Rus və sovet ədəbiyyatında da müharibədə ölən ermənilərin sayı
ziddiyyətli göstərilir. V. Qurko-Kryajin 1926-cı ildə yazırdı ki, birinci
dünya müharibəsi dövründə 300.000 qədər erməni öldü, bu qədər də erməni
Mesopotomiyada yollarda öldü, 200.000 nəfər erməni Rusiya qaçdı,
400.000 nəfərə qədər erməni isə İslam dinini qəbul edərək xilas oldu'''^
1959-cu ildə Moskvada çapdan çıxmış sənədlər külliyyatında yazılır ki,
1915-1916-cı illərdə türklər
yüz minlərlə erməni öldürdülər və Ərəbistan
çöllərinə qovdular'’^ Tarixçi A. D.
Noviçev isə
1.500.0
erməninin qırıldığını , 1.200.000 erməninin Suriya, İraq,
Rusiya, İran və başqa ölkələrə köçdüyünü iddia edir'”. Göründüjm kimi, rus
və sovet ədəbiyyatında ölən ermənilərin sayı süni surətdə artırılmışdır.
Amerikan alimləri Castin Makkarti və Karolin Makkarti bu dövrün
statistikasını dərindən təhlil edərək yazırlar ki, 1912-1922-ci illərdə həlak
olan ermənilər 1,5 və 2 milyon nəfər deyil, xeyli az olmuşdur. Onlar yazırlar
ki, ölən ermənilərin sayını deyərkən, həlak olan müsəlmanları da nəzərə
almaq lazımdır. Statistika göstərir ki, 600 min erməni, yanaşı 2,5 milyon
Anadolu müsəlmanı, çoxları da türk həlak olmuşdur'”*. Osmanlı
ensiklopediyasında isə 1915-1918-ci illərdə ermənilərin 600.000 türkü və
kürdü öldürdükləri yazılır'”.
1915-ci ilin iyununda türk hökuməti “erməni qırğınları” ilə bağlı xarici
mətbuatda gedən yazılarla əlaqədar olaraq nota verdi. Notada heç bir erməni
qırğını olmadığı, Bolqarıstan və Rumıniyadakı rus və ingilis konsulları və
agentlərinin Vama, Sulik, Köstəncədən çoxlu sayda erməni gənclərini
Qafqaza, oradanda türk Ermənistanına keçirdikləri, erməniləri
silahlandırmaları, ölkədə qarışıqlıq salmaları, türk əhalisini qırmaları
göstərildi. Notada konkret faktlarla ermənilərin Rusiyanın himayəsi ilə
quldur dəstələri yaratması verildi^"“. Ermənilərin Türkiyəyə qarşı hərbi
əməliyyatlara başlamasını Ov. Kaçaznuni də etiraf edirdi. O, yazırdı ki, fakt
faktlığmda qalır, bu isə əsasdır, on illər əvvəllər türk hökmranlığına qarşı
başlanan mübarizə Türkiyə ermənilərinin qovulmasına və məhvinə və türk
Ermənistanın boşalmasına gətirdi^"'.
“Erməni soyqırımı”mn beynəlxalq münasibətlərdə müzakirə
edilməsində missioner təşkilatlar da müəyyən rol oynadılar. Ermənilərin ələ
keçirilməsi və onların protestantlığı qəbul etmələri əsasən, satın almaq və
yerli əhali ilə fərqə görə edilirdi. Protestanlığı qəbul edən
ermənilərə böyük
pul verilirdi^''^
246
ingilis tarixçisi Henri Nil Bralsford yazır ki, öz dəhşətli vəziyyətləri
haqqında car çəkən ermənilərin təhlükəsizliyini təmin etmək mümkün
olmadı. Bu müsəlman mənəviyyatına sürətlə toxundu, türklərin ən
acınacaqlı qurbanları belə xristian rəğbətini qazana bilmədilər. Nəticədə
məlum oldu ki, ... türk boğazlarının polisi cəmiyyət deyil, üç əsas müttəfiq
olacaqdıf" .
Ermənilərin “Van-Tosp” qəzeti yazırdı ki, 1915-ci ilin aprelində ABŞ
missionerləri ermənilərə yardım etdiləf Ankara Ortadoğu Universiteti tarix
bölümü başqanı, professor Seçil Akgün də “Erməni şorunu” adlı
məlaqəsində ermənilərin missionerlər vasitəsi ilə öz tələbələrini lazımi
yerlərə,
o cümlədən, ABŞ-a göndərdiklərini yazıf“®.
1916-
cı ildə türk hökumətinin İstanbulda “Erməni inqilabi hərəkatı və
hökumətin tədbirləri haqqında” kitabçası dərc olundu^"^ Kitabçada
ermənilərin imtiyazlı vəziyyəti, imperiyanı dağıdıb xarabalıqlarında
müstəqil Ermənistan yaratmaq istəkləri, imperiyada yüksək vəzifələr
tutması, ermənilərin Vanda və b. yerlərdə dinc türk və digər mü-, səlman
əhalisinə divan tutması və b. məsələlərə yer verildi.
Beləliklə, sənədlərin və faktların müqayisəli təhlili göstərir ki, müharibə
başlayan kimi ermənilərin türklərə xəyanət etmələri və müdafiəsiz dinc
əhaliyə qarşı soyqırım törətmələri türkləri təhlükəsizlik üçün cavab
tədbirləri görməyə vadar etdi. Müsəlmanlann erməni silahlı dəstələrinə
müqavimət göstərməsi nəticəsində hər iki tərəfdən xeyli insan həlak oldu.
Lakin ermənilərin guya 1.500.000 nəfər itirmələri haqqında mülahizələr
tarixi gerçəklikdən uzaq olub, tarixi həqiqəti kobudcasına təhrif etmək
deməkdir və siyasi məqsədlər daşıyır. Tədqiqatçılar “erməni soyqırımı”
məsələsini siyasiləşdirmək əvəzinə hadisəni adi tarixi hadisə kimi tədqiq
etməli və müvafiq tədqiqat prinsiplərini ona da tətbiq etməlidirlər. “Erməni
soyqırımı” haqqında siyasi deyil, elmi-tarixi mübahisələr aparıla bilər.
Tarixi faktlar isə “erməni soyqırımı”nm olmadığını sübut edir. Tarixdə
olmayan
hadisəni siyasiləşdirmək beynəlxalq və dövlətlərarası
münasibətlərdə yalnız çətinlik yaradır.
1917-
ci ilin oktyabr çevrilişindən.sonra hakimiyyətə gələn bolşeviklər
Güney Qafqaz siyasətində çar Rusiyasının yeritdiyi siyasəti başqa forma və
metodlarla
davam
etdirdilər.
Bolşeviklərin
Güney
Qafqazda
müstəmləkəçilik siyasətində əsas müttəfiqləri yenə də ermənilər oldu...
247