yolla hərəkət etdilər. Qaçqınların arxasınca rus ordusu gəlirdi və qaçqınlara
silahlı dəstələr tərəfindən heç bir qorxu olmadı. Dördüncü gün qaçqınlar
Azərbaycan ermənilərinin mərkəzi olan Salmasa, 10 gündən sonra 270
verstlik yolu keçərək Culfaya gəldilər. Təbriz yepiskopu Nerses başda
olmaqla kilsə erməniləri yerləşdirməklə məşğul oldu'”.
“Baku” qəzetinin 1915-ci il 14 yanvar tarixli sayında deyilirdi: “Tiflisdə
Qafqaz erməni xeyriyyə cəmiyyəti şurası Şorifyandakı səlahiyyətli
nümayəndəsindən teleqram almışdır ki, üç gündən sonra bütün erməni
qaçqınları İrəvan quberniyasının Naxçıvan qəzasının kəndlərində
yerləşdiriləcəklər. Qaçqınlar üçün nəzərdə tutulmuş xüsusi qatarlar Uluxanh
stansiyasına gedir”'"*.
Qaçqınlara yardım üzrə erməni mərkəzi komitəsinin fəxri sədri
yepiskop Mesrop erməni qaçqınlarına yardım kompaniyasına başlayan və
özü 50.000 rubl keçirən Petroqrad şəhər başçısına yazırdı ki, 100 min
Türkiyə ermənisi Qafqaz diyarında yerləşmək ümidindədir”’.
İrandan Qafqaza gələn ermənilər 1915-ci ilin yanvarında 20 min nəfər
idi'^".
Təbriz və onun ətrafı nəzərə alınmadan Qərbi Azərbaycandan 60 min
nəfər erməni Güney Qafqaza gəldi'^'.
Bütövlükdə, qaçqınların sayı 100-120
min nəfəri ötürdü'”. 1915-ci ilin martında keçirilən Eçmi- adzin qurultayı isə
Türkiyə, İran, Artvin, Ərdəhan və Oltdan köçürülən ermənilərin ümumi
sayım belə müəyyənləşdirdi: 60 min nəfər'”.
“Kavkazskoe slovo”nun məlumatına görə, 1915-ci ilin yanvarına- dək
İranda ruslar tutan ərazilərdən köçürülənlərin sayı 100-120 min nəfər idi.
Qaçqınlar əsasən Naxçıvanda, Sürməlidə, Eçmiadzində İrəvanda və
Aleksandropolda yerləşdirilirdi. Hər iki cinsdən olan qaçqınlar 1 aylıqdan
10 yaşadək 25% və ya 30.000, 11 yaşdan 20 yaşadək olanlar 20% və ya
20.000, 10 yaşdan 50 yaşadək olanlar 40% və ya 48.000, 51 yaşdan yuxan
olanlar 15% və ya 18.000 nəfər idi'”.
Bakı quberniyasında ermənilərin bir qismi Şamaxıda Mədrəsədə
yerləşdirildi. Bu kənddən 3000 erməni türklərlə döyüşə göndərilmişdi'”.
Rus orduları Təbrizi geri aldıqdan sonra Rusiya erməni qaçqmları- ШП
əvvəlki yerlərinə qayıtmalarını istəsə də onların problemlərini həll etmək
müharibə şəraitində xeyli ağır idi. Ona görə də İran hökumətindən
erməniləri geri çağırmaq barədə xahiş etdi. 1915-ci ilin yanvarında
Petroqraddakı İran nümayəndəsi Mofahəmməd
Dövlə mətbu
229