Pambıqçılığın inkişafı impcratorluğun həyatında Azərbaycanın
əhəmiyyətini artırırdı.
Diyarda üzümçülük və şərabçılıq da inkişaf edirdi. XIX əsrin so-
nunda-XX əsrin əvvəllərində Güney Qafqazda istehsal olunan şərabın
25,3%-i Azərbaycanın payına düşürdü^“. Bu işdə alman koloniyaları
mühüm rol oynayırdılar.
Azərbaycanda tütünçülük də inkişaf edirdi. Güney Qafqazın bütün
tütün fabrikləri yalnız Azərbaycanda yerləşirdi.
Təbriz, Bakı, Quba və s. xalçaları dünyada məşhur idi.
Quzey Azərbaycanda Bakı, Gəncə, Nuxa, Quba, Ordubad və b. şəhərlər
inkişaf edərək ölkənin iqtisadi-təsərrüfat həyatında başlıca rol oynayırdılar.
Beşinci, müharibə əlverişli bazarlara yiyələnmək uğrunda mübarizə idi.
Quzey və Güney Azərbaycan döyüşən dövlətlər üçün əlverişli bazar
mənasını kəsb edirdi. Ərazinin yerləşməsi, əhalinin tərkibi və müxtəlif
mallara olan ehtiyaclar bazar kimi Azərbaycanın əhəmiyyətini artırırdı.
1913-
cü ildə Bakı quberniyasının ərazisi 33345,25 kvadrat verst,
Yelizavetpol quberniyasının ərazisi 38922,22 kvadrat verst, İrəvan
quberniyasının ərazisi 23194,79 kvadrat verst, Tiflis quberniyasının ərazisi
35904,1 kvadrat verst idi’’'. 1914-cü il yanvarın 1-i üçün bütün Qafqazın
ərazisi 361633,73 kvadrat verst idi. Onun 146940,16 kvadrat versti Quzey
Qafqaza aid idi. Qalam isə Güney Qafqazın ərazisi idi'"’.
1914-
cü ildə quberniyaların ərazisində dəyişiklik olmadd’.
Quzey Azərbaycanın ərazisi 92.000 kv. km.. Güney Azərbaycanın
ərazisi isə 171, 1 min kv. km-dir*^
Bütün qonşu ölkələrdən Azərbaycana gələn yollar əlverişli, qısa,
təhlükəsiz və asan idi.
Almaniyanın məşhur dövlət məmuru Rudolf Martin 1907-ci ildə çap
etdirdiyi “Berlin-Bağdad” kitabında Almaniyanın himayəsi ilə Bakını və
bütün Qafqazı birləşdirən “Tiflis canişinliyi”nin yaradılmasını təklif
edirdi'*^
Almaniya müharibə ərəfəsində Azərbaycanda öz diplomatik
fəaliyyətini Tiflisdəki baş konsulu qraf fon Şulenburq, Karsdakı konsulu
Anders və b. vasitəsilə həyata kcçıı irdi'‘f
1915-
ci ilin fevralında Qafqazda ,\BŞ konsulu F. Villobey -
Smif"' Qafqaz bazarı və onun perspektivləri haqqında ABŞ hökumətinə
məruzə yazdı'“. Müharibə ilə əlaqədar olaraq
Qafqazda ABŞ üçün rü-
62
yan türklərin sayı 16 milyon 688 min nəfər və ya bütün əhalinin 9,8%- ni
təşkil edirdi*“.
Beləliklə, Rusiya bir türk ölkəsi idi.
1914-
cü il yanvarın 1-i üçün bütün Qafqazda 11928601 nəfər əhali
yaşayırdı. Onun 4335156 nəfəri Güney Qafqazda yaşayırdı*'.
1915-
ci il yanvarın 1 -i üçün bütün Qafqazda yaşayan 11449166
nəfərin 3964472 nəfəri Quzey Qafqazda idi*^ 1916-cı il yanvarın 1-i üçün
isə bütün Qafqazda 12.266.282 nəfər əhali yaşayırdı**.
1915-ci ildə bütün Qafqazda müsəlmanlar 6 milyon nəfər idi və burada
yaşayan əhalinin yarısını təşkil edirdilər. Bu rəqəmi H. Z. Ta- ğıyev 1915-ci
il sentyabrın 22-də yeni Qafqaz canişini Nikolay Niko- layeviçin
qarşılanma mərasimində söylədi*'*.
Başqa bir məlumata görə, 1915-ci il yanvarın l-ədək Güney Qafqazda
20-ə qədər xalq yaşayırdı. Burada əhalinin sayı 6.609.234 nəfər idi. Bütün
XIX əsr boyu və XX əsrin əvvəllərində Güney Qafqazın əhalisi 4 dəfə
artmışdı və əhalinin 80%-dən çoxu kənd təsərrüfatı ilə məşğul olurdu**.
Bir məlumata görə isə Quzey Azərbaycanın əhalisi təxminən 2.861.862
nəfər idi. Bunun 1.952.250 nəfəri, yəni 70%-ə qədəri türk, müsəlman idi.
Başqa
bir məlumata görə, 1914-1917-ci illərdə Azərbaycan türklərinin sayı
təxminən 1475,6 min və ya 1995, 6 min nəfərə çatırdı*“.
M. Ə. Rəsulzadə “Azərbaycan problemi” adlı əsərində yazırdı ki.
Şimali Azərbaycanın 3,5 milyon əhalisi olub, bunlardan 75%-i müsəlman
türküdür*^
Əgər 1903-cü ildə Bakı şəhəri hüdudlarında 143.786 nəfər yaşayırdısa,
1913-cü ildə 214.675 nəfər yaşayırdı. On il ərzində Bakının əhalisi 70. 843
nəfər və ya 49,3 % artmışdı. Müqayisə üçün göstərmək lazımdır ki, bu
dövrdə Petroqradın əhalisi ildə orta hesabla 2,2%, Moskvanın əhalisi 3,25%
artmışdı. Əhalinin illik orta artımı Bakıda 4,09% idi. Bu Petroqraddan 2
dəfə, Moskvadan isə 1,5 dəfə çox idi.
Bu dövrdə Bakıda 25 iqtisadi ərazi rayon var idi. Bakıda 1897-ci ildə
1000 kişiyə 673 qadın düşürdüsə, bu rəqəm 1903-cü ildə 752 qadın və ya 79
nəfər çox, 1913-cü ildə 777 qadın və ya 25 nəfər çox idi. 1903-1913-cü
illərdə artıq Bakıda kişilər 47,2%, qadınlar isə 52% artmışdı**.
Bakıda bütün əhalinin 76.229 nəfəri və ya 36%-i rus, 45.972 nəfəri və
ya 21,3%-i azərbaycanlılar, 41.685 nəfəri və ya 19,5%-i ermənilər idi.
Şəhərdə başqa xalqların da nümayəndələri yaşayırdılar.
64