144
Müctəba Sadət
Yekun nəticə
İmamiyyə şiələrinin tezisinə əsasən, intizarı çəkilən Mehdi
“M-h-m-m-d” ibn İmam Həsən Əskəridir. O, (İraqda) Samərra-
da, hicrətin 255-ci ili Şəban ayının yarısının gecəsində doğul-
muşdur. O, şiələrin nəzərində on ikinci imamdır. O, Allahın yer
üzərindəki axırıncı höccəti, Allah Rəsulunun xəlifələrinin so-
nuncusu, müsəlmanların on iki imamının axırıncısıdır.. Hicrətin
260-cı ili atası şəhid olduqdan sonra imamət öhdəçilikləri ona
keçdi. Həmin əsnada onun beş yaşı vardı. Allah onu hələ uşaq
ikən imam etdi. Necə ki, südəmər olarkən İsanı peyğəmbər et-
mişdi. Allahın əmrilə qeybi seçmişdir.. O, tədricən insanlardan
qeybə çəkilmişdir və onun iki qeyb dövrü var: Birinci qısamüd-
dətlidir ki, 69 il boyunca davam etmişdir. Hicrətin 260-cı ili
başlamış və 329-cu ilə qədər davam etmişdir. Şiələr onunla sə-
irləri vasitəsilə əlaqə saxlayırdı. Onlar dörd nəfər idi ki, şəxsiy-
yətlərilə onlara nəss buyurmuşdu.. İkincisi isə uzunmüddətli
qeyb dövrüdür ki, hicrətin 329-cu ili sonuncu naibi Əli Səmuri
vəfat etdikdən sonra başlamışdır. Beləcə, sə irlik zamanı sona
çatdı və qeyb, insanlardan tam örtülü olma mərhələsi başladı.
Bu isə Allah ona çıxmağa icazə verənədək davam edəcəkddir.
Onun bu zaman ərzində müəyyən naibləri olmamışdır, lakin
ədalətli fəqihlərin ümumi naibliyi vardır.. O, dünya diyarında
yaşamaqdadır, onun ömrü və həyatı eynən Xızır və İsanın (əley-
himəssəlam) ömrü və həyatı kimidir ki, ilahi möcüzə sayəsində
baş verir. İmamiyyə sair müsəlmanlarla yekdil ikirdədir ki, o,
zülm və haqsızlığı aradan aparmaq, tövhid və ədaləti yaymaq
üçün axirəzzamanda zühur edəcəkdir. Lakin insanlardan kim-
sə onun çıxacağı günü dəqiq bilmir. Burada qəti əlamətlər var-
dır ki, zühurundan öncə baş verəcəkdir. Məsələn, Yəmaninin
Yəməndən, Süfyaninin Şamdan çıxması, Ramazan ayından göy-
dən çıxığtı gəlməsi, Nəfsi-Zəkiyyənin Məkkə hərəmində qətlə
yetirilməsi, Məkkə və Mədinə arasında Beyda çökməsi. Habelə
145
Məhdəviyyət haqqında nəzərlər
imammiyyə açıq şəkildə etiqad bəsləyir ki, o, Məkkədə rükn və
məqam arasında çıxacaq, sonra insanlar ona beyət edəcəkdir.
On iki imam şiələri gözlənilən Mehdinin varlığı barədə
əqidəsini onun qalıcı olmasını təkcə Quran ayələri və mütəva-
tir hədislər əsasında qurmamışdır. Onlar öz əqidələrini əqidə
əsasları üzərində qurmuşlar.
150
(Əsas: imamət) Həmçinin bu
əqidə əqli və nəqli dəlillərə söykənmişdir.. İmamətin və hər
bir dövr, zamanda imamın varlığının zərurətindən başlayaraq
şiələr bu bab və daxil olunan yerdən görür ki, İmam Mehdi
barədə danışıq, bəhs və dartışma aparılması vacibdir. Bu, onla-
rın yanında Məhdəviyyət əqidəsinin əsası, başlanğıcı və cövhə-
ridir. Məhdəviyyət əqidəsi bir bütün şəklindədir. Necə ki, İslam,
tövhid – hər biri bir bütün şəklindədir. Məhdəviyyət məsələsi
də bu cürdür. O, dini, məntiqi bir məsələdir ki, imamətin kamalı
və sonudur. O, dünyada insanlıq tarixinin sonu üçün xoşbəxtlik
mərhələsidir.. Rəbbani imamətin həqiqəti dərk olunmamışdan
öncə on ikinci İmamın qeybə çəkilməsinin həqiqətini fəhm
və dərk etmək hər bir təkidlə mümkün deyil. Çünki burada
imamətin həqiqətilə qeybin həqiqəti arasında bağlılıq vardır.
Bu, səhih və dəqiq surətdə Məhdəviyyətin həqiqətini bəyan
edən Quran və nəbəvi metodun özüdür. Lakin qeyb, erkən
imamlıq, yaxud uzunömürlülük kimi Məhdəviyyət həqiqətlə-
rindən olan həqiqətin hissəli, fərdi, sıx nəzərinə gəlincə, qalan
həqiqətlərə nəzər salmadan, yaxud məsələnin hamısı barədə
əhatəli surət və nəzər götürmədən, yaxud ona tam bütün kimi
baxmadan – imamiyyə tezisinə əsasən, onun həqiqət və cöv-
hərini tanımağa yetişmək mümkün olmayacaqdır. Hətta əgər
bu həqiqətlər Qurani-kərim və şərafətli nəbəvi hədislərindən
istinad və əldə olunan əsaslı həqiqətlər olsa belə, durum eyni
olaraq qalacaqdır.
150
İmamiyyə şiələrinin nəzərində üsuliddin beşdir: tövhid, ədl, nübüüvvət,
imamət, məad.
146
Müctəba Sadət
Hər bir səmavi şəriət qanunları, insanların əli ilə əsası qo-
yulan məzhəblər və sairləri xilaskarı gözləyir. Hamı dünyanı
zülm və haqsızlıqda qurtaracaq xilaskar düşüncəsində ittifaq
etmişdir. Lakin onun adı, şəxsiyyəti və nəsəbi barədə ixtilaf et-
mişlər. Bununla yanaşı hənif İslam və şiə məzhəbi Məhdəviy-
yət məsələsini xüsusi olaraq qeyd etmiş, onu digər məzhəb və
dində bəyan olunmayan şəkildə izah etmişdir. Belə ki, on iki
imam şiələrinin yanında Məhdəviyyət məsələsi ideoloji mövqe
baxımından önəmli və mühüm bir şey şəklindədir. Bu, onların
yanında dinin əsaslarından birinə birləşir (imamətə). Məhdə-
viyyət tezisilə yanaşı xilaskar düşüncəsi son dərəcə netləşir.
Onunla birlikdə kamalı daha yüksək surətlərə çatır. Müsəlman-
lar ittifaq edib ki, Fatimənin nəslindən bir nəfər axirəzzamanda
çıxacaqdır və onun adı Mehdidir. Lakin xilaskarın şəxsiyyətini
tanımaq və onu bəlirləməyə bağlı əsas cəhət bir çox mərifətə
bölünür. Əhli-beyt məktəbinin, əksinə olaraq, Mehdinin şəxsiy-
yətini adı, nəsəbi, kimliyi, əlaməti, xüsusiyyətləri və doğulma
tarixilə tanıyırlar. Bu bəlirləmə əsasında şiələr bəzi işləri Məh-
dəviyyət məsələsinin daxilinə, yaxud daha doğrusu, imamiyyə
onun tezisində bəzi təfsilatla xüsusiləşmişdir. Onların ən əhə-
miyyətlisi, daha çox dartılışanı onun (əleyhissəlam) doğulma-
sı və qeybə çəkilməsidir. Məhdəviyyət məsələsində imamiyyə
məktəbinin xüsusiyyəti odur ki, əmniyyət durumunu və nəzəri
məsələni mövcud gerçəklik halına dəyişmişdir. Möminlər və
dünya üçün aydın olmuşdur ki, onlar bəlli bir yeganə Mehdini
gözləyirlər. O da Fatimə Zəhranın nəslindən, İmam Hüseynin
nəvələrindəndir və İmam Həsən Əskərinin oğludur. O, elə onun
dövründə doğulmuşdur. Hal-hazırda isə uzunmüddətli qeyb
dövründədir. Hər bir bölgəyə tövhid və ədaləti yaysın deyə,
Allah-taala ona izn verdikdə, Axirəzzamanda zühur edəcəkdir.
Şiə anlayışı sıx şəkildə bəlirlənmiş, ayırd edilmiş gələcəyə elm
və mərifətlə bağlıdır. Gözlənilən Mehdinin kimliyi və şəxsiyyə-
Dostları ilə paylaş: |