Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə18/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   14   15   16   17   18   19   20   21   ...   194

Telman Huseynov 

profilini və istehsal proqramının müəyyən edilməsində, işçi götür-

mək və azad etməkdə, tərəf müqabillərinin seçilməsində və müqavi-

lələr bağlamaqda və s.); 

– güclü maddi maraqın olması – sahibkarlıq gəlirinin yalnız sa-

hibkara çatması. 

Qeyd edilən üstünlüklərlə yanaşı, fərdi firmaların  əsas çatışmayan 

cəhəti onların öhdəliklərinə görə sahibinin öz (ailə üzvlərinin) əmlakı ilə 

məsuliyyət daşımasıdır.  Əgər firma öz öhdəliklərini yerinə yetirə bil-

mirsə, onda bu öhdəliklər mülkiyyətçinin əmlakı hesabına ödənilir. Öz 

özlüyündə aydındır ki, bu cür məsuliyyət sahibkarı yüksək riskli şərait-

də saxlayır, onun öz perspektivinə inamını azaldır; bu qəbildən olan 

firmaların maliyyə vəsaitləri və maddi resursları nisbətən məhdud olur. 

Tam ortaqlığın iştirakçılarının sayı iki və daha çox saydadırsa, 

onda bu şərikli firma adlanır.  Şərikli istehsal firması  ən azı iki 

fiziki və ya hüquqi şəxslər tərəfindən – müqavilə əsasında – təsis edi-

lir. Həmin  şəxslər firmanın öhdəliklərinin yerinə yetirilməsinə görə 

bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Əgər firmaya sonradan hər 

hansı başqa bir fiziki və ya hüquqi şəxs daxil olarsa, bu halda yeni 

şərik digər şəriklər kimi firmanın mövcud olan borclarına görə bütün 

əmlakı ilə məsuliyyət daşımalı olur. Eyni zamanda müəssisədən (fir-

madan) çıxan  şərik müəssisənin həmin məqam üçün borclarına görə 

digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Bu-

nunla yanaşı, şəriklərdən biri müəssisədən çıxarsa, o, öz payını geri 

almaq hüququna malikdir. Şəriklərin razılığı ilə  həmin pay müəs-

sisənin  şərikləri arasında satılmaq yolu ilə bölünədə, kənar  şəxslərə 

satıla da bilər. Lakin müəssisənin  şərikləri payın alınmasında üstün 

hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə 

fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır. Tərəfdaşlar-

dan birinin şərikli müəssisəni müəyyən öhdəliklərlə yükləməsi ehti-

malı böyük olduğu üçün, şəriklərin düzgün seçilməsi çox vacibdir. 

Bir çox hallarda şərikli müəssisə haqqında rəsmi saziş və ya formal 

razılaşma olur ki, bu da tərəflərdən hər birinin səlahiyyətlərini, mən-

fəətin bölüşdürülməsini, tərəfdaşlar tərəfindən müəssisəyə qoyulan 

kapitalın ümumi məbləğini, yeni şəriklərin cəlb olunmasını və tərəf-

daşlardan hər hansının müxtəlif səbəblərdən şərikli müəssisədən çıx-

dıqda onun yenidən qeydiyyatı qaydalarını müəyyən edir. 

 

52




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 Hüquqi cəhətdən şəriklərdən biri müəssisədən çıxdıqda, bu, adə-

tən, şərik müəssisənin ləğv olunması ilə nəticələnir. Çünki belə halda 

bütün məsələləri tənzimləmək və şərikli müəssisəni bərpa etmək ki-

fayət qədər çətin olur. Bu səbəbdən də şərikli müəssisə (firma) sa-

hibkarlıq fəaliyyətinin səmərəli təşkili formalarından deyildir. 

Digər tərəfdən, bu tip müəssisələrdə qərarların qəbulu çətin bir pro-

seduradır.  Əgər  şərikli müəssisə haqqındakı müqavilədə başqa hal 

nəzərdə tutulmayıbsa, vacib qərarlar səs çoxluğu ilə qəbul edilməli-

dir. Daha az əhəmiyyətli məsələlər üzrə müəssisənin fəaliyyəti bəzi 

tərəfdaşlar tərəfindən həyata keçirilə bilər, lakin bu barədə onlara əv-

vəlcədən məlumat verməlidir. Bu və ya digər tərəfdaşın hüquqları 

onlar arasında bağlanmış rəsmi və ya qeyri-rəsmi müqavilə əsasında 

dəyişə bilər. 

 Şərikli (tam ortaqlı) firmada olan yuxarıda qeyd edilən çatışmaz-

lıqlar onun daha təkmilləşmiş forması olan payçı  və  şərikli (kom-

mandit ortaqlıqlar) müəssisə formasında aradan qaldırılır. Bu qəbil-

dən olan firma və ya müəssisə həm şərikin (şəriklərin), həm də payçı-

nın (payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şəriklər-

dən hər biri müəssisənin öhdəliklərinə və borclarına görə özünün bü-

tün əmlakı ilə, hər bir payçı isə yalnız müəssisəyə verdiyi payın həcmi 

müqabilində məsuliyyət daşıyır. 

Payçı və şərikli müəssisələrdə idarəetmə işi, əsasən, şəriklər tərə-

findən həyata keçirilir, payçıların isə  təsərrüfat fəaliyyətinin idarə 

olunmasında iştirak etmək,  şəriklərin bu sahədəki işlərinə qarışmaq 

hüququ yoxdur. Payçı, firmanın  əldə etdiyi mənfəətin bir hissəsini 

qoyduğu paya uyğun olaraq təsis müqaviləsində  nəzərdə tutulmuş 

qaydada almaq, ortaqlığın hesabat sənədləri ilə tanış olmaq, maliyyə 

ilinin sonunda ortaqlıqdan çıxmaq və təsis müqaviləsində təsbit edil-

miş qaydada öz payını geri almaq kimi hüquqlara malikdir. 



Məhdud məsuliyyətli firma bir və ya bir neçə fiziki və (və ya) 

hüquqi şəxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi 

ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir. Müəssisə-

nin təsisçiləri onun öhdəliklərinə görə ancaq nizamnamə fonduna 

qoyduqları payları həcmində məsuliyyət daşıyırlar. Təsisçilərdən hər 

hansı biri müəssisədən çıxdıqda öz payını geri almaq hüququna ma-

lik olur. 

 53



Telman Huseynov 

 Məhdud məsuliyyətli firma öz öhdəliklərinə görə özünə məxsus 

olan bütün əmlakı ilə cavabdehdir və öz təsisçilərinin üçüncü şəxslər 

qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 

Müəssisənin təsisçisi öz payını satarkən, digər təsisçilər bu payı al-

maq üçün üstün hüquqlara malik olurlar. Belə ki, öz payını və onun bir 

hissəsini satmaq istəyən təsisçi bu haqda məhdud məsuliyyətli müəssi-

sənin icra orqanına məlumat verməlidir. Müəssisənin icra orqanı isə tə-

sisçidən öz payını satışa çıxarılması haqqında məlumat aldıqdan sonra – 

7 gün ərzində – bu barədə müəssisənin bütün təsisçilərinə xəbər vermə-

lidir. Üstün satınalma huququndan istifadə etmək arzusunda olan firma-

nın başqa bir təsisçisi satışa təqdim olunan payın hansı hissəsini əldə et-

mək istəyini 7 gün ərzində müəssisənin icra orqanına bildirməlidir. Əgər 

payın satışa çıxarılması haqqında məlumatın müəssisənin icra orqanına 

göndərilməsi anından etibarən bir ay müddətində pay və ya onun bir 

hissəsi müəssisənin təsisçiləri tərəfindən üstün hüquqdan istifadə edil-

məsi qaydasında alınmazsa, onda təsisçi öz payını  və ya onun bir 

hissəsini üçüncü şəxsə satmaq hüququ qazanır. 

Müəssisənin illik və ya rüblük fəaliyyəti nəticəsində  əldə edilmiş 

xalis mənfəətin təsisçilər arasında bölgüsü ümumi yığıncağın qərarı 

ilə həyata keçirilir. Bundan əlavə ümumi yığıncağın xalis mənfəətin 

təsisçilər arasında tamamilə  və ya qismən bölgüsü haqqında qərar 

qəbul etmək hüququ da vardır.  

Hər bir təsisçi firmanın nizamnamə fondunda və digər əmlakında 

payına uyğun olaraq bölüşdürülən mənfəətin bir hissəsini almaq hü-

ququna malikdir. Firmanın Nizamnaməsində başqa hal nəzərdə tutul-

mayıbsa, bölünən mənfəətdən təsisçilərə verilən məbləğ haqqın-da 

ümumi yığıncaq qərar qəbul etdikdən bir ay müddətində ödənilir.  



Əlavə məsuliyyətli müəssisənin (firmanın) məhdud məsuliyyətli 

müəssisədən fərqi ondan ibarətdir ki, onun iştirakçıları müəssisənin 

öhdəliklərinə görə nizamnamə fonduna qoyduqları paylarının Nizam-

namə ilə müəyyənləşdirilən və hamısı üçün eyni olan misli miqdarın-

da subsidiar məsuliyyət daşıyırlar. İştirakçılardan biri öz payını ödə-

mək imkanına malik deyildirsə, bu pay digər iştirakçılar arasında on-

ların paylarına uyğun olaraq bölünür. 

 Subsidiar məsuliyyət o deməkdir ki, iştirakçılardan hər hansı biri 

müflis olduqda və öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədik-

 

54




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə