Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   19   20   21   22   23   24   25   26   ...   99

Yelizavetpol şohərində aşağıdakı konsul nümayondəlori var idi; İranın 
vitse-konsulu Massadağa Ayvan; İngiltərənin konsulu Patrik Vilyam Cozef 
Stivens  (Batumda  otururdu,  lakin  Yelizavetpol  quberniyasına  baxırdı); 
Belçikanın ştatdankənar baş konsulu Stanislav Boye (Xarkovda otururdu, 
lakin  Yelizavetpol  quberniyasına  baxırdı);  Norveçin  ştatdankənar  baş 
konsulu  Rasmus  İnqvald  Torsen  (S.  Peterburqda  otururdu,  lakin 
Yelizavetpol quberniyasına baxırdı). 
İrəvan şəhərində xarici ölkələrin aşağıdakı konsul nümayəndələri var 
idi. İranın vitse-konsulu Hacı Quluxan; İngiltərənin konsulu Patrik Vilyam 
Cozef  Stivens  (Batumda  otumrdu,  lakin  İrəvan  quberniyasına  baxırdı); 
Belçikanın ştatdankənar baş konsulu Stanislav Boye (Xarkovda otururdu, 
lakin İrəvan quberniyasına baxırdı); Belçikanın konsul agenti Pavel Peti de 
Morkur  (Tiflisdə otururdu,  lakin  İrəvan  quberniyasına  baxırdı);  Norveçin 
ştatdankənar baş konsulu Rasmus İnqvald Torsen (S. Peterburqda otururdu, 
lakin İrəvan quberniyasına baxırdı). 
Naxçıvan şəhərində İranın konsul agenti Rauf bəy işləyirdi. 
Zaqatala dairəsində Belçikanın konsul agenti Pavel Peti de Morkur idi. 
O, Tiflisdə əyləşirdi. 
1914-
 
cü ildə Bakıda Belçikanın konsulu Ayvazov, Böyük Britaniyanın 
vitse-konsulu 
Ronald  Makdonci;  Yunanıstanın  konsulu  Kussi, 
Danimarkanın  konsulu  Birinq  (o,  Bakı  şəhorinə,  Bakı,  Kutaisi, 
Yelizavetpol,  Tiflis,  İrəvan  quberniyalarına,  Kars,  Dağıstan  və  Batum 
vilayətlərinə  baxırdı);  İtaliyanın  konsul  agenti  Georq  Pitoev;  Niderlandın 
vitse-  konsulu  S.  Bardskiy;  Norveçin  vitse-konsulu  Birinq;  İranın  Bakıda 
konsulu  Nüsrət  ül  Vezare,  Yclizavetpolda  vitse-konsulu,  Lənkəranda 
konsul  agenti  Seyflılla  xan,  İrəvanda  konsulu  Hacı  Quluxan;  Fransanın 
konsulu Haje; İsveçin konsulu Knut Malm fəaliyyət göstərirdilər^ 
Müharibə başladıqdan sonra, 1915-ci ildo Bakıda Belçikanın konsulu 
Ayvazov;  Böyük  Britaniyanın  vitse-konsulu  Ronald  Makdonel; 
Yunanıstanın  konsulu  Kussi;  Danimarkanın  konsulu  Birinq;  İtaliyanın 
konsul  agenti  Georgi  Pitoyev;  Niderlandın  vitse-konsulu  S.  Bardski; 
Norveçin  vitse-konsulu  Birinq;  İranın  Bakıda  konsulu  Davudxan,  Ye- 
lizavetpolda  vitse-konsulu  Əhmədxan,  Lənkəranda  konsul  agenti  Ab- 
basxan;  İrəvanda  konsulu  Hacıağaxan;  Fransanın  konsulu  Haje;  İsveçin 
konsulu Knut Malm idP. 
1915-
 
ci  aprelin  1-də  Rusiya  imperatoru  İranın  Lənkərandakı  keçmiş 
konsul  agenti  Həbibulla  xanı  Göyçay  və  Salyanda  konsul  agenti  kimi 
tanıdd. 
68 


Osmanlı imperatorluğıınıın planları 
•  Müharibo  dövriindo  xarici  siyasət  vo  diplomatiya  tam  mənasında 
mövcud deyildi. Onları daha çox lıərbi rəislərin əmrləri əvəz edirdi. Bununla 
belə,  xariei  siyasət  və  diplomatiya  ilə  paralel  və  qarşılıqlı  vəhdətdə  hərbi 
siyasət  də  gedərək  dövlətlərin  ümumi  mənfelərinə  xidmət  edirdi.  Böyük 
dövlətlərin  Quzey  Azərbaycan  siyasətini  öyrənmək  üçün  ilk  növbədə 
onların  hərbi  qüvvələrini,  planlarını  və  strateji  niyyətlərini  araşdırmaq 
lazımdır. 
Osmanlı  imperatorluğıınıın  Azərbaycana  dair  planları  ümumi  xarici 
siyasətin tərkib hissəsi idi. 1913-cü ildə Türkiyədə gənc türklərin liderləri 
Ənvər  paşa  hərbi  nazir  və  baş  qərargah  rəisi,  Tələt  paşa,  daxili  işlər  və 
maliyyə naziri, 1917-ci ildə böyük vəzir oldu; Camal paşa isə dəniz naziri və 
İstanbulun  hərbi  qubernatoru  oldu.  Almaniyaya  xüsusi  rəğbəti  olan  gənc 
türklərin  liderləri  Osmanlı  imperatorluğunu  bu  ölkə  ilə  daha  da 
yaxınlaşdırdılar.  1913-cü  ilin  noyabrında  alman  general-leytenantı  Liman 
fon  Sanders  Osmanlı  imperatorluğu  hərbi  nazirliyi  ilə  Almaniya  arasında 
Türkiyədə işləyən alman zabitlərinin funksiya və şərtlərini müəyyənləşdirən 
xüsusi müqavilə imzaladı. Alman missiyasının tərkibində 42 zabit var idi. 
Missiya  1913-cü  il  dekabrın  14-də  İstanbula  gəldi.  Missiyanın  başçısı 
Liman  fon  Sanders,  hərbi  qərargah  rəisi  isə  Almaniyanın  Türkiyədəki 
keçmiş  hərbi  attaşesi  mayor  Ştrcmpcl  oldu.  Belə  bir  müqavilə 
bağlanmasında  Almaniya  xüsusilə  maraqlı  idi.  Lakin  Almaniya  ilə  bu 
müqavilənin bağlanmasının təşəbbüskarının Türkiyə olmasını ABŞ tarixçisi 
Sidney  Fey,  müharibə  dövründə  İtaliyanın  məşhur  siyasi  xadimi  və 
publisisti  olmuş  L.  Aibcrtini  və  həmçinin  görkəmli  türk  generalı  Kazım 
Qarabə- kir paşa da etiraf edirdilər". Alman missiyasının tərkibi haqqında 
müxtəlif rəqəmlər söylənilir. Liman fon Sandersin yazdığına görə, 1914- cü 
ilin  avqustunda  alman  hərbi  missiyası  70  zabitə  və  müharibənin  sonuna 
yaxın 800 nəfərə çatdı'’. Fransız tarixçisi, professor Pierre Reno- uvin isə 
Liman  fon  Sandersin  başçılığı  ilə  İstanbula  gələn  alman  heyətinin  40 
nəfərdən ibarət olduğunu yazır. Ona görə bundan əvvəl ad-  miral Limpus 
başda  olmaqla  ingilis,  general  Bauman  başda  olmaqla  fransız  heyətləri 
İstanbula gəlmişdik 
Osmanlı ordusu alman hərbi missiyasının, xüsusən, general Liman fon 
Sandersin  nəzarəti  altında  yerləşirdi.  O,  bütün  türk  ordusunun  baş 
inspektoru  idi.  Müharibə  başlayan  kimi  Liman  fon  Sanders  1-ci  ordunun 
komandanı təyin edildi*. 
69 


Almaniya  Rusiyaya  müharibə  elan  etdikdən  bir  gün.sonra  -  avqustun 
2-də gündüz saat 4-də İstanbuldakı alman səfiri Barən fon Van- henheym ilə 
sədrəzəm  və  Xarici  İşlər  naziri  Səid  Həlim  paşa  arasında  gizli  müqavilə 
imzalandı.  Bu  müqaviləyə  görə;  1).  Hər  iki  tərəf  Avstriya-Macarıstan  ilə 
Serbistan  arasındakı  savaşda  tərəfsiz  qalacaqdır;  2).  Ancaq  Rusiya 
Avstriya-Macarıstan əleyhinə hərbi əməliyyatlara başlayardısa və Almaniya 
müharibəyə girərdisə Osmanlı impera- torluğu da müharibəyə qatılacaqdı; 
3).  Osmanlı  ordusuna  təlim  keçmək  üçün  Türkiyədə  olan  alman  əsgəri 
heyəti  müharibə  başladıqdan  sonra  yerində  qalacaq  və  Osmanlı 
qüvvətlərinin  idarə  edilməsində  vəzifə  alacaqdı;  4).  Osmanlı  torpaqlarına 
hər hansı hücum olardısa Almaniya Osmanlını silahla qorumalı idi; 5). Bu 
müqavilə 1918-ci il 31 dekabr tarixə qədər qüvvədə olmalı idi; 6). Müddətin 
sonunda tərəflərin biri ondan imtina etməzdisə, müddət 5 il üçün artırılmalı 
idi; 7). Müqavilə imzalandıqdan sonra bir ay  müddətində təsdiq olunmalı 
idi; 8). Müqavilə məxfi idi və yalnız qarşılıqlı razılıqla çap edilə bilərdi’. 
Müqavilənin imzalanmasında müdafiə naziri Ənvər, daxili işlər naziri 
Tələt, ədliyyə naziri Xəlil iştirak etdilər'". 
Bu sənədin imzalanmasından Antanta dövlətlərinin xəbəri yox idi. 
Elə  həmin  gün  Türkiyə  rəsmi  olaraq  müharibədə  özünü  tərəfsiz  elan 
etdi". 
İngilis  tarixçisi  Marian  Kent  yazır  ki,  avqustun  2-də,  Almaniya 
Rusiyaya  müharibə  elan  etdikdən  bir  gün  sonra,  Türkiyə  Almaniya  ilə 
ittifaqa  girdi.  Britaniyanın  müharibəyə  qoşulduğünu  bilən  Ənvər  paşa 
Trakiyadakı  bəzi  bolqar  əraziləri  ilə  birlikdə  Lcmnos  və  Kios  adalarının 
Türkiyəyə  qaytarılması  əvəzində  Osmanlı  ordusunu  Almaniyanın 
istifadəsinə verməyi nəzərdə tutan ittifaq təklif etdi'k 
Başqa ingilis tarixçisi C. M. Roberts yazır ki, Türkiyənin siyasəti əsas 
etibarı  ilə  Rusiyadan  qorxudan  irəli  gəlirdi.  Türkiyə  müharibəyə 
Almaniyanın  udacağına  əmin  olduğundan  1914-ci  il  avqustun  2-də 
Almaniya  ilə  alyansa  girdi.  Lakin  bu  alyans  məhdud  idi'".  Digər  ingilis 
tarixçisi  A.  Teylor  Türkiyənin  Almaniya  ilə  2  avqust  tarixdə  bağladığı 
müqaviləni  Osmanlı  imperiyasını  məhv  edən  kobud  səhv  kimi 
qiymətləndirir'". 
Almaniya ilə məxfi maqavilə imzalandıqdan sonra avqustun 5-də Ənvər 
paşa  İstanbuldakı  rus  səfirliyinin  hərbi  attaşesi  Lcontyevlə  danışıqlara 
başladı.  Bu  danışıqlarda  türklər  Rusiyaya  yaxşı  münasibətlərini  nümayiş 
etdirərək Qafqaz sərhəddindəki bütün birliklərini geri 
70 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə