Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə79/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   75   76   77   78   79   80   81   82   ...   99

3000  rubl  ayırmasını,  isti  paltar,  döşok  və  s.  göndərməsini  xahiş  ctdi'^'. 
Səlahiyyətli  nümayəndəlik  köçürülən  ermənilərə  xüsusi  qayğı  göstərdi. 
Erməni müəlliflərinin özlərinin etiraf etdiyi kimi artıq 1916-cı ildə Bakının 
yalnız “emıəni qəsəbəsi”ndə 487 evdə və 3000-ə yaxın erməni yaşayırdı'^v 
Ermənilərin Bakıda yerləşdirilməsi sonrakı illərdə də davam etdirildi. 
Ermənilərin azərbaycanlıların torpaqlarına yerləşdirilməsi narazılıqlar 
yaratdı  erməni-azərbaycanlı  münasibətlərini  kəskinləşdirdi  və  çarizm 
hakimiyyət 
orqanları 
üçün 
əlavə 
qayğılar 
yaratdı. 
Çarizm 
erməni-azərbaycanlı 
münasibətlərindən 
rahatsız 
olaraq 
onların 
münasibətlərinə nəzarət etməyə başladı. 
Hakimiyyət orqanlarının erməni-azərbaycanlı 
münasibətlərindən rahatsızlığı 
Müharibə  başladıqdan  sonra  ermənilərin  Azərbaycan  torpaqlarına 
yerləşdirilməsi ilə erməni-azərbaycanlı münasibətləri daha da kəskinləşdi. 
Lakin  münasibətlərdəki  gərginlik  yalnız  dünya  müharibəsinin  gedişində 
ermənilərin  azərbaycanlılara  məxsus  torpaqlara  yerləşdirilməsi  ilə  bağlı 
deyildi.  Bunun  kökləri  həm  də  Azərbaycanın  işğalçı  müharibələr 
nəticəsində  bölüşdürülməsindən  sonra  ermənilərin  Türkiyə  və  İrandan 
köçürülərək düşünülmüş şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsi 
ilə əlaqədar idi. Ona görə də Türkiyə hələ Rusiya ilə müharibəyə gimıəzdən 
əvvəl 
çarizm 
Qafqazda 
erməni-müsəlman 
münasibətlərinin 
kəskinləşəcəyindən  rahatsız  idi.  Ermənilər  müharibə  başlanması  barədə 
şayiələri eşidən kimi Türkiyəyə qarşı nifrətlə danışmağa başladılar. Onlar 
Türkiyəyə qarşı müharibəyə başlamağı təkid edirdilər. Ermənilərin özlərini 
həyasızcasına  aparmaları  azərbaycanlıları  qəzəbləndirirdi.  Xüsusən, 
Türkiyə  ilə  müharibə  başladıqdan  və  ermənilərin  müsəlmanlara  qarşı 
kütləvi soyqırımı törətdikdən sonra münasibətlər daha da kəskinləşdi. 
Çarizm  hakimiyyət  orqanları  Güney  Qafqazdakı  qubernatorlara 
erməni-azərbaycanlı münasibətlərini izləmək göstərişi verdi. 
Yelizavetpol  qubernatorunun  1914-cü  4  iyun  tarixli  1440  №li  məxfi 
məktubunda deyilirdi ki, ermənilərlə tatarların nifaqı düşə bilər'“'’. 
Qafqaz canişinliyinin mülki işlər üzrə köməkçisi N. Peterson 1914- cü 
il  9  avqust  tarixli  1457  №li  tam  məxfi  və  şəxsən  məktubunda  Bakı 
qubernatoru V.  V.  Alişevskiyə  bu  barədə  xəbərdarlıq  edərək  ermənilərin 
türk-erməni məsələsini növbəyə qoymaq üçün imkan qazanmaq 
234 
• 


istədiklorini  yazırdı:  Göstərirdi  ki,  bu  iş  müsəlman  əhaliyə  qarşı  açıq 
düşmənçilik xarakteri daşımasa da, mehriban qonşuluq xarakteri də daşımır. 
Belə  münasibət  ümumRusiya  hadisələrinə  tam  loyal  münasibət  bəsləyən 
müsəlmanlar tərəfindən qeyd edilməz qalmırdı və onlar narazılıq haqqında 
həyəeanla gözləyirdilər. N. Peterson yazırdı ki, erməni və tatarlar arasında 
hər hansı qarışıqlıq olarsa həmin qəzanın polis məmurları işdən dərhal və 
rəhmsizeəsinə azad ediləcəklər'“^. 
Erməni  könüllülərinin  çağırışının  elan  edilməsi  müsəlman  əhalinin 
narazılığını  artırdı.  Tiflis  quberniya  jandarma  idarəsinin  rəisi,  polkovnik 
Pastryulin  1914-cü  il  28  sentyabr  tarixli  5174  №li  məxfi  teleqramında 
yazırdı: “Agentura məlumatına görə, erməni könüllülərinin çağırışının elan 
edilməsi  müsəlman  əhalisini  xeyli  həyəcanlandırmışdır.  Müsəlman  əhali 
güman edir ki, ermənilər onlara qarşı çıxış edəcəklər.  İrəvan şəhər sakini 
Molla Məşədi Məmmədəli oğlu öz təşəbbüsü ilə Bakıya və Yelizavctpola 
müsəlmanları xəbərdar etmək üçün gəlmiş- 
dir”'^^
 
Türkiyəyə  qarşı  hərbi  əməliyyatlar  başladıqdan  sonra  ermənilər 
müsəlmanların silahlanacaqları və türk ordusu tərəfmə keçəcəkləri barədə 
şayiə  yayırdılar.  Belə  vəziyyət  olardısa  Rusiya  üçün  çətinlik  yaradılardı. 
Ona  görə  də  çarizm  hakimiyyət  orqanları  nəzarəti  gücləndirdilər.  Bakı 
quberniya  jandarm  idarəsindən  1914-cü  il  23  noyabr  tarixdə  Qafqaz 
canişinliyinə  yazılan  məxfi  məktubda  deyilirdi  ki,  Türkiyəyə  qarşı  hərbi 
əməliyyatlar başladıqdan sonra Bakıda əsasən ermənilər tərəfindən şayiələr 
yayılır  ki,  guya  hər  yerdə  müsəlmanlar  silahlanırlar  və  onların  üsyanları 
olacaqdır.  Rusiyaya  münasibətdə  müsəlmanların  böyük  əksəriyyətinin 
münasibəti loyal olsa da, onların rəğbəti Türkiyəyə və Almaniyayadır'®*. 
Qafqaz canişinliyi dəftərxanası xüsusi şöbəsinin rəisi Pisarski 1914-cü 
il 24 dekabr tarixli 2682 №li tam məxfi və sirkulyar məktubunda Bakı şəhər 
rəisinə  və  general-qubernatorlara  ennənilərin  və  müsəlmanların 
münasibətlərinə nəzarət etməyi, anlaşılmazlıq yaran- maması üçün ennəni 
druj  inalarını  müəyyən  olunmuş  yerə  göndərməyi  təklif  edirdi.  O,  etiraf 
edirdi  ki,  müsəlmanların  əhval-ruhiyyəsinin  pisləşməsinə  son  vaxtlar 
erməni drujinaçılarının müsəlmanlara qarşı hiddətləndirici hərəkətləri təsir 
göstərir'”. 
Ermənilərin  cəbhə  rayonunda  müsəlmanlara  qarşı  törətdikləri  kütləvi 
qətllər  də  ümumi  nifrət  yaratdı.  Rus  zülmündən  qurtulmaq  istəyən 
müsəlmanlar silahlanaraq Türkiyə ordusuna qoşuldular və Rusi 
235 


yaya  qarşı  döyüşməyə  başladılar.  Rusiya  daxili  işlər  nazirliyi,  Qafqaz 
qubematorluğu Zəngəzur qəza rəisi P. Pivaroviç 1915-ci il yanvarın 20-də 
G. S. Kovalyova tam məxfi məktubunda yazırdı: “Sarıqamış və Ərdəhan 
rayonlarında  Rusiya  təbəələri  olan  tatarların  və  kürdlərin  türklər  tərəfə 
geçərək  Rusiya  ordularına  qarşı  vuruşmaları  xəbərini  aldıqda  və 
xəyanatkarm dövlət tərəfindən cəzalandırılacağı bilindikdə qəzanın bütün 
əhalisi  tatarlar  və  ermənilər  bir-birinə  qanşmışlar.  Tatarlar  və  kürdlər 
ermənilərin  onlardan  qisas  alacağından  qorxaraq  şəhərdə  dükanlarını 
bağlayıb, şeylərini götürüb öz kəndlərinə qaçırlar. Ermənilər də Sarıqamış 
və  Ərdəhanda  etdikləri  xəyanətə  görə  qorxurdular.  Tatarların  yaxşı 
silahlandıqdan sonra onlara hücum edəcəklərini gözləyirlər. 
Mənim  məlumatım  vardır  ki,  ermənilər  ...  gizli  gətirilən  silahlarla 
silahlanırlar...  Nüfuzlu  tatarlar  və  kürdlər  gizli  müşavirələrə  başlamışlar. 
Agentura yolu ilə məlum olmuşdur ki, keçirilən bir neçə belə müşavirədə 
təbliğat olmamışdır. Tatarlar ermənilərin silahlanmasını yaxşı bilərək silah 
almaq üçün pul toplamaq və onun yolları barədə məsləhətləşmişlər...”'®* 
Bakı qubernatoru 1915-ci il 21 yanvar tarixli 326 №li, 24 yanvar tarixli 
1454  №li  məxfi  məktublarında  səfərbərlik  müddətində  quberniyada 
azərbaycanlılar  və  ermənilər  arasında  yüksək  əhval-ruhiyyənin  olduğunu 
yazdı'®’. 
Yelizavetpol  qubernatoru  1915-ci  il  5  fevral  tarixli  338  №li  məxfi 
məktubunda  polis  departamentinə  yazırdı  ki,  tatarların  siyasi 
əhval-ruhiyyəsi və onların Rusiyaya münasibəti yaxşıdır, lakin ermənilərin 
cəbhədə hər hansı uğursuzluğu burada müsəlmanları sevindirir. 
Bakı  qubernatoru  Alişevski  1915-ci  il  5 fevral  tarixli  599 №li  məxfi 
məktubunda  polis  departamentinə  yazırdı  ki,  əhalisinin  90%-i  müsəlman 
olan  qubemiyamn  əhalisinin  əhval-ruhiyyəsi  izlənilir.  Türklərin  qəfil 
hücumu haqqında xəbərlər quberniyanın dağ rayonlarmdakı müsəlmanların 
əhval-ruhiyyəsini  gücləndirmişdir.  Yanvardan  başlayaraq  Lənkəran  və 
Astaradan  xristian  sakinlərin  köçməsi  güclənmişdir.  Ruslar  və  ermənilər 
silah  istəyirlər.  Lakin  Alişevski  ermənilərə  silah  verilməsini  yolverilməz 
hesab  edirdi.  O,  bunu iki  xalq  arasında  qırğına  yol  aça  bilən  səbəb  kimi 
görürdü.  Türk  əsirlərinin  quberniyaya  gətirilməsi  və  onların  fəlakətli 
vəziyyətinin müsəlmanlara pis təsir etdiyi məktubda göstərildi'®’. 
Qafqaz canişininin mülki işlər üzrə köməkçisi N. Peterson və xü 
236 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə