Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə41/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

129
Məhdəviyyət haqqında nəzərlər
qədər uzun yaşaması mümkün sayıla bilərmi? Bu uzun müd-
dət  ərzində  imam  necə  yaşaya  bilər,  halbuki  bu  müddət  min 
yüz səksən ili keçib. Bu isə qocalıq xüsusiyyətlərinə uyğun gəl-
mir. İnsanın qocalıq və faniliyinə hökm verən təbiət qanunları 
keçərli deyilmi?
İnsan  ömrün  yüz  illər  və  bir  neçə  əsr  uzanması,  normal 
həddindən olduqca çox olması insan həyatında qəribəlik sayı-
lır və belə bir iş müşahidə edilən və öyrəncəli hal deyil. Lakin 
bu  da  qeyri-mümkün  deyil.  Biz  gərək  mövzunu  dindən  öncə 
əqli  və  elmi  məntiqlə  müzakirə  edək,  görək  ki,  bu  məsələdə 
doğru və uyğun rəy nədir.
Birinci: İnsan ömrünün uzun olması əqli baxımdan qeyri 
mümkün  bir  məsələ  deyil.  İnsanın  əsrlərlə  yaşaması  məntiq 
baxımından mümkün bir işdir və ağılla heç bir ziddiyyət təşkil 
etmir. Həmçinin elmi baxımdan mümkündür (Elmi nəzər cəhə-
tindən və nəzəriyyə tərə indən). Lakin hələ mümkün olmasa 
da, elm buna nail olmaq yolunda addım atır.
İkinci:  Uzun  və  ya  qısa  ömür  yaşamaq  Yaradanın  əlində 
olan  bir  məsələdir.  Dediyimiz  məsələ  də  bu  cürdür.  Allahın 
inayəti  təbiət  qanunlarının  dondurulmasına,  sabitləşdirilmə-
sinə də daxildir. Məsələn, Allah İbrahimə odu sərin və salamat 
edib, dənizi Musa üçün bölüb. Peyğəmbəri Qureyşin gözündən 
gizlədib.  Qocalıq  qanunları  Allahın  vəlisi  Mehdi  üçün  bunun 
kimidir.  Əgər  Allah  ona  uzun  həyat  bəxş  edibsə,  onu  qocalıq 
əlamətlərindən qorunan və gənc saxlayırsa, bunda nə maneə 
var? Bir halda ki, o, vəd olunan gününə hazırlanan intizarı çə-
kilən  liderdir.  Ondan  tələb  olunan  dövr  istisna  və  yeganədir. 
Bununla da vəziyyət rəbbani bir möcüzəyə çevrilir ki, təbii qa-
nun qüvvədən düşür. 
İmam  Mehdinin  ömrünün  uzun  olması  inkar  və  ya  şəkk 
edilməsi mümkün olmayan həqiqətlərdəndir. Bu elə bir məsələ-
dir ki, ona heç bir təbiət qanunlarının təsir edə bilmədiyi ilahi 


130
Müctəba Sadət
istək və qüdrət çərçivəsi olmadan, adi təbii müqayisələr apa-
rılmadan baxılsa, heç bir işkal ortaya çıxmaz.  Bu həqiqəti isbat 
etmək  üçün  bəzi  dəlil,  şahidlik  və  bürhanlara  nəzər  salmalı, 
ordan-burdan nümunələr gətirməli, İslamın yol göstərməsi və 
əsas qaynaqları vasitəsilə işıqlanmalıyıq.
1 – Qurani-kərim: Allah-təalanın kitabında sabit olmuşdur 
ki, bəzi kəslər uzunömürlü olub. Məsələn, peyğəmbərlər şeyxi 
Nuh: “Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min 
ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan 
onları zülm etdikləri zaman yaxaladı”.
126
Yunis  peyğəmbər:  “Balığın  qarnında  Qiyamət  gününə  qə-
dər qalardı”.
127
İsa peyğəmbər: “Xeyr, Allah onu Öz dərgahına qaldırıb. Şü-
bhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”.
128
Mağara əhli: “Onlar mağarada üç yüz il, üstəlik doqquz (il 
də )qaldılar.”.
129
Lənətlik İblis: “(İblis) dedi: “Ey Rəbbim! Onların dirildilə-
cəkləri günə qədər mənə möhlət ver”. (Allah) dedi: “Sən möhlət 
verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər”.
130
Məgər  Allah  öz  vəlisi  Mehdini  qoruyub  saxlamağa  qadir 
deyilmi? O kəs ki, Allah onun əli ilə İslamı bütün dinlər üzərinə 
zahir  edib  yer  üzündə  onu  möhkəmlədəciyi,  onu  varislərdən 
qərar verəcəyini vəd edib.
2 – Şərafətli sünnə: Mübarək ömrünün uzun olmasına dair 
xüsusi  hədislər  və  Peyğəmbərdən  nəql  olunan  rəvayətlərə 
əlavə olaraq demək lazımdır ki, İslam dininin Qiyamət gününə 
qədər əbədi olacağında heç bir şübhə yoxdur. İmam Mehdinin 
126
 Ənkəbut, 14
127
 Saffat, 144
128
 Nisa, 158
129
 Kəhf, 25
130
 Hicr, 36-38


131
Məhdəviyyət haqqında nəzərlər
ata-babaları olmuş on bir imam şəhid olaraq dünyalarını dəyi-
şiblər. Odur ki, ömrünün uzun olması və qalması üçün gərək on 
iki xəlifə hədisi öz təsdiqini tapsın.
İmam diridir, ruzilənir və onun qalması labüddür, çünki bu 
din qalıcıdır. Çünki Quran qalıcıdır. Peyğəmbər buyurub: “On-
lar  Qiyamət  günü  hovuz  kənarında  yanıma  gələnədək  bir-bi-
rindən ayrılmayacaq. (Quran və itrət). Nə qədər ki, bu, varlıqda 
davam edir, onunla birlikdədir və ondan ayrılmaz. Bu da Səqə-
leyn hədisinin təsdiqidir.
Əgər  onun  varlığı  və  uzunömürlülüyü  olmasaydı,  müsəl-
manlar  arasında  rəbbani  imamın  mövcud  olmaması  gərəkli 
olardı.  Bu  isə  onların  cahiliyyət  ölüsü  kimi  ölmələrinə  səbəb 
olardı, habelə məxluqat üzərində Allahın höccətinin olmaması-
na gətirib çıxarardı. Sözsüz ki, bu fərziyyələrin batil olmasında 
heç bir şəkk-şübhə yoxdur. Bu isə zəmanənin imamı hədisinin 
misdaqıdır.
İmam  Mehdinin  varlığının  qalıcı,  ömrünün  uzun  olması, 
Allahın onu qoruması və idarə etməsi şəriət baxımından sabit 
olur.
3 – Tarixdən bürhan: Bəşəriyyət tarixi uzunömürlü kəslərə 
nümunələrini toplayıb.
131
 Məsələn:
Adəm peyğəmbər 930 il yaşayıb.
Adəmin oğlu Şis peyğəmbər 912 il yaşayıb.
Nuh peyğəmbər 2500 il yaşayıb.
Zülqərneyn 3000 il yaşayıb.
Loğman ibn Ad Zünnusur 3500 il yaşayıb.
Xızır Bəni-Adəm arasında ən uzunömürlü şəxsdir.
Bunlar sübut edir ki, İmam Mehdinin uzunömürlü olması 
nəinki  mümkün  deyil,  hətta  təbiidir.  Müqayisə  üçün  bəşəriy-
131
  Hatəm  Sicistaninin  “əl-Muəmmərun”  kitabı,  habelə  Məsudinin  bir  sıra 
uzunömürlüləri qeyd etdiyi “Murucuz-zəhəb” kitabı. Həmçinin tarix kitab-
larında onlarla uzunömürlü insanlar qeyd olunub.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə