Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə48/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

150
Müctəba Sadət
lər və yerə düşmələr cüzi işlərdir. İnsanlıq başlanğıcdan üstün-
lüyə sarı irəliləmiş və kamilləşmişdir. Səmavi şəriət qanunla-
rında öndə olan və kamilləşən şeylər buna ən doğru misaldır. 
Odur ki, insanlıq ümid,  itrət və imanla gələcəyə doğru hərəkət 
edir. Bu o şeydir ki, imamiyyənin Məhdəviyyət tezisi onu vur-
ğulayır. Hansı ki, mövcud fəsadın müvvəqqəti bir şey olduğunu 
sübut  edir.  Həmçinin  orada  xoşbəxt  həyat,  xilaskarın  (İmam 
Mehdinin) əli ilə gələcəkdə bəşəriyyətin intizarını çəkdiyi par-
laq bir dövr vardır. Bu o şeydir ki, Qurani-kərim onu vurğulayır, 
bəşarət verir və ilahi vəd kimi ifadə edir.
160
 Odur ki, bunun ger-
çəkləşməsi labüddür. Məhdəviyyətə etiqad bəsləmək insanlıq 
tarixinin nəzərinə aydınlıq verir, Qurani-kərimin barəsində söz 
açdığı tarixdəki ilahi adətləri anladır.. Ümidlərin düyünlənmə-
si yaraşan gələcək, dünya nizamının yönələrək hərkət etməsi-
ni istəyən ilahi iradə Məhdəvi mərhələdir. Çünki İmam bəşər 
arasındakı mücadiləni yatıracaq, maddi və mənəvi səbəbləri-
ni  qaydasına  salacaqdır.  Ali-Muhəmməd  dövlətinin  qurulma 
mərhələsi gerçəkləşəcəkdir. Mütəfəkkir Mürtəza Mütəhhəri
161
 
deyir:  “Bəşəriyyətə  yapışan  şərr,  fəsad  və  səfalət  xüsusiyyət-
ləri yoxdur, həmçinin bəşəriyyəti yox etmək qüdrətində olan 
maddi,  mədəni  bir  cərəyan  da  yoxdur.  Əksinə,  bəşəriyyət 
parlaq,  xoşbəxt  gələcəyə  yönəlir,  onda  zülm  və  fəsadın  kök-
lərini  qoparıb  çıxarır..  Bu,  dinin  bəşarət  verdiyi  nəzəriyyədir. 
Bu  bəşərlə  bağlı  olan  Mehdinin  hərəkatıdır”.
162
  Məhdəviyyət 
məsələsi Allahın saleh bəndələri üçün yer üzünü vərasət görən 
Quran nəzəriyyəsilə uyğun gələn tarixin təfsirini formalaşdırır. 
Bir cəhətdən Əhli-beyt və onların tərəfdarlarının nəzəri tarixi 
həqiqət üçün diri formalaşdırma ifadəsi daşıyır. Görünməyən 
160
  Nur, 55
161
  Murtəza Mütəhhəri (1919-1979) iranlı şiə din alimi, mtəfəkkir, islam 
ilosofudur. Xorasan bölgəsində doğulmuşdur.
162
  Nehzətul-Mehdi  i dəu`i fəlsəfətit-tarix, Şəhid Mürtəza Mütəhhəri, s.62.


151
Məhdəviyyət haqqında nəzərlər
gələcək müstəvisi üzərində deyil, bu qədər. Əksinə, indiki ya-
şayış müstəvisi üzərindədir. Mütləq İlahi ədalət hökümətinin 
bəşəriyyətin gələcəyində  baş verəcəkdir.
Aləm şövqlə dünyanın şəfəq və Allahın ən böyük vəlisinin 
ilahi məzhəri ilə üfüqlərin işıq saçacağı həmin günə təşnədirlər 
və onu şövqlə gözləyirlər. Xüsusilə bəşəriyyətin parlaq gələcə-
yinin və intizarını çəkmiş olduğu işıqlı əsrin əlamətləri aydın 
olduqdan sonra. Bu istək nə qədər böyükdür, bu hədəf nə qədər 
nəhəngdir?! Biz – bəşəriyyət Mehdinin, dünyada dalğalanacaq 
tövhid və ədalət bayrağının intizarındadır, dedikdə bilməliyik 
ki, böyük lider bu hədə i təkbaşına reallaşdırmayacaqdır. Ək-
sinə, bizdən yardım və kömək gözləyir. O bizi gözləyir ki, zü-
hur günü üçün kamiləşşək və hazırlaşaq. Hikmətdəndir ki, biz 
ədalətli dövlətin qurulması üçün hazırlıq görənlərdən, o çıxan 
zaman yanında kömək olaq. Nəticəli intizarın bu dövrdə ümu-
mi məsuliyyət ünvanı olması vacib olur. Həmçinin bizim qay-
ğımız davamlı şəkildə gələcəyə təşəbbüs göstərməkdir. Hamı 
gözləyir ki, əsrin və zamanın Sahibinin başçılığı ilə dünya Məh-
dəvi fəthi gerçəkləşsin.
Qeyd olunanların icmalı kimi deyirik: Əhli-beyt tərəfdarla-
rının düşüncəsində Məhdəviyyət əqidəsi budur. Bu həmin par-
laq düşüncədir ki, Allahın Kitabı, şərafətli nübüvvət sünnəsinə 
uyğundur, ağıl və elmə istinad olunur. Bu o parlaq gələcəkdir 
ki, bəşəriyyət Muhəmməd ailəsinin Qaiminin zühurunun inti-
zarını çəkir. Bu o sona çatdıran nəzəriyyədir ki, peyğəmbərlər 
və rəsulların – hamısının təvaf etdiyi yer olmuşdur.


152
Müctəba Sadət
İKİNCİ BAB:
STRATEJİ MƏHDƏVİYYƏT BARƏSİNDƏ NƏZƏRLƏR
BİRİNCİ FƏSİL:
MÜQƏDDƏS ZÜHUR ZAMANI NƏ ÜÇÜN 
“LƏSARATUL-HÜSEYN”
163
 ŞÜARI SƏSLƏNƏCƏK?
İmam Mehdi (əccələllahu fərəcəh) vəd olunan gün zühur 
edərkən həmin ilin Aşura gününə təsadüf edəcəkdir. Onun əs-
habı “Ya ləsəratul-Hüseyn” şüarı səsləndirəcək. Onlar bu şüarı 
uca səslə deyəcəklər. Həmin gün babası İmam Hüseynin (əley-
hissəlam) qətlə yetirilən günü olacaq. Buna zühur barədə rə-
vayətlər dəlalət edir. 
Şəhidlər  ağasının  (əleyhissəlam)  və  İmam  Mehdinin  (əc-
cələllahu fərəcəh) inqilabı eyni hədəf uğrunda birlikdə ahəng-
dardır.  Hüseynin  (əleyhissəlam)  hərəkatı,  əslində  Mehdinin 
(əleyhissəlam)  inqilabının  bəzi  müqəddimələrindəndir.  Necə 
ki,  İmam  Mehdinin  (əleyhissəlam)  inqilabı  İmam  Hüseynin 
(əleyhissəlam) hadisəsini müda iə etmək, qanının qisasını al-
maqdır.  Onun  varlığı  müştərək  hədəfə  yönəlib  ki,  aralarında 
haqq-ədalət, zülm və haqsızlığı, azğınlıq və küfrü aradan apar-
maqda uyğunluq var.
Buradan  İmam  Müntəzərin  (əleyhissəlam)  hərəkatı  “Ya 
ləsəratul-Hüseyn”  bucağından  başlayır.  Elə  bir  hərəkətlə  ki, 
düzgünlük  və  üstünlük  üzərində  olan  qüvvətli  bir  nöqtədən 
başlayır.  Burada  ən  əhəmiyyətli  münasibət  İmam  Hüseyn 
(əleyhissəlam) və onun hədə lərindən danışmaqdır ki, həmin 
163
 Müəlli in apardığı tədqiqatlardan: “əl-İntizar” jurnalı, altıncı say; “Cən-
nətul-Hüseyn” jurnalı, ikinci say.


153
Məhdəviyyət haqqında nəzərlər
gün məhərrəm ayının onuncu günü qətlə yetirilməsinin ildö-
nümü günüdür. Buradan zühur üçün belə bir zaman müəyyən-
ləşdirmək hikmətli və səhihdir. Əlavə olaraq, İmam Hüseynin 
(əleyhissəlam) varlığı, xüsusilə, ümmətin, ümumi şəkildə bəşə-
riyyətin  daxilində  diri,  yeni  şəkildə  olmuş,  qalır  və  qalacaq. 
Baxmayaraq  ki,  onlar  müxtəlif  yerdədirlər.  Nəsilləri  inqilab, 
hərəkat, ixlas ruhiyyəsiylə ilhamlandırır.
Elə isə “Ya ləsəratul-Hüseyn” şüarının İmam Mehdinin (əc-
cələllahu fərəcəh) böyük, əzəmətli, geniş dəlalətləri və hərəkə-
ti üçün rəmzi vardır. Burada biz iki hərəkatın təbiətini, hədə lə-
rini, müştərək əlaqəsini tanımalıyıq. Bilmək lazımdır ki, bu iki 
yol İslam və onun uca risalətinə görədir. Lakin hər şeydən öncə 
biz Rəsuli-Əkrəmin (sallallahu əleyhi və alih) Məkkə fəthində-
ki davranışı ilə Hüseyni və Məhdəvi fəthləriylə olan əlaqəsini 
tanımalıyıq.  Bilmək  lazımdır  ki,  İslam  tarixində  üç  əsas  fəth 
olub ki, İslam risalətinin qorunmasında böyük rol oynayır:
Birinci: Fəthul-Muhəmmədi (Məkkənin fəthi)
Allah-təala Öz Kitabında buyurur: “Allahın köməyi və qələ-
bə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdik-
lərini gördükdə..”
164
 Həmçinin buyurub: “Biz sənə aydın bir fəth 
verdik”. Bəs hansı əsas maneə var idi ki, Peyğəmbər (sallallahu 
əleyhi və alih) üzləşmişdi, o həddə qədər ki, məbus olduğu və 
dəvətinə başladığı Məkkənin fəthi bir neçə il təxirə düşdü. O 
vaxta qədər ki, Məkkənin fəth olunduğu il “Fəth ili” kimi adlan-
dı. Fəthin təxirə salınmasına səbəb olan Peyğəmbərin (sallal-
lahu əleyhi və alih) üzləşdiyi həqiqi problemi aydınlaşdırmaq 
üçün biz Fil ilinə qayıtmalıyıq (m. 570). O ildə Allahın Rəsulu 
(sallallahu  əleyhi  və  alih)  doğulub.  Yəmənin  padşahı  Əbrəhə 
Məkkəyə hücum çəkib, Beytullahil-həramı (Kəbəni) dağıtmaq 
istəyirdi. Qarşısında  il olan qoşun yaxınlaşanda və Məkkə əha-
164
 Nəsr, 1 və 2.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə