Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 1,52 Mb.
səhifə59/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   55   56   57   58   59   60   61   62   ...   113
R y il r Yegan Q hr manova

Katolik məbəd
Katolik məbəd ümumən provoslav məbədlə eyni quruluşa malikdir. Gözəçarpan ən əhəmiyyətli fərq ikonastasın olmamasıdır. Onun yerinə o qədər də uca olmayan səcdəgah səddi mövcuddur. Kilsədə mərkəzi səcdəgah və ya presviteriy hissəsi seçilir. Burada ibadət baş verir və müqəddəs sovqatlar – İsanın bədəni və qanından “hasil” olunmuş şərab və çörək saxlanılır. Bu yeri sovqat saxlanan yer qarşısında daima yanan qəndilə görə tanımaq olar.
Mərkəzi səcdəgahdan başqa müqəddəslər üçün yan tikililər də ola bilər. Məbəddə həmçinin xor üçün yer və riznitsa – məbəd işçiləri və liturgiya geyimləri, həmçinin əşyaların saxlanılması yeri ayrılır.
İbadətkənarı əsas davranış qaydaları aşağıdakılardır:
Kişilər məbədə daxil olarkən baş geyimlərini çıxarır, lakin qadınlardan baş yaylığı tələb olunmur. Geyimdə, yaxud kosmetikadan istifadədə xüsusi normalar olmasa da, məbəddə şortda, yaxud ifrat açıq geyimdə görsənmə alqışlanmır, bəzi məbədlərdə isə, məsələn Vatikanın Müqəddəs Pyotr soborunda (baş kilsə) qadağandır.
Məbədin girişində müqəddəs su olan çiləqabı yerləşir. Ora sağ əlin barmaqlarını salır, sonra havada xaç işarəsini edirlər. Katolik prixodların slavyan yeparxiyalarında yayılmış salamlama formaları: “Xaç İsaya eşq olsun!” (cavab: “Əsrlər boyu, amin”); “Tanrını uğurlayaq” (cavab: “Tanrının rizası ilə”); “Xilas et, Tanrı” (cavab: “Tanrının şərəfinə”); “Tanrı yardımçın olsun!” (cavab: “Xilas et, Tanrı”).
Məbədə girərkən sovqat saxlanılan yer qarşısında sağ dizi üstə çökülər. Sonradan, sovqat saxlanılan yerin yanından keçərkən, diz çökür, ya da heç olmasa başla təzim edirlər.
Xaç işarəsini katoliklərdə pravoslavlardan fərqli qaydada edirlər: əvvəl sol, sonra sağ çiyin. Liturgiya xaricində xaç işarəsini etməyin xüsusi məqamları yoxdur.
Məbəddə bir sıra duaetmə skamyaları, aşağıdakı isə kiçik skamyalar yerləşir. Həmin skamyalar üzərində ibadət zamanı diz çökürlər, buna görə ora ayaq basmaq lazım deyil.
Katolik məbəddə tövbəetmə xüsusi tövbə hücrələrində - keşiş və tövbəedən üçün kiçik kabinələrdə baş verir. Əgər tövbəetmə hücrəsində kimsə söhbət edirsə, onu eşitməmək üçün yanından uzaqlaşmaq lazımdır. Həmçinin keşiş kimləsə söhbət edərkən ona çox yaxınlaşmaq olmaz – bu mənəvi və çox söhbət ola bilər.
Həmçinin duaetməni, yaxud dindarların sükutu mənzərəsini pozmaq lazım deyil: onlar bitirinə qədər gözləmək lazımdır.
Bununla, demək olar ki, katolik məbəddə əsas davranış qaydaları məhdudlaşır. Sadəcə ümumi normaları əlavə etmək olar.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə