çəkəcəklərini və bu qüvvələrin böyük bir qismini Qərb sərhədlərinə
göndərəcəklərini bildirdilər'\ Qeyd etmək lazımdır ki, bu dövrdə ingilis və
fransız diplomatiyaları da rus qüvvətlərinin Qərb cəbhəsindən ayrılıb
Qafqaza aparılmasını istəmirdilər. Rusiya Güney Azərbaycanda başlamış
olduğu hərəkatda Türkiyənin tərəfsiz olmasını tələb edirdi. Lakin türklərin
Güney Azərbaycanı Rusiyanın boşaltmasını tələb etmələri insanlıq
baxımından Osmanlı üçün qüvvətli bir durum saxla- dı'‘.
Türkiyə Nazirlər Şurasının iclaslarının birində Camal paşaya
İstanbuldakı ingilis səfiri Mallctlo. Cavid bəyə isə Fransız səfiri Bomparla
yaxın əlaqə yaratmaq tapşırıldı”. Ənvər paşanın Rusiyaya hərbi ittifaq
bağlamaq üçün etdiyi təklifi rus diplomatiyası tərəfindən rədd olundu.
Avqustun 6-da İstanbulda Almaniya ilə Türkiyə arasında 2 avqust
tarixli müqaviləyə faktiki olaraq əlavə müqavilə imzalandı. Bu müqaviləyə
görə, Almaniya aşağıdakı öhdəlikləri öz üzərinə götürdü: 1). İşğal rejiminin
ləğvinə kömək etmək; 2). Türk hökumətinin Rumıniya və Bolqarıstanla
aparılan danışıqlarında yardımçı olmaq; 3). Əgər Yunanıstan müharibəyə
qoşularsa məğlub ediləcəkdir və Almaniya Arxipelaq adalarının Türkiyəyə
verilməsinə səylər göstərəcəkdir; 4). Almaniya Osmanlı imperiyasının
sərhədlərini elə düzəldəcəkdir ki, Türkiyənin Rusiyanın müsəlmanlar
yaşayan əraziləri ilə birbaşa əlaqəsi olsun; 5). Almaniya Türkiyənin öz
itkilərinin yerinin doldurmasına kömək edəcəkdir'^
Alman orduları Mamada məğlub edildikdən sonra baş qərargah rəisi
Moltke sentyabrın əvvəllərində Liman fon Sandersdən Türkiyəni tezliklə
Qafqazda, Qara dənizdə və Süveyş kanalı rayonunda müharibəyə qoşmağı
tələb etdi'''.
Sentyabrın 27-do türk hökuməti boğazları ticarət gəmiləri üçün
bağladı-". Türkiyədə işğal rejimi oktyabrın 1-də ləğv edildP'.
Baş nazir Səid Həlim, Şeyxülislam Xeyri Əfəndi, hərbi nazir Ənvər
paşa, daxili işlər naziri Tələt bəy, ədliyyə naziri İbrahim bəy, Dövlət
Şurasının sədri Xəlil bəy və təhsil naziri Şükrü bəy müharibə elan olunması
haqqında formanı hazırlayıb Sultana təqdim etdilər^^
1914-
cü il oktyabrın 22-dən Osmanlıda xidmətə girmiş alman ad-
miralı Suşonun komandanlığı altında dənizə yerdəyişmə bəhanəsi ilə çıxan
“Heben” və “Breslau” (“Yavuz” və “Midili”) hərbi gəmilərinin oktyabrın 29
və 30-da Rusiyanın donanmasına və limanlarına hücumu ilə müharibə
başladı. Noyabrın 2-də Rusiya
Türkiyəyə müharibə elan
71
da mübarizo aparırıq. Türkıyonin Almaniyanın zülmü altına düşməsinə
gəlincə bu, bəhanədir, indiyədək İtaliya və Avstriya öz müttəfiqinin
hakimiyyəti altına düşməmişdir’“.
Birinci dünya savaşına qatılan zaman Osmanlı imperatorluğunun
ərazisi 1.700.000 km. hektar, sərhədlərinin uzunluğu 12.000 km., əhalisi isə
22-23 milyon nəfər idi-'k
Türk ordusunun sayı haqqında mənbələrdə müxtəlif rəqəmlər yazılır.
Dünya müharibəsinə həsr edilmiş kitabda yazılır ki, cəbhələrdə döyüşən
türk diviziyalarının sayı 1914-cü ildə 37, 1915-ci ildə 38-52, 1916-cı ildə
48-53, 1917-ci ildə 44-46, 1918-ci ildə 17-43 idP". Rus alimi A. D. Noviçcv
yazır ki, Türkiyədə əvvəlcə orduya 650 min nəfər çağırıldı, müharibənin
gedişində isə səfərbər edilənlərin sayı 4 milyon nəfərə çatdı”.
“Daily Chronilc 1915-ci il 5 may tarixli sayında yazırdı: “Türk hərbi
nazirliyi orduda 1.322.000
nəfər olduğunu deyir,
lakin güman ki, bu rəqəm
800.000 nəfəri ötüb keçmir, onların 200.000 nəfəri xristianlardır, yollar,
körpülər tikirlər. Digər ordu 5 hissəyə ayrılmışdır. 100 min nəfərə yaxın
birinci hissə, general fcidmarşal Fon der Kolmar Qolç paşanın (1843-1916)
başçılığı ilə Çarqraddadır (Äto/ıZıu/- M
Q.). 150 min nəfərlik ikinci his.sə
Camal paşanın başçılığı ilə Misirdədir. 50 min nəfərlik üçüncü hissə
Bağdad yolundadır. 180 min nəfərlik dördüncü hissə Qafqaz cəbhəsindədir.
Liman fon Sonders başda olmaqla 70 min nəfərlik beşinci hissə Dardaneli
qoruyur. 35 min nəfər Smima
(İzmir -
M. Q.) rayonundadır. 20 min nəfərlik
ordu general Suşonun komandanlığı ilə Bosfordadır’’. Bundan fərqli olaraq
“Temps” qəzetinin 1915-ci il avqust tarixli sayında verilən məlumata görə,
Türkiyə müharibə dövründə 1.300.000 hərbçi saxlaya bilərdi.
Türkiyənin 850 min nəfərlik ordusunun 100 min nəfəri xristianlar və
yəhudilər idi”. Bu ordunun 300 min nəfəri Qafqaz cəbhəsində idi.
Rusiya tarixçisi V. A. Yemets 1914-cü ilin noyabrında Qafqaz
cəbhəsində başlayan hərbi əməliyyatlarda 3-cü türk ordusunun tərkibində
190 min nəfərin olduğunu yazır’"'.
Türk tarixçisi Yusif Hikmet Bayur Qafqaz cəbhəsində Osmanlı 3- cü
ordusunda (komandan Həsən İzzət paşa) 235 min insan, 61 min heyvan və
qala toplarıyla birlikdə 531 topun olduğunu qeyd edir”.
1915-
ci ilin əvvəlindo ingilis motbuatı Qafqaz cəbhəsində
Rusiyaya qarşı yeridilən türk ordusunun sayının 300 min nəfərə çatdığını
yazırdı.
73