xeyli artması böyük dövlətlərin Azərbaycan siyasətini şərtləndirən
amillərdən biri idi. Əslində müharibə həm də neft və neft mənbələri uğrunda
aparılırdı.
1914-cü ilin ilk 9 ayı ərzində bütün dünyada 3 milyard 402 milyon pud
neft çıxarılmışdı. Bu da 1913-cü illə müqayisədə 219, 3 milyon pud və ya
6,9% çox idi. Bunun 552 mln. pudu və ya 16,2% Rusiyanın payına düşürdü.
1901 və 1913-cü illərlə müqayisədə 1914-cü ildə neft çıxaran başlıca
ölkələrin yerləşməsi belə idi: 1901-ci ildə Rusiya neft çıxanimasının
həcminə görə dünyada birinci yerdə idi. Əgər 1901-ci ildə ABŞ-da 555 mln.
pud neft çıxarılmışdısa o, 2,155 mln. puda çataraq 1913-cü illə müqayisədə
171 mln. pud artdı. Rusiyada neft hasilatı 1901-ci ildəki 681 mln. puddan
552 mln. puda endi, 1913-cü illə müqayisədə 12 mln. pud azaldı. Meksikada
neft hasilatı 59 mln. pud artaraq 285 mln puda çatdı. Rumıniyada neft
hasilatı 1913-cü ildəki 116 mln. puddan 14 mln. pud azaldı.
Avstriya-Macarıstanda hasilat
1913-
cü illə müqayisədə 18 mln pud azalaraq 67 mln. puddan 49 mln.
puda endi. İranda neft hasilatı təxminən 25 mln. pud idi.
ABŞ-m Rusiyam ötüb keçməsi əsasən Bakıda neft hasilatının azalması,
qiymətlərin aşağı düşməsi və qazmanın zəifləməsi ilə bağlı idi. Bunun
əvəzində 1914-cü ilin yanvarında ABŞ-da 2286 buruğun qazılması başa
çatdı, 615-i isə yenidən qazıldı. Təkcə sentyabr ayında 1464 quyunun
qazılması başa çatdı, 442-i isə tikildi'^
Qeyd etmək lazımdır ki, müharibə ərəfəsində ABŞ-da neft qazma işləri
azaldıqca Rusiyada artırdı. Lakin Rusiyada baş verən tətillər, sonra isə
müharibədə iştirak etmək neft hasilatını aşağı saldı: Azərbaycan tarixçisi S.
Əliyarov həm çar hökumətinin, həm də neft sənayesi burjuaziyasının birinci
dünya müharibəsinin doğuracağı iqtisadi sarsmtılan öncədən görmək
imkanında olmadıqlarını yazır’’. Lakin bütövlükdə, müharibə neft
hasilatının ümumi səviyyəsinə təsir etmədi. 1915-ci ilin doqquz ayı ərzində
Bakı neftayırma zavodlarında 242,9 mln. pud müxtəlif məhsullar istehsal
edildi. Bu, ötən illə müqayisədə 38,7 mln. pud və ya 18,9% çox idi'f
M. Ə. Rəsulzadə 1938-ci ildə Berlində alman dilində çap olunan
“Azərbaycan problemi” adlı əsərində Amerikadan sonra ikinci böyük neft
yataqlarının Bakı və çevrəsində olduğunu yazırdı. O, eyni zamanda dünya
üzərində Bakının neft mənbələrinin ikinci yeri tütduğunu qeyd edirdi.
Neftin illik ixracı müharibə ərəfəsində 22.000.000 ton və yun ixracı 150.000
ton idi. Müharibədən əvvəl Azərbaycandan keç
56
məklə İran və Rusiya, Türküstan və Qafqaz arasında ixrac
200.0.
000 marka olmuşdu. Bu ölkələrdə ticarətin həcmi
700.0.
000 markaya çatmışdı'".
Miryaqub Mehdizadə də beynəlmiləl siyasətin cahanşümul iqtisadi
amillərin üzərinə təsir etdiyini qeyd edərək yazırdı ki, bu amillərdən ən
böyüyü, şübhəsiz, petroldur. Ümumi hərbin müzəffəriyyətini təmin edən ən
böyük qüvvət də, şübhəsiz, petrol idi. Çünki dəmir yollarını, hərbi texnikanı,
tankları, avtomobilləri, təyyarələri və sair bir çox nəqliyyat vasitələrini
hərəkətə gətirən qüvvət ancaq petrol və benzin kimi neftdən məmul olan
məhsullar idi. Sülh ümumiyi mütəa- qib ən böyük Avropa və Amerika
ricalinin zehinlərini işğal edən məsələ bir daha zihur edəcək aləmşümul
müharibədə müzəffəriyyətin hansı qüvvələr tərəfində qalacaq qəziyyəsi idi.
Zehinləri ciddən işğal edən bu məsələnin on təbii cavabı: “Kim cahan petrol
mənbələrinə malik olursa müstəqil zəfər onundur” cümləsindən ibarət idi'*.
Çünki bütün hava filosu, bütün hərb gəmiləri, bütün ticarət filotu və irəlidə
bütün dəmir yollan petrol və benzin kimi neftdən hasil olan cövhərlər və
mayelərlə hərəkətə gətiriləcəkdir. Bu qısa və ümumi mülahizələrdən böyük
dövlətlərlə, böyük neft şirkətlərinin cahan petrol mənbələrini əllərinə
keçirmək yolunda bəyan etdikləri çətin nə mahiyyət və qiymətdə olduğu
özlüyündən anlaşılır. Bu qüvvələrin, eyni zamanda dünyanın ən zəngin
petrol mənbəyini təşkil edən Azərbaycan və ələlxüsus Bakı petrol
mənbələrini əldə etmək üçün göstərdikləri qeyrət və eiddiyyətin əhəmiyyəti
dəxi bir surətlə təqdir edilmiş olur'l
İngiltərəni cahan hərbinə sövq edən səbəblərdən biri Mosul və
Azərbayean nefti məsələsi idi. M. Mehdizadə yazırdı ki, İngiltərə ilə
Amerika arasında gərgin vəziyyətin olmasına səbəbiyyət verən məsələ yenə
Mosul nefti ilə Azərbayean nefti məsələsi idi. Məlum olduğu kimi,
Azərbayeanda mövcud neft mövcudi Meksikadan və İrandan da çox idi.
Hesabına görə Bakı ərazisi altında ehtiyaiı bulunan neftin miqdarı Amerika
ərazisindəki mövcuddan da az deyildi. Petrol mütəxəssislərindən digər birisi
Qafqaz ilə Türküstanda mövcud olan nefti 8 bilyon boril miqdarında təxmin
edirdi. İran ilə Türkiyə ərazisindəki neft mövcudi isə 5 bilyon boril ilə 6
bilyon arasında təxmin olunurdu. Amerikada neft 5,5 bilyon borildən ibarət
idi'*. Bu müxtəsər rəqəmlər Azərbaycan petrolunun cahan iqtisadiyyatı və
cahan siyasəti üçün mühüm rol oynadığını göstərirdi. XIX əsrin sonu - XX
əsrin əvvəllərində Bakı dünyada neft çıxarılmasına görə birinci yerə çıxdı.
Bakıda neft isteh
57
salının sürotlə artmasının sobobi neft yataqlarının son dərəco zongin- liyi,
ucuz işçi qüvvəsinin olması və texniki yeniliklərin tətbiqi ilə bağlı idi.
Başqırd tarixçisi Gülnarə Vəliəhmədova yazır ki, kəskin beynəlxalq
ziddiyyətlərdə neft uğrunda mübarizə, neft mühüm cəhət oldu və son
nəticədə birinci dünya müharibəsinə gətirib çıxartdı”.
Birinci dünya müharibəsində böyük dövlətlərin Azərbaycan siyasətində
petrolun oynadığı nəhəng rolu neft işi üzrə ingilis eksperti V. C, Çayldz belə
ifadə edirdi; “Əgər Bakı nefti olmasaydı, 1914-1921- ci illərdə Yaxın və
Orta Şərqdə baş verən hadisələr olduğuna bənzəməzdi”.
'"Nefiyanoe r/e/o” jurnalının hələ müharibə başa çatmamış 1918-ci il 27
aprel tarixli 7-8-ci saylarmda yazılırdı ki, müharibənin gedişi döyüşən bu və
ya başqa tərəfin təchizatının zəruriliyini göstərirdi. Müharibə orduların
deyil, xalqların döyüşdüyünü və sənayenin səfərbərliyinin səviyyəsini
göstərdi. Müharibə sənayenin fəaliyyət göstərməsi üçün hər şeydən əvvəl,
yanacaq ehtiyatlarının zəruriliyini irəli sürdü. Almaniyanın hərbi texnikası
güclü olduğu bir vaxtda onlar avtomobillərinə, aeroplanlarına yanacaq tökə
bilmədilər və məğlubiyyət əlamətləri üzə çıxdı. Almaniyaya Rumıniya neft
mənbələri kömək etdi. Maşınları çox, lakin nefti az olan tərəf gec-tez
məğlub olacaqdır. Almaniya bazarlarında neft baha olduğu üçün qələbə
şansı Antanta tərəfdə olacaqdır-“. Doğrudan da, 1916-cı ildə dünyada neft
çıxarılması Antanta ölkələrində cəmi 48,0 mln. ton və ya 78,6% idisə,
Almaniya tərəfdə cəmi 2,2 mln. ton və ya 3,6% idi’'. Buna görə də
Almaniya Bakı neftinə sahib olmağı Antanta üzərində qələbənin əsas
şərtlərindən biri hesab edirdi”.
Müharibənin aparılmasında iri neft şirkətləri də maraqlı idilər.
1914-
cü ilin iyulunda Berlində alman bankının direktoru Hvinner,
Nobelin nümayəndəsi K. V. Xaçelinə bildirdi: “Tezliklə Rusiya ilə
müharibə başlayacaqdır””.
Bu fakt müharibə ərəfəsində korporasiyaların, bankların və sənaye
kompaniyalannın böyük siyasətlə bağlı olduğunu göstərir. Neft
korporasiyaları və onlarla əlaqədar olan maliyyə müəssisələri hərbi
hazırlığa cəlb olunaraq müharibənin gedişində onlara müvafiq təsir etdilər”.
Müharibənin başlanması və gedişinin ən mühüm nəticələrindən biri
dövlətin fəal yardımı ilə neft kompaniyalarının və biznesinin artma
58
Dostları ilə paylaş: |