sı idi. Məsolən, müharibo vorofosindo Nobel şirkətinin kapitalı 15 mln.
mbldan 30 mln. rubla çatmışdısa, 1916-cı ildə bu məbləğ 45 mln. rubla
çatdd^ Qeyd etmək lazımdır ki, müharibə başlamazdan öneə fransız, ingilis
və alman kapitalının Bakı nefti ilə bağlı planları var idi. XIX əsrin 80-ci
illərində fransız kapitalı Rotşildin simasında Bakıya nüfuz etdi. İngilis
kapitalının Bakı neftinə axını hələ 1898-ci ildən başlanmışdı. Üç ingilis
səhmdar cəmiyyəti - “The Shibaeff Petroleum Company” və “Baku Russian
Company”, “Russian Petrolium Company” Bakıda fəaliyyətlərini
genişləndirdilər^^.
Maliyyə idarəsi Londonda yerləşən bu kompaniyaların kapitalının
ümumi məbləği 33,5 mln rubl. idi.
1902-ci ildə Bakıda kapitalı 39, 4 mln. rub. olan 11 ingilis müəssisəsi
var idi”.
1893-1903-cü illərdə ingilislərin Rusiya neft sənayesinə qoyduğu 63,6
mln. nıblun 47 mln. rublu Bakı neft rayonunun payına düşürdü“
1912-
ci ildə Londonda “Russian General Oil Corporation”
yaradıldı. 1913-cü ildə onun kapitalı 23,6 mln rubl idi-’.
London neft trestləri ilə eyni vaxta Bakıda ingilis-holland inhisarçı
kapital qrupu olan “Shell” fəaliyyətini genişləndirdi. O, “Xəzər-Qara dəniz
cəmiyyoti”nin, “Mazut” cəmiyyətinin, “Şibayev” cəmiyyətinin, “Qafqaz”
cəmiyyətinin vo Rus neft cəmiyyətinin aksiyalarının xeyli hissəsini aldı.
1917-ci il orəfosindo Bakı neft rayonundakı 112,6 mln. rubl, xarici
səhmdar kapitalının 54,3 mln rublu ingilislərin payına düşürdü“.
Neft sahibkarları olan Azərbaycan türkləri kapitalı az və zəif olduqları
üçün öz şirkətlərini tədricən xaricilərə baha qiymətlərə satırdılar.
Alman kapitalı Bakı neftinə “Nobel qardaşları” neft şirkəti vasitəsilə
sahib olmağa can atırdı. Bu şirkət alman kapitalı ilə bağlı idi. Əsrin
əvvəlində şirkətin alman kapitalı ilə əlaqələri genişləndi. Almaniyanın
“Disskonto Gcscllsshaıf’ səhmdar cəmiyyəti 1912-ci ildə Nobel səhmlərinin
40%-no sahib idi”. Digər şirkətlərdə də alman kapitalının payı var idi.
Alman kapitalının Bakıdakı iri “Lianoqovun neft istehsalı” cəmiyyəti
şirkəti ilə do olaqəsi mövcud idi. Bu dövrdə bir sıra Qərbi Avropa şirkətləri
“Standart оуГа qarşı birləşmişdilər. 1910-cu ildə Almaniya Bakı neftinin
daşınmasında mühüm yerlərdən birini tuturdu”. Dünya müharibəsi
ərəfəsində Almaniya artıq bu sahədə üçüncü yeri
59
qazandı. Əgər 1896-cı ildə Bakıdan Almaniyaya daşınan neft məhsulları
ümumi daşınmanın 12%-ni təşkil edirdisə, 1903-cü ildə bu 17,9%- ə çatdı.
Bakı neftinə olan tələbatına görə Almaniya Avropa dövlətləri içərisində
üçüncü yeri tuturdu. Lakin az sonra ingilislər və fransızlar Almaniyam
sıxışdırıb arxa plana keçirtdilər.
Fevral inqilabı ərəfəsində Bakı neft rayonundakı 112,6 mln. rubl xarici
səhmdar kapitalın 10 mln. rublu alman, 48,3 mln. rublu fransız kapitalı idi”.
Bakı neftinin ixracına Türkiyədə də ehtiyac artdı. XIX əsrin sonra-
lanndan başlayaraq Türkiyə Bakı neft sənayesi məhsulları üçün mühüm
bazara çevrildi. 1895-ci ildə Bakıdan Türkiyəyə aparılan kerosin 585890
pud idisə və bu, əsasən təxminən 890 km. uzunluğu olan Ba- kı-Batum boru
xətti vasitəsilə aparılırdısa, 1897-ci ildə bu rəqəm 4.618.791 puda çatdı və
bu yola Novorossiysk də əlavə edildi.
ABŞ-ın “Standart oyl” şirkəti amerikanlar müharibəyə girmədən bir ay
öncə neft kompaniyalarının fəaliyyətini genişləndirmək üçün proqram
işləyib hazırladı. Proqram üç maddədən ibarət idi: 1. Xaricdəki bütün neft
yataqlarında kəşfiyyat və mülkiyyətin verilməsi sahəsində hansı işlər
görülür; 2. Mülkiyyətini satmaq və ya icarəyə vermək istəyən sahibkarı
diqqətdə saxlamaq; 3. Yer kürəsinin gələcək neft rayonlarına dair
məlumatlar toplamaq və ən perspektivli olanlarına maraq göstərmək. Bu
proqram “Standart oyf’un idarə heyətində müzakirə edilərək fəaliyyət üçün
əsas götürüldü”.
Qeyd etmək lazımdır ki, bu maddələr dünya müharibəsinin gedişində
ABŞ-ın xaricdəki neft siyasətinin təməlini təşkil etdi.
Quzey Azərbaycan təkcə neftlə zəngin deyildi. Diyarda mis, dəmir,
kobalt, qurğuşun, qızıl, gümüş və alüminium ehtiyatları da var idi. Avropa
ölkələrinin kapitalı dağ-mədən sənayesinə də qoyulmuşdu.
Üçüncü,
Azərbaycanın əlverişli təbiəti və iqlimi böyük dövlətlərin
siyasətində onun əhəmiyyətini artırırdı.
Quzey Azərbaycan öz strukturuna görə bir-birindən fərqlənən müxtəlif
təbii ərazilərə ayrılırdı. Diyarın şərq hissəsi düzənlik, qərb, cənub-qərb
hissələri isə zirvələri qarla örtülü yüksək dağlardan və yaylalardan ibarət
idi. Şimal hissəsini Abşeron yanmadasmdakı kiçik təpələrə söykənən
Qafqaz dağlarının cənub-şərq ucu təşkil edirdi. Abşeron yanmadasında
daşlı və alçaq ovalıqlarla yanaşı ara-sıra bəzi təpəliklər də var idi. Quzey
Azərbaycan kontinental iqlimə malik idi. İqlim müxtəlif zonalarda dəniz
səviyyəsindən yuxarı və ya aşağı ol
60
duğuna, Böyük və Kiçik Qafqaz dağlarının təsirinə görə bir-birindən
fərqlənirdi. Muğan çölləri və Aşağı Kür hövzəsi isti iqlimə malik idi.
Qərbdə və cənub-qərbdə zirvələri həmişə qarla örtülü olan yüksək dağlarda
qış sərt keçirdi. Yaz Azərbaycana tez gəlirdi. Yazı isti, qışı mülayim və az
qarlı keçirdi. Belə iqlim heyvandarlıq və kənd təsərrüfatı üçün əlverişli idi.
Qovuşaraq Xəzər dənizinə tökülən Araz (təqribən 1100 km) və Kür (1330
km) çayları Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayırdılar.
Zəngin sərvətləri olan Xəzər dənizi Azərbaycanın hər iki tayını
birləşdirərək onu cənubda İran, şimalda Rusiya, şərqdə isə Türküstanla
əlaqələndirirdi. Ticarət gəmiləri Xəzər dənizindən keçərək Volqa çayına
çıxaraq Rusiya imperatorluğunun əsasən türklər, müsəlmanlar yaşayan
şəhərləri ilə alış-veriş edirdilər.
Güney Azərbaycanda dağlar dörd magistral paralel dağlardan -
Qaradağ, Mişovuldağ, Bozquşdağ və Mərmərdağdan ibarət idi. Bu dağların
şimalda olan üçü çətin keçiləndi və qərb hissədə yollar yaxşı kəsişirdi.
Dağların hündürlüyü 7-15.000 fut idi. Burada çaylar dağ təbiətli idi və yaz
vaxtları çətin keçilən olurdu” Azərbaycana yiyələnən qüdrətli dövlətin onu
digər xarici dövlətlərin təpkisi ilə əlindən buraxması şansı çox az idi.
Dördüncü, Quzey və Güney Azərbaycanın zəngin təsərrüfatı -
pambıqçılığı, balıqçılığı, ipəkçiliyi, tütünçülüyü və s. xariciləri özünə cəlb
edirdi. Diyar bal, dəri, yun, meyvə və b. zəngin idi.
Münbit olan və suvarılan Güney Azərbaycan torpaqlarının 54%-i
məhsul verən, 40%-i isə əlverişli idi. Meşələr Güney Azərbaycan ərazisinin
13%-ni təşkil edirdi”.
Quzey Azərbaycanda balıq istehsalı əhəmiyyətli yer tuturdu. Xəzər
dənizinin balığı və kürüsü də xariciləri maraqlandırırdı. Quzey
Azərbaycanda Tağıycv, Mantaşov, Mayılov və başqalan balıq sənayesinin
bir qismini öz əllərinə almışdılar. Balıqçılıq dəniz nəqliyyatının və gəmi
təmiri tərsanələrinin yaradılmasını sürətləndirdi. Göyçə gölü və Göy-göl
Quzey Azərbaycanda balıqçılıq üçün müəyyən rol oynayırdılar.
Azərbaycan ipəyi də xariciləri özünə cəlb edirdi. XIX əsrin sonu - XX
əsrin əvvəllərində Güney Qafqazdan xarici ölkələrə ixrac edilən ipəyin
90%-ni Azərbaycan verirdi”. Azərbaycan ipəyi Milana, Liona, Lodza,
Varşavaya və başqa şəhərlərə ixrac olunurdu. İpək istehsalına görə Nuxanı
Qafqaz Lionu adlandırırdılar.
61
Dostları ilə paylaş: |