124
Müctəba Sadət
6 – Abbasi hakimiyyətinin hadisəyə reaksiya verməsi (Ta-
rixi qərinə): İmam Əskəri vəfat etdikdən sonra hakimiyyət
İmam Mehdinin ailəsinə təzyiq göstərdi. Bunu elə bir yolla etdi
ki, gizli olan təhlükəli körpədən qorxduğunu göstərirdi. Tarix
bunu qeyd edib. Bu durum eynilə Fironun Musa əleyhinə et-
diklərinə bənzəyir.
7 – Bəzi sünni alimlərin İmam Mehdinin doğulması barədə
etira ları (Tarixi qərinə): Kitablar və qaynaqlarda yüzdən çox
Əhli-sünnə alimlərinin, həmçinin müxtəlif dəstələrdən olan
kəslərin İmam Mehdinin doğulmasını aydın şəkildə etiraf et-
dikləri yazılıb. Həmin şəxslərin bəziləri Axirəzzamanda zühur
edəcəyi vəd olunan həmin imamın
Həsən Əskərinin oğlu oldu-
ğunu deyib.
8 – Naiblik məsələsi və müqəddəs nahiyədən tövqilərin çıx-
ması (Tarixi qərinə): Dörd naib vasitəsilə İmamın məsələlərə
cavabları və onun tərə indən tövqilər çıxıb. Bunlar İmamın öz
xəttiylə, dəyişikliyə məruz qalmadan 70 il ərzində baş vermiş,
şəxsi üslub və məzmunda olmuşdur. Bu məsələ şiə tarixində
aydındır.
9 – Nəsəb alimləri İmam Mehdinin (əleyhissəlam) doğul-
masını etiraf etmişlər (Tarixi qərinə): Hər bir fənnin əshabına
müraciət etmək zəruri bir məsələdir. Xüsusilə, haqqında da-
nışdığımız məsələ ilə bağlı nəsəb alimləri İmamın adını nəsəb
kitablarında yazmışlar. Bunun özü onların İmamın doğulması-
na iman bəsləyib təsdiq etmələrini göstərir. Xüsusilə, onların
müxtəlif məzhəblərdən olması məsələni daha da aktual edir.
Görürük ki, onlar arasında əhlül-ammədən, şiəyə tərəf olan
Zeydilərdən olan kəslər vardır. Məkkə əhli onun şöbələrini
daha yaxşı tanıyır.
10 – Bir sıra tarixi qərinələr: Məsələn, İmam Əskərinin
evində Mehdini görən xidmətçi və kənizlərin şahidliyi.
125
Məhdəviyyət haqqında nəzərlər
255-ci ildən indiki günümüzə qədər tarixin uzun mər-
hələləri boyunca şiələr arasında İmamın doğulması və qeybə
çəkilməsi düşüncəsi aydındır. Əsərlər onun varlığına dəlalət
edir: Məsələn, sözləri, danışıqları, təlimləri, vəsiyyətləri, du-
aları, salavatları, yazıları, təlimatları. Bundan əlavə də tarixi
qərinələr və şahidliklər vardır ki, onun varlığına dair şübhə et-
məyə heç bir əsas qalmır.
Bir sıra dəlillər, bürhanlar, şahiliklər, qərinələr, mütəvatir,
səhih, dəlaləti aydın olan hədis və rəvayətlər İmam Mehdinin
doğulmasına dəlalət edir. Bütün bu dəlillərdən, ona yardımçı
olan əlavə qərinə və amillərdən sonra bizdə doğulmasına, var-
lığına ən az şübhə yarana bilərmi?! Sual veririk, bu bürhanlar-
dan və elmi məntiqdən sonra nə deyir?
İkinci: Erkən imamətə yetişməsini inkar etmək
İmam Mehdi həyatının erkən çağında müsəlmanlara imam-
lıqda atasının xələ i olub. Həmin vaxt onun beş yaxşı var. Bu,
müxali lərin hələ az yaşı olduğu halda, imamlığını qəbul edib,
ona iman bəslədiklərinə görə şiələrə eyib tutduqları məsələ-
dir. Çünki şiələrin nəzərində camaat namazının şərtlərindən
biri həddi-büluğa çatmaqdır. Elə isə həyatın bütün sahələrin-
də müsəlmanların hamısına necə imamlıq, şəriəti təbliğ etmək
məsuliyyəti daşımaq və onu qorumaq olar? Bu, İmam Mehdi
barədə gətirilən və təqdim olunan şübhələrdən biridir.
İmam Mehdinin (əleyhissəlam) erkən imamlığı xüsusiyyə-
ti ikri və ruhi məramdan imamətdə olan hər bir kifayətedici
özəllikləri daşıyan gerçək, həqiqi imamətin özüdür. Bu,
gərəkli
olan, yaxud şəri cəhətdən fərz sayılan imamət deyil. Buna iki
tərəfdən baxmaq olar:
1 – İdeoloji nahiyə.
İmamiyyə şiəsi iman bəsləyir ki, imamət dinin əsasla-
rındandır. Hansı ki, aləmlərin Rəbbinin işlərindən sayılır və
mükəllə lərin xüsusiyyətlərindən deyil. Yəni o, dəlil və bürhan-