S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə130/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   126   127   128   129   130   131   132   133   ...   153

423 

 

xəstələrin orqanizminə çoxlu maye yeritməklə qanda zərərli maddələrin 



miqdarı azaldıl¬mış olur və beləliklə, xəstənin halı yaxşılaşır. Çoxlu maye 

yeritmək zərərli maddələrin xaric olunmasını yaxşılaşdırır və onlar yalnız 

böyrəklər vasitəsilə deyil, dəri və selikli qişalarla da xaric olur. 

Qızdırmalı xəstənin dietasmda xörək duzunun azaldıl¬ması sidiyin xaric 

olmasının artması və iltihabi prosesin azalması üçün şərait yaradır. 

Qızdırma 

zamanı 

ürək-damar 



və 

tənəffüs 

sistemləri¬nin 

funksiyalarındakı pozulma arterial təzyiqin enməsi, nəbzin və tənəffüsün 

temperatura mütənasib olaraq tezləşməsi şəklində təzahür edir. Belə hesab 

edilir ki, bəzi istisnalarla temperaturun 1° yüksəlməsi orta hesabla nəbzin 

dəqiqədə 8-10 vurğu artmasına səbəb olur. 

Temperaturun düşməsi dövründə bədəndə istiliyin əmələ gəlməsi azalmış, 

istiliyin verilməsi isə artmış olur. Temperaturun tez, bir neçə saat ərzində 

düşməsinə kritik, yavaş-yavaş, bir neçə gün ərzində düşməsinə isə litik 

enmə deyilir. 

Bədən  çox  zəifləyir,  xəstə  susuzluqdan,  üşütmədən,  titrətmədən  şikayət 

edir; bəzən elə olur kj, şikayət etməyə halı olmur və o, ətrafdakılara laqeyd 

qalır. Xəstənin dərisi avazıyır, sonra göyərir, onu soyuq tər basır, ətrafları 

soyu¬yur. Arterial təzyiq kəskin sıırətdə düşür, nəbz tezləşmiş, kiçik və 

yumşaq, tənəffüs tezləşmiş və səthi olur. Bəbəklər genəlir. Kəskin damar 

çatışmazlığı - kollaps baş verə bilər. 

Kollaps vəziyyətində olan xəstəyə təcili tibbi yardım göstərmək lazımdır, 

yoxsa  o,  ölə  bilər.  Tibb  bacısı  xəstənin  zahiri  görünüşünə,  nəbzinə, 

tənəffüsünə, davranışına görə vəziyyəti təyin etməyi bacarmalı və dərhal 

bu barədə həkimə xəbər verməlidir; həkimin təyinatı ilə xəstəyə kofein, 

kamfora,  strixinin,  mezaton,  adrenalin  vururlar.  Beyinə  qanın  yaxşı 

gəlməsi  üçün  xəstənin  başı  gövdəsindən  aşağı  olmalıdır,  bunun  üçün 

balışı götürür və çarpayının ayaq tərəfini 30 - 40 sm qaldırırlar. 'Xəstəni 

downloaded from KitabYurdu.org



424 

 

isitqaclarla  qızdırmaq  və  ona  isti  çay,  qəhvə  vermək  lazımdır.  Bütün 



bunları  etdikdən  və  xəstənin  halı  yaxşılaşmağa  başladıq¬dan  sonra 

xəstəni  qurulamaq  və  dəyişəyini  dəyişdirmək  lazımdır.  Halı 

yaxşılaşmırsa, təkrar inyeksiyalar edir və damcı üsulu ilə venaya qliikoza 

ilə noradrenalin yeridirlər. 

Qan dövranına təsir edən tədbirlər. Dəri geniş reseptor 

sahəsidir. Onun səthinin böyük və ya kiçik hissəsinə 

gücünə, xarakterinə və müddətinə görə müxtəlif qıcıqlar 

verməklə həm bütün orqanizmə, həm də əsasən ayrı-ayrı 

w ♦ 

daxili orqanlara reflektor təsir göstərmək olar, isti və soyuğun tətbiqi, su 



və işıqla müalicə, xardal, banka, zəli qoymaq və s. buna əsaslanır. 

Su  müalicəsinin  əsaslan.  Suyun  istilik  tutumu  və  istiliyi  keçirmə 

qabiliyyəti yüksək olduğuna görə o, dəriyə termik qıcıq vermək üçün ən 

yaxşı mühitdir. Bundan əlavə, su ilə mexaniki və kimyəvi- - onda əriyən 

duzlar və maddələrlə, o cümlədən dərman maddələri ilə qıcıqlar vermək 

olar. 


Müalicə vannaları. Müalicə vannaları ümumi, yarıya qədər, çanaq-ayaqlar 

üçün, yerli olur. 

Bədəni möhkəmlətmək məqsədilə sərin suda isladılmış dəsmalla bədəni 

silmək, bədənin üzərinə su tökmək, duş, vannalar və açıq’ su hovuzlarında 

çimmə təyin edilir. Ümumi sərinlədici proseduralar sinir sistemini oyadır,  

dəriyə  qan  gəlməsinə  kömək  edir,  əzələlərin  tonusunu  artırır,  maddələr 

mübadiləsini yaxşılaşdırır. 

Oturaq vannalardan qarın boşluğu, kiçik çanaq orqanları və bu nahiyələrin 

yumşaq toxumaları xəstələn¬dikdə istifadə edilir: sərin və soyuq vannalar 

downloaded from KitabYurdu.org




425 

 

-  babasildə,  bağırsaq  süstlüyündə,  yuxusuzluqda,  ilıq  vannalar  isə 



müxtəlif iltihabi proseslərdə ağrıları kəsmək məqsədilə tətbiq edilir. 

Bədəni  yaş  dəsmalla  silməyi  qızdırma  zamanı,  sağalma  dövründə 

gigiyena  və  müalicə  məqsədilə  və  nevrozlu  xəstələrə  orqanizmi 

möhkəmlətmək üçün təyin edirlər. 

Duş  -  su  müalicəsidir,  bu  zaman  suyun  temperaturu  və  mexaniki  təsiri 

birləşir.  Duşlar  temperaturuna,  təzyiqinə,  su  şırnağının  formasına  və 

istiqamətinə  görə  fərqlənir.  Duşun  təsiri  temperaturdan,  suyun 

təzyiqindən və proseduranın müddətindən asılıdır. 

Kompreslər və təpitmələr. Kompreslər ümumi və yerli 

olur. 


Yerli qızdırıcı kompresi yaymdırıcı və sorucu vasitə kimi tətbiq edirlər. 

Sarğı altında əmələ gələn istinin yerli və reflektor təsiri nəticəsində həmin 

yerə çoxlu qan axıb gəlməyə başlayır, mübadilə prosesləri yüksəlir, dəri 

hissiy¬yatı azalır. 

Kompres  üç  qatdan  ibarətdir:  1)  bir  neçə  dəfə  qatlanmış  parçanı  soyuq 

suda isladır (10 - 14°C) və sıxıb dəriyə qoyurlar; 2) birinci qatın üstündən 

müşəmbə, yaxud mumlu kağız qoyurlar (nəm qatdan 2-3 sm böyük); 3) 

müşəmbənin  üzərinə  daha  böyük  və  kifayət  qədər  qalın  pambıq  qatı 

qoyurlar. Hər üç qatı bintlə bədənə elə sarıyırlar ki, kompres sürüşməsin 

və damarları sıxmasın. 

Yerli  isti  kompres  müəyyən  bir  nahiyəyə  çoxlu  qanın  axıb  gəlməsinə 

səbəb  olur,  reflektor  olaraq  ağrıkəsici  təsir  göstərə  bilər.  Bir  neçə  dəfə 

qatlanmış salfeti isti suda isladır, sıxıb bədənə qoyur, sonra isə üstündən 

müşəmbə və qalın parça, daha yaxşısı, yun parça ilə örtürlər. Kompresi 

bintlə yüngülcə sarımaq olar, çünki hər 5-10 dəqiqədən 

bir dəyişmək lazımdır. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə