Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə12/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   8   9   10   11   12   13   14   15   ...   194

Telman Huseynov 

Kiçik firmaların iri firmalarla əməkdaşlığı  nəinki mümkündür

hətta – düzgün koordinasiya olunduqda – hər 2 tərəf üçün faydalıdır. 

İri firmalar üçün hissə, bağlama, tərtibat, alət və s. üzrə ixtisaslaşmış 

kiçik firmlar öz müstəqilliklərini saxlamaqla iqtisadi inkişaflarında 

onlardan geri qalmırlar. 

Müxtəlif ölkələrin müxtəlif maddi istehsal sahələrində iri, orta və 

kiçik firmaların işləyənlərin sayına görə müəyyənolunma meyarı 

fərqlənirlər. Kiçik, orta və iri müəssisələrin müəyyən edilməsində 

işçilərin say həddi Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

aşağıdakı kimi təsbit olunmuşdur (cədvəl 2.1). 

Cədvəl 2.1 

Müəssisələrin işçilərin sayına görə qruplaşdırılması 

İşçilərin sayına görə qruplaşdırma 

Sahə mənsubiyyətinə görə 

müəssisələrin növləri 

kiçik orta  iri 

Sənaye 50 

51-300 

300-dən çox 



Nəqliyyat 15 

16-75 


75-dən çox 

Tikinti 25 

26-150 

150-dən çox 



Ticarət 10 

11-50 


50-dən çox 

Xidmət sahələri 10 

11-50 

50-dən çox 



Cədvəldən göründüyü kimi, işçilərin say hədləri müxtəlif sahələ-

rin müəssisələri üçün müxtəlifdir. Məsələn, sənayedə bu interval 50; 

51-300 və 300-dən çox kimidirsə, ticarətdə 10; 11-50 və 50-dən çox 

həddində müəyyən edilmişdir. 

Azərbaycan Respublikasında kiçik və orta firmaların sayı ilbəil 

artmaqdadır. Bunun nəticəsidirki hal-hazırda sənayenin hər 10 

müəssisəsindən 9-u kiçik və orta, yanız 1-i iri müəssisələrdir. 

Azərbaycan Respublikası Nazirlər Kabineti özünün «İqtisadi 

fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdi-

rilməsi meyarlarının hədləri» haqqında 20.04.2004-cü il tarixli 57 

saylı qərarı ilə kiçik müəssisələrə işçilərinin sayı və illik dövriyyəsi-

nin həcminə görə yenidən baxmış  və qruplaşmanı  aşağıdakı kimi 

müəyyən etmişdir: sənaye – işçilərin sayı 40 nəfər, illik dövriyyənin 

həcmi 200 min manat; kənd təsərrüfatı – işçilərin sayı 15 nəfər, illik 

dövriyyənin həcmi 100 min manat; tikinti – işçilərin sayı 40 nəfər, 

illik dövriyyənin həcmi 200 min manat; topdansatış ticarət – işçilərin 

sayı 10 nəfər, illik dövriyyənin həcmi 300 min manat; sair müəssisə-

 

34




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

lər – işçilərin sayı 5 nəfər, illik dövriyyənin həcmi 100 min manata 

qədər. 

Qeyd etmək lazımdır ki, bir çox inkişaf etmiş ölkələrdə orta və 



kiçik firmaların milli iqtisadiyyatın inkişafında, əhalinin sənaye məh-

sullarına və istehsal xarakterli xidmətlərə ehtiyaclarının ödənilməsin-

də rol və əhəmiyyətləri çox önəmli miqyas almışdır. Məsələn, ABŞ 

və Yaponiyada orta və kiçik firmaların ölkənin ÜDM istehsalındakı 

payları 50 faizdən çoxdur. Yaxud məşğul olanların sayında İtaliyanın 

orta və kiçik firmalarının payı 73 faiz, Yaponiyada 78 faizdir və s. 

Sosial və iqtisad inkişafın sürətləndirilməsində kiçik və orta fir-

maların imkanları bunu göstərir ki, bu qəbildən olan sahibkarlıq gələ-

cək dövrlərdə də inkişaf etdirilməlidir.  

İxtisaslaşdırılma dərəcəsinə görə firmalar ixtisaslaşdırılmış, 

universal və qarışıq firmalara ayrılır. İxtisaslaşdırılmış firmalarda ha-

zırlanma texnologiyasına görə oxşar, konstruktiv quruluşuna görə ey-

ni və istehsalı mütəmadi olaraq təkrarlanan məmulatlar hazırlanırsa, 

universal firmalarda bir neçə adda məmulatlar istehsal olunur və on-

lar çox hallarda təkrarlanmır və ya vaxtaşırı təkrarlanır. Qarışıq fir-

malar isə hər iki növün əlamətlərini özündə əks etdirir. 

İstehsal mərhələsini  əhatə etməsinə görə  sənaye müəssisələri 

üç qrupa ayrılırlar:  

a) məhsulun hazırlanmasının bir mərhələsini  əhatə edən sənaye 

müəssisələri; belə müəssisələrə misal olaraq metaləritmə, porşen, şin, 

diyircəkli yastıq, reduktor, karbürator və s. bu kimi məmulatlar isteh-

sal edən zavodları göstərmək olar;  

b) məhsulun hazırlanmasının iki və ya daha çox mərhələsini əhatə 

edən sənaye müəssisələri; bu növ müəssisələrə  əyirmə, toxuma və 

bəzəkvurma sexləri olan toxuculuq fabriklərini misal gətirmək olar;  

 c)  məhsulun hazırlanmasının bütün mərhələlərini  əhatə edən 

sənaye müəssisələri; belə müəssisələrə misal olaraq avtomobil, trak-

tor, soyuducu və s. bu kimi tamamlanmış  məhsullar istehsal edən 

müəssisələri göstərmək olar.  

İstehsalın təşkili tipinə görə  sənaye müəssisələrinin üç tipi: 

kütləvi, seriyalı və fərdi tipləri olur:  

– kütləvi istehsal tipli müəssisələrdə  həcmcə böyük, lakin həm-

cins və istehsalı daima təkrarlanan məhsullar istehsal edilir;  

 35



Telman Huseynov 

 – seriyalı istehsal tipli müəssisələrdə məhsullar seriyalarla bura-

xılır və onlar müəyyən dövrlərdən bir təkrarlanır; 

– fərdi istehsal tipli sənaye müəssisələrində geniş nomenklaturada 

və çox hallarda istehsalı təkrarlanmayan məhsullar istehsal edilir. 

İstehsalın təşkili üsuluna görə  fərdi, dəstəli və axınlı istehsal 



üsuluna malik olan sənaye müəssisələri fərqləndirilir.  

Axınlı istehsal üsulu istehsalın təşkilinin ən mütərəqqi üsulların-

dan biridir. Axınlı üsulla təşkil edilmiş müəssisələrə misal olaraq ma-

şınqayırma zavodlarını, metallurgiya və kimya kombinatlarını  və s. 

göstərmək olar. 

İstehsalın təşkilinin dəstəli üsulu məmulatların istehsala partiya-

larla buraxılması, bir iş yerinə bir neçə  əməliyyatın təhkim edilməsi, 

ixtisaslaşdırılmış avadanlıqla yanaşı universal avadanlıqdan da geniş 

istifadə olunması və s. əlamətlərlə xarakterizə olunur. Müəssisədə dəstə-

li istehsal üsulundan seriyalı və kiçik seriyalı istehsallarda istifadə edilir.  

İstehsalın təşkilinin fərdi üsulu məhsulun vahid nümunəsinin və 

ya kiçik partiya halında istehsalını nəzərdə tutur. O, mürəkkəb, uni-

kal (nadir) avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə 

olunur.  



Mexanikləşdirilməsi və avtomatlaşdırılması  dərəcəsinə görə 

sənaye müəssisələri üç növə: qismən mexanikləşdirilmiş sənaye müəs-

sisələri; kompleks mexanikləşdirilmiş  sənaye müəssisələri və avto-

matlaşdırılmış sənaye müəssisələrinə bölünürlər.  



Mülkiyyət mənsubiyyətinə görə sənaye müəssisələri dörd qrupa: 

dövlət, xüsusi, kollektiv və qarışıq mülkiyyətə əsaslanan sənaye müəs-

sisələrinə bölünürlər. 

Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin idarə olunması, 

əsasən, firma və müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi 

ilə həyata keçirilir. Firma və müəssisədə – qarşıya qoyulmuş məqsəd-

lərə və mövcud şəraitə uyğun olaraq – məhdud istehsal resurslarından 

optimal istifadə olunmaq yolu ilə  cəmiyyətin tələbatlarının ödənil-

məsinin iqtisadi, sosial, maliyyə, texniki və s. məsələləri həll edilir. 

Əvvəllər qeyd olunduğu kimi, istehsal firması ölkə iqtisadiyyatı-

nın  əsası  və bazarın subyekti olub, müəyyən mülkiyyət formasına, 

fərdi və ya kollektiv əməyə  əsaslanan, ictimai tələbatı ödəmək və 

mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən və satan istehsal-

 

36




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə