Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə24/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   20   21   22   23   24   25   26   27   ...   194

Telman Huseynov 

– firmanın (müəssisənin) yaradılması  və nizamnaməsinin təsdiq 

edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar; 

– “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin 

təsisçilər barədə əlavəsi. Firmanın (müəssisənin) təsisçiləri həm hü-

quqi  şəxs, həm də fiziki şəxs olduqda onların hər biri üçün tələb 

olununan xüsusi əlavə formaları doldurulur. Təsisçi fiziki şəxsə aid 

əlavə formada göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin 

pasport qeydiyyatı  məlumatlarında təsdiqini tapmadıqda, müvafiq 

təsisçilərin səxsiyyət vəsiqəsinin surətlərinin  ərizəyə  əlavə edilməsi 

tələb oluna bilər;  

– dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cə-

miyyətin müşahidə  şurası seçilmişdirsə onun üzvləri barədə  məlu-

matlar “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında  əri-

zə”sinin müvafiq əlavəsi ilə  təqdim olunur. Əlavədə göstərilən pas-

port rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumat-

larında təsdiqini tapmadıqda, müşahidə şurasının müvafiq üzvlərinin 

səxsiyyətini təsdiq edən sənədin surətlərinin  ərizəyə  əlavə edilməsi 

tələb oluna bilər; 

– təsisçilər tərəfindən icraedici və  sərəncamverici səlahiyyətlərə 

malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə 

qərarın surəti. Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş 

pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlu-

matlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surətinin 

ərizəyə əlavə edilməsi tələb oluna bilər; 

– hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını 

təsdiq edən sənəd; 

– məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və 

ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini 

təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair); 

– firma (müəssisə) xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, 

bu barədə  məlumat “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı 

haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim olunur

–  ərizə  təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs 

tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim edilir. 

Yenidən təşkil nəticəsində yaradılan firma (müəssisə) tərəfindən 

“Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” forması təq-

 

70




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

dim olunmalıdır. Bu formaya müəssisənin yenidən təşkil nəticəsində 

yaranan hüquqi varisliyi barədə məlumatlar daxil edilir. 

Firma (müəssisə) bank, sığorta, maliyyə-sənaye qrupudursa, mü-

vafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və  İqtisadi  İn-

kişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin ilkin razılığını 

təsdiq edən sənəd təqdim olunur.  

Ərizəyə nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd 

(bank qəbzi, daşınmaz  əmlakın ipotekası  və s.), habelə, nizamnamə 

kapitalına pul formasında ödənilməyən  əmlakın qiymətləndirilməsi 

haqqında müstəqil auditor rəyi əlavə edilməlidir. 

Firmanın (müəssisənin) qeydiyyata alınması üçün ərizə ilə mü-

raciət edən, bu ərizə ilə birlikdə öz şəxsiyyət vəsiqəsini Vergilər 

Nazirliyində qeydiyyat yerində xüsusi kabinədə sənədlərin qəbulu-

nu həyata keçirən hüquqşünasa təqdim edir və hüquqşünas müraciət 

edənin  ərizə  təqdim etmək səlahiyyəti olduğunu müəyyənləşdirir. 

Daha sonra, hüquqşünas firmanın (müəssisənin) təsisçi fiziki şəxs-

lərinin, rəhbər və qanuni təmsilçinin, müşahidə  şurası yaradılmış-

dırsa, onun üzvlərinin ərizə və onun əlavələrində göstərilən şəxsiy-

yət vəsiqəsi rekvizitlərinin Daxili İşlər Nazirliyinin məlumat baza-

sına uyğunluğunu yoxlayır və  kənarlaşma aşkar etdiyi vəsiqələrin 

(pasportların) surətini tələb edir. Hüquqşünas qəbul etdiyi sənədlə-

rin yerində olub-olmamasını  və tam dəstliyini,  ərizə  və  əlavələrdə 

göstərilən məlumatların sənədlərə tam uyğunluğunu müraciət edə-

nin iştirakı ilə yoxlayır. Ərizə və onun əlavələrinin doldurulması za-

manı buraxılmış hərf və ya rəqəm səhvləri üzrə hər bir səhvin qarşı-

sında müvafiq qeyd edilməklə düzəliş aparılmalıdır. Dövlət qeydiy-

yatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar eyni 

vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə 

bildirilməlidir. Ərizənin qəbul edilməsi zamanı hüquqşünas tərəfin-

dən qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edil-

məsinə yol verilmir. 

Bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda, ərizəyə əlavə 

edilmiş  sənədlər arasında həmçinin müvafiq olaraq Milli Bankın, 

Maliyyə Nazirliyinin və İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhi-

sar Dövlət Xidmətinin qurumun yaradılması barədə ilkin razılığını 

təsdiq edən sənədin olub-olmaması müəyyən edilməlidir. 

 71



Telman Huseynov 

Sənədlər təqdim edilərkən onlar yoxlanılır və  qəbul edildikdən 

sonra üç gün ərzində firma (müəssisə)  qeydiyyatdan keçirilir.   

Müəssisə aşağıdakı hallarda ləğv edilə bilər: 

– onun təsisçilərinin (iştirakçılarının) və ya müəssisəin nizamna-

mə ilə  vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən müəssisənin 

mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması  və ya yara-

dılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar 

olaraq; 

– müəssisənin yaradılması zamanı yol verilmiş qanunvericilik 

pozuntuları ilə  əlaqədar onun qeydiyyatının məhkəmə  tərəfindən 

etibarsız sayıldığı halda; 

– lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla 

qadağan edilmiş  fəaliyyət həyata keçirildikdə  və ya qanunvericilik 

digər  şəkildə  dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai 

birlik və ya fond onun nizamnamə  məqsədlərinə zidd fəaliyyətlə 

müntəzəm məşğul olduqda məhkəmənin qərarı ilə. 

Müəssisə müflis olma nəticəsində də ləğv edilir. Əgər ləğv edilən 

müəssisənin  əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi 

üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində  ləğv edilə 

bilər. 

Müəssisəin ləğvi haqqında qərar qəbul etmiş  təsisçilər (iştirak-



çılar) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı bu barədə döv-

lət qeydiyyatını həyata keçirən orqana ləngimədən məlumat verməyə 

borcludurlar. Həmin orqan isə müəssisənin ləğv prosesində olduğu 

barədə məlumatları müəssisələrin dövlət reyestrinə daxil edir. 

Müəssisəin ləğvi haqqında qərar qəbul etmiş müəssisənin təsisçi-

ləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğ-

vetmə komissiyasını (təsviyəçini) təyin edir, ləğvetmə qaydasını  və 

müddətlərini müəyyənləşdirirlər. 

Ləğvetmə komissiyasının təyin edildiyi andan müəssisənin iş-

lərini idarə etmək səlahiyyətləri ona (komissiyaya) keçir. Ləğvetmə 

komissiyası ləğv edilən müəssisəin adından məhkəmədə çıxış edir. 

Müəssisənin ləğvi qaydaları aşağıdakı kimidir: 

1. Ləğvetmə komissiyası müəssisəin dövlət qeydiyyatı haqqında 

məlumatın dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və 

kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında 

 

72




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə