Roman, povestlər



Yüklə 3 Mb.
səhifə54/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   50   51   52   53   54   55   56   57   ...   158

 189 

belə pis danışarsız. 

Dadaş quru bir tərzdə: 

—Mən olanı deyirəm, — dedi. — Səni də xəbərdar edirəm. 

Çünki sən də mənim oğlumsan. Əmin kimi sənin... 

Çox gülməli çıxdı: "Mən sənin əminəm, sən mənim oğlum" və 

Zaur qəhqəhə çəkdi. Əsəbi bir gülüş idi bu, Dadaşın düz gözlərinin 

içinə baxa-baxa gülürdü. Və gülə-gülə də: 

—Nə siz mənim  əmimsiniz, — dedi, — nə  də  mən sizin 

oğlunuz. Mən uşaq deyiləm... Nə elədiyimi özüm bilərəm... 

Düz üzünə dedi bunu Dadaşın və özünün də xoşuna gəldi ki, 

fikrini neçə  də açıq, mərd-mərdanə bu burnu ziyilli kişinin 

üzünə  çırpdı. "Mənimlə ömürlük düşmən olacaq, cəhənnəmə 

ki, olur-olsun. Əlindən gələni beş qaba çəksin" deyə düşündü 

və xudahafizləşmədən şəstlə otaqdan çıxdı... 

 

 



Dördüncü fəsil 

 

Həm vüsali vurur od canıma,  həm hicranı 



Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə. 

 

Hər bir insan yaşadığı evin içinə  nə sayaq alışır, məhrəm 



olursa, maşın sürən adam da şəhərə,  şəhərin küçələrinə, 

meydanlarına, dalan və döngələrinə, enişinə-yoxuşuna o cür 

alışır, məhrəm olur. Evlərin sakinləri mənzillərinin hər  əyər-

əskiyinə  bələd olduqları kimi, maşın sürən adam da yolların 

hamarına, çuxuruna bələd olur. "Dünən burada keçidi 

bağlamışdılar, bu çəpərin üstündə "sağa burulmaq olmaz" 

nişanı vurulub, bu yolayrıcında işıqfor pis işləyir, bu döngənin 

dalında çuxur var" — bütün bu əlamətlər sükan arxasına 

keçmiş adamçün gündəlik qayğılardır — daman dam, xarab 

olmuş su kəməri, sınmış  pəncərə, cırıldayan döşəmə — ev 

sahiblərinin gündəlik qayğıları olduğutək. Mənzilinə alışmış 

adam otağının içində qaranlıqda da yeriyə bildiyi kimi Zaur da 




 190 

şəhərin avtomobil yollarını, küçələri, döngələri gözübağlı da 

seçə, tapa, burula bilərdi... Əlbəttə, gözübağlı sürmürdü maşını, 

diqqətlə başqa maşınları, piyadaları, işıqforları, yönəldici 

milisin hərəkətlərini izləyirdi. Amma şəhəri beş barmağı kimi 

tanıdığı üçün maşını sürərkən müəyyən istiqamət barəsində 

düşünmürdü, fikirləri tamam başqa, kənar məsələlərə 

yayınırdı...  İndi isə o yalnız Dadaş haqqında fikirləşirdi — 

gündüz elədikləri söhbət haqqında... 

Dadaşın sifətini gözləri qarşısında dönə-dönə canlandırır, 

ona get-gedə daha artıq nifrət edərək, hey söyürdü kişini: 

"Adam satan köpəkoğlu... Gör bir nə  ağızdolusu danışırdı: 

"onunçün heç təfavütü yoxdur, — alverçilər, baza müdirləri..." 

Yaxşı, madam  ki, heç təfavütü  yoxdur, səni niyə mağmın 

qoyub? Yeddi   həndəvərinə buraxmayıb, odur ki, belə 

salveylənmiş   küçük  kimi zingildəyirsən də. Ağzıgöyçəklik 

eləyib, özgənin üstünə min çirkab atırsan!" 

Amma  ən dəhşətlisi o idi ki Zaur yüz faiz əmin ola bilmirdi: 

doğrudanmı Dadaşın atdığı çirkab ancaq onun öz uydurmalarıdır, 

real gerçəklik deyil? O, Təhminə haqqında Dadaşın sözlərindən 

təcrid olunaraq düşünmək istəyirdi və heç bir şey müəyyənləşdirə 

bilmirdi. Elə bil iki Təhminə vardı — biri Zaurla görüşlərdə 

mövcud olan Təhminə — Zaur onun hər sözünə inanmağa hazır 

idi — biri də başqa, Zaura yad, Zaurun tanımadığı, amma bir çox 

adamların fikrində, dilində, təsvirində mövcud olan Təhminə... 

Hansı Təhminə daha real, daha həqiqi idi? Bəlkə elə ikisi də. Biri 

əsl Təhminə... biri də onu yamanlayanların, onu istəməyənlərin öz 

təsəvvürlərində, xəyallarında yaratdıqları, bəzədikləri Təhminə... 

Axı onu bəzəyən, onun haqqında olmazın iftiralar uyduranların 

özləri də  Təhminəyə biganə deyildilər — kəsirdilər ondan, ya 

nifrət edirdilər ona, ya kiməsə qısqanırdılar Təhminəni, ya paxıllıq 

edirdilər, ya hayıf çıxmaq istəyirdilər. Onun gözəlliyinin 

tamarzısında olanların çoxusu isə  əslində istəyinə çatmayıb, heç 

olmasa uzun dilləriylə, bayağı söhbətləriylə, müfəssəl təsvirləriylə 

qurdlarını öldürmək istəyirdilər. 



 191 

...Və bütün bu şeylər haqqında fikirləşdikcə  Təhminəyə 

zəng eləmək həvəsi get-gedə sönüb gedirdi. Hələ dünən bu 

zəngin bir mənası vardısa, bu gün, Dadaşla söhbətdən sonra 

tamam yersiz bir iş olardı. Zəng eləyib nə barədə soruşacaqdı? 

Spartak barədə, ya o televiziya rejissoru barədə? Yaxud baza 

müdirləri, alverçilər barədə? Təhminə  nə cavab verərdi bütün 

bu sorğu-suala? "Əgər məni fahişə hesab eləyirsənsə, onda nə 

təfavütü var sənin üçün, — deyə bilərdi, — yox, əgər hesab 

eləmirsən, necə  ağlıva sığışdıra bilirsən bütün bu şübhələri?" 

Bəlkə də hər şeyi inkar edəcəkdi, bircə o televiziya rejissorunu 

boynuna alacaqdı... Ya Spartakı... Nə isə, yenə qarışırdı Zaurun 

fikirləri. Yox, özünü ələ almalıdır. Bütün bu şeylər haqqında 

düşünməməlidir. Gözləməlidir, vəssalam. Heç kəsnən Təhminə 

barəsində söhbət aparmaq lazım deyil. Özünə də zəng eləmək 

olmaz... Gözləmək lazımdır vəssalam... Gec-tez özü zəng 

eləyəcək, buna Zaurun şəkk-şübhəsi yox idi. Özü zəng eləsə, 

özü görüş təyin eləmək istəsə, görüş təyin eləsə, o zaman sözü 

açmaq olar. 

 

*** 

...Günlər bir-bir ötürdü. Təhminədən səs-soraq yox idi... 

 

*** 

Bir axşam Zivər xanım sözarası dedi ki, Zaurun kooperativ 

mənzili bir-iki aya hazır  olmalıdır.  Zaur bu eyhamın gizli 

mənasını başa düşürdü: mənzildən söhbət salanda, anası 

ardınca evlənmə barəsində söz   açardı... Zaur düşünürdü ki, 

doğrudan, təəccüb qalası  işdir. Axı lap yaxşı bilirdi ki, anası 

gələcək gəliniylə yola getməyəcək, aralarında dedi-qodu 

olacaq, sancıb-dalayacaq gəlinini, yox   əgər gəlin də dilli-

dilavər olsa, söz götürməyəcək, cavabını verəcək, dava-mərəkə 

ərşə qalxacaq, sözgap düşəcək aralığa və bütün bunlara 

baxmayaraq, Zivər xanım oğlunu evləndirməyə, qayınana 

olmağa can atırdı, tələsirdi...  Ərşdən-kürşdən, o yandan-bu 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə