Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə75/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   71   72   73   74   75   76   77   78   ...   99

ni etiraf edirdi. Ermənilərin nəşr etdikləri “Baku” qəzeti Bakıya qaçıb gələn 
bir  müsəlman  qaçqınının  məlumatına  əsaslanaraq  1915-ci  il  30  yanvar 
tarixli  sayında  yazırdı  ki,  Kars  vilayətində  Şildir  dairəsində  24,  Düz 
Ərdəhan dairəsində 18, Şadivanda 2, Qolda 34 müsəlman kəndi büsbütün 
yandırılmışdır’*. 
Müsəlmanların  və  türklərin  kütləvi  soyqınma  məruz  qalmasını 
Azərbaycan  ictimai  xadimləri  və  publisistləri  də  yazırdılar.  Görkəmli 
Azərbaycan publisisti Ömər Faiq Nemanzadə “İqbal” qəzetində müharibə 
ilə  əlaqədar  olaraq  Qafqaz  müsəlmanlarının  ağır  iztirablara  düçar 
olmasından  bəhs  edirdi.  O  yazırdı  ki,  Karsdan  Bakıya  köçən  qaçqın 
ailələrinin  vəziyyəti  bədbəxtliklərə  nümunə  ola  bilər.  Müsəlmanlar  Kars, 
Ərdəhan, Kağızman və Oltində açlıqla üzləşmişlər: Nemanzadə təşkilatları 
müsəlman qaçqınlara kömək etməyə çağırırdı”. 
Göründüyü  kimi,  müharibə  başlayandan  1915-ci  ilin  fevrahnadək 
türklərin və digər müsəlmanların ermənilər tərəfindən kütləvi surətdə məhv 
edilməsini hətta rus və erməni ictimai xadimləri etiraf edirdilər. 
Qeyd edək ki, müsəlmanların məhvi uydurma “erməni soyqırımı”- nm 
törədilməsinədək-1915-ci  ilin  aprelinədək  baş  verdi.  Türklərə  və  digər 
müsəlmanlara  qarşı  törədilən  kütləvi  soyqırım  fevral  ayında  da  davam 
etdirildi. 
Kars  vilayətinin  müsəlman  əhalisi  1915-ci  ilin  fevral  ayı  üçün 
müharibədən xeyli əziyyət çəkdi. Hər yerdə aclıq və soyuq hökm sürürdü. 
Kars  qubernatoru,  polkovnik  Podqurski  Bakı  müsəlman  xeyriyyə 
cəmiyyətinə müraciət edərək şey və pul vəsaiti toplamaq üçün icazə aldığını 
bildirdi™.  Bundan  sonra  müsəlman  xeyriyyə  cəmiyyəti,  imkanlı 
azərbaycanlılar və milli ziyalılar hərəkətə keçdilər. 1915-ci ilin fevralında 
Ü.  Hacıbəyovun  “Əsli  və  Kərəm”  operasının  Tağıyev  teat-  nnda 
tamaşasından  əldə  edilən  bütün  gəlir  Kars  müsəlman  qaçqınları  xeyrinə 
verildi. Azərbaycan artistləri bu operam pulsuz oynadılar”. 
Azərbaycan  siyasi  xadimləri  də  tədbirlər  görməyə  başladılar.  Dövlət 
Dumasmdakı  azərbaycanlı  deputat  M.  Y.  Cəfərov  müharibədə  mü- 
səlmanlann ağır vəziyyəti haqqında müraciətlər etdi*". O, Kars vilayətində 
müsəlmanların vəziyyəti ilə tanış olmaq üçün Tiflisə gəldi. Aprel ayında isə 
M. Y. Cəfərov Bakı müsəlman xeyriyyə cəmiyyətinin sədri və müharibədən 
zərər çəkənlər şöbəsinin müdiri Mirzə Əsədullayevlə birgə Kars vilayətinə 
və Ərdəhan dairəsinə getdi“'. Onlar Sa- rıqamış, Mənçinkərt, Qaraqurd və 
Başgöydə oldular, İrəvana və Nax 
222 


çıvana  baş  çəkdilər*^  İyunun  10-da  Dövlət  Dumasında  müsəlman 
franksiyasmm sədri M. Y. Cəfərov Petroqrada getdi“. M. Əsədullayev isə 
Bakıda cəmiyyət üzvlərini müsəlmanların real vəziyyəti ilə tanış etdi. 
M. Y. Cəfərovun bu səfəri erməni mətbuatında da əks olundu. “Baku” 
qəzetində verilən yazılar bu baxımdan diqqəti cəlb edir. Qəzet yazırdı ki, 
azərbaycanlı deputat M. Y. Cəfərov Qafqazda hərbi əməliyyatlar rayonunda 
oldu,  məlumat  topladı,  müsəlmanların  ağır  vəziyyəti  haqqında  Dövlət 
Dumasının  sədri  M.  V.  Rodzyankoya  təkcə  faktları  deyil,  müsəlmanların 
düşdüyü  fəlakəti  əks  etdirən  rəsmi  sənədi  də  təqdim  etdi.  Rodzyanko  bu 
məsələ  barədə  Ali  baş  komandana,  Nazirlər  Şurasının  sədrinə  və  Hərbi 
nazirə  müraciət  etməyi  Cəfərova  məsləhət  gördü.  Cəfərov  sonra  Nazirlər 
Şurasının sədri Qore- mıkinə müraciət etdi. Lakin Qoremıkin bu işin mülki 
hakimiyyətin  səlahiyyətində  olmadığını  bildirərək  hər  hansı  tədbir  görə 
bilməyəcəyini söylədi. O, M. Y. Cəfərovun məruzənin Ali baş komandana 
göndərilməsi təklifini bəyəndi. Cəfərov Hərbi nazir V. A. Suxomlinovla da 
görüşdü.  Uzun  çəkən  söhbətdən  sonra  Suxomlinov  Cəfərovun  məruzəsi 
barədə  imperatora  məlumat  verəcəyini  söylədi“.  M.  Y.  Cəfərovun  bu 
inadkar müraciətləri az sonra öz səmərəsini verdi. 
Dövlət  Dumasında  Müsəlman  fraksiyasının  bəyanatını  oxuyan  M.  Y. 
Cəfərov  1915-ci  il  19  iyul  tarixli  iclasda  bildirdi  ki,  Rusiya  çoxtay-  falı 
dövlətdir  və  müsəlmanlar  ölkədə  sayma  görə  ikinci  yeri  tuturlar. 
Müharibədə  xalqların  birliyi  yalnız  Batum  və  Kars  vilayətlərində 
müsəlmanlara  qarşı  baş  verən  təzahürlər  aradan  qaldırıldıqdan  sonra 
mümkün olacaqdır*^ 
Həmin  iclasda  çıxış  edən  erməni  deputatı  Papacanov  isə  böyük 
müharibədə  Rusiyanın  qələbəsini  istədiklərini  və  erməni  dəstələrinin  ön 
cəbhədə düşmənlə döyüşdüklərini bildirdi“. M. Y. Cəfərov həmçinin daxili 
işlər  naziri  ilə  görüşərək  müsəlian  qaçqınların  qeydə  alınması  və  vəsait 
ayniması məsələlərini həll etmək üçün razılıq aldığını bildirdi“. 
M.  Y.  Cəfərov  19  iyul  tarixli  çıxışına  görə  seçicilərindən  çoxlu 
teleqramlar  aldı.  Bu  xəbəri  Turkiyədən“Tərcüman”  qəzeti  yazırdı“.  O, 
həmçinin  Qafqaz  canişini  qarşısında  müsəlmanlann  problemlərini  həll 
etmək  məsələsini  qaldırdı“.  M.Y.  Cəfərovun  zəmanəti  ilə  müsəlman 
qaçqınları  üçün  Qafqaz  cəbhəsində  90  min  rubl  avans  ayrıldı.  Müsəlman 
xeyriyyə cəmiyyəti üçün 60 min rubl verildi”. Bu dövrdə Qafqaz 
223 


müsəlman xeyriyyə cəmiyyətinin sədri İ. B. Vəkilov idi”. 
Bakı müsəlman xeyriyyə cəmiyyəti Bakı taciri Ağabala Quliyev başda 
olmaqla  doktor  Vəkilovun  da  daxil  olduğu  komissiyanı  Karsa  və 
Sarıqamışa göndərdi. Onlar fevral ayında iki vaqon un, bir vaqon çay və 
qəndlə  Karsda  müsəlmanlara  yardım  etdilər”.  Komissiya  1915-  ci  ilin 
martında Bakıya qayıtdı. Bundan sonra müsəlman xeyriyyə cəmiyyəti Kars 
vilayətindəki müsəlmanların ağır vəziyyəti barədə məlumat verərək kömək 
üçün  çağırış  etdi.  A.  B.  Quliyev  isə  Keşlədəki  evini  40  nəfər  müsəlman 
yetim uşaq üçün ayırdı. Lakin Müsəlman xeyriyyə cəmiyyəti yetim uşaqları 
yerləşdirdiyi üçün A. B. Quliyevin evinə razılıq vermədi”. 
1915-ci  il  martın  6-da  verilən  məlumata  görə,  ermənilərin Karsda  və 
Ərdəhanda ördürdükləri müsəlmanların sayı 30 min nəzərə çatırdı. Qaçıb 
canını qurtarmağa çalışan minlərlə müsəlmanı isə Qafqazda dağlarda don 
vurdu”. 
Bakı  müsəlman  xeyriyyə  cəmiyyətinin  (sədr  M.  Ş.  Əsədullayev  idi) 
Kars  üzrə  səlahiyyətli  nümayəndəsi  doktor  Xosrov  Paşabəy  Sultanov 
Bakıya  gələrək  müsəlmanların  vəziyyəti  ilə  idarə  heyəti  üzvlərini  tanış 
etdi”.  Güney  Qafqaz  müsəlmanları  dini  idarəsi  rəyasət  heyətinin  sədri 
şeyxülislam  Axund  Məhəmməd  Pişnamazzadə  də  müharibədəki  zərər 
çəkən müsəlmanlara yardım üçün müraciət etdi”. 
Erməni silahlı dəstələrinin törətdikləri soyqırımdan can götürüb qaçan 
azərbaycanlıların  qaçqın  dəstələri  halında  Azərbaycana  gəlmələri  çoxlu 
problemlər  yaratdı.  Rusların  işğal  etdiyi  türk  və  digər  müsəlman 
ərazilərindən  bütövlükdə  850  min  nəfərdən  çox  müsəlman  qaçqına 
çevrildi”. 
2-ci  Bakı  polis  sahəsinin  millətcə  rus  olan  pristavmin  1915-ci  il  7 
oktyabr  tarixli  məktubuna  verdiyi  1915-ci  il  8  oktyabr  tarixli  cavab 
məktübünda  Bakı  müsəlman  xeyriyyə  cəmiyyətinin  sədri  Mirzə  Şə-  mil 
oğlu Əsədullayev yazırdı ki, xeyriyyə cəmiyyətinin Kars dəstəsi 1915-ci il 
aprelin 1-dən sentyabrın 20-dək 33 min 141 nəfər qaçqını qeydə almışdır. 
Onlardan 10 yaşdan yuxarı olanlar 21 min 641 nəfər, 10 yaşadək uşaqlar 11 
min  500  nəfərdir.  Bu  vilayətin  müxtəlif  dairələrində  14  min  870  nəfər 
qaçqın  vardır.  İrəvan  qubemiyasmdakı  qaçqınlar  1  min  100  nəfərdir. 
Onların 100 nəfəri atasız-anasız yetimdir. Tiflis quberniyasında 580 nəfər 
qaçqının  87  nəfəri  atasız-anasız  yetimdir.  Yelizavetpol  qubemiyasmdakı 
243 nəfər qaçqının 116 nəfəri atasız-anasız yetimdir. Bakıda qeydə alınan 
58 nəfər qaçqının 50 nə- 
224 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə