132
Müctəba Sadət
yət tarixində uzunömürlüləri buna misal çəkmək olar. Odur ki,
intizarı çəkilən liderin ömrünü inkar edənlərin iddiaları qüv-
vədən düşür. İmamın ömrü qarışıq və bənzərsiz bir şey deyil.
4 – Çoxlu kəslər tərə indən müşahidə olunması: Çox sayda
möminlər İmam Mehdiylə təkrar-təkrar görüşmüş və onu gör-
müşlər. Bunlar həm onun atasının sağlığında, həm qısamüd-
dətli, həm də uzunmüddətli qeyb dövründə baş verib. Onu gö-
rüb ziyarət etməklə şərə lənən kələrin sayı olduqca çoxdur.
132
Onları saymaq mümkün deyil. Bizim alimlərimiz bu mövzu
barədə çox sayda kitablar yazıblar. Onu görmək həqiqətdir və
tarix səhifələri boyunca sabit olub, habelə təvatür həddinə ça-
tıb. Belə nəticə hasil oldu ki, intizarı çəkilən İmamın ömrünün
uzun olması mübahisəsiz bir həqiqətdir. Görmək dəlildən ehti-
yacsız edir və onun varlığı vicdanla hiss olunur.
Buna əsasən, onun ömrünün uzun olmasının mümkün-
süz, yaxud ehtimaldan xarici olması barədə şübhə Qurani-kə-
rim, nəbəvi hədisləri əsasında dəf olunur. Sonra isə tarix şa-
hidlərinin və görmə həddinin çoxluq təşkil etməsidir. Bundan
öncə unutmamalıyıq ki, Yaradanın qüdrəti İmam Mehdi üçün
möcüzə və kəramət sayılır. Burada belə bir sual ortaya çıxır:
Bu təsadüfdürmü ki, bəşəriyyətin həyat tənzimlənməsini ye-
niləmək, insanlıq mədəniyyətini pozğunluqdan qurtarmaq və
onu yenidən inşa etmək üçün iki şəxs müəyyən işlər aparır. On-
ların hər birinin ömrü uzun olur. Biri bəşəriyyətin keçmişində
rol oynayır və bu, Nuh peyğəmbərdir. Digəri isə bəşəriyyətin
gələcəyində rol oynayacaq və o, Mehdidir. Bəs onda nə üçün ən
azı min ilə çatan Nuhu qəbul edirik, ancaq Mehdini yox?
132
Bir neçə əhvalat vardır ki, Biharul-ənvar, c.52, Şeyx Nurinin “Cənnə-
tul-mə`va”, Bəhraninin “Təbsiratul-vəli iymən rəa əl-Qaiməl-Mehdi” kitab-
larında qeyd olunub.
133
Məhdəviyyət haqqında nəzərlər
Dördüncü: Qeybə çəkilməsinin nə faydası vardır?
İmamiyyə alimləri İmam Mehdinin qeybə çəkilməsi üzərin-
də ittifaq etmişlər. Onlar etiqad bəlsəyir ki, Allah ona zühur et-
mək icazəsi verənədək yaşayacaqdır. Bu mövzu barədə bir sıra
sual və iradlar gətirmişlər. Onlardan bəzisi bunlardır: Bu gün
o, qeybdədirsə, sizə nə faydası var? Əgər imamın varlığı əqli,
dini zərurətdirsə, o zaman onun camaatdan qeybdə olmasına
necə izah verə bilərsiz? Qeyb zamanı ondan fayda əldə etmək
mümkündürmü? Habelə sair bu qəbildən suallar mövcuddur.
Əvvəlcə biz qeybin təkcə İmama məxsus olması deyil, ümu-
mi xarakter daşıdığını izah etməliyik. Belə ki, Qurani-kərim
qeybin tarxidə təkrarlandığını sabit edir. Söhbət açır ki, bir sıra
peyğəmbərlər öz qövmlərindən qeybdə olublar, müddətləri
arasında fərqlilik olsa da bu, zamanın müəyyən kəsimlərin-
də baş vermişdir. Məsələn, Allahın peyğəmbəri olan Musanın
qeyb dövrü qısa olmuşdur. Lakin Allahın peyğəmbəri İsanın öz
qövmündən qeybi uzun çəkmişdir. Hətta bəşəriyyətin hamısın-
dan qeybə çəkilmişdir. Onun qeybə çəkilməsindən indiyədək
minlərlə il keçmişdir. Habelə Allahın peyğəmbəri İbrahimin
iki qeybi vardır ki, Mehdinin qeybinə bənzəyir. Quran mağara
əhlinin qeybindən də söhbət açmışdır (309 il). Bundan əlavə,
Yunis, Yusif peyğəmbərlərin də qeyb dövrü olmuşdur.. Odur ki,
Mehdinin qeybi sabiq ümmətlərə bənzəyir. Deməli, qeyb ümu-
mi xarakter daşıyır. Qeybə çəkilməyin səbəbi və faydalarına gə-
lincə, burada da sual ümumidir. Nə üçün İsa qeybə çəkildi? Bir
peyğəmbərin öz qövmündən uzaq yaşamasının faydası nədir?
Nə üçün mağara əhli qeybə çəkildi? Nə üçün İmam Mehdi də
qeybə çəkildi?
Öncə izah etdiyimiz kimi, Mehdinin qeybi iki ünvanlı qeyb-
dir. İmam bizimlə birlikdədir, məsələnin qayəsi odur ki, biz onu
əsla tanımırıq. O isə ümmət və onun işlərindən uzaq deyil. Ək-
sinə, camaatla birlikdə yaşayır, onların həyatında iştirak edir,
134
Müctəba Sadət
onlara qulaq asır, onları görür və onlar da onu görürlər. Onların
problem və acılarını hiss edir, bircə odur ki, camaat onu həqiqi
ünvanı ilə (Mehdi olaraq) tanımırlar. Buna ən yaxşı misal Alla-
hın peyğəmbəri Yusifdir. O, Misirdə qardaşları ilə qarşılıqlı iş
görürdü, ancaq qardaşları onu tanımırdılar. Qeyb hökmlərinə
əsasən, İmamla bağlılığımızın kəsilməsi onun bizimlə bağlan-
tısının kəsilməsi anlamını daşımır.. Quran bizə öyrədir ki, vəli
bəzən qeybdə ola bilər, ancaq ümmətindən qə lətdə yaşaya
bilməz. Əksinə, onların mənfəətləri üzərində çalışar və işlərini
idarə edər. Lakin camaat onu tanımaz, necə ki, bu məsələ Xızır
tərə indən sabit olmuşdur: “Onlar (orada) Öz dərgahımızdan
mərhəmət bəxş etdiyimiz və Öz tərə imizdən elm öyrətdiyimiz
qullarımızdan birinə rast gəldilər”.
133
İmamiyyə iman və etiqad bəsləyir ki, İmam Mehdi möv-
cuddur və qeybdədir. Bu isə, əqli dəlillərə əsaslanır. Necə ki,
şiələrin nəzərində hər hansı bir etiqadi əsas bu cürdür. Bu-
rada əsas olan, hər bir dövrdə Allah tərə indən, Peyğəmbərin
dili əsasında məsum imamın varlığının zərurət olmasına ağlın
hökm verməsidir. Əlavə olaraq, imamətin və xilafətin davam-
lı olmasını, onun kəsilməməsini vurğulayan Qurani-kərim və
şərafətli sünnədən olan nəqli dəlillər də vardır. Allah-taala
buyurmuşdur: “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir
canişin bərqərar edirəm!” – dedikdə...”
134
Həmçinin Peyğəmbə-
rin və əhli-beytinin hədislərinə istinad olunur ki, bu, hələ qeyb
baş verməmişdən öncə onlar tərə indən sadir olmuşdur. Hətta
Mehdi doğulmamışdan iki yüz ildən çox söylənilmişdir.
Agah olmalıyıq ki, Mehdiyə imanımız nəfsimiz, yaxud
xarakterimizlə əlaqədar bir şey deyil. Yəni sevirik deyə, ona
iman bəlsəyib, məsələni təsdiq etmirik, yaxud sevmədiyimiz
zaman məsələdən üz çeviririk. Məhdəviyyət məsələsi bu cür
133
Kəhf, 65.
134
Bəqərə, 30
Dostları ilə paylaş: |