fəri atasız-anasızdır. Bir çox qaçqınlar isə qeydiyyata düşməmişlər. Bakı
müsəlman xeyriyyə cəmiyyətinə Batum vilayətində qaçqınları qeydə
almağa icazə verilməmişdir. Buna baxmayaraq, Gürcü xeyriyyə
cəmiyyətinin məlumatına görə, Batum vilayətində 25 min nəfər müsəlman
qaçqın vardır. Beləliklə, müsəlman qaçqmIann sayı 74 999 nəfər idi.
Batumun general-qubernatoru general Lyaxov müsəlman qaçqınlarına
köməyə icazə verdikdən sonra müvafiq dəstələr yaradıldı’*. M. Ş.
Əsədullayev qaçqınlar üçün 60000 rub yardım aynimasmı Qafqaz
canişinliyindən 1915-ci il 5 oktyabr tarixli məktubunla xahiş etdi”.
Qafqaz canişinliyi dəftərxanasının ümumi işlər şöbəsinin 1915-cı il 28
oktyabr tarixli 27168 №li məktubunda M. Ş. Əsədullayevə bildirildi ki,
Qafqaz canişini 20 oktyabr tarixli 26363 №li məktubu ilə həmin məbləği
qofmeystr Plevenin sərəncamına vermişdir’"“.
Azərbaycanlı qaçqınlar müxtəlif quberniyalara yerləşdirildi. Yeli-
zavetpol quberniya rəisinin verdiyi məlumata görə, burada 7382 türk
qaçqını yerləşdirilmişdi'“'. Qazax qəza rəisinin 1915-ci il 10 noyabr tarixli
mülumatında deyilirdi ki, qəzada Türkiyədən gələn 2892 qaçqın
yerləşdirilmişdir'“l
1916-cı ildə də Azərbaycana yeni-yeni müsəlman qaçqın dəstələri
gəldi. Bakıda müsəlman xeyriyyə cəmiyyətinin səlahiyyətli nümayəndəsi
1916-cı ilin iyununda doktor Xosrov Paşabəy Sultanov başda olmaqla bir
qrup Karsdan qaçıb gələn azərbaycanlı yetimlərə qayğı göstərirdi'““.
Qaçqınlar içərisində yetimlərin və qocaların çox olması hakimiyyət
üçün problem yaradırdı. Onların məsələlərinin həll edilməsindən ötrü
tədbirlər görüldü. Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə
səlahiyyətli nümayəndə, general-mayor Tamamşev yetim qaçqınların
yerləşdirilməsi haqqında 11 maddədən ibarət əsasnaməni Qafqaz canişininə
göndərdi və Nikolay Nikolayeviç 1916-cı il 7 iyul tarixdə bu sənədi təsdiq
etdi'“"'.
Ermənilər 1916-cı il noyabrın 20-21-də Şahtaxtının iki kilometrli-
yindənki Çörəkçi kəndinə və Naxçıvamn müsəlman kəndlərinə hücum
edərək əhalinin mal-qarasını apardılar. Türkiyənin doqquzuncu ordu
komandanı Şevki 5807 nömrəli şifrəli teleqramında Türkiyə Hərbi
nazirliyinə yazırdı ki, Ermənistan daxilində erməni kəndləri İrəvanda
müsəlmanlar tərəfindən tərk edilmiş müsəlman kəndlərindən azdır.
Ermənilərin bu məsələdə təqib etdikləri ləğv və ifna siyasəti xey
225
li təzahür edir. Bir tərəfdən müsəlmanlara zülm edən emıənilər, digər
tərəfdən, Avropa ietimai rəyini türklük əleyhinə yönəltmək üçün va- veyla
qoparIrdılar"’^
ABŞ tarixçiləri Castin Makkarti və Karolin Makkarti də haqlı olaraq
1917-ei ildə Rusiyanın Şərqi Anadoluda öz işğallarını davam etdirmək
istədiyini yazırlar. Lakin rus inqilabı rus ordusuna dağıdıcı təsir etdi.
Ermənilər rusların işğal etdikləri yerləri əllərində saxlamaq istəsələr də,
Osmanlı ordusu tərəfindən darmadağın edildilər. Erməni qüvvələri Güney
Qafqaza çəkildilər. Onlarla birlikdə erməni əhalisi də gəldi. Geri çəkilən
ermənilər qaçmağa macal tapa bilməyən bütün müsəlmanları öldürdülər'“.
Fevral inqilabından və oktyabr çevrilişindən sonra da azərbaycanlılara
qarşı soyqırım davam etdirildi. 1918-ci ilin martınadək İrəvan
quberniyasında müsəlmanlar yaşayan 199 kənd dağıdıldı. Bu kəndlərdə
1909-ci ildə 15.155 təsərrüfat, 53. 581 kişi, 47.045 qadın, cəmi 100.626
azərbaycanlı yaşayırdı. Sonrakı on ildə, yəni 1918-ci ilədək əhalinin 30%
artması nəzərə alınarsa onda əhalinin sayı 135.000 nəfər edirdi'"
Azərbaycan xalqının fəlakəti təkcə kütləvi soyqırımla və qaçqınlıqla
bitmədi. Rusiya hakimiyyət orqanları müharibənin gedişində erməniləri
düşünülmüş şəkildə Quzey Azərbaycan torpaqlarında yerləşdirdilər.
Ermənilərin Quzey Azərbaycan torpaqlarına
yerləşdirilməsi
Müharibənin gedişində rus hökuməti erməniləri planlı olaraq Quzey
Azərbaycan torpaqlarında yerləşdirməyə başladı. Müharibə başlayan kimi
İran və Türkiyədən köçən emıənilərin Quzey Azərbaycan torpaqlarında
yerləşdirilməsi ilə Güney Qafqazda ermənilərin sayı xeyli artdı. Ermənilərin
və rusların tərtib etdikləri sənədlər, onların dövri mətbuatında verilən
məlumatlar və məqalələri, Azərbaycan arxivlərinin materialları ermənilərin
Quzey Azərbaycan torpaqlarına köçürülməsinin qərəzsiz mənzərəsini
yaratmağa imkan verir. Hələ müharibə başlanmamışdan xeyli əvvəl
ermənilərin “Baku” qəzetinin 1914-cü il 7 mart tarixli 54-cü sayında “Bakı
şəhərinin 50 minlik erməni əhalisinin nəyə görə ana dilində qəzeti
olmamalıdır” sualına Qr. S. imzalı müəllif cavab verirdi: “Sadəcə ona görə
ki, erməni qəzetinə ehtiyac yoxdur və olmamışdır və erməni əhalisi onsuz
da sərbəst do
226
lanır. Son 7-8 ildə (yəni təxminən 1906-cı ildən sonra - M. Q.) Güney
Qafqazın ennənilər yaşayan şəhərlərində 45-50 gündəlik qəzet çap olunurdu.
Lakin bu qəzetlərin kifayət qədər oxucuları olmadıqları üçün
bağlandılar”""*.
Erməni müəllifi A. Çilingəryan “Baku” qəzetində çap edilmiş “XIX
əsrdə ermənilərin ictimai inkişafı” adlı məqaləsində erməni müəllifi D.
Ananunun kitabını təhlil edərək yazırdı ki, XVlll əsrin sonunda və xıx əsrin
əvvəllərində ermənilik millət deyildi, o özünü belə yaratmamışdı. Müəllif
etiraf edirdi ki, bu dövrdə Güney Qafqazda ermənilərin ümumi sayı 300 min
nəfəri zorla ötürdü'"'’. Bunu Qafqazda işləmiş rus çinovniki N. N. Şavrov da
etiraf edirdi. Onun yazdığına görə, XIX əsrin I yarısında Güney Qafqazda
ermənilər azsaylı idilər, 1 milyon 300 min erməninin 1 milyon nəfəri rus
hakimiyyət orqanları tərəfindən köçürülmüşdü"".
Bəzi rus müəllifləri ermənilərin qaçqına çevrilmələrinin və müharibədə
ölmələrinin günahını Rusiyanın siyasətində axtarırdılar. V. Qurko-Kryajin
1926-cı ildə çap edilən məqaləsində yazır ki, Rusiyanın erməni məsələsinə
qarışması birinci dünya müharibəsi illərində ermənilərin vəziyyətini xeyli
ağırlaşdırdı'". Qaçqına çevrilən erməniləri yerləşdirmək həm hakimiyyət
orqanlarının, həm də erməni təşkilatlarının işinə çevrildi.
Rus hakimiyyət orqanları Qafqazın inzibati quruluşunu elə yaratmağa
çalışdırdılar ki, onun təbii sərvətlərinə yiyələnmək problemsiz olsun,
hakimiyyəti zəiflədə biləcək milli münaqişələr tez-tez baş verməsin. Ona
görə də çarizm orqanları düşünülmüş şəkildə müsəlman torpaqlarında
erməniləri yerləşdirirdilər. Aparılan bütün islahatlar və tədbirlər da buna
xidmət edirdi. Rusiya Dövlət Şurasının üzvü, knyaz A. M. Eristov “Birjevie
Vedcmosti”yax də çap olunmuş Qafqazda torpaq islahatından bəhs edən
məqaləsində yazırdı ki, canişinin dəftərxanası yeni layihələri sevir. Məsələn,
cari ilin əvvəlindən o, Qalqazın yeni inzibati quruluşu haqqında layihəni
qubernatorlara göndərmişdir. Bu layihəyə görə, guya yeni inzibati bölgü
milli mənsubiyyətə əsaslanır: erməni, gürcü və tatar. Lakin görməmək
mümkün deyildir ki, burada söhbət yalnız başdan-başa bircə erməni ərazisi
yaradılması haqqında gedir. A. M. Eristov yazırdı ki, canişinin layihəsinə
görə, Axalçik qəzası Tiflis quberniyasından ayrılıb Kars vilayətinə, Borçalı
qəzasının xeyli hissəsi və Yelizavetpol quberniyasının ermənilər yaşayan
hissəsi İrəvan quberniyasına birləşdirilməlidir. Yelizavetpol qu-
227
Dostları ilə paylaş: |