5 faizlə ödənilməsi şərti ilə ala bilərdi. Konsessiya sahibi neft və dəmir
daşınmasından əldə etdiyi gəlirdən 5 faizini İran hökumətinə verməli idi.
Konsessiya sahibi İran vergilorindən və ödəmələrindən azad edilirdi. Bu
yolun çəkilişi böyük siyasi, iqtisadi, beynəlxalq və dövlətin müdafiəsi
məqsədləri ilə izah edilirdi. Culfa-Təbriz-Urmiyə dəmir yolu əslində Güney
Azərbaycanın tədricən işğal edilməsini nəzərdə tutaraq Türkiyəyə qarşı
meydan kimi düşünülürdü. Bu yolun sayəsində Güney Azərbaycan Qafqazın
xammal əlavəsinə çevrilməli idi. Bu yolun tikintisi üçün Rusiya 4 milyon
690 min 200 rubl xərclədi. Bundan başqa xaricilərə ildə 2 milyon frankadək
faiz verilirdi*. Bakı-Cul- fa - Təbriz-Tehran xətti coğrafi mövqeyinə və
sərfəliliyinə görə digər xəttlər üzərində hökmran olaraq Azərbaycanın
əhəmiyyətini artırırdı. O, Tiflis-Culfa - Təbriz yolunda aşırımdan keçən
xətdən - Vladiqaf- qaz - Tiflis xəttindən əlverişli olurdu. Tiflis-Culfa -
Təbriz yolunun çəkilməsi baha və çətin başa gəlirdi. Kars dəmir yolu da
keçdiyi dağ keçidlərinə görə az yük daşımaq qabiliyyətinə malik
olduğundan iqtisadi cəhətdən az sərfəli idi’.
Bakı-Culfa xətti siyasi və dövlət əhəmiyyəti daşıyırdı. O, Azərbaycanı
ətraf ölkələr olan İran və Türkiyə ilə birbaşa, tez və sıx birləşdirirdi.
Bakı-Culfa dəmir yolunun böyük iqtisadi əhəmiyyəti də var idi. Bu yolla
neft və neft məhsulları İrana, Türkiyəyə və Güney Qafqazın onunla sərhəd
vilayətlərinə gedəcəkdi.
Bakı-Culfa xətti bu ölkələrə daim xeyir gətirən ticarət arteriyası idi. Bu
xətt coğrafi cəhətdən Azərbaycanın bütün ərazisini əhatə edərək
birləşdirirdi; Şirvan, Muğan, Mil. Digər tərəfdən, bu yol Azərbaycanda
dağ-mədən sənayesinin inkişafına təkan vururdu. Zəngəzur, Katar
zavodlarının, Qarabağda Qarabulağ mis hövzəsinin inkişafına şərait
yaranırdı. Bu yol Güney Azərbaycanda Qaradağda mis istehsalına yardım
etməli idi.
1914-cü ildə ABŞ-ın “Mis Tresti” öz mühəndisi Faybressi Qaradağ mis
mədənlərinə göndərdi. Onun məruzəsi əsasında bu mədənlərdən geniş
miqyasda mis çıxardılması qərara alındı. Bakı-Culfa dəmir yolu çəkilmədən
bu müəssisənin işləməsi çətin olardı. 1916-cı il iyulun 30- da Ələt-Culfa
dəmir yolunun tikintisinə başlanıldı. 1918-ci ilin əwə- linədək bu yolun bir
hissəsi tikilib istifadəyə verildi. 1917-1918-ci illərdə Güney Qafqazda baş
verən hadisələr nəticəsində yolun tikintisi dayandırıldı.
53
Tiflis-Təbriz yolunun çəkilməsi təkcə təbii - coğrafi cəhətdən deyil,
həm də Gürcüstanın təbii sərvətlərinin kasadlığı ucbatından əlverişsiz və
çətin idi. Gürcüstandan fərqli olaraq Azərbaycanın böyük təbii ehtiyatları və
maddi sərvətləri var idi. Azərbaycan milləti əməkse- vər, inadkar və işgüzar
idi".
Sonralar ""Neftyanoe delo” jurnalı və “Azerbaycijan” qəzeti bütün
bunları əsas götürərək Bakı-Culfa dəmir yolunun çəkilişini başa çatdırmağa
tələsməyi məsləhət görürdülər. Bu yolun çəkilişi Azərbaycanın həyatında,
dövlətçiliyin yaradılmasında və Azərbaycanın gələcək tarixində mühüm rol
oynamalı idi. Relsləri türk komandanlığı ilə almaq, köhnə Azərbayean
dəmir yolundan götürmək, orta xətt çəkilərkən isə Gürcüstandan və
Ermənistandan almaq təklif olunurdu. Yolun tikilməsi üçün maliyyə
vəsaitini tapmağın mümkünlüyü bildirilirdi.
Bundan ötrü Azərbaycan hökumətinin əlində qızıl fondunun - neft,
mazut və benzinin olduğu göstərilirdi. Yolun 10 verstik (230-240) birinci
hissə ilə birlikdə 230 verstədək hissəsini 1919-cu ilin may-iyun aylarmadək
başa çatdırmaq təklif olunurdu’.
Azərbaycan hökuməti Bakı-Culfa xəttinin tikintisini bərpa etmək üçün
əmr verdi. Yolun tikilən hissələri Oktyabr çevrilişi nəticəsində imperiyanın
dağılmasından istifadə edən erməni silahlı qüvvələrinin Azərbaycan
türklərinə və müsəlmanlara qarşı törətdikləri kütləvi soyqırım hadisələri
zamanı xeyli dağıdıldı.
Rusiya hökuməti strateji məqsədlərinə çatmaqdan ötrü Azərbay- eanda
digər dəmir yol xətlərinin çəkilişini də həyata keçirməyə çalışırdı. Hələ
müharibə ərəfəsində Sankt-Peterburqda dəmir yolları de- partamentinin
direktoru N. E. Qiasintovun başçılığı ilə yeni dəmir yolları komissiyasının
iclasında Ələtdən Güney Azərbaycanla sərhəddə- ki Astarayadək 200 km
məsafədə dəmir yol çəkilişi məsələsi müzakirə edildi. İclasda Qafqaz
canişininin nümayəndəsi, hərbi, maliyyə, yollar və ticarət nazirliklərinin
nümayəndələri iştirak edirdilər. Sahibkarlar adından N. A. Xomyakov və A.
İ. Zveqinsev izahat verdilər. Bu yolların çəkilişi üçün 14 milyon rubl
xərclənməli idi. Ələt-Astara dəmir yolu xətti və qolları varlı Muğan
çöllərindən, Yelizavctpoldan keçərək Güney Qafqazın dərinliklərinə
getməli idi. Komissiya yolların çəkilişini təxirə salmaq istədikdə N. A.
Xomyakov etiraz edərək dünya iqtisadiyyatının mərkəzi olan Asiyaya yolun
çəkilişini vacib saydı. Bildirdi ki, yolun çəkilişinin təxirə salınması
Rusiyanın rəqibləri olan almanlara və ingilislərə İranın şimalında üstünlük
verəcəkdir. Xarici
54
İşlor Nazirliyinin nümayondosi do yolun çokilişini vacib saydı. Bu yolun da
böyük horbi-siyasi vo iqtisadi ohomiyyəti var idi. Yollarla tək- co məhsullar
deyil, eyni zamanda rus horbi hissələri asanlıqla bir məntəqədən digərinə
daşına bilərdi"’.
Bu
yollar
Rusiyanın Güney
Azərbaycanda
möhkomlənmosinə kömək edərdi, Güney Azərbaycanı Qafqazla
əlaqələndirərdi vo çarizmin rəqiblərinin İrandan çıxarılmasına kömək
edərdi.
Güney Azərbaycanda şosse yolları da mühüm rol oynayırdı. Bu yollar
Güney Azərbaycanı İranın müxtəlif yerləri və İran körfəzi ilə birləşdirirdi:
Təbriz-Culfa,
Ərdəbil-Astara,
Bəyazit-Xoy-Təbriz-Qəz-
vin,
Savucbulaq-Mosul.
Güney Azərbaycanın həyatında Urmiyə gölü mühüm rol oynayırdı.
Orada paroxodçuluq işə salınmışdı. Bu ərazidə Culfa-Təbriz şosse yolu
işləyirdi.
Savucbulaq-Urmiyə-Xoy və Savucbulaq-Miandaab-Təbriz yolları
strateji əhəmiyyət daşıyırdı.
Mesopotamiyadan, Bağdaddan və Mosuldan Təbrizə gələn yollarda
aşırımlar yüksək idi. Bu məntəqələrdən başqa Azərbaycan şəhərlərindən
Ərdəbil şahsevən tayfalarının mərkəzində yerləşmişdi. Маки şəhəri narahat
Makin kürdlərinin mərkəzində idi. Onlar çoxsaylı kürdləri Azərbaycana
cəlb edirdilər.
Təbriz inzibati, ticarət, siyasi və hərbi maraqlar şəhəri idi. İran şahının
vəliəhdi Təbrizdə əyləşirdi. 1914-cü ildə burada 300 min, Xoy və Urmiyə
şəhərlərinin hər birində 50 min, Savucbulaqda isə 30 min əhali yaşayırdı.
“Baku” qəzetinin 1915-ci il 2! yanvar tarixli sayında “Azərbaycanda
hadisələrin gedişi” adlı məqalədə deyilirdi ki, türklər bütün Azərbaycan
olmasa da, İranla Türkiyə arasında mübahisəli olan və türklərin -
azərbaycanlıların yaşadığı Urmiyə gölü və onun ətraf zolağını,
Azərbaycanın zəngin qərb hissəsini ələ keçirtmək istəyirdilər. Sonuncu dəfə
türklər bu zolağa öz ordularını hələ 1905-ci ildə çıxartmışdılar. Türk
orduları 1912-ci ilədək burada qalmışdı. Balkan müharibələrində məğlub
olduqdan sonra Türkiyə bu ərazilərdən öz ordularını çıxardı. 1915-ci ildə isə
Türkiyə bu mübahisəli əraziyə yenidən ordu yeritdi. Türkiyə İranın bütün
şimal-qərbinin mərkəzi olan Təbrizi tutdu".
İkinci, Azərbaycanın zəngin neft yataqları və digər təbii sərvətlərinin
olması, XX əsrin əvvəllərindən dünya siyasətində neftin rolunun
55
Dostları ilə paylaş: |