S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə131/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   127   128   129   130   131   132   133   134   ...   153

426 

 

Yerli  təpitmələr  isti  kompreslər  kimi  təsir  edir,  lakin  yavaş-yavaş  -  1-2 



saat ərzində soyuyur. Balaca torbaya kətan toxumu, kəpək, birəotu yaxud 

ot qırıntısı töküb bişirir, yaxud buxara verirlər. Sonra bir qədər soyudaraq 

dərinin  lazım  olan  hissəsinə  qoyurlar.  Təpitmə  müşəmbə  ilə  örtülür. 

Üstünə pambıq, yaxud ədyal qoyur və bintlə sarıyırlar. 

Soyuq kompresi (islatma) kəskin yerli iltihabi proses¬lərdə, burundan və 

başqa  nahiyələrdən  qanaxmalarda,  babasildə,  əzilmədən  sonra  dərhal; 

ürəkdöyünmədə ürək nahiyəsinə, qızdırma və psixi həyəcan zamanı başa 

qoyurlar.  Bir  neçə  dəfə  qatlanmış  su  hopan  parçanı  soyuq  suda  isladır, 

azca sıxır və bədənin müvafiq yerinə qoyurlar. 

Qoru  hava  vannaları  quru  bürümələrə  olan  göstəriş¬lərdə,  həmçinin 

bədəni qızdırmaq məqsədilə tətbiq olunur. 

Həmin  məqsəd  üçün  elektrik  işığı  ilə  qızdırıcı  vanna  tətbiq  edilir;  bu, 

uzunluğu 75-100 sm taxta silindrdən ibarətdir, onun içəri səthində hər biri 

25-500 vatt olan 8 - 10 ədəd elektrik lampası vardır. 

İsitqac  (qrelka)  iltihabi  proseslərin  sorulması  məqsə¬dilə  və  ağrıkəsici 

vasitə kimi müəyyən bir nahiyəyə quru isti tətbiq etmək üçündür. 

İsitqac!arı təyin etmək üçün əks-göstərişlər: 1) kəskin iltihabi proseslər 

(appendisit); 2) qanaxmalar; 3) əzilmələr (ilk saatlarda və sutkalarda). 

Buz kisəsini qarın boşluğunda (appendisit), döş vəzisində (mastit) kəskin 

iltihab  prosesləri  olduqda,  müx¬təlif  qanaxmalarda,  qızdırmalı 

sayıqlamalarda (başa) və 

ağrıları azaltmaq üçün qoyurlar. 

Xardal  tətbiqi,  isti  suya  salınmış  (40  -  45°C),  yağı  çıxarılmış  xardal 



toxumlarının  tozundan  reaksiya  baş  verir;  nəticədə  efirli  xardal  yağı 

ayrılır  ki,  bu  da  həddindən  artıq  kəskin  iyə  malikdir,  yuxarı  tənəffüs 

downloaded from KitabYurdu.org



427 

 

yollarının selikli qişasını qıcıqlandırır və gözyaşı axıdır. Dəridə isə qızartı, 



göynəmə, ağrı və suluqlarm əmələ gəlməsinə səbəb olur. 

## 


Ümumi  xardal  vannaları  uşaqlara  yuxarı  tənəffüs  yollarının  katarında, 

bronxit, ağciyər, böyrək ləyənlərinin iltihabı və başqa xəstəliklər zamanı 

təyin edilir. Əvvəlcədən xardalı bir vedrə suya 50 q hesabı ilə ilıq suda 

həll edib, tənzifdən süzürlər. Vannada suyun temperaturu 37°C olmalıdır; 

proseduranın müddəti 5-8 dəqiqədir. 

Ayaqlara  qoyulan  xardal  vannaları  da  böyüklərə  uşaqlar  üçün  olan 

göstərişlərdə  və  hipertoniya  xəstəliyində  yayındırın  vasitə  kimi  təyin 

edilir. Vannanın temperaturu 40 - 45°C, müddəti 20 - 30 dəqiqə, qatılığı 

bir  vedrə  suya  100  q  xardal  olur.  Vannanı  qurtardıqdan  sonra  xəstənin 

ayaqlarını isti su ilə yaxalayıb qurudurlar; sonra xəstə yataqda uzanır. 

Xardal  yaxmalarım  yuxarı  tənəffüs  yollarının  katarm-  da,  bronxitdə, 

pnevmoniyada  sinəyə  və  baldırlara,  hiperto¬niya  xəstəliyində  ənsəyə, 

ürək ağrılarında ürək nahiyəsinə qoyurlar. 

Bankalar. Bankalar kənarı qalın, 30 - 70 ml həcmli yumru şüşə qablardır. 

Bankalar qan və limfa dövranına yerli təsir göstərən vasitələrdən biridir. 

Qan  və  limfa  damarlarının  yerli  və  reflektor  genəlməsinə  səbəb  olaraq, 

bankalar  sorucu,  iltihaba  qarşı  və  ağrıkəsici  təsir  göstərir.  Banka 

qoyulduqdan sonra birinci saat ərzində qanın tərkibində bəzi dəyişikliklər, 

arterial təzyiqin azalması, nəbzin yavaşıması qeyd olunur. 

Göstərişlər.  Bankaları  bronxların,  ağciyərlərin,  plevranın  iltihabında, 

ağciyərlərdə durğunluq hallarında, əzələlərin və sinir kötüklərinin iltihabi 

xəstəliklərində qoyurlar. 

Banka qoyulan yerlər. Çox vaxt bankaları sinəyə və kürəyə (onurğa, döş 

sümüyü,  ürək  və  döş  vəziləri  nahiyələ¬rinə  olmaz),  onurğadan  sağa  və 

sola olmaqla, oturaq siniri istiqamətində budun arxa tərəfinə qoyurlar. 

downloaded from KitabYurdu.org




428 

 

Zəlilər. Müalicə məqsədilə adi tibb zəlilərindən istifadə edirlər. 



Tibbi zəlilər uzun, bel-qarın istiqamətində bir qədər qalınlaşmış, bədəni 

halqaşəkilli quruluşa malikdir və çox 

uzanıb-qısala bilirlər. Zəlinin rəngi sarı-yaşıldır, belində narıncı, qarnının 

kənarlarında isə qara zolaqlar vardır. 

Zəliləri ağzı geniş (əl salmaq miimkün olan) şüşə bankalarda, qablarda, 

ağzı tənziflə möhkəm bağlı halda saxlayırlar. Su çiy olmalıdır (oksigeni 

olan), bunun üçün göl, yaxud çay suyu daha yaxşıdır; quyu suyu olmaz. 

Zəli təyin edilməsinə göstərişlər və tətbiq olunduğu yerlər. Zəliləri beyin 

damarlarının  trombozunda,  hiperto-  niya  xəstəliyində  və  beyin 

sarsılmasında təyin edirlər. Məməyəbənzər çıxıntıya şaquli xətt boyunca 

qulaq seyva¬nından 1 sm aralı 4-dən 6-yadək zəli qoyurlar. Zəlini qulaq 

seyvanına  yaxın  qoymaq  olmaz,  çünki  bu  sahədə  dəriyə  yaxın  venalar 

keçir ki, bu da güclü qanaxmaya səbəb ola bilər. 

Əks-göstərişlər.  Qanaxmalarda,  qanazlığında,  septik  və  allergik 

xəstəliklərdə  zəlilər  əks-göstərişdir.  Antikoaqul-  yantlarla  (heparin, 

pelentan,.  sinkumar  və  s.)  aparılan  müalicə  zamanı  zəli  qoymaq  ölümə 

səbəb olan qanaxmalar törədə bilər. 

Tətbiqetmə  texnikası.  Bütün  zəlilər  saxlanan  banka¬dan  tələb  olunan 

miqdardan bir qədər çox zəli götürüb, həcmi 50 - 100 ml olan kiçik qaba 

salırlar. Zəliləri pinsetlə yox, əllə götürüb qoymaq lazımdır ki, onların ən 

yaxşısını seçmək mümkün olsun. 

Zəli qoyduqda, xəstə rahat vəziyyətdə olmalıdır. Zəli qoyulacaq yerdən 

asılı olaraq xəstə otura, yaxud uzana bilər. 

Qopmuş zəliləri formalinə, yaxud naşatır spirtinə salaraq tələf edirlər. 

Zəli qoymaq üçün iki üsul vardır: 1) qan çıxarmaqla; 2) qan çıxarmadan. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə