Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) Xəstədə artan dərialtı emfizema varsa ilk növbədə hansı patoloji proses haqda düşünmək lazımdır?



Yüklə 1,95 Mb.
səhifə7/17
tarix11.04.2018
ölçüsü1,95 Mb.
#36878
növüРуководство
1   2   3   4   5   6   7   8   9   10   ...   17

331) Xəstədə artan dərialtı emfizema varsa ilk növbədə hansı patoloji proses haqda düşünmək lazımdır?
A) Böyük hemоtoraks

B) Ağciyər hemаtoması

C) Boyun nahiyyəsinin yumşaq toxumalarının yaralanması

D) Açıq pnevmоtoraks

E) Qapaqlı pnevmоtoraks
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
332) Ağ ciyərlərin kəskin absesində təxirəsalınmaz əməliyyata göstəriş nədir?
A) Sağlam ağ ciyərdə pnevmоniyanın inkişaf etməsi

B) Ağ ciyərin boşluq formalı xərçənginin inkişafı

C) Artan intoksikasiya

D) Kəskin qaraciyər - böyrək çatışmamazlığının inkişaf etməsi

E) Təkrari qanaxma
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
333) Plevranın empieması diaqnozunu dəqiqləşdirən metod hansıdır?
A) Ağ ciyərlərin iki proyeksiyada rentgenoqrafiyası

B) Bronxoskopiya

C) Torakoskopiya

D) Plevra boşluğunun punksiyası və alınan möhtəviyyatın sitoloji müayinəsi

E) Tomoqrafiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
334) Ağ ciyərin absesi olan xəstədə piopnevmotoraks inkişaf etmişdir. İlkin olaraq göstərişdir:
A) Proteolitik fermentlərin endobronxial yeridilməsi

B) Antibakterial terapiya

C) Sitostatiklərin yeridilməsi

D) Rentgenoterapiya

E) Plevra boşluğunun drenləşdirilməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
335) Sadalanlardan hansı spontan pnevmоtoraksa daha çox səbəb olur?
A) Ağ ciyər xərçəngi

B) Ağ ciyər absesi

C) Ağ ciyərin bulloz kistası

D) Bronxoektaziya

E) Ağ ciyərin atelektazı
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
336) Gərgin pnevmotoraks üçün xarakterik deyil:
A) Divararalığının zədələnmiş tərəfə yerdəyişməsi

B) Səsli ürəkdöyünmə

C) Zədələnmiş tərəfdə təzyiqin artması

D) Sağlam ağ ciyərin sıxılması

E) Ürəyə venoz qan axının azalması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
337) Klinikaya müraciət etmiş 47 yaşlı xəstədə ağciyər xərçənginə şübhə var. Diaqnozu dəqiqləşdirmək üçün Siz hansı müayinəni seçərsiniz?
A) Ağ ciyərlərin komputer tomoqrafiyası

B) Bronxoskopiya biopsiya ilə

C) Ştanqe və Saabraze sınaqları

D) Spirometriya

E) Döş qəfəsinin rentgenoqrafiyası
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
338) Avtomobil sürücüsü nəqliyyat qəzası zamanı sükanla döş qəfəsindən güclü zərbə almışdır. Baxış zamanı: xəstənin ümumi vəziyyəti ağırdır, təngnəfəsdir - tənəffüsün dəqiqəlik sayı 32 - yə qədərdir, sianozludur. Nəbz 1 dəqiqədə 120 vurğu, ritmikdir. A / Т 90 / 60 mm. c. süt. Öskürək zamanı qan xaric olur. Boyunda dərialtı emfizema var. Sağ tərəfdə döş qəfəsinin perkussiyası zamanı boş qutu səsi eşidilir, tənəffüs keçiriciliyi yoxdur, perkutor olaraq divararalığının sola meylliliyi qeyd edilir. Bu klinik əlamətlər nə üçün xarakterikdir?
A) Sağ tərəfli hemоtoraks, hemorragik şok

B) Sağ baş bronxun cırılması, gərginlik (qapaqlı) pnevmоtoraksı

C) Ağciyərlərin əzilməsi

D) Ürəyin əzilməsi, ürək çatışmazlığı

E) Döş sümüyünün sınığı, şok
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
339) İrinli mediastinit zamanı hansı müalicə taktikasını seçərsiniz?
A) QBB (qulaq, burun, boğaz) şöbəsinə hospitalizasiya və təcili tonzilloektomiya

B) Mediastinotomiya, aktiv drenajın qoyulması, yüksək dozada antibiotiklərlə müalicə

C) Yüksək dozada antibiotiklərin yeridilməsi

D) Ön mediastinotomiya

E) Boyun mediastinotomiyasının paravertebral torakotomiya ilə kombinasiyası və drenləşdirilməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
340) Ağ ciyər xərçənginin əsas müalicə üsulu hansıdır?
A) Şişi və regionar limfa düyünlərini tam çıxarmaqla (pulmonektomiya, lobektomiya) radikal əməliyyat

B) Şüa müalicəsi

C) Kimyəvi müalicə və şüa müalicəsi birgə

D) Cərrahi və şüa müalicəsi birgə

E) Kimyəvi terapiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
341) Erkən əməliyyatdan sonrakı dövrdə ağciyər çatışmazlığının ən çox rast gəlinən səbəbi hansıdır?
A) Atelektaz

B) Bronxospazm

C) Pnevmotoraks

D) Pulmonar ödem

E) Aspirasiya
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,150.
342) Bek triadası hansıdır?
A) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin enməsi, ürək tonlarının kəskin dərəcədə zəifləməsi

B) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin enməsi

C) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının kəskin dərəcədə zəifləməsi

D) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, pnevmotoraks

E) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının kəskin dərəcədə zəifləməsi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 662 .
343) Ürək tamponadası zamanı təcili olaraq nə etmək lazımdır?
A) Antikoaqulyantlar təyin etmək

B) Venadan qan almaq

C) Perikardın punksiyası

D) Sidikqovucular təyin etmək

E) Xəstəyə yüksək dozada antibiotiklər təyin etmək
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 681.
344) Pnevmotoraksın ən təhlükəli forması hansıdır?
A) Açıq pnevmotoraks

B) Qapalı, açıq pnevmotoraks

C) Qapalı pnevmotoraks

D) Spontan pnevmotoraks

E) Qapaqlı pnevmotoraks
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 640
345) Döş qəfəsinin perkusiyası zamanı Damuazo xəttinin aşkarlanması hansı xəstəlik üçün xarakterikdir?
A) Pnevmotoraks

B) Hemotoraks

C) Eksudativ plevrit

D) Perikardit

E) Diafraqmaalti abses
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 636.
346) Bariumlu R-qrafiya zamanı qida borusunun aşağı hissəsində “siçan quyruğu” nun olması hansı patologiyaya xasdır?
A) Qida borusunun xərçəngi

B) Qida borusunun leyomioması

C) Axalaziya

D) Qida borusunun yanıq strikturası

E) Qida borusunun diafraqma dəliyinin yirtığı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.
347) Ağ ciyər arteriyasının tromboemboliyası əsasən hansı damarın hesabına olur?

A) Üz venaları

B) Səthi aşağı ətraf venaları

C) Səthi yuxarı ətraf venaları

D) Yuxarı ətrafın dərin venaları

E) Aşağı ətrafın dərin venaları və kiçik çanaq venaları


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
348) Aşağıda qeyd edilənlərdən hansı tromboz faktoru deyil?

A) Səyrici aritmiya

B) Vena damar tamlığının pozulması

C) Venalarda qan axınının zəifləməsi

D) Varikoz genəlmə

E) Fibrinolitik aktivliyin aşağı düşməsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
349) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?

A) Hərarətin qalxması

B) Ocaqlı ağrı

C) Distal ödem

D) Palpasiyada kəskin ağrı

E) Dərinin hiperemiyası və vena gedişi boyu ödem


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
350) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsinə hansı aid deyil?

A) Distal hissəvi ödem

B) Fasiləli axsama

C) Gözlə görünən böyümüş venalar

D) Qıcolmalar

E) Ətrafın trofik dəyişikliyi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
351) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?

A) Diafraqmal sinir

B) Dil-udlaq siniri

C) Azan sinir

D) Dilaltı sinir

E) Sadalananların heç biri


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.

352) Sağ qulaqcığa hansı damar açılmır?

A) Ürəyin kiçik venaları

B) Aşağı boş vena

C) Yuxarı boş vena

D) Ürək koronar sinusunun venoz damarı

E) V. hemiaziqoz


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
353) Ürəyin ön səthində sağ və sol mədəciklərinin sərhəddini təşkil edən boylama şırımdan nə keçir?

A) Sol tac arteriyasının enən şaxəsi

B) Sağ tac arteriyası

C) Hamısı düzdür

D) Ürəyin böyük venası

E) Sağ tac arteriyasının orta şaxəsi


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
354) Arxa boylama şırım (buradan keçən sağ tac arteriyanın arxa enən şaxəsi və sol tac arteriyasının uc şaxəsi ilə) harda yerləşir?

A) Ürəyin aşağı səthində

B) Ürəyin arxa səthində

C) Ürəyin ön və arxa səthində

D) Heç bir variant düz deyil

E) Ürəyin ön səthində


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
355) Qulaqcıq-mədəcik düyünü ( Aşof-Tavar ) harada yerləşir?

A) Sol qulaqcığın miokardında

B) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində

C) Sağ mədəciyin miokardında

D) Sol mədəciyin miokardında

E) Sağ mədəcik-qulaqcıq dəliyinindən dorzal tərəfdə


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
356) Aortanın bifurkasiyası hansı səviyyədə yerləşir?

A) Oma-qalça birləşməsi səviyyəsində

B) Bel fəqərəsi səviyyəsində

C) Sadalanan hər bir variant ola bilər

D) Hüdudi xətt səviyyəsində

E) Böyük oturaq dəlik səviyyəsində


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
357) Sidik axarlarının hüdudi xətt səviyyəsində qalça damarlarına münasibəti hansıdır?

A) Damarlardan medial tərəfdə yerləşir

B) Damarlardan arxa medial tərəfdə yerləşir

C) Damarlardan öndə yerləşir

D) Damarlardan lateral tərəfdə yerləşir

E) Damarlardan arxada yerləşir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
358) Sadalananlardan hansı aşağı ətrafların kəskin işemik sindromunun göstəricisi deyil?
A) Ətrafların iflici

B) Dəri örtüyünün avazıması və ağrı

C) Nəbzin itməsi

D) Paresteziya

E) Baldırın trofiki xorası
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
359) Aşağı ətraf arteriyalarının kəskin trombozuna səbəb hansıdır?
A) Arteriyanın punksiya və kateterizasiyası

B) Arteriyanın ekstravazal kompressiyası

C) Obliterasiyaedici trombangit

D) Obliterasiyaedici ateroskleroz

E) Polisitemiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
360) Kəskin arterial keçməzliyin diaqnostikasında hansı müayinə daha informativdir?
A) Sfiqmoqrafiya

B) Pletizmoqrafiya

C) Reovazoqrafiya

D) Aortо - arterioqrafiya

E) Termoqrafiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
361) Leriş sindromu üçün xarakter olmayan simptomlar hansılardır?
A) Seksual funksiyanın pozulması, ereksiya qabiliyyətinin itməsi ilə

B) Aşağı ətraf əzələlərinin atrofiyası

C) Sidikburaxmanın pozulması

D) Aşağı ətrafların tez yorulması və zəifləməsi

E) Ayaqaltının göy ləkələrlə örtülməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
362) Hansı variant arterial anevrizma üçün xarakter deyil?
A) Cırılma

B) Arterial tromboemboliya

C) Spontan sağalma

D) Qonşu üzvlərin sıxılması

E) Kəskin cırılma zamanı ağrı
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
363) Aşağı ətraf arteriyalarının obliterasiyaedici aterosklerozu üçün xarakterikdir:
A) Oynaqlarda ağrının olması

B) Ayağın çox sürətli nekrozu

C) Diz oynağı nahiyəsində trofiki xoraların inkişafı

D) Yanaşı olaraq dərin venaların tromboflebiti

E) Fasiləli axsama
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
364) Leriş sindromu nədir?
A) Miqrasiyaedici trombangit

B) Aşağı boş venanın okklyuziyası

C) Ətrafların distal nahiyyələrinin kapillyaropatiyası

D) Braxiosefal qeyrispesifik arteriit

E) Qarın aortası bifurkasiyasının aterosklerotik okklyuziyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
365) Leriş sindromu üçün hansı xarakterik deyil:
A) Oturarkən sağrı nahiyəsində ağrının olması

B) Dəri örtüyünün avazıması

C) Impotensiya

D) Aşağı ətrafların miqrasiyaedici tromboflebiti

E) Aşağı ətrafların soyuması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
366) Obliterasiyaedici trombangiitin angioqrafik əlamətlərinə aid deyil:
A) Damarların konusşəkilli kontrastlanması

B) Çoxsaylı kiçik kollateral şaxələrin spiralvari daralması

C) Arteriyanın bərabər ölçülü daralması

D) Diffuz xarakterli okklyuziya

E) Magistral arteriyaların konturlarının yeyilməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
367) Obliterasiyaedici trombangiitdə daha çox zədələnir:
A) Aortanın döş hissəsi

B) Baldır arteriyası

C) Aorta bifurkasiyası

D) Bud arteriyası

E) Aorta qövsü və braxiosefal kötük
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
368) Aşağı ətrafların dərin venalarının trombozunun ən təhlükəli ağırlaşması hansıdır?
A) Baldırın trofiki xorası

B) Ağciyər arteriyasının trombozu

C) Varikoz düyünlərin flebiti

D) Dərin venaların obliterasiyası

E) Fil ayaqlılıq
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
369) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda venoz axımın yaxşılaşmasını təsir etmir:
A) Nəli əzələlərin hərəkət etdirilməsi

B) Tez аyağa qalxmaq

C) Aşağı ətraflara qaldırılmış vəziyyətin verilməsi

D) Baldırın elastiki bintlə sarınması

E) Uzun müddətli və ciddi yataq rejimi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
370) Müayinələrdən tam keçmiş xəstəyə Reynо xəstəliyi diaqnozu qoyulmuşdur. Bu nədir?
A) Aortanın qarın hissəsinin okklyuziyası

B) Kapillyaropatiya

C) Ayaq barmaqları arteriyasının trombozu

D) Miqrasiyaedici trombangit

E) Mezenterial damarların trombozu
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
371) Baldır nahiyyəsində olan varikoz düyün cırılmış və qanaxma vardır. Sizin ilkin yardım taktikanız necə olacaq?
A) Ətrafa qaldırılmış vəziyyət vermək

B) Vena daxilinə donor qanı köçürmək

C) Qanıyаn yerə sıxıcı sarğı qoymaq və sonrakı taktikanı dəqiqləşdirmək

D) Bud arteriyasını sıxmaq

E) Əzələdaxilinə vikasolun yeridilməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
372) Aşağı ətraf venalarının varikoz genişlənməsinə səbəb ola bilməz:
A) Arteriyaların obliterasiyaedici xəstəlikləri

B) Irsi meyillik

C) Hamiləlik

D) Fiziki gərginlik

E) Dərin venaların keçiriciliyinin pozulması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
373) Xəstədə hansı əlamət varikoz xəstəliyinin proqressivləşməsinə dəlalət edir?
A) Qanın laxtalanma sisteminin pozulması

B) Venaların qapaq aparatında keçiriciliyin pozulması

C) Ürək zəifliyi

D) Su - duz mübadiləsinin pozulması

E) Aşağı ətrafların arterial qan dövranının pozulması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
374) Aşağıdakılardan hansı aşağı ətrafın dərin venalarının trombozunun ağırlaşmalarından deyil?
A) Venoz xora

B) Serebrovaskulyar emboliya

C) Posttromboflebitik sindrom

D) Pulmonar emboliya

E) Pulmonar hipertenziya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566.
375) V.qastrica sinistra hara açılır?
A) V.qastroepiploica dextra

B) V.lienalis

C) V.qastrica dextra

D) V.portae

E) V.cava inferior
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 722.
376) Aşağıdakılardan hansı Leriş sindromunun əlaməti deyil?
A) Aşağı ətrafların miqrasiya edici tromboflebiti

B) Dəri örtüyünün avazıması

C) Oturarkən sağrı nahiyyəsində ağrının olması

D) İmpotensiya

E) Aşağı ətrafların soyuması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 582.
377) Aşağıdakılardan hansı aşağı ətraf venalarının varikoz genəlməsinə səbəb olmaz?
A) Arteriyaların obliterasiya edici xəstəlikləri

B) Qəbizlik

C) Hamiləlik

D) İrsi meyillik

E) Fiziki gərginlik
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.
378) Qida borusunun boyun hissəsi hansı arteriya ilə qidalanır?
A) a.superior thyroidea

B) a.hemiazigoz

C) a.phrenica superior

D) a.inferior thyroidea

E) a.pulmonale
Ədəbiyyat: Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 590.
379) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsi üçün nə xarakterik deyil?
A) fasiləli axsama

B) görünən böyümüş venalar

C) qıcolmalar

D) distal ödem

E) ətrafın trofik dəyişikliyi
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 20 səh.
380) Aşağı ətraf arteryalarının obliterasiyaedici xəstəliklərində qeyri-cərrahi müalicə üsulları hansılardır?
A) simpatik sinir sistemində əməliyyatlar

B) protezləşdirmə

C) risk faktorlarının aradan qaldırılması , məşqedici gəzinti

D) endarterektomiya

E) şuntlama
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 608 səh.
381) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı hansı seqment daha çox zədələnir?
A) Dizaltı seqmenti

B) Qamış - pəncə seqmenti

C) Aorta - qalça seqmenti

D) Bud - dizaltı seqmenti

E) Qalça - bud seqmenti
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.
382) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı mikrosirkulyasiyanın vəziyyətini qiymətləndirən klinik əhəmiyyətli göstərici hansıdır?
A) Baldır-bazu indeksinin göstəricisi

B) Tredmil-testin göstəricisi

C) Valsalva sınağının göstəricisi

D) Dəridə oksigenin transkutan gərginliyinin göstəricisi

E) Rentgenkontrast angioqrafiyanın göstəriciləri
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.


Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə