S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə136/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   132   133   134   135   136   137   138   139   ...   153

442 

 

Dərmanların  tənəffüs  yollarına  yeridilməsi.  Tənəffüs  yollarının  və 



ağciyərlərin  müxtəlif  xəstəliklərində  dərman¬ları  bilavasitə  tənəffüs 

yollarına yeridirlər. Çox vaxt dərman maddələrini aerozol şəklində nəfəs 

almaqla - inhalyasiya ilə yeridirlər. Nadir hallarda dərman məhlulla¬rını 

rezin  boru  ilə,  yaxud  bronxoskop  adlanan  xüsusi  cihazın  borusu  ilə 

traxeyaya tökürlər. 

Dərmanların parcnteral (mədə-bağırsaq yolundan 

kənar) yeridilməsi. Dərmanlar parenteral (həzm yollarına 

düşmədən)  yolla  inyeksiya  (iynə  ilə  yeritmək)  vasitəsilə  yeridilir:  1) 



dəriyə; 2) dəri altına; 3) əzələyə; 4) venaya; 

5) 


arteriyaya; 6) qarın və plevra boşluqlarına; 7) ürəyə; 8) döş sümüyü 

iliyinə (intrasternal); 9) onurğa beyni kanalına; 10) hər hansı xəstə ocağa. 

Son vaxtlar xəstələr və tibb personalı arasında bəzi dərmanlara (dərman 

allergiyası),  xüsusilə  antibiotiklərə  həssaslıq  artdığına  görə  baş  verən 

xəstəliklər  geniş  yayıl¬mışdır.  Məlum  olduğu  kimi,  penisillin  daha  çox 

işlədilir. Həll edilmiş penisillini saxladıqda bir neçə saatdan sonra onda 

penisillin turşusu əmələ gəlir və flakonun, şprisin divarına yapışır. Onu 

yumaq  çətindir  və  qaynatdıqda  da  parçalanmır.  Əgər  belə  şprisdən 

xəstələrə  başqa  dərmanları  yeritmək  üçün  istifadə  edilərsə,  onlarda 

allergik reaksiyalar baş verə bilər. 

Belə  reaksiyaların  qarşısını  almaq  üçün:  1)  dərmanları  saxlamaq 

qaydalarını gözləmək lazımdır (penisillini bilava¬sitə inyeksiyadan əvvəl 

həll  etməli);  2)  penisillin  üçün  ayrı  şprislər  və  sterilizator  olmalıdır;  3) 

antibiotikləri yaxud serumları ancaq əvvəlcədən dəri daxilinə sınaq aparıb 

həssaslığı yoxladıqdan sonra vurmalı. 

downloaded from KitabYurdu.org




443 

 

Dəriyə  inyeksiya.  Dəriyə  inyeksiyaları  diaqnostika  məqsədilə  vərəmi 



(Mantu  sınağı),  brussellyozu  (Bürne  sınağı),  exinokokkozu  (Katsoni 

sınağı),  gizli  ödemləri  (Mak  Klür-Oldric  sınağı)  aşkara  çıxarmaq, 

dərmana  

həssaslığı  müəyyən  etmək  və  yerli  anesteziya  (keyitmə)  üçün  tətbiq 

edirlər. 

Yeridilən mayenin miqdarı 0,01 - 1 ml-dir. Kəsiyi 40-45° olan ən nazik 

və qısa iynə və birqramlıq yaxşı kip şpris götürürlər, çünki dəri dərman 

yeritməyə  xeyli  müqavimət  göstərir.  Diaqnostik  allergiya  sınaqları  və 

dər¬manlara həssaslığı müəyyən etmək üçün sınağı saidin içəri səthinin 

dərisində qoyurlar. 

Dəri altına inyeksiya etmək və məhlul yeritmək. 

Dərialtı  birləşdirici  piy  toxuması  damarlarla  zəngin  kövşək  toxumadır, 

buna görə dəri altına bir neçə millilitrdən (inyeksiya) 0,5 1-dək (məhlul 

yeritmək) dərman məhlulları yeritmək olar. Yağ məhlulları yavaş sorulur, 

onları bir neçə millilitr miqdarında və həm də sorulmanı yaxşılaş¬dırmaq 

üçün mütləq isidilmiş halda yeridirlər. 

Dozaya əməl etməmək və inyeksiyanın vaxtını nəzərə almamaq xəstənin 

halının tez xarablaşmasına səbəb ola bilər. 

Dəri  altına  maye  yeridilməsini  orqanizm  susuzlaşanda  (qarşısıalınmaz 

qusma  və  ishal),  intoksikasiyalarda  (zəhər¬lənmə)  toksini  (zəhəri) 

durulaşdırmaq məqsədilə və operasi¬yadan sonrakı dövrdə tətbiq edirlər. 

Əzələyə  inyeksiya.  Əzələlərin  dəriyə  və  dərialtı  piy  qatma  (birləşdirici 

toxumaya) nisbətən həssaslığı azdır və onlara yeridilən dərmanlar çoxlu 

miqdarda damarların və əzələ  yığılmalarının hesabına daha tez sorulur. 

Əzələlərə yeridilən dərmanların miqdarı 5 ml-dən artıq olmamalıdır. 

downloaded from KitabYurdu.org




444 

 

Venaya inyeksiya etmək və məhlul yeritmək. Əvvəlcə venepunksiyadan 



danışmaq  lazımdır,  çünki  tibb  bacısı  analiz  üçün  qan götürməli  və  qan 

buraxmalı olur. Venaya dərman yeritmək və qan köçürmək həkimin işidir. 

Qanburaxma  və  qanköçürmə  üçün  diametri  1,5  mm  olan  xüsusi  Dyufo 

iynəsindən istifadə edirlər. Müayinə üçün 3-5 ml qan götürmək və dərman 

yeritmək üçün kiçik diametrli iynələrdən istifadə etmək olar, lakin bütün 

hallarda  iynənin  kəsiyi  45°  bucaq  altında  olmalıdır  ki,  venanın  əks 

tərəfdəki divarının yaralanması, yaxud deşil- 

423  


məsi  ehtimalı  azalsın,  iynənin  içərisindəki  kələ-kötürlük  burada  qanın 

laxtalanmasma səbəb ola bilər. 

  

sm) yuxarı, bazuya turna 



venaya dirsək büküşündən 

Venepunksiyanı  müvəffəqiyyətlə  etmək  üçün  venanın  hazırlanmasının 

.böyük əhəmiyyəti vardır. Qanla dolmuş  

(rezin  boru)  -  qoyurlar  və  bununla  qanın  venadan  axıb  getməsinin 

qarşısını alırlar. 

Turna  venanı  sıxmalıdır,  lakin  arteriyalarla  qan  gəlmə¬sini  qətiyyən 

pozmamalıdır.  Mil  arteriyasında  nəbzi  yoxla¬maqla  (əlləməklə)  bunun 

baş vermədiyinə əmin olmaq olar. 

Venaya  inyeksiyalar.  Həyat  üçün  təhlükəli  vəziyyət¬lərdə  təcili  yardım 

göstərmək  məqsədilə  (tənəffüsün  dayanması,  ürəyin  kəskin  zəifliyi, 

zəhərlənmə, qanaxma), habelə güclü qıcıqlandırıcı dərman maddələrini nə 

dəri  altına,  nə  də  əzələyə  yeritmək  mümkün  olmadıqda,  dərmanları 

venaya yeridirlər. 

downloaded from KitabYurdu.org




445 

 

İlk tibbi yardım 



İlk  tibbi  yardım  -  zədələnmənin  və  ya  xəstəliyin  mümkün  olan 

ağırlaşmalarının qarşısını almaqla və onların gedişini yüngülləşdirməklə, 

zədələnmiş şəxsin 

həyatını  xilas  edə  biləcək  ən  sadə  tədbirlərin  yerinə  yetirilməsindən 



ibərətdir. 

Sadə ilk tibbi yardım tədbirlərini hər kəs bilməlidir. Eyni zamanda, hər 

bir  ziyalının  az-çox  tibbdən  başı  çıxmalı,  sadə  tibbi  biliklərə  malik 

olmalıdır.  İndiki  dövrdə,  yəni  respublikamızda  müharibə  getdiyi  bir 

vaxtda  hər  kəsin  ilk  tibbi  yardım  göstərə,  bilməsi  məsələsi  daha  zəruri 

olmuşdur.  Odur  ki,  ali  məktəblərdə  tibbi  biliklər  haqqında  məlumat 

verilməsi dövrün tələbi kimi meydana çıxır. 

Sadə  tibbi  biliklər  dedikdə,  geniş  yayılmış  xəstəliklər,  onları  törədən 

səbəblər,  ağırlaşmaları,  zədələnmə,  yaralan¬ma  zamanı  özünə  və 

yoldaşına ilk  yardım göstərilməsi, xəstənin yaxındakı tibb  məntəqəsinə 

vaxt itirmədən çatdı¬rılması və s. tədbirlər başa düşülür. Bu tədbirlər isə 

yara¬lanmanın müsbət nəticəsinə, yaralı şəxsin həyatının xilas edilməsinə 

xidmət edir.  

ilk tibbi yardım göstərərkən güclü qanaxma, elektrik- vurma, günvurma, 



dəm  qazı  ilə  zəhərlənmə,  boğulma,  ürək  fəaliyyətinin  dayanması, 

tənəffüsün kəsilməsi, habelə bir sıra başqa hallarda vaxt itirilməməlidir. 

Çünki  vaxtın  itirilməsi  zərərçəkənin  ölümü  ilə  nəticələnə  bilər.  Eyni 

zamanda  çoxlu  yaralılar  olduqda,  birinci  növbədə,  vəziyyəti  daha  ağır 

olanlara, xüsusilə uşaqlara yardım göstərilməlidir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə