Rəyçilər: Yeganə Qəhrəmanova


İşgüzar ünsiyyət üslubunun növləri



Yüklə 1,52 Mb.
səhifə55/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   51   52   53   54   55   56   57   58   ...   113
R y il r Yegan Q hr manova

İşgüzar ünsiyyət üslubunun növləri. Ümumiyyətlə, iş sahəsindəki ünsiyyət üslublarını üç əsas növə bölmək olar: ritual, manipulyativ və humanist. Bu davranışlardan cəmiyyətin bütün üzvləri istifadə edir.
Ritual ünsiyyət tərzi cəmiyyətlə əlaqəni qorumaq, möhkəmləndirmək, olduğu sosial qrupda ünsiyyət vəziyyətini yaxşılaşdırmaqdır. Ritual ünsiyyət insanın ən vacib maraqlarına və problemlərinə təsir göstərir. Sosial ayinlərdə iştirak etmək imkanından məhrum olmaq sosial xaric olmaq kimi başa düşülür. Belə ünsiyyətdə əsas məsələ cəmiyyətlə birləşməyə nail olmaq, özünü cəmiyyətin üzvü kimi göstərmək və bu birliyin qorunub saxlanmasıdır. Ritual ünsiyyət cəmiyyətlə ünsiyyət saxlamaq, cəmiyyətin bir üzvü kimi imicini möhkəmləndirmək (ad günləri, məzunlar, toylar, yaslar, təbriklər, sağlıqlar və s.) ilə xarakterizə olunur.
Yeri gəlmişkən, beynəlxalq nəzakət normalarına, dövlət, dini və ictimai mərasimlərə diqqət yetirmək yerinə düşər.


Milli rəmzlər
Dövlət bayrağı, gerbi və himni – dövlətin rəsmi rəmzləridir və müvafiq hörməti tələb edirlər. Milli qanunlara əsasən, gerb və himni ölçülərindən asılı olmayaraq, həmişə təsdiqlənmiş rənginə, yaxud ağ-qara təsvirinə tam müvafiq şəkildə yaradırlar. O cümlədən gerb möhürlərdə, rəsmi sənədlərin blanklarında, bəzi dövlət qurumlarının binalarının, xüsusi nəqliyyat vasitələrinin, poçt markalarının və ayrı-ayrı döş nişanlarının üzərində təsvir edilir.
Əksər ölkələrdə dövlət gerbinin təsvirinin blanklar və digər yerlərdə tətbiqinə dair müəyyən məhdudiyyətlər və qaydalar mövcuddur. Bu məsələ dövlət hakimiyyət orqanlarının səlahiyyətindədir.
Ayrı-ayrı şəhərlərin, dövlət orqanlarının, dövlət qurumlarının, hətta ayrı-ayrı şirkət və fiziki şəxslərin də gerbləri var. Bir çox ölkələrin təcrübəsində fiziki şəxslərdə irsi keçən gerbin mövcudluğu onların nəslinin qədimliyinə, çox vaxt zadəganlara aid olmasına dəlalət edir. Tarixən gerbə mütləq hörmət qaydası qüvvədədir. Ona hörmətsizlik ən ağır təhqirlərdən biri kimi qiymətləndirilir.
Dövlət bayrağına rəsmi ehtiramın nümayiş etdirilməsi ümumi qəbul edilmiş beynəlxalq normaya çevrilib.
Dövlət bayrağı xüsusi flaqştokda (bayraq ağacı, bayraqtac) qaldırılır. Eyni zamanda bir neçə bayraq qaldırılırsa, flaqştoklar və bayraqlar eyni ölçüdə olmalıdır. Bir qayda olaraq, bayraqlar razılaşdırılmış dildə dövlətlərin adı əsasında əlifba sırası ilə düzülür, lakin bununla bağlı ciddi normalar mövcud deyil. Məsələn, Britaniya protokoluna görə milli bayrağa hörmətli, fəxri yer ayrılır, digər bayraqlar isə (xaricə açılmış şəkildə) milli bayraqdan sağ və solda dövlətlərinin adları üzrə əlifba sırası ilə düzülür.
Ali əcnəbi qonağın qəbulu zamanı çox vaxt onun milli bayrağı qəbul edən ölkənin bayrağı ilə eyni yerdə, yəni mərkəzi tribunanın hər iki tərəfindən qaldırılır. Bu halda meydançada olan əsas qonağın sağ tərəfindəki bayraq yeri qonağın bayrağına verilir.
Həm qəbul edən ölkə, həm də təmsil olunan ölkə tərəfindən milli matəmin rəsmi elanı zamanı bayraqlar yarıyadək endirilməlidir. Əvvəl bayraqlar flaqştokların tam yüksəkliyinə qədər qaldırılır, sonra yavaş-yavaş yarıyadək endirilir və dəfn günü ərzində bu cür vəziyyətdə qalır, lakin monarxiya dövlətlərində ölkə başçısının vəfatı halında bayraqlar ənənəvi olaraq ölüm günündən dəfn günunə qədər endirilmiş şəkildə qalırlar. Yeni hökmdarın elanı günü bayraqlar yenidən əvvəlki vəziyyətinə qaytarılır.
Diplomatik nümayəndəlik başçıları dövlətlərinin bayraqlarını istənilən vaxt qərargahlarında və nümayəndəliklərinin binalarında qaldırmaq hüququna malikdirlər. Həmçinin onlar milli bayrağı xidməti avtomobillərində quraşdıra bilərlər, lakin əksər nümayəndəlik başçıları bunu sırf rəsmi tədbirlərlə bağlı və ya təhlükəli hallarda etməyə üstünlük verirlər.
Adətə görə, bayraqlar səhər saat 8-də qaldırılır və qaşqaralan vaxr endirilir. Əgər bayraq gecə-gündüz yüksəlmiş halda olursa, qaranlıq vaxtı xüsusi işıqlandırma işə salınır.
Öz fəaliyyətini limana da yayan konsul işçilərinə rəsmi tədbirlər zamanı milli bayraqlarını gəmidə ucaltmağa icazə verilir (mövcud müqavilələr və yerli adətlərdən asılı olaraq). Konsulluq qurumlarının başçıları yerli hakimiyyət orqanlarının nümayəndələrinin yanına rəsmi vizitlər, yaxud təntənəli və bayram tədbirlərində rəsmi iştirak zamanı bayrağı xidməti maşınlarının üzərinə quraşdıra bilərlər; konkret şərtlər çox vaxt konsul konvensiyası ilə təsbit edilir.
Adətən konsulların maşınları üzərində rəsmi bayrağa malik olmaları aşağıdakı hallarda tanınır: yerli, yaxud öz dövlətinin milli bayramında iştirak; konsulun da dəvət edildiyi öz və xarici dövlətlərin ali xidmətlərinin rəsmi səfərləri. Əgər avtomobildə bayraq quraşdırılıbsa, ən fəxri yer onun arxasındakı yer hesab edilir.
Bəzən bu şəhərdə həmçinin diplomatik nümayəndəlik olduğu halda, konsul qurumu üzərində milli bayraq ucaltmağa icazə verilmir.
Fərdi qaydada ayrı-ayrı şəxslər öz evi üzərində milli bayrağı yerli hakimiyyət orqanlarının icazəsi ilə qaldıra bilər.
Həmişə nəzakət qaydalarına riayət etmək lazımdır. Onlara əsasən, milli bayraqla eyni zamanda adətən qəbul edən ölkənin bayrağı qaldırılır. Ümumi qaydaya görə, o, iki bayraq olanda, sağda, daha çox bayraq olduqda mərkəzdə yer tutmalıdır.
Kobud səhv buraxıb bununla dövlətlərarası münasibətlərə xələl yetirməmək üçün milli bayraqlara qarşı mümkün qədər diqqətli və dəqiq olmaq lazımdır. Bəzi ölkələrdə tərsinə çevrilmiş bayraq müharibə vəziyyəti kimi dəyərləndirilir.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə