Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 1,52 Mb.
səhifə63/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   59   60   61   62   63   64   65   66   ...   113
R y il r Yegan Q hr manova

Yəhudi bayramları
Digər dinlərdə olduğu kimi, iudaizmdə də dindarların gündəlik həyatını qurarkən nəzərə aldıqları həftəlik, aylıq və illik tsiklləri ayırmaq olar.
Həftə tsikli çərçivələrində yəhudilər üçün müqəddəs gün şənbədir (şabat). Bu, sevinc və istirahət günüdür və bu gün Tövratı öyrənmək, dincəlmək və bayram süfrəsi düzəltmək tapşırılır. Yəhudi şənbəsi ümumən qəbul edilmiş təqvimlə cümə gününün axşamı günəşin batması ilə başlayır, evin sahibəsi şamları yandırır və xeyir dualar söyləyir. Bütün ailə və dəvət edilmiş qonaqlar bayram süfrəsində iştirak edir və bu zaman şərabı və iki xüsusi bayram çörəyini (xalı) uğurlayırlar. Adətən şənbə günü sinaqoq xidmətini ziyarət edirlər. Şənbə günü xüsusi dualar oxunan, xoş ətirlər ətrafa səpilən və xüsusi şam yandırılan Xavdal mərasimi ilə bitir.
Ortodoksal yəhudilər şənbə gününün qaydalarına riayət edilməsinə çox ciddi yanaşır, çoxsaylı dini göstərişləri pozmamağa çalışırlar, onlar işləmir, siqaret çəkmir, maşına minmir və s. islahatçı – yəhudilər qədim qadağaların çoxunu nəzərə almırlar.
Növbəti ayın başlanğıcı yəhudilərdə ayın təzə çıxdığı vaxta (Roş-xodeş) təsadüf edir. Bu gün əlavə dualar oxunur, sinaqoqda daha bir ibadət mərasimi keçirilir. Təzə ay çıxan vaxt oruc və yas tutmaq qadağandır.
Yəhudilərin ilk dini tsiklində dindarın həyatında özünəməxsus mərhələni təcəssüm edən bayramlar xüsusi yer tutur. Bu tsikl yeni ilin qeyd edilməsi (Roş-xaşana) ilə payızda başlayır. Talmuda əsasən, Roş-xaşana növbəti ilin Tanrı tərəfindən insanların əməllərinin qiymətləndirilməsinin məhşər günüdür. Bu gün xüsusi təntənəli sinaqoq ibadəti zamanı qoyun buynuzundan şeypur da (şofar) çalınır, yeni ilin ilk gecəsində isə şirnilər – bala batırılan alma, yaxud piroq yeyilir. İkinci gecə təzə yetişmiş bar gələn ilin bolluğuna ümidlərin rəmzi kimi yeyilir.
Roş-xaşana 10 günlük tövbənin başlanğıcının rəmzidir. Bu günlər Böyük günahların təmizlənməsi Günü (İom-Kuppur) ilə bitir. İom-Kuppurda günəşin batmasından növbəti günün axşamına qədər oruc tutulmalıdır. Bir çox mömin yəhudilər bu gün ayaqqabı geymirlər. Yəhudi ənənəsinə görə, insan İom-Kuppur günündə yalnız bütün incitdiklərinin əfvini alandan sonra günahlarından təmizlənə bilər.
Sinaqoqda beş ibadət keçirilir. İlk axşam ibadətinin əvvəlində ən tanınmış sinaqoq duası – Kol Nidre səsləndirilir. Dua edənlər tövbə etməyə, günahlarını etiraf etməyə çağrılır: sinaqoqa daxil olan hər kəs diz üstə çökür. Bütün yəhudi bayramlarının əvvəl iki gün ərzində qeyd oluna biləcəyi halda (təzə ayın çıxması günündə mümkün səhvlərlə bağlı olan qədim ənənəyə əsasən), İom-Kuppur yeganə bayramdır ki, yalnız bir gün ərzində qeyd edilir. İom-Kuppur şofanın sədaları ilə tamamlanır.
Tövbə günündən beş gün sonra Kuşey (Sukkot) bayramı başlanır. O, səkkiz gün davam edir və ikimənalılıq daşıyır – aqrar və mənəvi-tarixi. Daha qədimdən məhsul bay-ramı olan Kuşey eyni zamanda yəhudilərin 40 illik səhrada sərsəriliyini xatırladır. Sukkot günlərində meyvə və güllərlə bəzədilmiş yüngül şalaş tipli tikili (sukku) qurulur. Bu cür şalaşda yəhudi ailəsi mümkün qədər çox vaxt keçirməyə çalışır. Sukkotun hər günündə dindarların kütləvi yerişi sinaqoqu dolanır. Sinaqoqa ibadəti zamanı dindarlar əllərində sitrus meyvəsini (etroq) tutur və palma, mərsin və bədmüşk budaqlarından ibarət dəstəni yellədirlər.
Sukkotun qeyd edilməsinin səkkizinci günü Tövratın oxunuşunun illik tsikli bitir və yeni tsikl başlayır. Buna görə bu gün Tövrata sahib olma (Simxat-tora) bayramı adlanır. Şən nümayiş yeddi dəfə sinaqoqu dolanır, dindarlar əllərində Tövratın qiymətli mətn parçalarını tuturlar. Səhər ibadətində bütün kişilər növbə ilə Tövratın oxunuşuna dəvət edilirlər.
Mərkəzi yəhudi bayramı Pasxadır (Pesax). Bu gün bütün dünyanın yəhudiləri Misir əsarətindən azad olunmalarını qeyd edirlər. Bayramın keçirildiyi səkkiz gün ərzində yalnız şirin çörək (matsu) yeməyə icazə verilir. Buna görə Pasxanı bəzən “Opresnok” bayramı adlandırırlar. Pasxanın başlanmasının ilk iki günündən birində bütün ailə qonaqlarla birgə xüsusi pasxa süfrəsində (sedere) iştirak edir. Pasxa süfrəsində matsudan başqa mütləq acı otlar, xaroset (sürtkəcdən keçirilmiş almalar, qazlar və şərabdan ibarət qarışıq), yumurta, qoyun sümüyü, tərəvəz, içində duzlu su olan kasa olur. Ev sahibi Misirdən gedişin tarix-çəsini danışır və danışığını izahatlarla müşayiət edir. Süfrədə əyləşənlər dua edir və dörd qədəh şərab içirlər. Sedera mərasiminə xeyir-duaların deyilməsi, dini mahnıların oxunması daxildir. Sinoqoqda pasxa günlərində bayram ibadətləri keçirilir.
Pasxa qədimdən, həmçinin əkinçilik bayramı hesab edilirdi. Bu zaman biçinin baş-lan­ması qeyd edilirdi. Pasxadan yeddi həftə sonra (may, iyun aylarında) Sedmits (Şuvuot) bayramı başlayır. Qədim yəhudilərdə o Pasxa – tək aqrar bayram olsa da (məhsul yığımının bitməsi), zaman keçdikcə tarixi – mənəvi mənaya da sahib oldu, onun axşamında Əhdi-ətiq kitabını oxuyur, mömin yəhudilər bütün gecə Bibliya və Talmudu oxuyurlar. Bir çox icmalarda məhz bu gün oğlan və qızların yetkinlik yaşına çatmaları qeyd olunur.
Əsas bayramlara əlavə olaraq yəhudilikdə digər “kiçik” bayramlar da mövcuddur. Xüsusən geniş sevinc və Allaha minnətdarlıqla dolu olan iki bayram qeyd edilir. İşıq (Xanuka) qış bayramında yəhudilər eramızdan əvvəl ikinci əsrdə yunanlar üzərində qələbələrini və Qüds məbədinin təmizlənməsini yada salırlar. Xanukanın səkkiz gününün hər birində xüsusi səkkiz şamlı qəndildə (menore) növbəti şam yandırılır. Dini himnlər oxunur, uşaqlar şən oyunlar oynayır (ilk növbədə fırlandığı – dreydl oyunu). Bu günlərdə şən ziyafətlər təşkil edilir, hədiyyələr mübadiləsi aparılır.


Məscid
Məscid (ərəbcə magid) – müsəlmanlarda ibadət evi.
İslamın erkən əsrlərində məscid canişinin evi ilə divar divara tikilirdi, orada xəzinə saxlanılır, əmrlər elan edilir, şəriət məhkəməsi icra olunurdu. Bizim dövrdə məscidin dünyəvi vəzifələri xeyli azalsa da, o, əvvəlkitək özünəməxsus “klub” rolunu oynayır. Burada Quran oxuyanların müsabiqələri keçirilir və s. Bundan başqa, məsciddə həmişə şəhərə gələn qonaq gecələyə bilərdi.
Əhəmiyyətinə görə məscidlər baş, yaxud cümə, kvartal, ev, mədrəsə yanında məscidlərə, həmçinin aeroport, mehmanxana və s. yanında məscidlərə və s. bölünürlər. Məscidin öyrəşdiyimiz, minarə və günbəzdən ibarət görkəmi təxminən VIII əsrdə formalaşır.
Gündə beş dəfə dəqiq müəyyən edilmiş vaxtda minarədən azan – namaza çağırış səsi gəlir. Onu müəzzin bəyan edir. Məscidin içərisində namazın istiqamətini Məkkəyə yönəlmiş divardakı xüsusi divar oyuğu – mehrab müəyyən edir. Baş məsciddə mehrabdan sağ tərəfdə möizəçi üçün tribuna – minbər yerləşir.
Qadınlar adətən ikinci mərtəbədə, yaxud birinci mərtəbənin onlar üçün ayrılmış hissəsində ibadət edirlər. Qadınlar və kişilər üçün giriş həm ümumi, həm ayrıca ola bilər.
Məscid də dini etiqadından asılı olmayaraq hamıya şamil olunan müəyyən qaydalar mövcuddur. Məscidə sərxoş halda daxil olmaq qadağandır. Ziyarət edənin xarici görünüşü dindarların təhqir kimi qiymətləndiriləcək formada olmamalıdır. Təmiz, ədəbli və kifayət qədər bağlı geyimə üstünlük vermək lazımdır. Qadınlar üçün xüsusi qayda mövcuddur. Geyim üz, əl biləkləri və ayaqların pəncəsi istisna olmaqla, bütün bədəni örtməli, üz rəngi aşkaranə boyalı, silueti (kölgəsi) kip olmamalıdır. Saçları tamamilə yaylıq altında gizlətmək lazımdır. Qadının xarici görünüşünə tələblər səviyyəsi müxtəlif məscidlərdə fərqlidir. Belə ki, Moskvada nisbətən uzun don və yaylıq kifayətdirsə, Məşhəddə əcnəbi xanıma çadra verilir.
Məscidin döşəməsi xalçalarla bəzədilib, ayaqqabını girişdə çıxarırlar. Böyük məscidlərdə ayaqqabıları xüsusi xidmətçilər qəbul edir.
Ümumən məscidi ziyarət edənlər özlərini kifayət qədər sərbəst aparırlar: onlar döşəmədə oturur, yaxud uzanır, yeyir, yatır, ünsiyyətdə olurlar. Bu zaman kimsə namaz (ərəbcə salat, salət) qıla bilər, dindarlar Quran oxuyur, yaxud sadəcə fikirlərini Allahla, dinlə bağlı mövzularda cəmləşdirməyə çalışırlar. Buna görə səsini ucaltmaq, gülmək, söymək və s. olmaz. Namaz vaxtı gəldikdə dindarlar dəstəmaz (vüdu) alır və ibadət zamanı hamıdan öndə duran imamın arxasınca cərgələrlə düzülürlər. Hər hansı səbəbə görə ümumi namazda iştirak etməyənlərin məscidi tərk etmələri məcburi deyil.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə