı. Güney
Azərbaycana keçməli. Xəzər dənizini bütün tərəflərdən əhatə etməli, sonra
Volqa-Ural rayonlarında tatar əhalisini və Orta Asiya müsəlmanlarını ayağa
qaldırmalı idi.
Qafqazda Rusiyaya qarşı hərbi əməliyyatları Ənvər paşa və ordusunun
baş qərargah rəisi, alman generalı Bronsart fon Şelendorf öz üzərlərinə
götürdü lor''’. Qafqaz cəbhəsi noyabrın 1-də rusların hücumu ilə başladı.
Lakin Osmanlı ordusu rus hücumunu bacarıqla dayandırdı'’.
“Ruskiy invalid“ qəzeti Türkiyənin Rusiyaya qarşı hərəkətlərini dörd
amillə əsaslandırırdı: 1. Rusiyanın hazırlıqsızlığı; 2. Qafqaz ordularına
gözlənilməz hücum; 3. “Meben” və “Breslau” alındıqdan sonra türklərin
donizdə hökmranlığı; 4. Kürdlərin köməyi'".
İngilis tarixçisi C. M. Roberts Türkiyənin müharibəyə qoşulmasından
bəhs edərkən Osı.uınlı imperiyasının bilmədən müharibəyə daxil olaraq
özünə intihar etdiyini yazır. Onun fikrincə, xalqlar türk hökmranlığına qarşı
qiyam ctdiloi'''’.
Qeyd etmək lazımdır ki, bütövlükdə müharibəyə dair Ənvər paşanın
planı hələ 1913-cü ildən hazırlanmağa başlanmışdı. Plana görə, müharibə
əsasən iki cəbhodə aparılmalı idi: Rusiyaya qarşı Qafqazda; İngiltərəyə
qarşı Süveyş kanalında və Misirdə. İran, Əfqanıstan və Şimal-Qərbi
Hindistanın da müharibəyə qoşulması nəzərdə tutulurdu®“. Yaxın Şərq
horbi əməliyyatlar meydanında bir neçə cəbhə var idi: Qafqaz,
Mesopotamiya, Fəlostin-Suriya. Lakin fəal əməliyyatlar başlıca olaraq
Qafqaz cəbhəsində aparılırdı®'.
Ənvər paşa Almaniya, Avstriya və Türkiyə orduları tərəfindən
despotizminin məhv edilməsini, türk xalqlarının rus zülmündən azad
edilməsini, 30-40 milyon türkün öz müstəqilliyini qazanmasını və Turan
yaradılmasını istəyirdi. Sonralar Kazım Qarabəkir paşanın yazdığına görə,
Ənvər paşanın düşüncələrində həmişə yalnız bir fikir var idi: bir cəhdlə
Turan yaratmaq®’.
Ənvər paşa Güney Azərbaycanı ms təsirindən azad etməyi və Qafqaz
müsəlmanlarını ayağa qaldırmaq üçün Dərbəndə ordu hissələri göndərməyi
düşünürdü. O, rus arxa cəbhəsinə müsəlmanların köməyi
75
ilə zərbə vurmaq istəyirdi. Ənvər paşa deyirdi ki, bu yürüşə mən böyük
əhəmiyyət verirəm, yalnız onun sayəsində biz Asiyanın müsəlmanlarını
ayağa qaldıra bilərik”. Ənvər paşa vətənin goləeəyi üçün Qafqaz
Azərbayeanının və Naxçıvanın Türkiyəyə birləşdirilməsini xeyli vacib
sayırdı”. Türklər Qafqazı, Azərbaycanı və Krımı sultanın hakimiyyəti
altına yenidən qaytarmaq barədə düşünürdülər. Amma türklərin
nümayəndəsi Naci bəy erməni siyasi partiya və qrupları ilə danışıqlarında
Güney Qafqazı alan Türkiyənin onu imperiyaya birləş- dirməyəcəyini,
İstanbul sultanının protektoratlığı altında üç, yarım müstəqil dövlətin
federasiyasını yaradacağını bildirdi”. Osmanlı hökuməti Almaniya və
Avstriya-Macarıstanın Rusiya ilə savaşından istifadə edərək Qafqazda
hakimiyyət qurmaq istəyirdi”.
Türk tarixçisi Yusuf Hikmet Bayur bir türk generalına istinad edərək
yazır ki. Ənvər paşa Rusiya və İngiltərənin Almaniya ilə savaşdıqları bir
vaxtda Misir məsələsini Türkiyə xeyrinə həll etməyi, Qafqaz müsəlmanları
ilə Azərbaycan türklərini və Türküstanı rus boyunduruğundan qurtarmağı,
Əfqanıstan və İrandan əcnəbiləri qovub qüvvətli, müstəqil müsəlman
dövlətini yaratmağı arzu edirdi. Əgər Almaniya hərbin sonunda qalib
çıxardısa, bu düşüncələri həyata keçirtmək mümkün olacaqdı. Bu istəklər
içərisində Qafqaz neftinin ələ keçirilməsi də var idi”.
Müharibədə türklərin strateji planları belə idi; 1. Qafqazı tutmaq; 2.
Misiri işğal etmək; 3. Rusları və ingilisləri İrandan qovmaq və Hindistana
çıxış əldə etmək.
Türklər bu məqsədlər içərisində Qafqaza xüsusi önəm verdiklərindən
IX, X və XI ordu korpusları olan 3-cü türk ordusunu buraya göndərdilər.
Bütövlükdə bu orduda 11 piyada diviziya var idi. Bundan başqa ordunun
tərkibində nizami və qeyri-nizami süvari hissələr də var idi. 1914-cü ilin
noyabrında türklərin Qafqaz cəbhəsində 11,
1916-
cı ilin sentyabrında 24, 1918-cü ilin martında 10 diviziyası var idi”.
Türkiyənin 3-cü Qafqaz ordu komandanı 1914-cü ilin noyabrında Həsən
İzzət paşa idi”.
Türk tarixçisi Yusuf Hikmet Bayur yazır ki, bir çoxlarının düşüncəsinə
görə, böyük savaş Osmanlı üçün bir çox fürsətlər doğurdu və ona bÖ3Üklük
dövrünə dönmək imkanı verəcəyi üzdə idi. Almaniyanın qalib gəlməsi
Rusiyanın əzilməsi və dolayısı ilə Qafqaz və bir çox başqa yerlərin rahat
alına bilməsi deməkdi. Bu işdə türklər milli qəhrəman kimi təbliğ edilən
Ənvər paşaya daha çox güvənirdilər*“.
76
Dostları ilə paylaş: |