128
Müctəba Sadət
himussəlam) hər bir yaşda öz qabiliyyətlərini isbat ediblər. On-
lar İslam aləmində elmi bacarığa malik hər bir şəxs üzərində öz
elm və fəzilətləriylə üstünlük qazanmışlar. Buradan Əhli-bey-
tin əzəmətini tanımış oluruq.
Biz məsum imamdan bol elmi, böyük əxlaqı, bəşəri hi-
dayətdən başqa nə gözləyə bilərik? Əlbəttə, biz ondan kreativ
idmançı,
güclü boksçu, yaxud cüssəli güləşçi olmasını gözləmi-
rik ki, yaş və çəkinin burada rolu olsun. Biz bəzi zamanlarda və
tarix səhidələrində kəskin zəkalı uşaqların yetkin insanlardan
üstün olmasının şahidi oluruq. Onlarla dahi şəxlər var ki, uşaq
çağlarında ikən diqqəti özlərinə çəkiblər. Öz dövrlərinin nadir,
zamanlarının yeganə şəxslərindən olsunlar deyə, bu azyaşlı
dahilərə ağıl və seçkinlik nemətiylə mükafatlandıran Allahı, xə-
lifəsi, höccəti və zəmanənin imamı, bəşər övladları üçün misal
və örnək, şəriəti üzərində məsuliyyət daşıyan olması üçün bir
insan seçməkdə aciz görmək olarmı?!
Əhli-beyt məktəbi imaməti ilahi mənsəb görür. Bundan
yalnız elm, ismət və kamal xüsusiyyət toplusunu özündə cəm
edən əsas xarakterləri kamala çatmış kəs faydalana bilər. Rəb-
bani liderin gərək bununla xarakterizə olunsun. Bu xüsusiyyət-
lər insanda cəm olduqda, yaşından asılı olmayaraq onu seçkin
və ləyaqətli edir. Odur ki, həddi-büluğa çatmayan uşaqda bun-
ların cəm olmasının heç bir maneəsi yoxdur. Sübut olunub-
dur ki, nübuvvət və erkən imamlıq həqiqətdir, İslam və tarix
baxımından baş verib. Elə isə Mehdinin imamlığı barədə etiraz
etmək nəyə görədir? Bir halda ki, həmin rəbbani ləyaqətə beş
yaşı olarkən nail olub.
Üçüncü: Uzunömürlü olması barədə şübhəyə düşmək
İmam Mehdi barədə imamiyyə tezisi ətrafında irəli sürülən
şübhələrdən digəri qeyb dövründə uzunömürlü olmasıdır:
Hicrətin 255-ci ilində doğulduğu halda İmam necə sağ olub,
hal-hazırda ruzilənə bilər? Elmi və əqli məntiqdə insanın bu