Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 1,52 Mb.
səhifə60/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   56   57   58   59   60   61   62   63   ...   113
R y il r Yegan Q hr manova

Katolik din xadimləri
Katolik kilsəsinin başçısı Roma papasıdır. Ona “zati-müqəddəsləri” deyə müraciət edirlər. Sonrakı əhəmiyyətinə görə ranqlar kardinal və arxiyepiskopdur. Onlara “ali həzrətləri”, növbəti ranqa – yepiskopa isə “həzrət...” yaxud daha şəxsi “Vladika” deyə müraciət edirlər. Ali kilsə iyerarxiyası üçün həmçinin rütbəsinə əlavə edilən “monsenyor” müraciətindən də istifadə edilir.
Məbədin baş keşişinə “... ali cənabları” deyə müraciə edirlər. Şəxsi söhbət zamanı bütün keşişlərə “ata”, monarxlara “qardaş”, qadın-monarxlara “bacı” deyə müraciət etmək olar.
Gündəlik həyatda bir ranqı digərindən fərqləndirmək çox çətindir, buna görə keşişlə görüşə hazırlaşarkən, əvvəlcədən onun rütbəsini öyrənmək lazımdır. Qırmızı kəmərin, piuska – qırmızı yepiskop papağının, yaxud qeyri-qara rəngdə olan sutananın (katolik xadimin cübbəsi) varlığı, bir qayda olaraq, ali iyerarxiyaya aidiyyatdan xəbər verir. Düzdür, gündəlikdə din xadimləri tünd rəngli köynək və yaxalıq altında ağ zolaqlı adi tünd rəngli kostyumlar geyinirlər.
Din xadimləri ilə ünsiyyət zamanı iki səviyyəni fərqləndirmək lazımdır: görüş vaxtı keşişin ibadət, yaxud tainstvo (dini ayin) etməsi lazım olan görüş və adi söhbət. Birinci halda münasibət “dünyəvi boşboğazlığı” və ikimənalı fikirlərdən uzaq, kifayət qədər korrekt və ciddi olmalıdır. Adi söhbətə adi etiketin qaydaları şamil edilir. Katolik ruhanilərlə ünsiyyət ümumi mədəniyyət çərçivələrinə çox gözəl uyğunlaşır.
Əgər müştərək nahar nəzərdə tutulursa, onun oruc dövrünə, oruc gününə, yaxud oruc saatına (oruc günü, bir qayda olaraq, cümə günü, bəzən çərşənbə günüdür, yevxarist orucunun saatı messadan (ibadətlərdən birinin adı) əvvəl) düşüb-düşmədiyini dəqiqləşdirmək lazımdır.
Oruc vaxtı ət yemək qadağan olsa da, süd məhsullarına icazə var. Yevxarist oruc zamanı, ümumiyyətlə, qidalanmaq olmaz.
Katolik ruhanilər subaylıq andı verirlər, buna görə həmsöhbətin ailə həyatı ilə maraqlanmaq nəzakətsizlik hesab edilir.
Daha bir xüsusiyyət: bir qayda olaraq, keşiş salamlama üçün əlini birinci uzadır (o cümlədən qadınlara).



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə