Rəyçilər: Yeganə Qəhrəmanova


Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri



Yüklə 1,52 Mb.
səhifə54/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   50   51   52   53   54   55   56   57   ...   113
R y il r Yegan Q hr manova

Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri. Ünsiyyətin özünə­məx­sus məzmunu, məqsədi və vasitələri mövcuddur. Onları bir-bir nəzərdən keçirək.
Ünsiyyətin məzmunu dedikdə, fərdi təmas zamanı bir insandan digərinə ötürülən informasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq, insanların ünsiyyəti müxtəlif xarakter daşıya və fərqlənə bilər.
Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosional vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, qəzəb və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər.
Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haqqında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər.
Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər.
İnsanda ünsiyyət vasitələri ünsiyyət zamanı ötürülən informasiyaların kodlaşdırılmasında, ötürülməsində, işlənməsində və açılmasında özünü göstərir.
İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.
Elm və texnikanın müasir inkişafı ünsiyyət vasitələrinin daha geniş vüsət əldə etməsinə imkan yaradır. Bu cür ünsiyyət vasitələrinə müasir telefon əlaqələrini, kompüter və internet əlaqələrini və s. aid etmək olar.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə