lamışlar. Ermənilərin “Baku” qəzetinin 1915-ci il 29 aprel tarixli
nömrəsində çap edilmiş müxbirinin Vandan verdiyi məlumatında deyilirdi
ki, aprelə qədər ermənilərlə türklər arasında münasibət loyal idi. Lakin
sonradan türklər və kürdlər erməniləri ruslarla əlaqəyə girməkdə və
xəyanətkarlıqda təqsirləndirdilər. “A. O.” imzalı müəllif Vanda 10 mindən
yuxarı erməni-dezertirinin gizləndiklərini, rus ordusunun hücumunu
gözlədiklərini və onun tərəfmə keçməyə hazır olduqlarını ya- zırdı'^l
Bəs “erməni soyqırımı dipomatik-siyasi müzakirələr səviyyəsinə necə
çıxarıldı? Qeyd etmək lazımdır ki, ermənilərin guya türklər tərəfindən
qırılmasına dair ermənilərin buraxdığı “Baku” qəzetinin aprelin 30-dək
olan saylarında da heç bir məlumat yoxdur.
Yalnız “Baku” qəzetinin 5 may tarixli sayında bütün ermənilərin
katolikosunun 1915-ci il aprelin 7-də Xarici İşlər naziri Sazonova və
Qafqaz canişini Vorontsov-Daşkova vurduğu teleqrama onların verdikləri
cavablar vardır. Sazonov erməni kilsəsi başçısının İtaliya və ABŞ-dakı
səfirlərə müraciətini müdafiə etdiyini, Vorontsov-Daşkov da eyni tədbirlər
gördüyünü bildirdi. Misirdən katolikosa teleqram vuran Poqos Nübar paşa
Paris və Londona gedərək məsələ ilə məşğul olacağını göstərdi’’^
1915-ci il aprelin 15-də ingilis parlamenti açılan gün liberal deputat
Vilyam Ermənistamn gələcək taleyi barədə hökumətə sorğu verdi:
“Müharibə qurtarandan sonra Böyük Britaniya hökuməti Kiçik Asiyanın bir
hissəsində məskunlaşan erməni xalqına muxtariyyət veriməsi üçün
tədbirlərə çahşırmı?” Belə vədi rus hökuməti Polşaya vermişdi. Xarici İşlər
Nazirliyinin katibi lord Rozberinin oğlu Noel Rozberi cavabında bildirdi ki.
Qoy Erməni -Britaniya komitəsinin hörmətli sədri arxayın olsun. Böyük
Britaniya hökuməti Türkiyənin Asiya hissəsində məskunlaşan ermənilərin
vəziyyətini izləyir və onların mənafelərini qoruyacaqdır. Lakin indidən
gələcəkdə hansısa tədbirin görüləcəyi barədə söyləmək çətindir”“.
Ov. Kaçaznuni sonralar yazırdı ki, biz arzularımızı başqalan ilə
bağlayırdıq... Həmişə hansısa məktub (Vorontsov-Daşkovun katolikosa
məktubu) göstərilirdi ki, bunu biz gələcəkdə öz hüquqlarımızı tələb edən və
haqlanmızın qoruyan əsas kimi qəbul edirdik. Bununla belə, bu məktub çox
ustalıqla tərtib edilərək ümumi və başdan-başa qeyri-müəyyən
mülahizələrdən başqa bir şey deyildi, onları istənilən kimi mənalandırmaq
olardı'”.
240
Ermənilərin törətdikləri səyqınma cavab olaraq Vanda və Bitlisdə
ermənilərə qarşı görülən tədbirlərə etiraz olaraq erməni katolikosu- nun
İtaliya lo-alma və ABŞ prezidentinə müraciəti rus diplomatiyası tərəfindən
bəyənildi. Qafqaz canişininin köməkçisi Mışlyaevski 1915-ci il 14/4 aprel
tarixli 386 №li teleqramında Sazonova bu barədə məlumat verdi. Sazonov
da 1818 №li teleqramı ilə Rusiyanm Ro- madakı və Vaşinqtondakı
səfirlərinə katolikosun müraciətini müdafiə etməyi tapşırdı”*.
Asiya Türkiyəsində baş verən hadisələrin diplomatik-siyasi səviyyədə
müzakirəsini Rusiya istiqamətləndirdi. Sazonov 1915-ci il 25/12 aprel tarixli
1876 №li teleqramı ilə Parisdəki və Londondakı səfirlər İzvolskiyə və
Benkendorfa “ermənilərin əzişdirilməsində” Portomm məsulİ3^ətinə dair bu
ölkələrlə birgə bəyanat verməyi və şəxsi məsuliyyətin türk mülki və hərbi
şəxslərinin üzərinə qoymağı tövsiyə etdi. Bu teleqramda söhbət yalnız
əzişdirilmədən gedir, soyqırım hələ uydurulmamışdı. Eyni zamanda, ingilis
və fransız hökuməti razı olardısa, bəyanatın mətnini eyni gündə üç ölkədə
çap etmək məqsədəuyğun sayıldı. İzvolski 1915-ci il 27/14 aprel tarixli 243
№li teleqramında Teofil Delkassenin (1852-1923) bu təklifi bəyəndiyini,
bəyanatın mətnini hazırlamaqdan ötrü Londonla əlaqə yaradacağına söz
verdiyini bildirdi. 30/17 apreldə isə İngiltərə Xarici İşlər naziri Qrey
katolikosun İtaliya və ABŞ hökumətlərinə müraciətin cavabını hələ
gözləməyi tövsiyə etdi'”.
Sazonov 1915-ci il 10 may/27 aprel tarixli 2155 №li teleqramı ilə
İzvolskiyə və Benkerdorfa bəyanatın mətnini göndərdi. Bəyanatda
bildirilirdi ki, təxminən bir ay müddətində kürd və türk əhalisi türk
hakimiyyətinin köməyi ilə erməniləri qınr. “Xristianlığa və sivilizasiyaya
qarşı bu yeni cinayətləri” nəzərə alaraq müttəfiq dövlətləri məsuliyyəti türk
hökumətinin üzərinə qoyurdular. Sazonov 2156 N«11 teleqramında göstərdi
ki, bu mətn razılaşdırılardısa, eyni gündə Paris, London və Petroqradda çap
edilməli idi. Lakin Fransa Xarici İşlər naziri Delkasse “Fransanın
himayəsində olan müsəlmanlann hisslərini təhqir etməkdən çəkinərək”
“xristianlığa və sivilizasiyaya qarşı” ifadələrini” “bəşəriyyətə və
sivilizasiyaya qarşı” kimi yazılmasını təklif etdi'™
Rusiyanm Londondakı səfiri Benkendorf 12 may/29 aprel tarixli 333
№li teleqramı ilə Sazonova bildirdi ki, Nikolsonun mövqeyinə görə,
hadisələr barədə ingilis hökumətinin məlumatı yoxdur. Əgər ffan-
241
sız məlumatı təsdiq olunarsa Türkiyə bu hadisələrdə sübut tapacaqdır ki,
ermənilər açıq üsyana qalxmışlar. Cavabında Benkendorf Nikolsa- na belə
söylədi: ... görünür, qanlı provakasiyadan başqa (seçmə bizimdir - M. Q.)
onların bir çıxış yolu qalmamışdır və iş türklər haqqında getdiyindən belə
dəlillər fılaimizcə hər cür əhəmiyyətini itirir'”. Bundan sonra Nikolson öz
mövqeyində israr etmədi.
ABŞ hökuməti isə hadisələr barəsində məlumat verilməsini xahiş
edirdi. Sazonov 1915-ci il 15/12 may tarixli 2247 №li teleqramında
Benkendorfa bildirdi ki, “Sizin Nikolsona cavabınızı tamamilə bəyənirəm.
Şübhə yoxdur ki, ennənilərin Vandakı üsyanına səbəb qırğın olmuşdur,
əksinə, ona görə yox ki, bizim ordular gələnədək ermənilərin qüvvəcə üstün
olan kürdlərə və türklərə qarşı hərəkəti başlamalarının mənası yox idi.
Porteyə qarşı birgə bəyanatın eyni vaxtda elan edilməsini və istəyinizi, hətta
əgər ona lazımi təsir etməsə də akkreditə olunduğunuz hökumətə
göstərməyinizi xahiş edirik ki, hər halda ermənilərin ruhunu
yüksəldəcəkdir, bu, türklərə qarşı mübarizədə bizə sərfəli olacaqdır”"*".
Sazonov Parisdəki səfir İzvolskiyə 1915-ci il 20/7 may tarixli 2324 №li
teleqramında Qreyin Türkiyədəki ermənilərin qırılmasına dair Porteyə
edilən müraciətin mətnini bəyəndiyini bildirdi. Londondakı səfir
Benkendorf ingilis Xarici İşlər naziri Qreyin Vanda baş verən hadisələrə və
bəyanata münasibətini Sazonova 1915-ci il 20/7 may tarixli 352 №li
teleqramında açıqladı. O, Qreyə bildirdi ki. Vanda üsyan faktı təsəvvür kimi
deyil, şübhəsiz qırğınlarla müşahidə olunmuşdur. Benkendorfun yazdığına
görə, bundan sonra Qrey etiraz etmədi. Qrey türk hökumətinə üç dövlətin
birgə müraciət etməsinin əleyhinə çıxaraq Rusiyanın tək çıxış etməsi
“kifayət etməzmi” sualını verdikdə Benkendorf bu məsələnin Rusiya üçün
həmişə açıq qalacağını, gələcəkdə həmin təklifin mümkün olacağını, lakin
indiki halda üç dövlətin açıq şəkildə türklərin hərəkətlərini pisləməsinin
ermənilər üçün mənəvi cəhətdən əhəmiyyətsiz olmayacağını söylədi"*'.
Antanta
dövlətlərinin
ermənilər
haqqında
can
yandırması
obyektivlikdən deyil, öz mənafeləri və müharibədə ermənilərin xidmət
etdikləri üçün nə isə almaları ilə əlaqədar idi.
Y. V. Çəmənzəminli yazırdı ki, Türkiyədən faydalanmaq istəyən
avropalılar da bu millətləri (ermənilər, bolqarlar, rumlar, qrkelər, serblər
nəzərdə tutulur - M. Q.) tutmağa başladılar"*^
Əslində, Qafqazda Ermənistan adlı ərazi və dövlət olmamışdı. S.
242
Dostları ilə paylaş: |