111
Məhdəviyyət haqqında nəzərlər
Üçüncü - Səmavi nida: Qərinə bir hadisədir və mələkut
aləmindən baş verəcək. O, səmadan çəkilən nida olacaq (Cəb-
railin səsi). Onu yer əhalisinin hamısı, hər bir qövm öz dilin-
də eşidəcək. Bu səs ramazan ayında baş verəcək. O, belə xə-
bər verəcəkdir: “Bilin, haqq Mehdi və tərəfdarları ilədir”. O
Allah-təala tərə indən insanlara aydın bir dəlildir ki, Mehdinin
zühuru yaxındır. Bu əlamət ilahi möcüzədir və olduqca əhə-
miyyətlidir. Belə ki, ona qarşı hiylə işlətmək mümkün olmaz.
O, İmamın zühuruna dair ən aydın və doğru əlamətdir. Hətta
Qurani-kərim Allahın sözündə buna işarə edib: “Dinlə! O gün
carçı yaxın bir yerdən çağıracaqdır. O gün onlar bu səsi ger-
çəkdən eşidəcəklər. Bu, çıxış günüdür”.
111
Sonra bunun ardınca
geniş şəkildə dünya səviyyəsində (lənətlik İblisin başçılığı al-
tında) buna təkzib veriləcək. Səbəbi isə bu elanı susdurmaq,
ləkələmək olacaq. Deyəcəklər ki, bu səs şiələrin sehridir. Nida
ilə vəd olunan gün arasında üç ay yarım fasilə olar.
Dördüncü – Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi: O, Hüsey-
ni bir gəncdir ki, İmam Mehdi mübarək hərəkat üçün şərait ya-
ratmaq naminə onu Məkkə əhlinə göndərər. O, zülhiccə ayının
iyirmi beşinci günündə, yəni İmam Mehdinin zühurundan on
beş gecə öncə hərəkət edər. O, İmam tərə indən Allah evində
hacılara şifahi xitab edəcək. Sözünü qurtarmamış cinayət törə-
dilər, onu Məkkə hərəmində rükn ilə məqam arasında qətlə ye-
tirərlər. Bu hadisə əlamətlərin axırıncısıdır. Onun barəsində şiə
və sünnilər yekdil ikirdədirlər.
Beşinci – Beydə çölündə yerə batma: Şamdan Hicaza
hərəkət edən Süfyani qoşunu yerə batar. Onlar zühurunun baş-
lanğıcında İmam Mehdinin hərəkatına son qoymaq naminə
Məkkəyə hərəkət edəcəklər. Batmanın yeri Beyda çölündədir
ki, Məkkə ilə Mədinə arasında yerləşir. Bu batma ilahi möcüzə
111
Qaf, 41-42
112
Müctəba Sadət
kimidir, doğru Məhdəviyyətin qeyblə əlaqəsinin həqiqilik və
düzlüyünə güclü dəlillərdən sayılır.
Bu beş əlamət xüsusi və qəti əlamətlərdir. Onlar barəsin-
də Peyğəmbər və imamlar hələ İmam Mehdi doğulmamışdan
öncə xəbər verib ki, iki əsrdən çoxdur. Bu əlamətləri öyrənərək
bir neçə nəticə əldə edə bilərik:
Birinci – Yolun əlamətləri: Bununla öncədən xəbərdarlıq və
təhdid planı cızılır, yolda hidayət mayakları qoyulur. Hidayət
bayraqlarının forma və əlamətləri, habelə zəlalət bayraqlarının
forma və nişanələri izah olunur.
İkinci – Əməl metodları: Əməli nəzərlər və hərəkət planla-
rı bizə zühur hərəkatını anlatmaq üçün yol göstərir. Həmçinin
uzunmüddətli qeyb dövründə risalət hərəkatının getdiyi yolun
istiqamət və rəsmini dövrün bu əlamətləri müəyyənləşdirir.
Zühur əlamətləri müntəzirlər üçün zaman və məkan baxı-
mından qra ikdən ibarətdir. Möminlərə zəmanələrinin imamı-
nı göstərir ki, yalançı mehdilik iddiası edənlərə aldanmasınlar.
Buna ən yaxşı misal səmavi nida və Beyda çökməsidir. Həmçi-
nin bu bəla və zülmün gözlənilən İmamın zühuru yaxınlaşdıq-
da sonu çatacaq. Buna ən yaxşı misal Süfyanidir. Zühurun əhə-
miyyətli əlamətlərindən bir vəd olunan bu vaxtın seçilməsidir
(zühur günü). Həmin vaxt çətinliklər və möhnətlər qarşısında
möminlərin daxillərində ümid və optimistlik cücərəcəkdir.
Bizə düşən də bu qra iki izləməkdir.
Zühurun şərtləri:
Şiələrin İmam Mehdi barədə əqidəsi buna əsaslanır ki,
o, lider, dünyanın zülm və haqsızlıqdan xilaskarı, qurtarıcısı,
haqq - ədaləti bərqərar edən, tövhidi yer üzərinin bölgələrinə
yayandır. Odur ki, (beynəlxalq Məhdəvi fəthi) hərəkatın baş-
lanğıcında, olması əsas və başlıca sayılan bəzi zəruri strateji
məsələlərin təmin olunması gərəkdir ki, bu ümumdünya inqi-
labı, əhatəli dəyişiklik müvəffəqiyyətlə nəticələnsin. Habelə
113
Məhdəviyyət haqqında nəzərlər
tələb olunan hədə lərin yaxın və uzaq bölgələrdə gerçəkləşmə-
şi baş tutsun, köklü dəyişiklik olaraq bəşəriyyətin getdiyi yolda
və hərəkətində hadisələrlə uyğunluq təşkil etsin. Bu məsələ,
yaxud şərtlərin
112
əhəmiyyətlisi bunlardır:
Birinci. Liderlik: hikmətli lider, bu əhatəli dəyişikliyin idarə-
çiliyi və üstün dövlətin təsisi üçün xəbərdar, kifayət olan. Bu
liderlik isə gözlənilən Mehdidə mücəssəmdir. (Məsum İmam)
İkinci. İdeoloji tərəf: Bu dövlətin işlərini nizamlayan, ha-
belə hər bir zaman və məkan üçün şərait yaradan qanunlar,
yaxud şəriət, ya da əqidə səmavi dinlərin sonuncusunda (İslam
dinində) görünür.
Üçüncü. Gələcək strateji tərəf: Əhatəli dəyişiklik üçün par-
laq bəsirət, aydın nəzər, həmçinin insan cəmiyyətinin inkişafı
üçün gələcək baxış tövhid və ədalətin yayılmasında mövcud-
dur (Ali-Muhəmməd dövləti).
Dördüncü. Çevrə yönü: Qurtuluşa yardım edən ümumi çev-
rə durumunu hazırlamaqda əlaqəsi olan bir neçə istiqamətdə
ortaya çıxır. Hərəkatın başlanğıcında böyük liderin qarşısında
fədakar, nüfuzlu kadr və fərdlərin kifayət sayda olması (313
nəfər yardımçı).
Dünya xalqları qanunlardan, qoyulan strukturlardan, sabiq
inqilabların təcrübələrindən, bu xalqların müxtəlif siyasət və
nəzərlərin müda iə etdiyi həll yollarının müvəffəqiyyətsizliyə
uğramasına görə ümidsizliyə qapılması (xalq qaydalarının ha-
zırlıq görməsi).
Dünya idarəçiliyində liderə yardım edən vasitələrin çox ol-
ması üçün elmi, texnoloji irəliləməsi, həmçinin əhatə və həcmi-
nin geniş olması, bunun asan və rahat olması, gələcək bəşəriy-
yət üçün ideal rifah və səadətin bol olmasına zəmanət.
112
Bəzi alimlər şərtlərə bunu əlavə edirlər: İlahi icazə və digər şərt: möcüzə
şəklində deyil, təbii yolla düşmənlərlə üz-üzə gəlmək.
Dostları ilə paylaş: |