S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə135/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   131   132   133   134   135   136   137   138   ...   153

439 

 

nəfəs  alıb  öz  dodaqlarını  xəstənin  dodaqlarına  yapışdırır  və  tez-tez 



nəfəsini  buraxır,  sonra  özünün  başını  yana  əyir.  Xəstənin  nəfəsalınası 

onun nəfəs verməsindən 2 dəfə qısa olmalıdır. Süni tənəffüsü və ürəyin 

masajını  birlikdə  tətbiq  etdikdə,  xəstəyə  850  -  1000  ml  hava  üfürülür. 

Buruna  hava  üfürdükdə  xəstənin  ağzını  örtürlər.  Xəstənin  ağzını  və 

burnunu tənzif salfet, yaxud burun yaylığı  ilə örtmək  məsləhət görülür. 

Ağızdan-ağıza  süni  tənəffüsü  asanlaşdırmaq  üçün  bərk  rezindən 

düzəldilmiş S- şəkilli xüsusi boru vardır, onu xəstənin ağzına salıb hava 

üfürürlər.  Vərəmli,  poliomielitli  və  trixloretilenlə  zəhərlənmiş  xəstələrə 

bu  metodun  tətbiq  edilməsi  əks-göstərişdir;  çünki  bu,  yardım  göstərən 

şəxsin özü üçün qorxuludur. 

Dərmanların işlədilməsi 

Xəstə  dərmanı  mütləq  tibb  bacısının  yanında  qəbul  etməlidir.  Xəstənin 

tibb  bacısının  gətirdiyi  dərmanları  qəbul  etməməsinə  və  ya  bir  neçə 

dozanı  yığıb,  birdən  qəbul  etməsinə  qətiyyən  yol  vermək  olmaz.  Belə 

hallarda zəhərlənmə baş verə bilər. 

Dərmanların yazılıb alınması və saxlanması. Həkimlər xəstələri gündəlik 

yoxlayarkən  xəstəlik  tarixində  dərmanla¬rın  təyinatında  müxtəlif 

dəyişikliklər  edirlər.  Yoxlamadan  sonra  palata  tibb  bacısı  bu 

dəyişikliklərlə  tanış  olur  və  onları  öz  sənədlərinə  qeyd  edir:  1)  daxilə 

verilən, iynə ilə yeridilən dərmanlar və digər təyinatlar xəstələrin qovluğa 

yığılmış təyinat vərəqəsinin müvafiq qrafasında; 2) yuxu- qabağı verilən 

birdəfəlik dərman təyinatları axşam təyinatları jurnalında (gecə tibb bacısı 

üçün). 

Tibb  bacısı  aptekdən  dərmanları  alarkən  üzərindəki  yazını  (hamısında 



dərmanın  dəqiq  və  aydın  adı,  dozası,  hazırlanma  tarixi  və  hazırlayanın 

imzası  olan  etiketi  olmasını)  diqqətlə  yoxlayır  və  etiketlərdəki 

məlumatları 

reseptlərlə  tutuşdurur;  o,  həmçinin  qablamanm 

düzgünlü¬yünü  yoxlayır  və  dərmanın  xarici  görünüşünə  (rənginə, 

downloaded from KitabYurdu.org




440 

 

şəffaflığına, iyinə və i. a.) nəzər yetirir. Etiketsiz dərman saxlamaq olmaz! 



Azca şübhə oyadan bütün dərmanlan yenidən aptekə qaytarırlar. 

Dərmanlar  müvafiq  qablarda  saxlanmalıdır:  məhlul¬lar,  infuziyalar  və 

miksturalar  (xörək  qaşığı  ilə  qəbul  olunanlar)  litrlik  və  yarımlitrlik 

şüşələrdə,  damcı  ilə  qəbul  olunan  dərmanlar  -  kiçik  flakonlarda, 

məlhəmlər - kiçik bankalarda və s. olmalıdır. 

Xaricə  işlədilən  dərmanlar  üçün  sarı  etiket,  daxilə  işlədilənlər  üçün  ağ 

etiket,  iynə  ilə  yeridilən  (inyeksiyalar)  steril  dərmanlar  üçün  göy  etiket 

qəbul edilmişdir. 

Alınmış  dərmanları  xüsusi  şkafda  müvafiq  göstəricisi  olan  ayrı-ayrı 

rəflərdə saxlayırlar: xaricə işlədilən dərman¬ları bir rəfə, daxilə işlədilən 

dərmanları digərinə, inyeksiya üçün steril dərmanları üçüncü rəfə yığırlar. 

Dərmanların xaricə tətbiqi. 1. Dəriyə dərmanı məlhəm, emulsiya, məhlul, 

toz, dəmləmə, suspenziya və s. formada tətbiq edirlər. 

Dərmanların  işlədilməsi,  əsasən,  yerli,  xeyli  dərəcədə  reflektor  və  az 

dərəcədə rezorbtiv təsirə əsaslanır. 

2. 


Göz  xəstəliklərini  müalicə  etdikdə  müxtəlif  dərman  maddələri  və 

məlhəmlər işlədirlər. 

Dərmanları işlətməkdə məqsəd onların yerli təsiridir, 

lakin yadda saxlamaq lazımdır ki, konyımktiva yaxşı sorma qabiliyyətinə 

malikdir və dərmanları dozalara böləndə bunu nəzərə almaq lazımdır. 

3. 


Dərmanı  buruna  toz,  buxar  (amilnitrit,  naşatır  .  spirti  buxarları), 

məhlul və məlhəm şəklində rezorbtiv və 

reflektor təsir məqsədilə vururlar. Dərman burunun selikli qişasından çox 

sürətlə sorulur. 

downloaded from KitabYurdu.org



441 

 

4. 



Dərmanı  qulaqlara  da  pipetlə  tökürlər.  Yağlı  dərman  məhlullarını 

azca qızdırmaq lazımdır. Sağ xarici qulaq keçəcəyinə dərman tökdükdə 

xəstə sol böyrü üstə uzanır, yaxud başını sola tərəf əyir və əksinə. Dərmanı 

tökdükdən sonra xarici qulaq keçəcəyinə pambıq tampon tıxayırlar. 

5. 

Qadın  cinsiyyət  orqanlarına  təsir  etmək  üçün  dərmanları  kakao 



yağında  hazırlanmış  kürəciklər,  müxtəlif  maye  və  yağlar  hopdurulmuş 

pambıq-tənzif tamponlar, tozlar (səpmə dərmanları), sürtmək və şırmqa 

etmək  üçün  məhlullar  şəklində  uşaqlıq  yoluna  yeridirlər.  Dərmanların 

təsiri  əsasən  yerli  olur,  çünki  uşaqlıq  yolunun  zədələnmiş  selikli 

qişasından sorulma cüzi olur. 

Dərmanların  enteral  (mədə-bağırsaq  yolu  ilə)  yeridilməsi.  Dərmanları 

daxilə: ağızdan, düz bağırsaqdan yeridir və ya dilin altına qoyurlar. 

Bütün bu üsullarla yerli, rezorbtiv və reflektor təsir almaq olar: 

1. 

Dərmanın  ağızdan  yeridilməsi  daha  çox  yayılmış¬dır.  Bu  üsulun 



müsbət  cəhəti  dərmanların  ən  müxtəlif  şəkildə  və  qeyri-steril  halda 

yeridilə bilməsidir. 

2. 

Dərmanın  düz  bağırsaqdan  yeridilməsinin  üstün¬lüyü  tez 



sorulmasından  və  dozanın  dəqiq  olmasından  ibarətdir.  Düz  bağırsaqda 

fermentlər  olmadığına  görə  dərman  bunların  təsirinə  məruz  qalmır  və 

sorularaq aşağı babasil venaları vasitəsilə qaraciyərə düşmədən bilavasitə 

aşağı boş venaya keçir. 

3. 

Dərmanı  dilin  altma  qoyduqda  tez  sorulur,  həzm  .  fermentlərinin 



təsirindən parçalanmır, qaraciyərə düşmədən 

ümumi qan dövranına keçir. Lakin bu üsuldan yalnız az 

dozada işlənən dərmanları (nitroqliserini, validolu və s.) yeritmək üçün 

istifadə etmək olar. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə