Bundan sonra ermənilər üstün olaraq Yelizavetpol quberniyasında
yerləşdirildilər. Lakin quberniyada çoxlu qaçqını yerləşdirmək üçün şərait
yox idi. 1915-ei ilin iyulunda Qafqaz eanişininin sərəneamına əsasən
Cavanşir və Şuşa qəzalarında 24 min ennəni qaçqını yerləşdi- rildi'^v
1915-ci ilin avqust məlumatına görə, erməni qaçqınları 1915- ci ilin qışında
60 min nəfər idisə, avqust ayında 260 min nəfəri ötüb keçdi'”
Bütün rəsmi məneələrə baxmayaraq, ermənilərin Bakıya yerləşdi-
rilməsinin qarşısını tamamilə almaq mümkün olmadı. 1915-ci il avqustun
2-də Bakıya 1820 erməni qaçqını gəldi. Onlardan 445-i kişi, 528-i qadın,
250-i yetim uşaq idi. 100 erməni geri qayıtdı. 170 nəfər isə xəstəlikdən öldü.
Bu müddətə qədər Bakıda cəmi 2000-dən çox ennəni yerləşdirildi'”.
Müharibə başladıqdan sonra rus hökuməti Azərbaycanda köçürmə
nəticəsində məskunlaşan rusların təhlükəsizliyi qayğısına qaldı. Qafqaz yer
quruluşu və yer işləri səlahiyyətli nümayəndəsi Şaşkovski kö- çürülənlərin
işini həll etmək barədə 1915-ci il 26 avqust tarixli 11991 №li hesabatında
yazırdı ki, Muğandakı 11 köçünnə sahəsində əlavə 21 köçürmə sahəsi
yaratmağa Bakı qubernatoru V. Alişevski etiraz edərək İranla sərhəddin açıq
olduğunu əsaslandırmışdır'”. Onları müdafiə etmək üçün sərhəddi
bağlamağı və post qoymağı təklif edirdi. V. Alişevski 1915-ci il 5 sentyabr
tarixli 1634 №li təcili və məxfi məktubunda Qafqaz canişininin mülki işlər
üzrə köməkçisinə yazırdı ki, yaradılan kəndlər hərbi müdafiə rolunu oynaya
bilməyəcəkdir, çünki kəndlər boşalacaqdır və hərbi hissələr üçün əlverişli
binalar olmayacaqdır. Hərbi nazirlik onları düşmən əhvali-ruhiyyəli
şahsevən- lərin hücumundan qomya bilərmi. Köçkünlərə silah vermək
mümkün olmayacaqdır. Çünki Tiflis cobhəxanasında indi artıq silah yoxdur.
Ona görə də müharibə başa çatana kimi köçkünləri yerləşdirmək ar- zuedilən
deyildir'”.
Qaçqınların ehtiyacını ödəmək üçün əsasnaməni rus hökuməti 1915-ci il
avqustun 30-da qəbul etdi. Bu sənəd qəbul edildikdən sonra noyabr ayında
canişinliyin dəftərxanası yanında Qafqaz cəbhəsində qaçqınların
yerləşdirilməsi üzrə baş səlahiyyətli nümayəndə öz qərargahı ilə yaradıldı'”.
Oktyabrın 4-də general-mayor V. M. Tamamşev qaçqınların işi üzrə Qafqaz
canişininin baş səlahiyyətli nümayəndəsi təyin olundu'”.
“Baku” qəzeti 1915-ci il 4 sentyabr tarixli nömrəsində “Ermənista
231
nın göz yaşlan” adlı məqaləsində yazırdı ki, Türkiyədəki bütün 1.200.000
ermənidən müharibənin sonunadək nə qədəri qalacaq? Onlardan 200.000
nəfəri Qafqaza köçmüşdür'”. Qəzetin 8 sentyabr tarixli nömrəsində isə
Qafqaza köçən ermənilərinsayı 250 min nəfər göstərilir'““.
Petroqradda çıxan “Novoe vremya” qəzeti 1915-ci il noyabrın 12- də
yazırdı ki, general Lyaxovun sədrliyi ilə xüsusi müşavirə müharibəyə qədər
Batum vilayətində 180 min nəfər əhalinin yaşadığını, müharibə başlandıqda
sonra isə onların 50 min nəfərinin Kars vilayətinə, Tiflis quberniyasına və
Türkiyəyə keçdiyini müəyyənləşdirmişdir'“'.
Ş. İ. Basilaya yazır ki, türk Ermənistanından qovulan ermənilərin sayı
200 min nəfərə çatdı. Onlar Kars vilayətində, Yelizavetpol və İrəvan
qubemiyalannda yerləşdirildilər. Bəzi məlumatlara görə, qaçqınların sayı
225 min nəfərə çatdı'“^ Qaçqınların yarıdan çoxu İrəvan quberniyasında
yerləşdirildi. İrəvan quberniyasına 110 min, Yelizavetpol quberniyasın^ 20
min, Tiflis quberniyasına 30 min, Kars vilayətinə 20 min erməni
yerləşdirildi. Qafqaz canişinliyinin 1915-ci il 1 noyabr tarixli məlumatına
görə, Yelizavetpol quberniyasına 10.672 erməni yerləşdirildi. Onların
2788-i kişi, 4031-i qadın, 3853-ü uşaq idi. 15 oktyabra olan məlumata görə,
İrəvan quberniyasına 100 min erməni yerləşdirildi. Onlardan İrəvanda 17
min, Aleksandropolda 7 min, qalanları isə kəndlərdə yerləşdirildi. Culfa
rayonunda 28.950 erməni yerləşdirildi və s.'“7 “Qafqaz” qəzetinin
redaktoru, polkovnik A. S. Slivitski sonralar polkovnik F. İ. Popovun yerinə
Qafqazda qaçqınları yerləşdirmək üzrə nümayəndə təyin edildi'““.
Ermənilərin Qafqaza köçürülməsinə etiraz edən qəzetlərdən biri
gürcülərin “Zakavkazskiy Reç” qəzeti idi. Gürcü qəzeti ermənilərin
Qafqaza ilk gəlişini 1828-29-cu illərlə bağlayırdı. Qəzet ermənilərin
köçürülməsində məqsədin Qafqazın əlverişli torpaqlarının onlara
paylanmasında görürdü. Ermənilərin “Baku” qəzeti yazırdı ki, ermənilərin
Türkiyədəki fəaliyyətləri qonşuları olan gürcülərə və müsəlmanlara diqqət
yetirməyə vaxt verməmişdir. Ermənilərin başına açılan oyunları gürcü
qəzeti bəyənərək, onu yubanmış və gecikmiş adlandı- rırdı'“^
Bu qəzetin sonrakı saylarmda “ermənilər öz yerlərinə qayıtmalıdırlar,
onlara Qafqazda torpaq vermək gərginlik yaradacaq” sözlərinə qarşı çıxan
erməni şairi Ovanes Tumanyan yazırdı ki, 150 milyonluq Rusiya üçün
erməni köçkünü təhlükəli deyildir'““.
232
Canişinliyin Qaçqınlar işi üzrə baş səlahiyyətli nümayəndəliyi
qaçqınların yerləşdirilməsi vəziyyəti və milli tərkibi məsələlərini nəzarətinə
götürdü. Bu işə qubematorluqlar da cəlb edildilər. Yelizavetpol qubernatoru
1915-ci il 6 oktyabr tarixli 9028 №li məktubunda Qafqaz canişininin 24481
№li məktubuna cavab olaraq yazırdı ki, 1915-ci ilin sentyabrın 25-dək
Dilicandan keçərək Qazax qəzasına 4073 qaçqın gəlmişdir. Onların 1721-i
aysor, 2352-si isə ermənidir. Bütün qaçqınlardan 256 nəfəri yolda,
xəstəxanalarda və qəbul məntəqələrində ölmüşdür. 1453 erməni Qazax
qəzasında yerləşdirilmişdir''*’. Yelizavetpol qubernatoru 1915-ci il 1
noyabr tarixli 10354 №li məktubunda Qafqaz canişininə yazırdı ki, hələlik
quberniyada 11228 qaçqın yerləşdirilmişdir. Daha 10 min nəfər də
yerləşdirmək olar. Lakin əgər quberniyaya bu normadan artıq qaçqın
göndərilərsə, onda onları dağ kəndlərində yerləşdirməyə məcbur olacağam.
Orada onlar aclıqdan və xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə də
Yelizavetpol
quberniyasına
10
min
nəfərdən
artıq
qaçqın
göndərməməyinizi, qalanlarını isə Bakı quberniyasına yerləşdirməyinizi
xahiş edirik. Bakı quberniyası məhsul və iqtisadi şərait baxımından
Yelizavetpol quberniyasından yaxşıdır'“"*. Bundan sonra ermənilər üstün
olaraq Bakıda yerləşdirildilər. Bakı erməni qaçqınlarına yardım komitəsinin
sədri T. Ter-Mi- kaelyan Qafqaz cəbhəsi qaçqınlarının yerləşdirilməsi üzrə
baş səlahiyyətli nümayəndə, general-mayor V. M. Tamamşevə 1915-ci il 18
dekabr tarixli məktubunda yazırdı ki, son vaxtlar Bakıya gələn erməni
qaçqınları daimi rəqəmə-1800 yaşlıya və 500 uşağa çatmışdır. Onlar Bakıda
“Erməni qəsəbəsi”ndə yerləşdirilirlər. Uşaqlar üçün 400 nəfərlik məktəb
açılmışdır, 300 qaçqın 2 yataqxanada, digərləri isə 100 mənzildə
yerləşdirilmişlər. Onlara yemək, xəstəxana və iş xidməti göstərilir. 500
nəfər işə düzəldilmişdir. Məktubda qaçqın ermənilərin Bakıda saxlanılması
və onlara dövlət yardımı ayrılması xahiş edilirdi”'^’.
Qafqaz canişinliyinə 1916-cı il 8 yanvar tarixdə göndərilən başqa bir
teleqramda Qafqaz erməni xeyriyyə cəmiyyəti şurasının və Erməni Mərkəzi
Komitəsinin sədri S. Arutunov 1915-ci il avqust ayından dekabrın 1-dək
Bakıya 3200 erməni, 1250 polyak, 160 latış, 80 rus və b. millətlərin
nümayəndələrinin gəldiyini yazırdı'*“.
S. Arutunov 1915-ci il 30 dekabr tarixli 1091 №li başqa bir məktubunda
qaçqınların yerləşdirilməsi üzrə baş səlahiyyətli nümayəndə, general-mayor
V. M. Tamamşevdən Erməni xeyriyyə cəmiyyətinə
233
Dostları ilə paylaş: |