Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 1,52 Mb.
səhifə64/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   60   61   62   63   64   65   66   67   ...   113
R y il r Yegan Q hr manova

İslam ruhaniliyi
İslamda ruhanilik institutu mövcud olmadığı üçün din xadimlərinə müraciət konkret regionda tarixən formalaşmış praktikadan asılıdır.
Məsələn, Rusiyada tatarlar mollaya “həzrət” – yəni ərəbcədən müqəddəs deyə müraciət edirlər. Lakin müsəlmanların böyük əksəriyyəti bu adı yalnız peyğəmbərlər və müqəddəs insanlara şamil edirlər.
Ən universal müraciətlər “səid” (ərəbcə cənab deməkdir) və “hacı”dır. Lakin bu müraciətlər yalnız din xadimlərinin müstəsna səlahiyyətlərinə aid deyil.


Müsəlman bayramları
Müsəlman bayramları namaz, oruc, zəvvarlıq və sədəqə paylama kimi islam dini ayinlərin ayrılmaz hissəsidir.
Əsas iki bayram mövcuddur: İd əl-Ədh və id əl-Fitr. Müsəlman dünyasında ümumən qəbul edilmiş bayramlara həmçinin Mövlud, Merac və Leylət əl-Qədir aid edilir. Çox vaxt müsəlman bayramlarına islama bilavasitə aidiyyatı olmayan, məsələn, yaz gecə-gündüz bərabərliyi bayramını – Novruzu da aid edirlər.
Bütün bayramlar müsəlman ay təqviminə əsasən qeyd edilir. Hicri təqvim ili günəş ilindən 11 gün qısadır, ona görə müsəlman bayramları qriqorian təqviminin müxtəlif ayları və tarixlərinə düşür.
Türk xalqları arasında daha çox Qurban bayramı adı altında tanınan id i-Ədh (Qurban bayramı) 3-4 gün davam edir. O, həcc ziyarəti bitərkən, zəvvarlar İbrahimin (Avraamın) qurbanına xatirə olaraq Mina vadisində qurbankəsmə ayinini icra edərkən keçirilir. Bu gün təkcə zəvvar yox, imkanlı olan hər müsəlman qurban kəsməlidir. Adətən qurbanlıq heyvanın ətinin üçdə biri bayram süfrəsinə gedir, qalanı kasıb-kusuba paylanılır.
Qurban bayramını səhər erkəndən qeyd etməyə başlayırlar. Dan yeri sökülməmiş müsəlmanlar tam dəstəmaz alır, ən yaxşı paltarlarını geyinir, səhər namazı qılırlar. Bir müddət sonra məsciddə xütbəyə (moizəyə) və bayram namazına toplaşırlar. Bundan sonra qurbankəsmə mərasimi keçirilir. Bütün bayram günləri ərzində Quran oxunulur, ibratəmiz söhbətlər aparılır, hədiyyələr verilir, qəbiristanlıqlar ziyarət edilir.
İd əl-Fitr (pəhriz bayramı – türk adı Ramazan bayramı) ramazan ayında orucun bitməsi şərəfinə keçirilir və 3-4 gün davam edir. İd əl-Ədh kimi bu bayrama da xüsusi namaz, kasıblara qidanın paylanış və bol bayram süfrəsi daxildir. Qəbiristanlıqları ziyarət edib orada Qurandan surələri oxumaq da qəbul edilib.
Mövlud ən – Nəbi – Peyğəmbərin ad günü (hərçənd Məhəmməd peyğəmbərin dəqiq doğum tarixi məlum deyil). Mövludla əlaqədar məscidlərdə möizə oxunur, Məhəmmədin şərəfinə ümumi ibadət edilir, sədəqə paylanılır. Mövludun mütləq elementi məvaliddir və ona Qurandan Məhəmmədi vəsf edən ayələtəri oxumaq daxildir. Bir çox ölkələrdə yanmış fənər və meşələrlə təntənəli kütləvi yerişlər keçirilir.
İsra vəl-Meraj (gecə səyahəti və göyəçəkilmə) Məhəmmədin qanadlı əl-Burak adi heyvanın üzərində Qüdsə gecə səyahətinə və göylərə qalxmasına həsr edilmiş bayramdır. Bayram gününün gecəsi yatmayaraq Quran oxuyur, dua edir, dönə-dönə Məhəmmədin möcuzəli uçuşu barədə əhvalatı danışırlar.
Leylət əl-Qədr (Qüdrət, Qismət, alın yazısı gecəsidir) – bu bayramın müqəddəsliyi məhz həmin gecə Quranın Məhəmmədə hasil olmasının başlanması ilə bağlıdır. Leylət əl-Qədiri məscidlərdə Quran oxumaq və Allaha dua etməklə keçirmə qəbul edilib.
Şiə bayramlarına imamların və peyğəmbərin qızı Fatimənin ad günləri, Peyğəmbərin qızı Fatimənin və imamların matəm günləri, həmçinin Peyğəmbərin Əlini öz varisi elan etdiyi gün hesab edilən Qədir Kom (farsca) yaxud Qədir hümma (ərəbcə) bayramı aiddir.
Əsas şiə mərasimi – Aşura (İmam Hüseynin yad edilməsi günü) günüdür. İlk on gün ərzində Hüseynin həlak olması hadisəsini canlandıran səhnələr qurulur, matəm bayraq­lar və şüarları asılır. Onuncu gün təntənəli kütləvi hərəkət – Hüseynə görə ağlaşma (taziyyə) baş verir. Tədbir moizə ilə başlayır, sonra oğlanlardan ibadət xorun matəm ifası və kütləvi hərəkətin özü həyata keçirilir. İştirakçılar, öz kədərlərini göstərmək və Hüseynin həlak olduğu qanlı döyüşü xatırlamaq məqsədi ilə özlərinə qanayan yaralar vururlar. Matəm yürüşündə gedənlər ucadan imama görə ağlayır və “Şah Hüseyn, vah Hüseyn” ifadəsini təkrarlayırlar. Bu ifadə Aşura matəminin daha bir adının yaranmasına səbəb oldu: “Şahsey-vahsey”.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə