3000 rubl ayırmasını, isti paltar, döşok və s. göndərməsini xahiş ctdi'^'.
Səlahiyyətli nümayəndəlik köçürülən ermənilərə xüsusi qayğı göstərdi.
Erməni müəlliflərinin özlərinin etiraf etdiyi kimi artıq 1916-cı ildə Bakının
yalnız “emıəni qəsəbəsi”ndə 487 evdə və 3000-ə yaxın erməni yaşayırdı'^v
Ermənilərin Bakıda yerləşdirilməsi sonrakı illərdə də davam etdirildi.
Ermənilərin azərbaycanlıların torpaqlarına yerləşdirilməsi narazılıqlar
yaratdı erməni-azərbaycanlı münasibətlərini kəskinləşdirdi və çarizm
hakimiyyət
orqanları
üçün
əlavə
qayğılar
yaratdı.
Çarizm
erməni-azərbaycanlı
münasibətlərindən
rahatsız
olaraq
onların
münasibətlərinə nəzarət etməyə başladı.
Hakimiyyət orqanlarının erməni-azərbaycanlı
münasibətlərindən rahatsızlığı
Müharibə başladıqdan sonra ermənilərin Azərbaycan torpaqlarına
yerləşdirilməsi ilə erməni-azərbaycanlı münasibətləri daha da kəskinləşdi.
Lakin münasibətlərdəki gərginlik yalnız dünya müharibəsinin gedişində
ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi ilə bağlı
deyildi. Bunun kökləri həm də Azərbaycanın işğalçı müharibələr
nəticəsində bölüşdürülməsindən sonra ermənilərin Türkiyə və İrandan
köçürülərək düşünülmüş şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsi
ilə əlaqədar idi. Ona görə də Türkiyə hələ Rusiya ilə müharibəyə gimıəzdən
əvvəl
çarizm
Qafqazda
erməni-müsəlman
münasibətlərinin
kəskinləşəcəyindən rahatsız idi. Ermənilər müharibə başlanması barədə
şayiələri eşidən kimi Türkiyəyə qarşı nifrətlə danışmağa başladılar. Onlar
Türkiyəyə qarşı müharibəyə başlamağı təkid edirdilər. Ermənilərin özlərini
həyasızcasına aparmaları azərbaycanlıları qəzəbləndirirdi. Xüsusən,
Türkiyə ilə müharibə başladıqdan və ermənilərin müsəlmanlara qarşı
kütləvi soyqırımı törətdikdən sonra münasibətlər daha da kəskinləşdi.
Çarizm hakimiyyət orqanları Güney Qafqazdakı qubernatorlara
erməni-azərbaycanlı münasibətlərini izləmək göstərişi verdi.
Yelizavetpol qubernatorunun 1914-cü 4 iyun tarixli 1440 №li məxfi
məktubunda deyilirdi ki, ermənilərlə tatarların nifaqı düşə bilər'“'’.
Qafqaz canişinliyinin mülki işlər üzrə köməkçisi N. Peterson 1914- cü
il 9 avqust tarixli 1457 №li tam məxfi və şəxsən məktubunda Bakı
qubernatoru V. V. Alişevskiyə bu barədə xəbərdarlıq edərək ermənilərin
türk-erməni məsələsini növbəyə qoymaq üçün imkan qazanmaq
234
•
istədiklorini yazırdı: Göstərirdi ki, bu iş müsəlman əhaliyə qarşı açıq
düşmənçilik xarakteri daşımasa da, mehriban qonşuluq xarakteri də daşımır.
Belə münasibət ümumRusiya hadisələrinə tam loyal münasibət bəsləyən
müsəlmanlar tərəfindən qeyd edilməz qalmırdı və onlar narazılıq haqqında
həyəeanla gözləyirdilər. N. Peterson yazırdı ki, erməni və tatarlar arasında
hər hansı qarışıqlıq olarsa həmin qəzanın polis məmurları işdən dərhal və
rəhmsizeəsinə azad ediləcəklər'“^.
Erməni könüllülərinin çağırışının elan edilməsi müsəlman əhalinin
narazılığını artırdı. Tiflis quberniya jandarma idarəsinin rəisi, polkovnik
Pastryulin 1914-cü il 28 sentyabr tarixli 5174 №li məxfi teleqramında
yazırdı: “Agentura məlumatına görə, erməni könüllülərinin çağırışının elan
edilməsi müsəlman əhalisini xeyli həyəcanlandırmışdır. Müsəlman əhali
güman edir ki, ermənilər onlara qarşı çıxış edəcəklər. İrəvan şəhər sakini
Molla Məşədi Məmmədəli oğlu öz təşəbbüsü ilə Bakıya və Yelizavctpola
müsəlmanları xəbərdar etmək üçün gəlmiş-
dir”'^^
Türkiyəyə qarşı hərbi əməliyyatlar başladıqdan sonra ermənilər
müsəlmanların silahlanacaqları və türk ordusu tərəfmə keçəcəkləri barədə
şayiə yayırdılar. Belə vəziyyət olardısa Rusiya üçün çətinlik yaradılardı.
Ona görə də çarizm hakimiyyət orqanları nəzarəti gücləndirdilər. Bakı
quberniya jandarm idarəsindən 1914-cü il 23 noyabr tarixdə Qafqaz
canişinliyinə yazılan məxfi məktubda deyilirdi ki, Türkiyəyə qarşı hərbi
əməliyyatlar başladıqdan sonra Bakıda əsasən ermənilər tərəfindən şayiələr
yayılır ki, guya hər yerdə müsəlmanlar silahlanırlar və onların üsyanları
olacaqdır. Rusiyaya münasibətdə müsəlmanların böyük əksəriyyətinin
münasibəti loyal olsa da, onların rəğbəti Türkiyəyə və Almaniyayadır'®*.
Qafqaz canişinliyi dəftərxanası xüsusi şöbəsinin rəisi Pisarski 1914-cü
il 24 dekabr tarixli 2682 №li tam məxfi və sirkulyar məktubunda Bakı şəhər
rəisinə və general-qubernatorlara ennənilərin və müsəlmanların
münasibətlərinə nəzarət etməyi, anlaşılmazlıq yaran- maması üçün ennəni
druj inalarını müəyyən olunmuş yerə göndərməyi təklif edirdi. O, etiraf
edirdi ki, müsəlmanların əhval-ruhiyyəsinin pisləşməsinə son vaxtlar
erməni drujinaçılarının müsəlmanlara qarşı hiddətləndirici hərəkətləri təsir
göstərir'”.
Ermənilərin cəbhə rayonunda müsəlmanlara qarşı törətdikləri kütləvi
qətllər də ümumi nifrət yaratdı. Rus zülmündən qurtulmaq istəyən
müsəlmanlar silahlanaraq Türkiyə ordusuna qoşuldular və Rusi
235
yaya qarşı döyüşməyə başladılar. Rusiya daxili işlər nazirliyi, Qafqaz
qubematorluğu Zəngəzur qəza rəisi P. Pivaroviç 1915-ci il yanvarın 20-də
G. S. Kovalyova tam məxfi məktubunda yazırdı: “Sarıqamış və Ərdəhan
rayonlarında Rusiya təbəələri olan tatarların və kürdlərin türklər tərəfə
geçərək Rusiya ordularına qarşı vuruşmaları xəbərini aldıqda və
xəyanatkarm dövlət tərəfindən cəzalandırılacağı bilindikdə qəzanın bütün
əhalisi tatarlar və ermənilər bir-birinə qanşmışlar. Tatarlar və kürdlər
ermənilərin onlardan qisas alacağından qorxaraq şəhərdə dükanlarını
bağlayıb, şeylərini götürüb öz kəndlərinə qaçırlar. Ermənilər də Sarıqamış
və Ərdəhanda etdikləri xəyanətə görə qorxurdular. Tatarların yaxşı
silahlandıqdan sonra onlara hücum edəcəklərini gözləyirlər.
Mənim məlumatım vardır ki, ermənilər ... gizli gətirilən silahlarla
silahlanırlar... Nüfuzlu tatarlar və kürdlər gizli müşavirələrə başlamışlar.
Agentura yolu ilə məlum olmuşdur ki, keçirilən bir neçə belə müşavirədə
təbliğat olmamışdır. Tatarlar ermənilərin silahlanmasını yaxşı bilərək silah
almaq üçün pul toplamaq və onun yolları barədə məsləhətləşmişlər...”'®*
Bakı qubernatoru 1915-ci il 21 yanvar tarixli 326 №li, 24 yanvar tarixli
1454 №li məxfi məktublarında səfərbərlik müddətində quberniyada
azərbaycanlılar və ermənilər arasında yüksək əhval-ruhiyyənin olduğunu
yazdı'®’.
Yelizavetpol qubernatoru 1915-ci il 5 fevral tarixli 338 №li məxfi
məktubunda polis departamentinə yazırdı ki, tatarların siyasi
əhval-ruhiyyəsi və onların Rusiyaya münasibəti yaxşıdır, lakin ermənilərin
cəbhədə hər hansı uğursuzluğu burada müsəlmanları sevindirir.
Bakı qubernatoru Alişevski 1915-ci il 5 fevral tarixli 599 №li məxfi
məktubunda polis departamentinə yazırdı ki, əhalisinin 90%-i müsəlman
olan qubemiyamn əhalisinin əhval-ruhiyyəsi izlənilir. Türklərin qəfil
hücumu haqqında xəbərlər quberniyanın dağ rayonlarmdakı müsəlmanların
əhval-ruhiyyəsini gücləndirmişdir. Yanvardan başlayaraq Lənkəran və
Astaradan xristian sakinlərin köçməsi güclənmişdir. Ruslar və ermənilər
silah istəyirlər. Lakin Alişevski ermənilərə silah verilməsini yolverilməz
hesab edirdi. O, bunu iki xalq arasında qırğına yol aça bilən səbəb kimi
görürdü. Türk əsirlərinin quberniyaya gətirilməsi və onların fəlakətli
vəziyyətinin müsəlmanlara pis təsir etdiyi məktubda göstərildi'®’.
Qafqaz canişininin mülki işlər üzrə köməkçisi N. Peterson və xü
236
Dostları ilə paylaş: |