Rəyçilər: Yeganə Qəhrəmanova


Qeyd: Paralinqvistik vasitələr



Yüklə 1,52 Mb.
səhifə23/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   19   20   21   22   23   24   25   26   ...   113
R y il r Yegan Q hr manova

Qeyd: Paralinqvistik vasitələr dil koduna, yaxud onu əvəz edənə bərabər tutulan ünsiyyət vasitəsidir. Burada söhbət, ilk növbədə, informasiyadan, deyimdən, vurğunun qoyulması və pauzadan, jestikulyasiyadan, mimikadan gedir. Bəzi alimlərin fikrinə görə, paralinqvistik vasitələr nitqdə verilmiş bütün məna informasiyasını 75% təşkil edə bilər. Dilçiliyin paralinqvistika bölməsi də var. Bu bölmə informasiyanın verilməsində iştirak edən və nitq ünsiyyətini müşayiət edən amillərin öyrənilməsi ilə məşğul olur. Şifahi nitqi müşayiət edən jestləri, mimikanı, səslənmə həddini və s. məsələləri də öyrənir.
Jest latın mənşəli sözdür, “bədən hərəkəti” deməkdir.

Nitqin spontanlığı, fon biliklərinə güvənmə, vizual məlumatların ötürülməsi obyektləri (qrafiklər, cədvəllər, müqavilələr), şifahi nitqin quruluşunu parçalayır, pozğun, hamar olmayan hala gətirir.


Şifahi nitqdə klişeylənmiş ifadələrdən də istifadə edirik. Lakin işgüzar üslubda klişeylənmiş ifadələrlə danışmırıq.
Qeyd: Klişey sözü fransız sözüdür (fransız dilində clichı). Uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya elementdir.
Vizual latın sözüdür. Adi gözlə, yaxud optik cihaz vasitəsilə görünən şeylərdir.

Rəsmi-işgüzar üslubu təmsil edən işgüzar yazı ilə şifahi iş dialoqu arasındakı fərqlər daha da qabarıq nəzərə çarpır. İşgüzar yazılı mətnlər açıq mətn xarakteri daşıyır. Yazılı mətnin rəsmi mətn çərçivəsi onun hər bir hissəsinin təşkilati rəsmi məntiqi prinsipi, sənəd tərtibatı qaydalarının sərtliyi ilə müəyyən edilir. Dizayn və məzmun elementlərinin birləşməsi olan tərkibi, həcmi, ardıcıllığı, yeri və qarşılıqlı əlaqəsi yazılı işin hər hansı bir mətni üçün mütləqdir.


Şifahi işgüzar nitqin yuxarıda göstərilən bütün xüsusiyyətləri sənədlərin dili üçün dəqiqlik tələbini təmin etməyə imkan vermir.Daimi fasilələr, təkrarlar, natamam sintaktik quruluşlar və predikativ vahidlərin quruluşundakı yerdəyişmələr şifahi işgüzar nitqin qüsurları kimi görünür.
Buna baxmayaraq, işgüzar dilin şifahi forması, Azərbaycan dilinin özünəməxsus bütün üslub xüsusiyyətlərinə riayət etməyi tələb edən rəsmi iş üslubudur.
Bu gün işgüzar ünsiyyət ictimai həyatın bütün sahələrinə nüfuz edir. Bütün mülkiyyət formalarındakı müəssisələr, fərdi şəxslər ticarət, işgüzar münasibətlərə girirlər. İşgüzar ünsiyyət sahəsindəki səriştəlilik hər hansı bir işdəki uğur və ya uğursuzluqla birbaşa əlaqəlidir: elm, sənət, istehsal, ticarət və s. sahələrdə.
Beləliklə, nitqin şifahi və yazılı növləri olmaqla onlar arasında əlaqə, bağlılıq vardır. Nitqin şifahi və yazılı formalarında görmə, eşitmə kimi hiss üzvləri iştirak edir. Bütün deyilənləri nəzərə alaraq şifahi nitqin aşağıdakı əsas xüsusiyyətlərini bilmək lazımdır:

  • şifahi nitq danışılır və eşidilir;

  • şifahi nitqdə ümumişlək sözlər özünə daha çox yer alır;

  • şifahi nitqdə cümlələr daha çox sadə quruluşda olur;

  • şifahi nitq danışıq dilinin xüsusiyyətlərini qoruyur;

  • şifahi nitqdə mimika, jest və başqa hərəkətlər özünü göstərir;

  • şifahi nitqin axını surətli olur. Məsələn, adi vəziyyətdə insan bir dəqiqədə 80-100 söz, bəzən isə 120-dən çox söz tələffüz edir.

Yazılı nitqin isə aşağıdakı özünəməxsus xüsusiyyətlərini bilmək lazımdır:

  • yazılı nitq yazılır və oxunur;

  • yazılı nitqdə elmin, texnikanın, siyasətin və digər sahələrin terminləri işlənir;

  • yazılı nitq ədəbi dilin əsasında yaranır və inkişaf edir;

  • yazılı nitqdə durğu işarələrindən istifadə olunur;

  • yazılı nitq istənilən bir məlumatın nəsildən-nəslə ötürülməsində körpü rolunu oynayır.

Yeri gəlmişkən, dil və nitq anlayışlarına da aydınlıq gətirmək lazımdır. Dil hər bir millətin milli varlığını təsdiq edir. Nitq öz mənbəyini dildən alır. Dil olmasa, nitq və bütövlükdə nitq prosesi təzahür edə bilməz. Hər bir şəxs şifahi və yazılı nitqində dilin imkanlarından məqsədəuyğun şəkildə istifadə edir. Dil ilə nitq arasında aşağıdakı fərqlər vardır:

  • dil həcm etibarı ilə nitqdən genişdir;

  • dil ümummilli, nitq isə fərdi səciyyə daşıyır;

  • dil ünsiyyət vasitəsidir, nitq isə ünsiyyət prosesidir.

Hər bir dildə, o cümlədən Azərbaycan dilində monoloji və dioloji nitqdən daha çox istifadə olunur. Monoloji nitqdə hər hansı bir nəfər müəyyən bir fikri, məlumatı, ideyanı ardıcıl, rabitəli şəkildə söyləyir. Bu nitqdə ton, avaz, nitqin sürəti və s. mühüm rol oynayır. Monoloji nitqə mühazirə, məruzə, məlumat, çıxış, məktub, məqalə və s. daxildir. Bu nitqin nəqletmə, təsviri, məlumatverici, inandırma, təbliği monoloq adlı növləri vardır.
Dioloji nitq iki və daha çox şəxsin arasında olan qarşılıqlı söhbətdir. Bu nitqin söhbət və danışıq, sual-cavab, müsahibə, müzakirə formaları vardır.
Mövzu 5

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə