Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə17/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   13   14   15   16   17   18   19   20   ...   194

Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

gün müəyyən etməklə o (sahibkar), gəlirinin azalması və, hətta, mül-

küyyətindən məhrum olmaq təhlükəsini düzgün qiymətləndirə bilir. 

Riskin dərəcəsi yüksəldikcə  sahibkarın təsərrüfat məsuliyyəti 

ona mütənasib olaraq artır. Sahibkarın bazar qeyri – müəyyənliyinə 

qarşı çıxmağı onun imkanı daxilində olmur. Lakin, demək olarki bü-

tün hallarda, sahibkarın riskin dərəcəsini bu və ya digər səviyyəyə 

qədər azaltmaq imkanı olur. Bunun üçün o, ilk öncə, sığortalanma 

vasitəsilə riski müəyyən qədər əlavə xərclər çəkilməsilə əvəzləyə bi-

lir. Başqa bir yol isə marağı olan özünün müqabil tərəflərindən birini 

(və ya bir neçəsini) riskin neqativ nəticələrini onlarla bölməyə  sə-

fərbər edə bilər. Sonuncu halda sahibkarlıqdan gələn gəlir sahibkarın 

özündən əlavə və onunla müştərək riskə gedən digərləri ilə bölünür. 

c) İstehsal amllərinin kombinələşdirilməsi. İstehsal amillərinin 

hər birindən qənaətlə istifadə etməklə istehsalın sinergetik səmə-

rəliliyinə nail olmaq məqsədilə onların sahibkar tərəfindən bir-birilə 

əvəzlənməsinin optimal kombinələşmə variantının seçilməsidir. 

İstehsal firmasına xas olan resursların kombinələşdirilməsindən 

məqsəd tək onlardan səmərəli istifadəyə nail olmaq deyil. Burada digər 

bir məqsəd sahibkarın bazarda olan resurslarının bir qismini çıxarıb öz 

təşkilatına qaytarmaq və bununlada resursların bölgüsü mexanizmini 

dəyişdirməkdir. Bununla o, bazar mühütini dəyişdirə bilir, çünki kombi-

nələşmə funksiyasının mahiyyəti «əvəzetmə prinsipi»ndən genişdir. 



d) Yenilikçilik. Sahibkarlığa xas olan bu xüsusiyyət sahibkar üçün, 

onun fəaliyyətinin nəticələri üçün çox böyük əhəmiyyət kəsb edir. 

Bazar konyunkturasının mütəhərrik olması – vaxtaşırı dəyişməsi, 

bazarın qeyri-müəyyənlik  şəraitində  fəaliyyət göstərən sahibkardan 

yenilikçilik, ixtiraçılıq, əqlən çevik olmaq, hadisələrə qarşı həssaslıq, 

manevr edə bilmək, davranışına inam kimi xüsusiyyətlər tələb edir; 

o, hər bir konkret situasiyanı tez, yubatmadan öyrənməli, təhlil et-

məli, qərar qəbulu zamanı isə bu işə yaradıcılıqla yanaşmalıdır; o, öz 

davranışı ilə bazar qeyri-müəyyənliyinin «girov»una çevrilməməli, 

innovativ məzmunlu tədbirlər görməklə vəziyyətdən çıxmağı bacar-

malı, öz istehsalının səmərəlilik səviyyəsinin azalmasına imkan ver-

məməlidir.

10

  

                                           



10

Курс экономической теории (учебное пособия), М., 2001, с. 487 

 49



Telman Huseynov 

Artıq qeyd edildiyi kimi, sahibkarlıq fəaliyyətinin baş tutması 

üçün kapitalın (əsas və dövriyyə fondlarının) müəyyən kəmiyyətdə 

və strukturda sahibkarın mülküyyətində olması  həlledici  şərtlərdən 

biridir. Deməli, sahibkarlıq fəaliyyətində mülküyyət münasibətlərinin 

düzgün müəyyən olunması və idarə edilməsi mühüm şərtlərdəndir.  

Sahibkarlıq fəaliyyətinin klassik forması olan fərdi müəssisədən 

başlamış  səhmdar cəmiyyətinə  qədər müəssisələrin (firmaların) ha-

mısında mülküyyət münasibətləri bu və ya digər  şəkildə, az və çox 

dərəcədə mövcuddur. 

Sahibkarlıq fəaliyyətinə mülküyyət münasibətləri aşağıdakı isti-

qamətlərdə təsir göstərir: 

– mülkiyyətin (əmlakın) kimə və ya kimlərə mənsub olması; 

– mülkiyyətə münasibətlə  əlaqədar sahibkarlıq gəlirinin bölgüsü 

qaydası; 

– öhdəliklər üçün əmlak (mülkiyyət) vasitəsilə məsuliyyət; 

– zərərlə işləyən firmaya yeni şəxsin (fiziki, hüquqi) daxil olması 

və ya köhnələrdən hər hansının çıxması firmanın borcu üçün öz 

əmlakı ilə məsuliyyət daşıması;  

– payçı  və  şərikli firmada təsisçilərin öz əmlaklarına görə 

öhdəliklər və ya borclar üçün məsuliyyəti;  

– firmanın təsisçilərinin öhdəliklərinə görə qoyulmuş paylar 

müqabilində cavabdehlik həddi; 

– təsisçilərdən öz payını ödəyə bilməyənə  mənsub olan əmlakın 

başqaları arasında bölgüsü qaydası; 

– səhmdar cəmiyyətinin səhmlərini alanların onun (cəmiyyətin) 

mənfəətinin bölgüsündə iştirakı və öhdəlikləri üçün məsuliyyəti və s. 

Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin idarə olunmasında, bu 

məqsəd üçün təsis edilən təsərrüfat subyektlərinin yaradılması  və 

ləğvi həlledici dərəcədə mülkiyyət münasibətlərinin mükəmməllik 

səviyyəsindən asılı olur. Bu münasibətlər firmanın sahibkarlıq növü 

kimi fəaliyyətinə ciddi şəkildə təsir göstərirlər; firmanın həm inkişa-

fını sürətləndirə və həmdə ləngidə bilərlər. Mülküyyət münasibətlər 

düzgün qurulmalı, idarə edilməli, daim nəzarətdə saxlanmalıdır.  

Qeyd etmək lazımdır ki, istehsal firması və müəssisənin təşkilati-

hüquqi formaları bazar iqtisadiyyatına keçmiş və keçməkdə olan bü-

tün ölkələrdə təxminən eynidir, ciddi şəkildə fərqlənmirlər. 

 

50




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

Firma və müəssisənin konkret forma və növləri körtəbii deyil, elm 

və texnikanın inkişafı, istehsalın təmərküzləşməsi və ixtisaslaşması, 

səmərəli təsərrüfat  əlaqələrinin qurulması, ümumiyyətlə isə, dövrün 

özünün tələblərinə uyğun, həmin tələblər nəzərə alınmaqla yaradılır. 

Bu baxımdan hər bir ölkənin iqtisadiyyatının bazar münasibətlərinə 

keçidi onun müəssisələrin idarə edilməsində, onların təşkilati-hüquqi 

formalarında ciddi dəyişikliklərə  səbəb olur, onlar tədricən bazar 

münasibətlərinə uyğunlaşırlar.  

Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında fir-

malar (müəssisələr) təsərrüfat ortaqlıqları  və  cəmiyyətləri  şəklində 

yaradıla bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və kommandit or-

taqlığı (inama əsaslanan ortaqlıq), təsərrüfat cəmiyyətləri isə məhdud 

məsuliyyətli müəssisə,  əlavə  məsuliyyətli müəssisə  və  səhmdar cə-

miyyəti formalarında olur. Beləliklə, müəssisələr (firmalar) fərdi, şə-

rikli, payçı  və  şərikli (kommandit ortaqlıqlar), məhdud mə su-

liyyətli müəssisələr,  əlavə  məsuliyyətli müəssisə  və  səhmdar cə-

miyyəti kimi təşkilati-hüquqi formalarda yaradıla bilər.  

Tam ortaqlıqda onun iştirakçıları (tam ortaqları) nizamnaməyə 

müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul 

olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliy-

yət daşıyırlar. Belə sahibkarlıq subyektlərinin fəaliyyəti bütün işti-

rakçıların ümumi razılığı ilə idarə edilir. 

Əgər tam ortaqlığın iştirakçısı bir nəfərdirsə, o, fərdi firma ad-

lanır. Fərdi firma – sahibkarlıq fəaliyyətinin ən klassik formaların-

dan biridir. Bunlar, adətən, bir şəxsin mülkiyyəti əsasında təşkil olu-

nur. Bununla yanaşı, belə firmalar başqa mülkiyyətlərə məxsus olan 

müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu tip firma-

ların idarə olunması, bir qayda olaraq, sahibkarın özü tərəfindən hə-

yata keçirilir. Bir sıra hallarda sahibkar öz müəssisəsinin idarə olun-

masını menecerlərə  həvalə edə bilər, lakin belə halda da firmanın 

fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır. 

Fərdi firmaların sahibkarlıq sahəsində geniş yayılması onun bir sı-

ra üstünlükləri ilə izah edilir. Bu üstünlüklərə aşağıdakılar aid edilir: 

– təşkilinin mürəkkəb olmaması; 

– azadlığının qeyri-məhdudluğu – sahibkar öz fəaliyyətində bütün 

məsələlər üzrə qərarlar verməkdə müstəqildir, tam azaddır (fəaliyyət 

 51



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə