S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə134/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   130   131   132   133   134   135   136   137   ...   153

435 

 

ona çobanyastığı tinkturası verilir (bir stəkan suya bir xörək 



qaşığı töküb qaynatmalı, sonra duruldub süzməli) - bundan 

gündə bir stəkan, yaxud gündə 3-4 dəfə 2-3 həb karbolen 

verməli. Müayinə qabağı axşam və səhər tezdən, müayinəyə 

2-3  saat  qalmış  5-6  stəkan  çobanyastığı  tinkturası  ilə  imalə  etməklə 



bağırsaqları yuyurlar. Axşam xəstəyə demək lazımdır ki, müayinəyə 7-8 

saat qalmış yemək, içmək, dərman qəbul etmək, papiros çəkmək olmaz. 

Mədənin rentgenoloji müayinəsini səhər acqarına aparmaq daha yaxşıdır, 

bu, mümkün deyilsə, müayinəyə 5-8 saat qalmış xəstəyə yüngül qəlyanaltı 

etməyə icazə verilir: bir stəkan şirin çay, manna sıyığı, yaxud kisel. 

Duodenal  zondlama.  Onikibarmaq  bağırsağa  zondu  müalicə  və 

diaqnostika məqsədilə salırlar. 

Öd kisəsinin və öd yollarının  müxtəlif xəstəlikləri  zamanı ödün axması 

çətinləşir. Bu vaxt öd kisəsində qalan öd ağrılar törədir. Duodenal zond 

salmaqla  öd  kisəsini  boşaldırlar:  onikibarmaq  bağırsağa  zonddan  hər 

hansı bir ödqovucu dərman yeridirlər; onun təsirindən öd kisəsi reflektor 

surətdə yığılaraq, içərisindəki ödü bağırsağa ötürür. 

Duodenal zond diametri 3-5 mm və uzunluğu 1,5 m olan rezin borudur. 

Zondun  mədəyə  salman  başına  2  x  0,5  sm  ölçüdə  içiboş  ucluq 

bərkidilmişdir; bunun bir neçə deşiyi vardır. Rezin borunun o biri ucuna 

20  -  25  sm  aralı  olan  hissələri  arasına  müvafiq  diametrli  və  5  sm 

uzunluğunda şüşə boru birləşdirilmişdir. Zondun üzərində üç nişan vardır: 

bunların  biri  uduqdan  40  -  45  sm  aralı  (kəsici  dişlərdən  mədənin 

girəcəyinə qədər olan məsafə), ikinci nişan - 70 sm (kəsici dişlərdən mədə 

çıxacağına 

downloaded from KitabYurdu.org



436 

 

qədər  olan  məsafə),  üçüncü  nişan  -  80  sm  (kəsici  dişlərdən  Fater 



məməciyinə  -  ümumi  öd  və  mədəaltı  vəzi  axacaq¬larının  onikibarmaq 

bağırsağa  açıldığı  yerə  qədər  olan  məsafə)  olur.  Duodenal  zondu 

işlətdikdən sonra şprislə  bir neçə  dəfə  su ilə  yuyurlar;  onu işlətməzdən 

qabaq qaynadır 

və qaynanmış suda soyudurlar. 

» + 


Od  kisəsinin  və  öd  yollarının  rentgeııoloji  müayinəsi  üçün  xəstənin 

hazırlanması.  Qaraciyərin  geniş  rentgen  şəklində  öd  kisəsi  çox  nadir 

hallarda  (divarı  çox  qalınlaş¬mış  olduqda),  öd  kisəsindəki  daşlar  isə 

yalnız onların tərkibində kalsium duzları olduqda görünür. Qaraciyərdə 

və öd kisəsində olan patologiyanı aşkar etmək üçün ultrasəs müayinəsi də 

tətbiq edilir. 

Təmizləyici imalələri aşağıdakı hallarda tətbiq edirlər: 

1) 


hər  hansı  mənşəli  qəbizlik  və  defekasiyanm  ləngiməsi  zamanı;  2) 

xarici və daxili mənşəli zəhərlənmələr zamanı; 3) operasiya, doğuş, qarın 

boşluğundakı  və  kiçik  çanaq-  dakı  orqanların  rentgeııoloji  müayinəsi 

qabağı, habelə dərman, damcı və qidalandırıcı imalələrdən qabaq. 

İmalə  ilə  yeridilən  maye  həm  bağırsaqların  peristalti-  kasına  və 



boşalmasına, həm də nəcis kütlələrini yumşaldıb onların asan çıxmasına 

mexaniki, termik və kimyəvi təsir göstərir. 

Yeridilən mayenin miqdarı, onun yeridildiyi təzyiq və sürət nə qədər çox 

olsa,  imalənin  mexaniki  təsiri  bir  o  qədər  güclü  olur.  Orta  hesabla  orta 

yaşlı adam üçün 1/, südəmər uşaqlar üçün 30-150 ml, 1 yaşdan 5 yaşadək 

150- 300 ml, 6 yaşdan 14 yaşa qədər 300-500 ml su götürürlər. Krujka 

downloaded from KitabYurdu.org



437 

 

ştativdən nə qədər hündürdə asılsa, yeridilən maye¬nin təzyiqi də bir o 



qədər yüksək olur. Suyun sürətini kranla tənzim edirlər. 

Təmizləyici imalə aparılan cihazın aşağıdakı hissələri vardır. 1) Esmarx 

krujkası  -  tutumu  2  litrədək,  üzərində  bölgüləri  və  aşağıda  tubusu  olan 

şüşə qabdır, həmçinin eyni quruluşda və həcmdə olan metal və rezin qab 

da işlədirlər

2) 


suyu axıdan qalın rezin boru; Esmarx krujkasımn tubusuna taxılır; 

3) suyun axmasını tənzim etmək üçün kranla birlikdə birləşdirici boru; 4) 

şüşə, rezin ucluq. 

Esmarx qabma su, yaxud təyin edilmiş tərkibli və temperaturlu başqa bir 

maye tökülür və kranı açıb, havanı çıxararaq boruları doldururlar. Sonra 

kranı bağlayır, Esmarx qabını isə müəyyən hündürlükdə ştativdən asırlar. 

Yataq rejimində olan xəstələrə palatada, gəzən xəstələrə isə ayaqyolunda 

imalə edirlər. 

Uduğu  yeritdikdən  sonra  kranı  açır,  qabı  əvvəlcə  40-50  sm  qaldırır  və 

sonra onu yavaş-yavaş 1 metrədək qaldıraraq mayeni yeridirlər. 

Böyrək  xəstəlikləri  olan  şəxslərə  qulluq  müalicənin  əsası¬dır  və  buna 

görə də son dərəcə böyük əhəmiyyəti vardır. 

Kəskin nefritin gedişində kəskin şəkildə başlanan ağırlaşmalar ola bildiyi, 

həmçinin onun xronik şəklə düş¬məsi qorxusu olduğu üçün belə xəstələri 

dərhal  xəstəxa¬naya  aparmaq  lazımdır.  Xronik  böyrək  xəstəlikləri  olan 

şəxsləri kəskinləşmə dövründə xəstəxanaya qoyurlar. 

İsti  yataqda  uzun  müddət  rahat  uzanmağın  sağalma  üçün  böyük 

əhəmiyyəti vardır. 

Böyrək  xəstələrinin  yeməyinə  duz  qatılmır  və  dietada  zülal  azaldılır, 

xəstənin  özünə  1  -  4  q  duz  verirlər.  Onların  yeməyi  vitaminlə  zəngin 

downloaded from KitabYurdu.org



438 

 

olmalıdır.  Yüngül  dieta  günləri:  ancaq  şəkər,  alma  və  kompot  verilən 



günlər olur. 

Ürəyin  xaricdən  masaj  edilməsi.  Xəstəni  bərk  bir  yerə  (döşəməyə) 

uzadırlar.  Yaxasını  açır,  yaxud  əynindən  paltarını  çıxarırlar.  Yardım 

göstərən şəxs sol tərəfdə durur və əlini can verən xəstənin döş sümüyünün 

aşağı üçdə bir hissəsinə qoyur. Əl mil-bilək oynağında mümkün olduğu 

qədər  qatlanmalıdır.  Bərk  basmaq  üçün  ikinci  əli  birinci  əlin  üstünə 

qoyurlar,  döş  qəfəsini  basmaq  üçün  əllərin  gücü  çatmırsa,  bədənin 

ağırlığını da salırlar. Döş sümüyünü arada bir saniyə fasilə verib tez-tez 

təkan  verməklə  basmaq  lazımdır.  Belə  etdikdə,  o  içəri  batır  və  onurğa 

sütununa 

3- 

4 sm yaxınlaşır, ürək döş sümüyü ilə onurğa arasında qalıb sıxılır, 



onun içərisindəki qan isə aortaya və ağciyər arte¬riyalarına qovulur. Döş 

sümüyünü  basmağı  dayandırdıq¬dan  sonra  əli  tez  götürmək  lazımdır. 

Onda  döş  qəfəsi  əvvəlki  formasını  alır,  ürək  isə  boşalır  və  içərisinə 

venalardan axan qan dolur. 

Ağızdan-ağıza  və  ağızdan-buruna  süni  tənəffüs.  Süni  tənəffüsə 

başlamazdan  əvvəl  çıxarılan  diş  protezlərini  çıxarmaq,  barmağa  tənzif, 

yaxud  dəsmal  sarıyıb  ağızı  selikdən,  qusuntu  kütlələrindən,  yad 

cisimlərdən  təmizləmək  lazımdır.  Xəstənin  ağzını  açmaq  mümkün 

olmursa, 

burnuna hava üfürürlər. 

  

kimi edirlər. 



Ağızdm-ağıza süni tənəffüsü 

Xəstənin başını mümkün qədər çox dala əyirlər. Yardım göstərən şəxs bir 

əli ilə xəstənin ağzını açır, o biri əli ilə isə onun burnunu sıxır. Dərindən 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə