S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə133/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   129   130   131   132   133   134   135   136   ...   153

432 

 

Mədə  xəstəlikləri  zamanı  qusuntu  kütləsi  mədənin  selikli  qişasının 



müxtəlif kimyəvi maddələr və dərmanlarla, yaxud pis keyfiyyətli qida ilə 

qıcıqlanması nəticəsində əmələ gəlir. Bu cür qusma yemək yeyən kimi ola 

bilər və xəstənin vəziyyətini yüngülləşdirər. 

Mərkəzi  sinir  sistemi  mənşəli  qusma  ürəkbulanma  olmadan  birdən-birə 

əmələ gəlib uzun sürür və xəstənin halını yüngülləşdirmir. 

Qusmanm  əmələgəlməsi  vaxtının,  qusuntu  kütlələ¬rinin  miqdarının, 

qusuntuda  olan  qarışıqların  diaqnoz  üçün  əhəmiyyəti  vardır.  Səhər, 

acqarına  qusma  alkohol  qastritində  və  hipersekresiyada,  yeməkdən  2-3 

saat  sonra  -  mədə  xorası,  xərçəng  və  qastritdə,  4-6  saat  sonra  -  mədə 

çıxacağının, yaxud onikibarmaq bağırsağın xorasında və xronik qastritdə, 

yeməkdən 6-12 saat sonra baş verən qusma isə mədə çıxacağı daraldıqda 

olur. 


Qusma zamanı xəstələrə mütləq kömək etmək lazım¬dır, çünki bu vaxt 

onların  vəziyyəti  çox  ağırlaşır:  tənəffüs  yavaşıyır,  qan  dövranı  pozulur 

(ürəkdöyünmə, arterial təzyiq düşür), sinir sistemi oyanmış olur. 

Xəstənin vəziyyəti imkan verərsə, oturub qusması yaxşı 

olar: onun başını və çiynini tutmaq, ləyən qoymaq, ağzını silmək və ağzını 

yaxalaması üçün su vermək lazımdır. 

Xəstə  hər  hansı  bir  səbəbə  görə  otura  bilmirsə,  başının  altından  yastığı 

götürüb,  başını  yana  çevirmək  lazımdır  ki,  qusuntu  kütlələri  tənəffüs 

yollarına  düşüb  ağciyər  iltihabı  törətməsin.  Ağız  bucağına  balaca  qab, 

yaxud dəsmal qoyurlar. 

Qanqusma zamanı xəstəyə qulluq xüsusilə vacibdir. Mədədən çoxlu qan 

axdıqda,  xəstə  çox  qan  itirdiyi  üçün  vəziyyəti  ağır  olur.  Zəiflik, 

başgicəllənmə olur, gözlərinin qabağı qaralır, təngnəfəslik, ürəkbulanma, 

təşnə,  ürəkget¬mə  qeyd  edilir.  Xəstənin  rəngi  avazıinış,  ətrafları  soyuq 

olur, nəbzi tez-tez vurur, arterial təzyiqi aşağı olur. 

downloaded from KitabYurdu.org




433 

 

Mədənin yuyulması. Mədəni müalicə və diaqnostika məqsədilə yuyurlar. 



Mədəni yumaq üçün göstərişlər: 1) zəhərdən, yaxud keyfiyyətsiz qidadan 

zəhərlənmə;  2)  mədənin  xəstəlikləri  (çoxlu  selik  ifraz  olunan  xronik 

qastrit, mədə çıxacağının daralması); 3) bağırsaq keçməməzliyi. 

Mədəni aşağıdakı hallarda yumaq olmaz: 1) qida borusundan və mədədən 

qan  axdıqda  (xora,  xərçəng,  qida  borusunun  və  mədənin  venalarının 

varikoz  genəlməsi  zamanı);  2)  ağız  boşluğunda  və  udlaqda  yaraya 

çevrilən iltihab xəstəlikləri zamanı; 3) aşkar ürək-damar xəstəlikləri. 

Mədəni  yumaq  üçün  işlədilən  cihaz  tutumu  0,5  -  1  1  olan  şüşə  qıfdaıı 

ibarət olub, diametri 1 sm və uzunluğu 1 m olan rezin boruya, bu boru da 

öz növbəsində şüşə boru vasitəsilə yoğun mədə zonduna birləşdirilmişdir. 

Yoğun mədə zondu - diametri 1 sm və uzunluğu 70 sm olan rezin boru 

olub, bir ucu kəsik, o biri ucu isə dəyirmidir və yanlarda iki deşiyi vardır; 

rezin  borunun  dəyirmi  ucundan  40  sm  aralı  nişan  vardır.  Təmiz  zondu 

qabaqcadan qaynadır və soyutmaq üçün qaynanmış soyuq suya salırlır. 

Mədəni otaq temperaturunda və ya bir qədər ilıq su ilə yuyurlar. Bunun 

üçün qabaqcadan 5-10 1 su, onu tökmək üçün dolça və ləyən hazırlayırlar.  

Xəstə  arxasını  stula  söykəyir  və  başını  azca  qabağa  əyib  oturur;  onun 

əyninə uzun müşəm bə önlük taxır, ayaqlarının arasına isə ləyən qoyurlar. 

Çıxan süni dişləri çıxarmaq lazımdır. 

Mədəni yuyan adam xəstənin sağ tərəfində durur. O, sağ əlinə yaş zondu 

götürür və onu dəyirmi ucundan 10-15 sm aralı tutur. Sol əli ilə xəstənin 

boynunu qucaqlayır və həmin əli ilə zondu ağıza yaxın tutur. Xəstə ağzını 

açır, zondun ucunu dilin dibinə qoyurlar, xəstədən udqunmasmı xahiş edir 

və  bu  vaxt  xəstənin  reflektor  hərəkətinə  baxmayaraq,  zondu  tez  içəri 

yeridirlər. Zond qida borusuna çatdıqda, xəstəyə təklif edirlər ki, bir neçə 

dəfə dərindən nəfəs alsın və bundan sonra zondu üzərindəki nişana qədər 

yeritməyi davam etdirirlər. 

downloaded from KitabYurdu.org




434 

 

İçəri salınmış zondun bayır ucunu mədə yuyulan cihazla birləşdirib, bir-



birilə əlaqəsi olan iki qabdan - mədə və qıfdan ibarət sistem alırlar. Su ilə 

dolu qıfı mədədən yuxarıda tutsaq, içərisindəki su mədəyə, mədədən aşağı 

saxladıqda isə mədə şirəsi qıfa axacaqdır. 

Bu əməliyyatı «təmiz su» axanadək, yəni mədə möhtəviyyatmm hamısı 

su ilə çıxarılana qədər davam etdirirlər. 

Mədəni  yuyub  qurtardıqdan  sonra  cihazı  zonddan  ayırır  və  zondu  cəld 

çıxarırlar. Borudan güclü su şırnağı buraxıb, cihazı və zondu yaxşı-yaxşı 

yumaq lazımdır. 

Zondu  yeritmək  və  mədəni  yuxarıdakı  qaydada  yumaq  mümkün 

olmadıqda, xəstəyə 10-15 dəqiqə müddətində 5-6 stəkan ilıq su içirdib, 

udlağı qıcıqlandırmaqla xəstəni dərhal qusdurmaq olar. 

Yoğun  və  nazik  zond  vasitəsilə  mədə  möhtəviyyatının  alınması.  Mədə 

möhtəviyyatmı acqarına və «sınaq qəlyanaltısmdan» sonra yoğun zondla 

bir dəfəyə və nazik zondla hissə-hissə alırlar. 

Xəstə zondu uda bilmirsə, onu burundan yeritmək lazımdır. Sonra zondun 

bayır  ucuna  şpris  taxır,  acqarına  mədə  şirəsi  çəkib  çıxarır  və  stəkana 

tökürlər. 

Mədənin və nazik bağırsağın rentgenoloji müayinəsi 

üçün xəstənin hazırlanması. Mədənin və nazik bağırsağın 

rentgenoloji müayinəsinə xəstəni üç gün qabaq hazırlamağa 

başlayırlar. Xəstə üç gün asan həzm olunan və tərkibində 

mümkün qədər az karbohidrat olan qida yeməlidir. Xəstənin 

qarnı köpürsə,'çox qaz əmələ gəlməsinin qarşısını almaq üçün 

qidada karbohidratları azaldırlar; habelə həmin üç gündə 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə