Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 1,52 Mb.
səhifə58/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   54   55   56   57   58   59   60   61   ...   113
R y il r Yegan Q hr manova

Pravoslav din xadimləri
Rəsmi şəraitdə dini rütbəyə malik şəxslərə aşağıdakı formada müraciət etmək lazımdır:
Moskva və bütün Rusiyanın müqəddəs patriarxına – zati müqəddəsləri;
Kiyev və bütün Ukrayna mitropolitinə - zati müqəddəsləri;
Mitropolit, yaxud arxiyepiskopa - ... (titulu) ali həzrətləri;
Yepiskopa - ... (titulu) həzrətləri;
Arximandritlərə, iqumenlərə, iqumenyalara, protop-resviterlərə, protoiyereylərə - ... (titulu) ali cənabları;
İyeromonaxlar və iyereylərə - ... (titulu) cənabları;
Arxidyakonlara, protodyakonlara, iyerodyakonlara və dyakonlara – allahı sevən cənab.
Qeyd etmək lazımdır ki, hal-hazırda göstərilən rütbə sisteminə yalnız yepiskop, arxiyepiskop, mitropolitlər və patriarxa aid şəxslər ciddi riayət edir, digər dini xadimlərə aid çox nadir hallarda tətbiq olunur.
Qeyri-rəsmi şəraitdə dini xadimlərə müraciət edərkən onları aşağıdakı şəkildə adlandırmaq qəbul edilib:
Patriarxa – müqəddəs vladika (hakim), yepiskopa – vladika, keşişlərə - keşiş baba, baba, iqumenyalara – matuşka (anacan), dyakonlara – dyakon ata.


Pravoslav bayramlar
Pravoslav bayramlar kilsə tərəfindən cənabü Tanrının, Tanrı Anasının və müqəddəslərin təntənəli şəkildə yad edilməsi günləridir. Bütün kilsə bayramları əhəmiyyət dərəcəsinə görə kiçik, orta və böyüklərə bölünürlər. 12 xüsusən hörməti böyük bayramı dvunadesyatıy adlandırırlar. Pravoslav kilsənin ən əsas bayramı (onu çox vaxt bayramlar bayramı adlandırırlar) İsa Pasxası, yaxud Nurlu İsa Dirilişi (Voskreseniye) adlanır.
Dvunadesyatıy bayramları keçici və keçməyən olurlar. Bu onunla izah olunur ki, xüsusi cədvəllərlə (pasxaliyalarla) hesablanan İsa Pasxasının qeyd edilməsi tarixi təsbit edilmiş bayram gününə malik deyil.
Dvunadesyatıy keçici bayramlar: Tanrının Qüdsə daxil olması (Bədmüşk Bazar günü) – Pasxaya bir həftə qalmış; Tanrının Vozneseniye Pasxanın qırxıncı günü; Müqəddəs Troitsa günü (Pyatidesyatnitsa) – Pasxadan sonra 50-ci günü.
Dvunadesyatıy keçməyən bayramlar: Milad – 7 yanvar; Tanrının xaç suyuna salınması – 19 yanvar; Tanrının Sreteniye – 15 fevral; Müqəddəs Boqoroditsanın Blaqoveşşeniye – 7 aprel; Tanrının Preobrajeniye – 19 avqust; Müqəddəs Boqoroditsanın Uspeniye – 28 avqust; Müqəddəs Boqoroditsanın Miladı – 21 sentyabr; Tanrı xaçının qurulması Vozdvijeniye – 27 sentyabr; Müqəddəs Boqoroditsanın məbədə daxil edilməsi – 4 dekabr.
Böyük bayramlar: Tanrının sünnəti və müqəddəs Böyük Vasilinin xatirəsi – 14 yanvar; İonanın Predteçin Miladı – 7 iyul; müqəddəs ilk ali apostollar Pyotr və Pavel – 12 iyul; İonn Predteçin başının vurulması – 11 sentyabr; Müqəddəs Boqoroditsanın Pokrovu – 14 oktyabr.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə