S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə141/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   137   138   139   140   141   142   143   144   ...   153

460 

 

Hələ  qədimdən  xalq  təbabətində  və  tibb  elmində  qida  maddələri 



dərmanlarla  yanaşı  öyrənilmiş,  sağlamlıqda  qidanın,  qidalanmanın 

normallığı  əsas  götürülmüşdür.  Ona  görə  də  o  zamanın  dərman 

haqqındakı  kitablarında  qidalar  haqqında  da  məlumatlar  verilmişdir. 

Öyrənilən  bitki  və  heyvanların  böyük  bir  qisminə  həm  qida,  həm  də 

dərman kimi baxılmışdır. Bu ənənə indi xalq təbabətinə aid kitablarda öz 

əksini tapır. 

Keçmişdə də xəstəliyin əsas amili kimi qida maddələ¬rinin çatışmazlığım 

göstərirdilər.  Bu  da  gözəgörünməz  gizli  aclığın  baş  verməsinə  səbəb 

olurdu.  Gizli  aclıq  isə  orqaniz-  .  min  normal  fəaliyyətini  pozur  və  onu 

xəstəliyə düçar edirdi. Gizli aclıq orqanizm üçün zəruri olan hər hansı bir 

üzvi və ya qeyri-üzvi maddənin çatışmamasıdır. 

Keçmiş təbiblərin fikrincə, bu və ya digər orqan lazımi qida maddələrini 

almadıqda normal inkişaf etmir, normal fəaliyyət göstərə bilmir, get-gedə 

zəifləyir,  maddələr  mübadiləsi  pozulur  və  həmin  bədən  üzvü  xəstəliyə 

düçar  olur.  Deməli,  xəstəliyin  qarşısını  qabaqcadan  almaq  üçün  bədən 

onun tələb etdiyi istər bitki, istərsə də heyvan mənşəli qidalar almalıdır. 

Yeknəsək  qidalanma  orqanizmi  yorub  zəiflədərək,  bədənin  ayrı-ayrı 

orqanlarında gizli aclığa gətirib çıxardığından, xalq təbabəti qidalanmanın 

gigiye¬nasına, 

tənzimlənməsinə 

diqqəti 

artırır. 

Qidalanmanın 

tənzimlənməsi  maddələr  mübadiləsində  tarazlıq  yaradaraq,  orqanizmin 

ümumi sağlamlığını təmin etdiyinə görə keçmiş 

kitablarda daha çox nəyi və necə yemək haqqında tövsiyələr verilir. Lakin 

elə düşünmək olmaz ki, hər hansı orqanın xəstəliyi zamanı tövsiyə edilən 

qidanın  yeyilməsi  onu  sağaltmalıdır.  Orqanın  xəstələnməməsi  üçün 

həmin qidadan müntəzəm surətdə istifadə edilməlidir. 

Keçmişdə,  hələ  elmin  inkişaf  etmədiyi  dövrlərdə  təbiblər  öz 

müşahidələrinə  əsasən  belə  qənaətə  gəlmişdilər  ki,  dərman  vasitələri 

downloaded from KitabYurdu.org




461 

 

bütün  orqanizmlərdə  eyni  cür  təsir  göstərə  bilmir,  onların  təsiri  sinir 



sistemindən asılıdır. Bunu 

məzac  (temperament)  adlandırırdılar,  insanları  məzaca  görə  fərqləndirir 



və  dərmanların  təsirinin  məzacdan  asılı  olmasını  qeyd  edirdilər.  Sonra 

dərman  vasitələrini  təsir  qüvvəsinə  və  keyfiyyətinə  görə  bir-birindən 

fərqləndirirdilər. Dərman vasitələrinin faydalı cəhətləri ilə yanaşı, zərərli 

xüsusiyyət¬lərini  də  qeyd  edirdilər.  Bir  çox  hallarda  xalq  təbabəti 

vasitələrinin  zərərini  aradan  qaldırmaq,  müalicəvi  təsirini  artırmaq, 

orqanizmdə yaxşı mənimsənilməsinə nail olmaq məqsədilə əlavə vasitələr 

məsləhət görürdülər. Belə vasitələr¬dən biri kimi geniş tövsiyə edilən bal 

olmuşdur. Bir çox acı maddələr balla və ya bal şərbəti ilə qarışdırılıb qəbul 

edilirdi. 

XIX əsrin sonu XX əsrin əvvəllərində Şərqin təbabət sahəsindəki keçmiş 

irsinə  laqeydlik  göstərilmiş,  hətta  hücumlar  etmişlər.  Avropalılar  öz 

kimyəvi maddələrini Şərqin bazarlarında satmağa imkan yaratmaq üçün 

reklamdan istifadə edirdilər. Bunun nəticəsində son vaxtlar bir çox Şərq 

ölkələrində təbii qida maddələri əvəzinə Avropa zavodlarında hazırlanan 

süni  qida  maddələrinə  üstünlük  verilmişdi.  Halbuki,  süni  hazırlanan 

yeyinti məhsullarında faydalı maddələr, vitaminlər, minerallar ya olmur, 

ya  da  azlıq  təşkil  edir.  Nəticədə  insanların  əksəriyyəti  ən  lazımlı 

maddələrdən  -  vitamin,  mineral  maddələr  və  s.  məhrum  olur.  Hətta 

bədənləri tədricən zərərli maddələrlə zəhərlənir. Həmin proses bu gün də 

davam  edir.  Bizim  müstəqil  respublikamız  da  planetin  bu  bəlasından 

kənarda deyildir. Xaricdən respublikaya gətirilən xüsusi tozlar, tabletlər, 

konservlər,  şirələr,  şirniyyat  məhsulları,  ekstraktlar  belə  qidalardandır. 

Həmin məhsullar xarici və ya avadanlığı xaricdən gətirilmiş  

  

downloaded from KitabYurdu.org




462 

 

  



  

  

Appendisit xəstəliyi 



1-fleqmonoz appendisit; 

2 - perforasiyalı qanqrenoz appendisit 

  

  

  



İnsanın dişləri 

A) 


dişlərin quruluşu: 1-kök; 2-boyun; 3-tac; 

B) 


dişlər:  1,2-kəsici  dişlər;  3-köpək  dişi;  4,5-kiçik  azı  dişləri;  6,7,8-

böyük azı dişləri V) xəstə dişlər  

  

Arterial qan təzyiqinin ölçülməsi 



  

  

  



BPOMrEKCMH 

BISCPTOL AV 

  

  

downloaded from KitabYurdu.org




463 

 

  



  

bizim  zavodlarda  o  qədər  gözəl,  cəlbedici  rənglər,  şəkillər,  sözlərlə 

bəzədilir  ki,  insanlar  istər-istəməz  təbii  məhsul¬larımıza  baxmadan, 

məmnuniyyətlə  onları  alıb  işlədirlər.  Belə  qidalanma,  ola  bilsin  ki,  bir 

gün, bir il öz mənfi təsirini üzə çıxarmasın, lakin onlar tədricən orqanizmi 

zəhərləyərək,  bir  müddətdən  sonra  ya  bədəni  sağalmaz  bir  dərdə  düçar 

edir, ya da sürətlə qocalmaya səbəb olur. Onda artıq orqanizmi bəladan 

qurtarmaq çətin olur. 

Avropanın  Şərq  ölkələrinə  sirayət  etdirmək  istədiyi  sünilik  xəstəliyinə 

qarşı daim ağıllı, savadlı, vətənpərvər ziyalılar çıxış etmişlər, indi də tibb 

işçilərimiz bunları insanlara başa salmağa çalışırlar. 

Doğrudan  da,  indi  ölkəmizdə  bir  çox  qida  maddələri¬nin  keyfiyyəti 

dəyişilib. Elə əsas qidamız olan buğda öz keyfiyyətini itirib, çörəklərin də 

gözəl  ətri,  dadı-tamı  yoxa  çıxıb;  bəşər  həyatını  təmin  edən  amillər  - 

torpaq,  hava,  su  zəhərlənib.  İndi  bütün  dünyada  təbiətə  amansız  divan 

tutulur, onun gələcək halı, vəziyyəti düşünülmür, təbiətə xəyanət edilir. 

Odur  ki,  qida  maddələri  tükənməyə  başlamış,  süni  qidalanma  isə 

orqanizmdə  fiziki  naqislik  yaratmışdır.  Belə  davam  edərsə,  yaxın 

gələcəkdə bəşər nəinki orqanizmdə gedən gizli aclıq, bəlkə də, sözün əsl 

mənasında  qida  maddələrinin  ümumi  çatışmazlığı  ilə  qarşı¬laşacaqdır. 

Hazırda  xaricdən  gələn  un,  yağ,  ət  və  ət  məhsul¬ları,  süd  və  süd 

məhsullarının  hamısı  süni  yolla  hazırlanmış¬dır.  Artıq  hər  şeyi 

süniləşdirə - süniləşdirə, özü də süniləşən insanın özünə, əslinə qayıtması 

vaxtı çatmışdır. 

Beləliklə, insanlarda hazırda elə xəstəliklər aşkar edilmişdir ki, bunlar bizi 

təbiiliyə qayıtmağa, təbiətə yeni baxışı formalaşdırmağa məcbur edir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə