Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə33/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

105
Məhdəviyyət haqqında nəzərlər
susiyyətiylə (fəqahət vərdişi) müəyyənləşmişdi.
102
 Bu isə barə-
sində varid olan rəvayətlər əsasındadır. İmam Əskəridən belə 
nəql olunub: “Fəqihlər arasında kim özünü qoruyan, dini mü-
ha izə edən, nəfsi istəklərinə müxalif olan, mövlasının əmrinə 
itaətkar  olan  olsa,  avamlar  ona  təqlid  etməlidir”.  Bu  dövrdə 
fəqihlər və böyük mərcələrimizə təqlid edilir. Bu zaman ərzin-
də  və  qeybin  həmin  mərhələsində  İmam  tam  və  kamil  şəkil-
də camaatdan gizli qalıb. Baxmayaraq ki, onun şiənin seçilmiş 
kəslərindən olan müttəqilər və görkəmli alimləriylə görüşü və 
məktublaşması olub.
İmamın camaatdan gizlənmə yolları:  Uzunmüddətli 
qeyb dövründə imamın gizlənmə yolu ilə hərəkət və fəaliyyəti-
ni bu iki şəkildən biri kimi təsəvvür etmək olar:
1 – Şəxsiyyətinin gizli olması: İmam cismi ilə gözlərdən giz-
lidir. O, camaatı görsə də insanlar imamı görmürlər. Bu da ilahi 
möcüzə sayəsində baş verir. Məsələn, Allah Rəsulunun başına 
gələnlər buna misaldır. Qureyş müşrikləri onu öldürmək üçün 
əlbir  olduqda  baş  vermişdi.  Yoxa  çıxması  lazım  olan  zaman, 
bəzən belə şey baş verir. 
2 – Ünvan baxımından gizli olmaq: Bu isə camaatın İmam 
Mehdini şəxsən görməsi, lakin onu tanımaması, Mehdi olma-
sı  ilə  bağlı  həqiqətini  bilməməsidir.  Uzunmüddətli  qeyb  döv-
ründə  bu  geniş  yayılıb.  İmamın  həyatı,  yaxud  işinin  üstünün 
açılması  ilə  əlaqədar  təhlükə  baş  verdikdə  bu  gizlilik  birinci 
şəkli  almaqla  dəyişir.  Qeyb  dövründə  tələb  olunan  öhdəçilik-
lərdən, imamiyyə şiəsi məktəbində aydın ideoloji zəruriyyət-
102
 Bir vərdişdir ki,  iqh, üsul, lüğət, məntiq, təfsir və s. elmlərdə uzun və 
dərin araşdırmalardan sonra insanda əmələ gəlir. Belə ki, buna davamlı və 
tam çalışqanlıqla 40 il ömür sərf edir. Bu vərdişi aldıqdan sonra, ədalət və s. 
öz yerində qeyd edilən xüsusiyyətlər qalır. Beləcə, bacarıqlı olur. Çünki din 
qanunlarının bəyanına başlayır. Həmçinin İmam (əccələllahu fərəcəh) tərə-
indən ümumi naib olması üçün təşəbbüs göstərir. Mənbə: Səhifətu sədən 
əl-Mehdi, say 79


106
Müctəba Sadət
dən  biri  İmam  Mehdinin  varlığına  imandır  (M-h-m-m-d  ibn 
İmam  Həsən  Əskəri).  Həmçinin  onun  –  itaət  edilməsi  vacib 
olan  İmam,  ümmətin  həqiqi  başçısı,  buna  bağlı  olmağı  etiraf 
etməkdir. Baxmayaraq ki onun əməli aşkarda görünmür. Həm-
çinin  camaat  arasında  şəxsiyyəti  tanınmır.  Ancaq  o,  on  ikinci 
imamdır. Onu tanımaq (haqqında məlumatlı olmaq) insanı ca-
hiliyyət  ölümündən  xilas  edir.
103
  Bu  da  məntiqi  əqli  və  səhih 
nəqli dəlillərə əsaslanır.
Fiziki quruluşu:
İmam Mehdinin  iziki quruluşu, şərafətli rəvayətlərdə gəl-
diyi, həmçinin babası Əmirəlmöminin vəsf etdiyi kimi belədir: 
“Axırzamanda övladlarımdan ağ bənizli, geniş qarınlı, enli bud-
lu, iri, çiyinləri zərif, kürəyində iki xal – dərisinin rəngində bir 
xal və Peyğəmbərin (sallallahu  əleyhi və alihi və səlləm) xalına 
bənzər bir xal var”.
104
 İmam Baqirin bildirdiyinə görə onun xü-
susiyyətləri belədir: “O gəncdir, qara gözləri var, qaşları qələm-
dir, burnu sivridir, saqqalı gurdur, sağ yanağında xal var. Həm-
çinin sağ əlində də xal var”.
105
 Habelə İmam Baqirdən belə nəql 
olunub: “Ey Əbu Muhəmməd, Qaimdə iki əlamət var: başında 
bir xal, başında kəpək xəstəliyi var, iki çiyninin (kürəyinin) ara-
sında sol tərəfdə bir xal var. Sağ çiyninin altında “as”  ağacının 
yarpağına oxşar bir şey var”.
106
 Əmirəlmöminindən belə nəql 
olunub: “O, geniş alınlı, nazik və bir qədər çıxıntılı burunlu, iri 
qarınlı və böyük budlu bir şəxsdir. Sağ budunda xal var. Dişləri 
bir qədər aralıdır”.
107
103
  Allah  Rəsulunun  (sallallahu  əleyhi  və  alih)  “Kim  ölsə  və  zəmanəsinin 
imamını tanımasa, cahiliyyət ölüsü kimi ölmüşdür” kimi tanınan mütəvatir 
hədisin misdaqı – öncəki mənbə
104
 Kəmalud-din, s.592; Muntəxəbul-əsər, s.186; İlzamun-nasib, c.1, s.475; 
Biharul-ənvar, c.51, s.35
105
 Muntəxəbul-əsər, s.187; İlzamun-nasib, c.1, s.475
106
 Ğeybətun-Numani, s.145; Biharul-ənvar, c.51, s.41
107
 Ğeybətun-Numani, s.144


107
Məhdəviyyət haqqında nəzərlər
Buradan  İmam  Mehdinin  xüsusiyyətlərinin,  şəxsiyyətini 
təyin etməyin əlamətlərinin hikməti aydın olur. Əlavə olaraq, 
zühurunun əlamətlərini bəyan etmək yalan və böhtan üzündən 
Məhdəviyyət iddiası edənin üzünə yolu bağlamaq üçündür.
Bəzi Məhdəviyyət özəlliklərini müxtəsər şəkildə qeyd edək:
Adı: M-h-m-m-d (indiki zamanın və əsrin İmamı), onu tanı-
madan ölən qəti surətdə cahiliyyət əsasında ölüb.
Atası: İmam Həsən Əskəri. Müsəlmanların on birinci imamı.
Anası: Nərcis (Məleykə) xanım, rum əsillidir.
Doğulması:  Hicrətin  255-ci  ili,  Şəban  ayının  15-i  cümə 
günü, onun hazırkı yaşı min ildən çoxdur.
O, müsəlmanların on ikinci imamıdır. Allah Rəsulunun ona 
nəss söylədiyi kəsdir. O, hazırkı dünyanın yeganə qanuni lide-
ridir.
O,  ismət,  tam  elm,  təkvini  və  təşrii  vilayət,  qeyblə  əlaqə 
kimi imamət özəlliklərindən faydalanır.
Sağdır,  ruzilənir,  yer  üzərində  yaşayır,  zühur  üçün  ilahi 
əmri gözləyir.
Uzunmüddətli  qeyb  dövründə  yaşayır,  camaat  onu  görsə 
də tanımır. Səbəb isə olduğu ünvanın (tanımaq) qeybi olması-
na görədir. 
Onun  aləm  üzərində  aliliyi  və  hörməti  vardır,  həmçinin 
bəndələr, ölkələr, dünyada Allahın izni ilə baş verən xəbərlər-
dən xəbərdardır. 
Allah  yanında  məlum,  bizə  isə  məchul  olan  gündə  zühur 
edəcək. Onun zühurundan öncə qəti əlamətlər baş verəcək.
108
Zühur etdikdə yer kürrəsinin hamısına hökm edəcək. Bü-
tün dövlətlər, xalqlar ona boyun əyəcək.
O, Allah Rəsulunun bir zaman gətirmiş olduğu səhih İslamı 
tətbiq edəcək, bütün din və millətin hamısı itaət edəcəkdir. 
108
 İmamın camaat arasında məchul şəkildə zühur edəcəyi il


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə