Telman Huseynov
müəssisə və sexləri tərəfindən buraxılan məhsulların istehsalın ümu-
mi həcmində xüsusi çəkisi. Bu göstərici hissələr üzrə və texnoloji ix-
tisaslaşdırmanın inkişaf səviyyəsini səciyyələndirir və ayrı-ayrı sahə-
lər, yaxud sahələr qrupu üzrə hesablanır;
– sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texno-
loji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı, növləri və tipləri.
Bu göstərici müəssisə tərəfindən buraxılan məmulatların nomenkla-
turası və ya çeşidinin genişliyini səciyyələndirir. Məhsulun nomenk-
laturası nə qədər məhdud olarsa, istehsalın yekcinslik dərəcəsi və
müəssisənin ixtisaslaşma səviyyəsi bir o qədər yüksək olar.
Müəssisədaxili ixtisaslaşma səviyyəsi aşağıdakı göstəricilər vasi-
təsilə öyrənilir və təhlil edilir:
a) ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi;
b) bir iş yerinə düşən hissə-əməliyyatların sayı;
c) əməliyyatların təhkimolunma əmsalı.
Sonuncu göstərici – təhkimolunma əmsalı (Ə
t.ə
) – aşağıdakı düs-
turun köməyi ilə müəyyən edilir.
Ə
t.ə
=
n
∑P
Burada,
ΣP – sex və ya istehsal sahəsində ay ərzində yerinə
yetirilmiş istehsal işinin həcmi; istehsal işi – bir iş
yerində eyni fəhlə tərəfindən fasiləsiz icra olunan
bir və ya bir neçə texnoloji əməliyyatdır.
n – birnövbəli iş rejimində işə çıxmış fəhlələrin və ya
iş yerlərinin sayıdır.
İkinci və üçüncü göstəricilər («b» və «c») iş yerlərinin eyni texno-
loji əməliyyatlarla yüklənməsi səviyyəsini, yəni ixtisaslaşmasını xa-
rakterizə edir.
Müəssisənin ixtisaslaşma səviyyəsini daha tam xarakterizə etmək
üçün istehsalın texniki və təşkilati səviyyəsini əks etdirən əlavə göstə-
ricilərdən də istifadə edilə bilər. Bu göstəricilərə aşağıdakılar aiddir:
hazırlanan məhsulun seriyalılığı və kütləvilik səviyyəsi; buraxılan
məhsulda standartlaşdırılmış, normallaşdırılmış və eyniləşdirilmiş his-
sə, qovşaq və ya aqreqatların xüsusi çəkisi; ümumi avadanlıqlar par-
kında avtomat və xüsusi avadanlıqların payı və s.
122
Fəsil 5. İxtisaslaşdirma və kooperasiyalaşma
Kooperasiyalaşma səviyyəsini təhlil etmək üçün elə göstəricilər
tətbiq edirlər ki, onlar həm ixtisaslaşdırmanın inkişafını və həm də
dərinləşməsini səciyyələndirir. Bu göstəricilərə aşağıdakılar daxildir:
a) kooperasiyalaşma əmsalı, yaxud sahənin və müəssisənin buraxdı-
ğı ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənardan alınan ya-
rımfabrikatların və dəstləşdirici məmulatların xüsusi çəkisi;
b) baş müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin
sayı, o cümlədən rayondaxili və ondan kənar müəssisələrin sayı;
c) məhsul vahidinin maya dəyərində "satın alınmış yarımfabrikat
və məmulatlar'' adlı xərc maddəsinin xüsusi çəkisi;
e) bir müəssisə və sahə üzrə rayondaxili və rayonlararası koope-
rativləşmənin nisbəti və s.
4. İxtisaslaşdırma və kooperasiyalaşmanın iqtisadi səmərəliliyi
İstehsalın ixtisaslaşdırılması onun ölçüsünün optimal səviyyəyə qə-
dər artırılmasına şərait yaradır ki, bu da öz növbəsində istehsala yük-
sək məhsuldarlıqlı texnika və texnologiya tətbiq etməyə, kadrların ixti-
sasını artırmağa, təchizatçı və istehlakçılarla sabit əlaqələr yaratmağa,
müəssisənin təşkilati və istehsal strukturunu təkmilləşdirməyə və s.
imkan verir. Beləliklə, istehsalın ixtisaslaşdırılması əsasında səmərəli-
liyinin artırılması sahə və müəssisədə həyata keçirilən təşkilati, texniki
və iqtisadi tədbirlərlə əlaqədardır. Bu baxımdan ixtisaslaşma və koope-
rasiyalaşdırmanın maksimal iqtisadi səmərəni təmin edən optimal va-
riantının əsaslandırılması böyük əhəmiyyət kəsb edir.
İstehsalın ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin əsas
göstəricilərinə: məhsul istehsalına, cari məsrəflərə və onun isteh-
lakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət;
əsaslı vəsait qoyuluşlarına qənaət və onların ödəmə müddəti; is-
tehsalın ixtisaslaşdırılmasından əldə edilən illik iqtisadi səmərə
və s. aiddir.
İxtisaslaşdırma nəticəsində gözlənilən cari qənaət (Q
ix
) aşağıdakı
düsturla müəyyən edilir:
Q
ix
= [(M
1
+X
n1
) – (M
2
+X
n2
)]
×B
1
Burada, M
1
və M
2
– ixtisaslaşdırma keçirilənədək və keçiriləndən
sonra məhsul vahidinin maya dəyəri, manatla;
123
Telman Huseynov
X
n
1
və X
n
2
– ixtisaslaşdırma keçirilinədək və keçirildikdən
sonra nəqliyyat xərcləri, manatla;
B
1
– ixtisaslaşdırma keçirildikdən sonra məhsul
istehsalının illik həcmi.
Kooperasiya əlaqələrindən əldə edilən qənaəti müəyyən edərkən
nəzərə almaq lazımdır ki, kooperasiya nəticəsində məhsul göndərmə-
lərdə olan dəyişikliklərdən əldə edilən qənaət, yaxud zərər nəqliyyat-
tədarük xərclərinin dəyişməsindən və kooperasiya yolu ilə alınmış
məhsulun qiymətindəki fərqdən əmələ gəlir. Kooperasiya əlaqələrin-
dən əldə edilən qənaət bu düsturla müəyyən edilir:
Q
k
= [M – (Q
iy
+X
nx
)]
×B
Burada, Q
k
– kooperasiya əlaqələrindən əldə edilən qənaət, manatla;
M – müəssisədə məmulatın (hissə, qovşaq, yarımfabrikatın
və s.) tam zavod maya dəyəridir;
Q
iy
– həmin məmulatın ixtisaslaşdırılmış müəssisədən
daxil olacaq topdansatış qiymətidir;
X
nx
– məmulat vahidinə düşən nəqliyyt-tədarük xərcləridir;
B – planlaşdırılan ildə kooperasiya yolu ilə ilk dəfə
alınan məmulatın miqdarıdır.
Əgər müəssisə kənardan gətirdiyi məhsulun istehsalını özündə təşkil
edərsə, bu tədbirin maya dəyərinə təsiri (Q
km
) aşağıdakı kimi hesablanır.
Q
km
= [Q
kq
– M
1
) + X
nx
]
×B
2
Burada, Q
kq
– kooperasiya yolu ilə alınan məmulatın topdansatış
qiymətidir;
M
1
– istehlakçı müəssisədə məmulatın istehsal maya də-
yəridir;
B
2
– planlaşdırılan ildə kooperativləşmə yolu ilə göndə-
rilməsi dayandırılan məmulatın miqdarıdır.
İqtisadi səmərəliliyin hesablanması, əlavə əsaslı vəsait qoyuluşları-
nın kəmiyyəti ilə ixtisaslaşdırmanın optimal variantının həyata keçiril-
məsindən əldə edilən qənaət arasındakı nisbətdən ibarət olan, ixtisaslaş-
dırma üzrə tədbirlərin həyata keçirilməsinə çəkilən məsrəflərin ödənmə
müddətini və bu məsrəflərin iqtisadi səmərəliliyini müəyyən etməklə
başa çatdırılır.
124
Dostları ilə paylaş: |