Şaumyan hələ 1912-ci ilin əvvəlində yazdığı “V. Papazyan (V. M. Pa-
pazyan erməni yazıçısı olmuşdur (1866-1920), tarixçi rolunda” (V. Pa-
pazyanın, M. Arakelyanın, M. Qazaryanm “Erməni tarixi oçerkləri”. Bakı
erməni mədəniyyət ittifaqının nəşri (Bakı erməni mədəniyyət ittifaqı
1906-cı ildə yaradılmışdı) adlı məqaləsində yazırdı: “Bizim tarixçilər
Ermənistandan daim nə isə bütöv bir dövlət orqanizmi, ictimai orqanizm
kimi bəhs edirlər. Oxucuda belə bir təsir oyanır ki, guya qədim Ermənistan,
məsələn, Rusiya, Almaniya və s. kimi müasir bütöv millətlərə bənzəyirmiş.
Lakin bu, tarixi həqiqətə uyğundurmu..? Tarix yalnız 0 zaman nağıl
olmaqdan, sadəcə əhvalat danışmaqdan çıxıb həqiqətən tarix olur ki, burada
bəhs edilən hadisələr, tarixi şəxsiyyətlərin fəaliyyəti ciddi tənqidi şəkildə
işıqlandırılsın, hadisələrin və in- sanlann hərəkətləri arasındakı səbəbiyyət
əlaqəsi və qanunauyğunluq aşkara çıxarılsın”'“. “Onların heç ağlına da
gəlmir ki, ... onlar irs aldıqları “vətənpərvərlik”, keşiş təfəkkür tərzi ilə
kifayətlənib sadə- lövhcəsinə təkəbbürlənir və köhnə nağıllara bəzək-düzək
verib bunları oxucuya tarix kimi təqdim edir, bununla da oxucununu yanlış
yola salırlar”'““.
İngilis tarixçisi V. V. Qotlib müharibə dövründə Qafqazdakı ms və
erməni intriqaları nəticəsində kəskinləşən milli münasibətlərə düzgün
qiymət vermir. O yazır ki, “... ermənilərin Petroqrad və Parislə əlaqələri,
həmçinin Qafqazda münasibətləri qızışdırmaqdan imtina etmələri türkləri
hiddətləndirirdi'*“. Eyni zamanda V. V. Qotlibin “Türkiyəyə soxulan çar
ordusunun içərisində olan erməni hərbi hissələrinin törətdiyi hadisələrə görə
türklərin qisas almaq istədiklərini” yazması əslində Türkiyədə və Qafqazda
baş verən bütün qırğınların ermənilər tərəfindən törədildiyini və günahkarın
da məhz onların olduğunu, türklərin və kürdlərin isə əvəz çıxdıqlarını
göstərir'*“.
“Erməni soyqmmf’ndan söhbət gedəndə ilk öncə bu suala cavab vermək
lazımdır: birinci olaraq kim başladı? Çünki türklərin birdən- birə erməniləri
öldürmələrini söyləmək elmdən və tarixi həqiqətdən uzaq olardı. Türklər
ölüm-dirim savaşında ikən ruslara, ingilislərə və fransızlara kömək edən və
dinc əhaliyə divan tutan ermənilərə qarşı müsəlmanların cavab hərəkətləri
nəzərə alınmalıdır. Bu məsələdə təbliğatçılıq və siyasiləşmə yolverilməzdir.'
Ermənilərin türklərə və digər müsəlman xalqlarına qarşı törətdikləri
soyqırımına cavab nəticəsində qırılan ermənilərin sayını erməni təbliğatı
müxtəlif rəqəmlərlə şişirdir. Ölən ermənilərin sayı əvvəlcə
243
600 min, sonralar isə artırılaraq 800 min, daha sonra isə 1,5 milyon nəfər
göstərilmişdir. Böyük Britaniya mətbuatının 1918-ci ildəki məlumatında
ölən ermənilərin sayı 600 min, 1968-ci ildəki məlumatında isə birdən-birə
1,5 milyon göstərilir.
Bəs erməni itkisi gerçəkdən nə qədər olmuşdur? Bunu qəti olaraq dəqiq
rəqəmlə sübut etmək mümkünsüzdür. Söylənilən hər bir rəqəm haqqında
mübahisə etmək olar. Lakin əsas mənbə bu dövrdə Osmanlı
imperatorluğunda yaşayan ermənilərin sayı haqqında məlumatdır. Təəssüf
ki, bu məlumatların özləri də müxtəlifdir. Erməni patrikxana- smın
rəqəmlərini əsas götürən erməni əsilli Marçel Learta (La question
Arménienne a la Lumire des documents. Paris, 1913) görə, 2.560.000,
erməni tarixçisi Basmacıyana görə, 2.380.000, 1922-ci il noyabrın 20-dən
1923-cü il iyulun 24-dək keçirilmiş Lozanna konfransında iştirak edən
erməni nümayəndə heyətinə görə, 2.250.000, erməni tarixçisi Gevork
Aslana görə, 1.800.000, fransız sarı kitabına görə, 1.555.000, Lüdovik de
Constonsona görə, 1.400.000, “Paris Rev- yü”yə görə, 1.300.000, Osmanlı
statistikasına görə, 1.295.000, ingilis illik statistikasına görə, 1.056.000
erməni bu dövrdə Osmanlı imperatorluğunda yaşamışdır’".
Rus tarixçisi, professor P. N. Milyukov “Kavkazskiy teleqraf’ qəzetinin
1914-eü il 7 dekabr tarixli 61-ci sayında dərc olunmuş “Ermənistanın
taleyi” adlı məqaləsində yazır ki, etnoqrafik Ermənistan hüdudlarında
yaşayan bütün əhali içərisində xristianlar 1.183.000 nəfər və ya 45,2 %
olmuşdur. Onlardan ermənilər 1.018.000 nəfər və ya 45,1 %, digər dinlərin
nümayəndələri 254.000 nəfər və ya 0,1 % olmuşdur'**. Deməli, burada
yaşayan əhalinin 54,8%-i müsəlman olmuşdur. “Kaspiy” qəzetinin 1914-cü
il 18 noyabr tarixli 259 №li sayında yazılırdı ki, 6 vilayətdə-Ərzurum, Van,
Bitlis, Harbert, Diyarbəkir və Sivasda ermənilər yığcam halda yaşayırlar.
Digər iki vilayətdə - Ada- nanın cənubunda və Trapezundun şimalında
ermənilər 40-50% qədər yaşayırlar. Bütün 6 vilayətdə 1.018.000 erməni
yaşayır. Digər
1.082.0
erməni isə pərakəndə halda bütün Türkiyə ərazisində yaşayırlar
və heç yerdə Adanada və Trapezunda olduğu kimi çoxluq təşkil etmirlər.
Beləliklə, Türkiyədəki bütün ermənilərin sayı 2.100.000 nəfərə çatır. Hələ
1882-ci ildə İstanbuldakı erməni patriarxının dərc etdirdiyi statistik
məlumata görə. Türkiyədəki ermənilərin sayı
2.600.0
nəfərə qədər idi. Bunun da 1.680.000 həmin altı vilayətdə
yaşayırdı'*’. Dövrün erməni mətbuatı isə bu rəqəmi bir qədər fərqli
244
göstərir. Ermənilərin çap etdikləri “Baku” qəzetinin 1915-ci il 4 sentyabr
tarixli 197 №li sayında verilmiş “Ermənistanın göz yaşlan” adlı məqalədə
yazılır ki, Türkiyədəki bütün ermənilər 1.200.000 nəfərdir. Onlardan da
200.000 nəfəri Qafqaza gəlmişdir'T Bu qəzet 8 sentyabr tarixli nömrəsində
isə qaçqınların sayının 250.000 nəfər olduğunu yazır”'.
Qərb mənbələrinin Türkiyədə yaşayan erməni sayını 1.056.000 və
1.500.0
arasında göstərməsi demək olar ki, Osmanlı statistikasına tam
uyğun gəlir. Deməli, bu dövrdə Osmanlı imperiyasında təxminən
1.300.0
nəfər erməni yaşadığını söyləmək olar. Belə olduqda soru-
şulur: 1.300.000 erməni yaşadığı halda 1.500.000 erməni necə öldürülə
bilər? Bəs əslində 1915-ci ildə Türkiyədə nə qədər erməni ölmüşdür? Tələt
paşa “Tərəqqi və İttihad” partiyasının son qurultayında ermənilərin 300.000
nəfər itirdiklərini təxmin edirdi. Fransız din adamı Monseikneur Tauchet
1916-cı ildəki çıxışında 500.000 erməni öldüyünü bildirirdi. İngilis Toynbi
bu rəqəmi 600.000 göstərirdi. Ermənilər əvvəl bu rəqəmi ingilislərdən
götürdülər. Lozanna konfransında erməni nümayəndə heyətinin başçısı
Poqos Nübar paşa Türkiyədən
700.0
erməninin başqa ölkələrə köç etdiyini, 280.000 erməninin isə
Türkiyədə yaşadığını bildirirdi. Deməli, ermənilər Türkiyədə
1.300.0
nəfər olmuş, onların 700.000 başqa ölkələrə köçmüş,
300.0
nəfəri ölmüş, 280.000 nəfəri isə yaşamağa davam etmişdir.
Poqos Nübar paşa bildirdi ki. Şərqi Anadoluda müsəlman əhalisi
1.400.0
nəfərdir. Onda belə nəticəyə gəlmək olur ki, ermənilərin
öldürdükləri müsəlmanlar öldürülən ermənilərdən xeyli çoxdur'”. Erməni
yazıçısı Arşak Çobanyan 1915-ci ildə “Mşak” qəzetində çap etdirdiyi
məqaləsində yazırdı ki, “Türkiyədə öldürülən ermənilərin sayının 850 min
nəfər olduğu deyilir. Lakin görkəmli amerikan xadimlərindən ibarət olan
“Erməni fəlakətləri”ni araşdıran amerikan komissiyası yazılı və şifahi
mənbələrə, yerlilərin və xaricilərin məlumatla- nna əsasən hesabat
hazırlayaraq göstərdi ki, 850.000 nəfər erməninin öldürülməsi səhvdir. Bu
rəqəm əvəzinə biz yalnız 500.000 tapırıq. Bu rəqəm həqiqətə uyğun gəlir.
Həqiqəti söyləməkdən qorxmaq lazım deyildir”'”
Osmanlı ensiklopediyasının 7-ci cildində göstərilir ki, bütövlükdə.
Osmanlı imperatorluğunda 1.300.000-1.500.000 erməni yaşamışdır. Və
qırılan ermənilərin sayı 1.500.000 deyildir. Müharibədə erməni itkisi
300.000 qədərdir və 703.000 erməni Suriyaya köçürülmüşdür'”.
245
Dostları ilə paylaş: |